Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3867/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: ddiaçı İddiaçı ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ASC-nin xeyrinə 31 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 3199,95 manat əsas borc, 1743,21 manat faiz borcu, 238,85 manat cərimə və kredit müqaviləsi üzrə 31 oktyabr 2017-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 618,6 manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 5800,61 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh1 31 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 30 faizlə 36 ay müddətinə 6000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 31 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27 aprel 2021-ci ilədək Cavabdeh1 banka 31 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 3199,95 manat əsas borc, 1743,21 manat faiz borcu, 238,85 manat cərimə və kredit müqaviləsi üzrə 31 oktyabr 2017-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 618,6 manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 5800,61 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək və 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır ki, həmin məbləğin də cavabdehlərdən tutulmasını tələb edir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 İddiaçı ASC-yə olan borcu ödəmək üçün vaxt verilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" İKB ilə Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2014-cü il tarixli 2-Z-3-0-868-14 saylı istehlak kredit müqaviləsinə əsasən, sonuncuya istehlak məqsədləri üçün kreditdən istifadə haqqı qismində illik 30 faiz ödəmək şərti ilə 36 ay müddətinə 6000 manat məbləğində kredit verilməsini İKB öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə nəzərdə tutulan məbləğinin Cavabdeh1 verdiyini məhkəmə iclasında sübuta yetirdi. Bundan başqa, 31 oktyabr 2014-cü il tarixdə "xxxx" İKB ilə Cavabdeh2 arasında «Zaminlik müqaviləsi» bağlanmışdır. İş materiallarında olan 02 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Banka əsas borc üzrə qalıq məbləği 3159,95 manat, faiz borc üzrə qalıq məbləğ 1743,21 manat, cərimə borc üzrə qalıq məbləğ 238,85 manat, əldən çıxmış fayda (əsas borca hesablanmış 5 faiz) 446,15 manat təşkil edir. Göründüyü kimi, iddiaçı Cavabdeh1 qarşısında müqavilə ilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, cavabdehlər kredit və zaminlik müqavilələri ilə üzərlərinə götürdükləri öhdəliklərini tam icra etməmişlər. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası MM-nin 427, 439, 442, 448, 739 və 472-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, əsas kredit borcu olaraq 3159,95 manat, faiz borcu olaraq 1743,21 manat, əldən çıxmış fayda (əsas borca hesablanmış 5 faiz) 446,15 manat, cəmi 5349,31 manat məbləğində pulun cavabdehlərdən tutulması barədə tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, “borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 238,85 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 23 manat məbləğində müəyyən edir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc 3159,95 manat, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 31 oktyabr 2017-ci il tarixə ödənilməmiş 1743,21 manat faiz borcu, əldən çıxmış fayda (əsas borc hesablanmış 5 faiz) 446,15 manat, iddia qaldırılan tarixə hesablanmış 23 manat dəbbə pulu, cəmi 5372,31 (beş min üç yüz yetmiş iki manat otuz bir qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc 3159,95 manat, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 31 oktyabr 2017-ci il tarixə ödənilməmiş 1743,21 manat faiz borcu, əldən çıxmış fayda (əsas borc hesablanmış 5 faiz) 446,15 manat, iddia qaldırılan tarixə hesablanmış 23 manat dəbbə pulu, cəmi 5372,31 (beş min üç yüz yetmiş iki manat otuz bir qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3867/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3867/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver