Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3873/2020 09.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı Ərizəçi İddiaçı “xxxxxxxxxxx” ASC maraqlı şəxs qismində cəlb edilməklə “kredit müqaviləsi üzrə devalivasiya pulunun ödənilməsi”nə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi İddiaçı “xxxxxxxxxxx” ASC maraqlı şəxs qismində cəlb edilməklə “kredit müqaviləsi üzrə devalivasiya pulunun ödənilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmaq üçün verilməsinə baxmayaraq iddianın qiyməti iki min manatdan yuxarı olduğundan ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir; 284-4.3-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi X1 “xxxxxxxxxxx” ASC maraqlı şəxs qismində cəlb edilməklə “kredit müqaviləsi üzrə devalivasiya pulunun ödənilməsi”nə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Ərizəçiyə həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsi hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153.2, 153.2.1, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Ərizəçi İddiaçı “xxxxxxxxxxx” ASC maraqlı şəxs qismində cəlb edilməklə “kredit müqaviləsi üzrə devalivasiya pulunun ödənilməsi”nə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsi hüququ izah edilsin. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-3873/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3873/2020
09.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver