Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3874/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı "kredit müqaviləsinin ləğv edilməsi və s. tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı "kredit müqaviləsinin ləğv edilməsi və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanılmış 01.08.2019-ci il tarixli, DEN-00073-14/19A saylı kredit müqaviləsinə əsasən, 60 (altmış) ay müddətinə, 35% (otuz beş) faiz olmaqla 01.08.2024-cü il tarixinədək əlavə müqavilələr bağlanmaqla 200000 (iki yüz min) AZN məbləğində kreditlər verilə bilər. İddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında 09.08.2019-ci il tarixli DEN-A0073-14/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, 36 (otuz altı) ay müddətinə, 18% (on səkkiz) faiz olmaqla, 150000 (yüz əlli min) AZN məbləğində kredit verilmiş və Cavabdeh1 09.08.2022-ci il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində Cavabdeh1 01 avqust 2019-cu il tarixdə iddiaçı ilə DENG- 00073-14/19 saylı ipoteka müqaviləsi bağlayaraq mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 14, 20 saylı mənzili Bakı şəhərində bağlanmış 01.08.2019-cu il tarixli, DEN-00073-14/19A saylı kredit müqaviləsi və 09.08.2019-cu il tarixli, DEN- A0073-14/19A saylı əlavə kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 01.08.2019-cu il tarixli, DENG-00073-14/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. İddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh2 arasında 09.08.2019-ci il tarixli, DENZ-00073-14/19A saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 241 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.11 -ci və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 22.04.2021 -ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 130306 (yüz otuz min üç yüz altı) manat 69 (altmış doqquz) qəpik, faizlərin məbləği 28292 (iyirmi səkkiz min iki yüz doxsan iki) manat 89 (səksən doqquz) qəpik, dəbbə borcu 35031 (otuz beş min otuz bir) manat 74 (yetmiş dörd) qəpik təşkil edir. Beləliklə cavabdehin 22.04.2021 -ci il tarixinə ümumi borcu 193631 (yüz doxsan üç min altı yüz otuz bir) manat 32 (otuz iki) qəpik təşkil edir. Göstərilənlərə əsasən iddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 01.08.2019-cu il tarixli, DEN-00073-14/19A saylı kredit müqaviləsinin, 09.08.2019-cu il tarixli, DEN-A0073-14/19A saylı əlavə kredit müqavilələrinin ləğv edilməsi, 09.08.2019-cu il tarixli, DEN-A0073-14/19A saylı əlavə kredit müqaviləsindən irəli gələn 22.04.2021-ci il tarixinə olan 130306,69 manat əsas borc, 28292,89 manat faiz borcu, 35031,74 manat dəbbə borcu, ümumilikdə 193631,32 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan 01.08.2019-cu il tarixli, DENG-00073-14/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 14, 20 saylı mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili X3 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, cavabdehlər banka olan borclarını ödəməkdən boyun qaçırmırlar, lakin maddi imkanları yaxşı olmadığına görə borcu tam məbləğdə birdəfəlik ödəmək iqtidarında deyillər. Həmçinin, bank tərəfindən hesablanan faiz və dəbbə pulu yüksək məbləğdədir. Belə ki, iddiaçı bank tərəfindən faiz və dəbbə pulu düzgün hesablanmamışdır. Bu səbəbdən də cavabdehlərdə iddiaçı bankın hesablanmalarına şübhə yaranmışdır. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan Bank "BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 avqust 2019-cu il tarixli, DEN-00073-14/19A saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 15%-lə, 200.000 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan Bank "BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 avqust 2019-cu il tarixli, DEN-A0073-14/19A saylı əlavə kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 18%-lə, 150.000 manat məbləğində kredit verilmişdir. İş materiallarındakı ipoteka saxlayan Bank "BTB” ASC ilə ipoteka qoyanlar Cavabdeh1 və X7 arasında bağlanmış 01 avqust 2019-cu il tarixli, DENG-00073-14/19 sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 və X4 paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 14, 20 saylı mənzil öhdəliklərin təminatı kimi Bank "BTB” ASC-yə ipoteka kimi təqdim edilmişdir. İş materiallarında Bank "BTB” ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 09.08.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 05.10.2017-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 14, mənzil 20 (1/2 hissə) Cavabdeh1 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 18 saylı reyestr kitabının 2195 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Bank "BTB” ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdurlar. İşdə olan Bank "BTB” ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 22.04.2021-ci il tarixə 130306,69 manat əsas, 28292,89 manat faiz, 35031,74 manat dəbbə borcu, cəmi 193.631,32 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin 12.08.2021-ci il tarixli, H/01-PLS saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 14, mənzil 20-nin likvid dəyəri 240.000 manat təşkil edir. Qiymətləndiricinin xidmət haqqı 300 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4688 saylı, 08 sentyabr 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən təqdim edilmiş hesabdan çıxarış məlumatları 09 avqust 2019-cu il tarixli, DEN-A0073- 14/19A saylı əlavə kredit müqaviləsinin və ona əlavə edilmiş 31.05.2020-ci il tarixli, 01 nömrəli əlavə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 Hacı oğlunun iddia ərizəsində borcun hesablandığı 22.04.2021-ci il tarixə banka olan borcu 158.280,28 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 130.306,7 manat, faiz borcu üzrə 27.973,58 manat. Cavabdeh1 04.05.2021-ci il tarixə olan borcu 159.062,12 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 130.306,7 manat, faiz borcu üzrə 28.755,42 manat. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bank "BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 avqust 2019-cu il tarixli, DEN-00073-14/19A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 15%-lə, 200.000 manat məbləğində kredit verilmiş, Bank "BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 avqust 2019-cu il tarixli, DEN-A0073-14/19A saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 18%-lə, 150.000 manat məbləğində kredit verilmişdir, ipoteka saxlayan Bank "BTB” ASC ilə ipoteka qoyanlar Cavabdeh1 və X7 arasında bağlanmış 01 avqust 2019-cu il tarixli, DENG- 00073-14/19 sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 və X4 paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 14, 20 saylı mənzil öhdəliklərin təminatı kimi Bank "BTB” ASC-yə ipoteka kimi təqdim edilmiş, Bank "BTB” ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 09.08.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüş, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun banka ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Eyni Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 14, 20 saylı mənzilə yönəldilməli, həmin əmlak açıq hərraca çıxarılaraq satılmalı, ilkin satış qiyməti 240.000 manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq əmlak hərracda satıldıqdan sonra boşaldılmalıdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ Cavabdeh1 və X5 qaytarılmalıdır. Bundan əlavə, iş materiallarından göründüyü kimi ekspert rəyində cavabdehlərin banka 27.973,58 manat faiz borcu qeyd olunduğu halda, iddia ərizəsində 28.292,89 manat faiz borcu tələb edilir. Belə olan halda məhkəmə ekspert rəyini nəzərə almaqla hesab edir ki, 27.973,58 manat faiz borcu tutulmalıdır. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 3000 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 01.08.2019-cu il tarixli, DEN-00073-14/19A saylı kredit müqaviləsi, 09.08.2019-cu il tarixli, DEN-A0073-14/19A saylı əlavə kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 130.306,69 (bir yüz otuz min üç yüz altı manat, altmış doqquz qəpik) manat əsas, 27.973,58 (iyirmi yeddi min doqquz yüz yetmiş üç manat, əlli səkkiz qəpik) manat faiz, 3000 (üç min) manat cərimə borcu, habelə 30,40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 161.310,67 (bir yüz altmış bir min üç yüz on manat, altmış yeddi qəpik) manat məbləğində pul alınaraq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməli, tutma ipoteka qoyulmuş Cavabdeh1 və X4 paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 14, 20 saylı mənzilə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 240.000 (iki yüz qırx min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC-yə olan kredit borcu ödənilməli, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq Cavabdeh1 və X5 qaytarılmalı, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı və mənzil boşaldılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 01.08.2019cu il tarixli, DEN-00073-14/19A saylı kredit müqaviləsi, 09.08.2019-cu il tarixli, DEN-A0073-14/19A saylı əlavə kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 130.306,69 (bir yüz otuz min üç yüz altı manat, altmış doqquz qəpik) manat əsas, 27.973,58 (iyirmi yeddi min doqquz yüz yetmiş üç manat, əlli səkkiz qəpik) manat faiz, 3000 (üç min) manat cərimə borcu, habelə 30,40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 161.310,67 (bir yüz altmış bir min üç yüz on manat, altmış yeddi qəpik) manat məbləğində pul alınaraq iddiaçı Bank "xxxx" ASCyə ödənilsin. Tutma ipoteka qoyulmuş Cavabdeh1 və X4 paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 14, 20 saylı mənzilə yönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti 240.000 (iki yüz qırx min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC-yə olan kredit borcu ödənilsin. Əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq Cavabdeh1 və X5 qaytarılsın. Hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulsun və mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3874/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3874/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver