Məhkəmə qərarları › İş №2(006)-39/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-39/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-39/2022 10.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın girov predmetinə yönəldilməsi və digər” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın girov predmetinə yönəldilməsi və digər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 1810 nömrəli, 06.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 24 ay müddətinə illik 22% ödəmək şərtilə 6300 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “X5 Prado minik”, **-TB-*** dövlət qeydiyyat nömrəli avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 1810 nömrəli, 06.08.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə bank tərəfindən Cavabdeh borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 1810 nömrəli, 06.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 25 iyun 2019-cu il tarixinə Cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında 3942,80 AZN əsas borc, 551,78 AZN faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 571,45 AZN faiz borcu, 2809,33 AZN cərimə borcu, cəmi 7875,36 AZN məbləğində borc öhdəliyi yaranmışdır. Göstərilənlərə əsasən, Cavabdeh arasında bağlanmış 1810 nömrəli, 06.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 25 iyun 2019-cu il tarixinə Cavabdeh ləğv prosesində olan "xxxx" ASC qarşısında 3942,80 AZN əsas borc, 551,78 AZN faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixi qərarına əsasən hesablanan 571,45 AZN faiz borcu, 2809,33 AZN cərimə borcu, cəmi 7875.36 AZN borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, tutmanın girov predmeti olan “X5 Prado minik”, **-TB-*** dövlət qeydiyyat nömrəli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləği yuxarıda göstərilən qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını Mülki Prosessual qanunverciliyin tələblərinə uyğun olaraq mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında bağlanmış 1810 nömrəli, 06.08.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 22% ödəmək şərtilə 6300 AZN məbləğində kredit xətti açılmışdır. İş üzrə «İpoteka saxlayan» qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə «İpoteka verən» qismində Cavabdeh arasında bağlanılmış 1810 nömrəli, 06.08.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla «Borcalan» arasında bağlanmış 1810 nömrəli, 06.08.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh mülkiyyətində olan “X5 Prado minik”, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə ilkin satış qiyməti 31500 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə «Zaminbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 28 iyun 2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh 1810 nömrəli, 06.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə 25 iyun 2019-cu il tarixinə 3942,80 AZN əsas, 551,78 AZN faiz, Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixi qərarına əsasən hesablanan 571,45 AZN faiz borcu, 2809,33 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 7875.36 AZN məbləğində borcu var. İş materiallarında olan "xxxx" KB ASC-nin X3 ünvanladığı 18.08.2021-ci il tarixli bildirişdən görünür ki, X3 borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş AC № 303882 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X5 Prado minik” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 12.01.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, Cavabdeh ilə «Zaminbank” Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı arasında 06.08.2014-cü il tarixində bağlanmış ipoteka müqaviləsi əsasında “X5 Prado minik” markalı, **-TB-*** dövlət qeydiyyat nömrəli avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilərək ona 06.08.201-cü il tarixində AC 303882nömrəli dövlət qeydiyyat şəhadətnaməsi və AA 123810 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4691 saylı, 23 iyul 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 06.08.2014-cü il tarixli, 1810 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 06.08.2016-cı il tarixinə (müqavilənin bitmə tarixi) banka olan borcu 2480,39 AZN məbləğində müəyyən olunur, o cümlədən: 06.08.2016-cı il tarixinə olan əsas borc üzrə - 2177,05 AZN, faiz borcu üzrə - 303,34 AZN; Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 06.08.2014-cü il tarixli, 1810 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 23.07.2021-ci il (rəy verilən tarix) il tarixinədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu 3020,72 AZN məbləğində müəyyən olunur, o cümlədən: 23.07.2021-ci il tarixinə olan əsas borc üzrə - 2177,05 AZN, faiz borcu üzrə - 303,34 AZN, faiz borcu üzrə (illik 5%lə) – 510,33 AZN müəyyən edilmişdir. "xxxx" MMC-nin 13 dekabr 2021-ci il tarixli, H-01-PLS/21 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh məxsus olan “X5 Prado minik” markalı, **-TB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin bazar qiyməti 35000 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, «Zaminbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən ona 06.08.2014-cü il tarixində 24 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 6300 AZN məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh ilə bank arasında kredit ipoteka müqaviləsi bağlanmışdır. Hazırda cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmişl və nəticədə banka ümumilikdə 7875,36 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin 06.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 2177,05 AZN, faiz borcu (rəyin tərtib edildiyi tarixə) 303,34 AZN təşkil edir. İrəli sürülmüş tələb üzrə isə 06.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 3942,80 AZN, faiz borcu kimi 551,78 AZN məbləğində pul tələb olunur. Məhkəmə iddia tələbinin əsas və faiz borcunun tutulması ilə bağlı hissəsi üzrə qeyd edir ki, cavabdehin 06.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcunun 3942,80 AZN, faiz borcunun 551,78 AZN olması müəyyən edilmədiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməli və həmin hissədə tələb qismən təmin edilməli, cavabdehdən əsas borc üzrə 2177,05 AZN, faiz borcu üzrə 303,34 AZN məbləğində pul tutulmalıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi olmaqla 571,45 AZN məbləğində borcun tutulması hissəsində də ekspert rəyi sübut növü kimi qəbul edilərək qismən təmin edilməli, cavabdehdən Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixi qərarına əsasən hesablanan 540,33 AZN məbləğində pul tutulmalıdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək 06.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə cərimə borcu 200 AZN (iki yüz manat) məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, həmçinin cavabdehin maliyyə vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, tələbin ödənilməsi üçün tutmanın Cavabdeh ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsi ilə iddiaçının adına ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Konkret hazırki işdə ipoteka müqaviləsi 2014-cü ildə bağlanılmış və ötən müddət ərzində dövlətdə ictimai-iqtisadi vəziyyətin dəyişməsi nəticəsində daşınar əmlak bazarında qiymətlərinin kəskin olaraq dəyişməsi mübahisəsiz faktdır. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edilərkən ipoteka müqaviləsində göstərilən qiymət əsas kimi götürülə bilməz. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin ekspertiza vasitəsilə müəyyən edilmiş bazar qiyməti nəzərə alınmaqla 35.000 (otuz beş min manat) AZN məbləğ ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı «Zaminbank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 06.08.2014-cü il tarixli, 1810 saylı kredit müqaviləsi üzrə 2177,05 AZN əsas kredit borcu, 303,34 AZN faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixi qərarına əsasən hesablanan 540,33 AZN faiz borcu, 200 AZN cərimə borcu olmaqla, ümumilikdə 3020,72 AZN borc və 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu tutulmalı, tələb Cavabdeh məxsus olan “X5 Prado minik” markalı, **-TB-*** dövlət qeydiyyat nömrəli avtomobilinə yönəldilməli və həmin avtomobil ilkin satış qiyməti 35,000 (otuz beş min) manat ilə açıq hərracda satılaraq, satışdan əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 AZN (bir yüz manat) Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 AZN (iki yüz manat) Cavabdeh tutulub VÖEN: **********, "xxxx" MMC-nin hesablaşma hesabı: "xxxx" KB-nin 11 saylı Dərnəgül filialı, filialın kodu: 502058, VÖEN: **********, SWİFT kod: UBAZAZ22, H/h: AZ46NABZ********************, Benefisiarın adı: "xxxx" MMC, müştərinin hesab nömrəsi: AZ65UBAZ**********0060AZN001 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı «Zaminbank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 06.08.2014-cü il tarixli, 1810 saylı kredit müqaviləsi üzrə 2177,05 AZN əsas kredit borcu, 303,34 AZN faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixi qərarına əsasən hesablanan 540,33 AZN faiz borcu, 200 AZN cərimə borcu olmaqla, ümumilikdə 3020,72 AZN borc və 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu tutulsun. Tələb Cavabdeh məxsus olan “X5 Prado minik” markalı, **-TB-*** dövlət qeydiyyat nömrəli avtomobilinə yönəldilsin və həmin avtomobil ilkin satış qiyməti 35,000 (otuz beş min) manat məbləğ ilə açıq hərracda satılaraq, satışdan əldə olunmuş vəsait hesabına banka olan borc ödənilsin, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 AZN (bir yüz manat) Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, hesab AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 AZN (iki yüz manat) Cavabdeh tutulub VÖEN: **********, "xxxx" MMC-nin hesablaşma hesabı: "xxxx" KB-nin 11 saylı Dərnəgül filialı, filialın kodu: 502058, VÖEN: **********, SWİFT kod: UBAZAZ22, H/h: AZ46NABZ********************, Benefisiarın adı: "xxxx" MMC, müştərinin hesab nömrəsi: AZ65UBAZ**********0060AZN001 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar