Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3900/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 30.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 1837,96 (bir min səkkiz yüz otuz yeddi manat, doxsan altı qəpik) manat əsas borc, 14,55 (on dörd manat, əlli beş qəpik) manat faiz borcu, 15,15 (on beş manat, on beş qəpik) manat cərimə və kredit müqaviləsi üzrə 27.04.2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 224,85 (iki yüz iyirmi dörd manat, səksən beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2092,51 (iki min doxsan iki manat, əlli bir qəpik) manat borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması və "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 30.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 1 faizlə, 60 ay müddətinə, 1841,37 (bir min səkkiz yüz qırx bir manat, otuz yeddi qəpik) manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 30.10.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27.04.2021-ci ilədək Cavabdeh2 banka 30.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1837,96 (bir min səkkiz yüz otuz yeddi manat, doxsan altı qəpik) manat əsas borc, 14,55 (on dörd manat, əlli beş qəpik) manat faiz borcu, 15,15 (on beş manat, on beş qəpik)manat cərimə və kredit müqaviləsi üzrə 27.04.2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 224.85 (iki yüz iyirmi dörd manat, səksən beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 2092.51 (iki min doxsan iki manat, əlli bir qəpik) manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 30.10.2019-cu il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazmınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Sonradan iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə və 26.07.2021-ci il tarixli maliyyə arayışını təqdim edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 banka 30.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1837.96 (bir min səkkiz yüz otuz yeddi manat, doxsan altı qəpik) manat əsas borc, 19,1 (on doqquz manat, on qəpik) manat faiz borcu, 37,28 (otuz yeddi manat, iyirmi səkkiz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1894,34 (bir min səkkiz yüz doxsan dörd manat, otuz dörd qəpik) manat borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması və "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 30 oktyabr 2019-cu il tarixli, 23-M-1-0-704-14 saylı Kredit müqaviləsindən və müqaviləyə 1 saylı Əlavədən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh2 60 ay müddətinə, illik faiz dərəcəsi 1 % olmaqla 1841.37 (bir min səkkiz yüz qırx bir manat, otuz yeddi qəpik) manat məbləğində Kredit verilmişdir. 30.10.2019-cu il tarixli, 23-M-1-0-704-14 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında 30 okyabr 2019-cu il tarixli, 23-M-1-0-704-14 kredit müqaviləsinin təminatı qismində zaminlik müqaviləsi bağlanmış və Cavabdeh1 qeyd olunan müqavilə üzrə öhdəliklərin tamamilə icra edilməsi üçün borcalanla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyaçağını öz üzərinə götürmüşdür. 27.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 30 oktyabr 2019-cu il tarixli, 23-M-1-0-704-14 saylı Kredit müqaviləsi üzrə 27.04.2021-ci il tarixə Cavabdeh2 İddiaçı ASC-yə 1837.96 (bir min səkkiz yüz otuz yeddi manat, doxsan altı qəpik) manat əsas borc, 14,55 (on dörd manat, əlli beş qəpik)manat faiz borcu, 15,15 (on beş manat, on beş qəpik) manat cərimə və kredit müqaviləsi üzrə 27.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 224.85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 2092.51 (iki min doxsan iki manat, əlli bir qəpik) manat məbləğində borcu vardır. 26.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 30 okyabr 2019-cu il tarixli, 23- M-1-0-704-14 saylı Kredit müqaviləsi üzrə 26.07.2021-ci il tarixə Cavabdeh2 İddiaçı ASCyə 1837.96 (bir min səkkiz yüz otuz yeddi manat, doxsan altı qəpik) manat əsas borc, 19,1 (on doqquz manat, on qəpik) manat faiz borcu , 37,28 (otuz yeddi manat, iyirmi səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1894,34 (bir min səkkiz yüz doxsan dörd manat, otuz dörd qəpik) manat məbləğində borcu vardır. 08.10.2014-cü il tarixli, bank hesab, kredit və zaminlik müqaviləsindən, həmin tarixli 1 saylı əlavədən və kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh2 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. 14.04.2021-c il tarixli, KBD/5853 saylı xəbərdarlıqlardan (pretenziya) görünür ki, cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun 5 iş günü ərzində ödənilməsi tələb edilmiş, ödənişlər həyata keçirilmədiyi təqdirdə kredit müqaviləsinə xitam verilməsi və borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 16.04.2021-ci il tarxili Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. 16.04.2021-ci il tarxili Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası, ünvan 2 ünvanında qeydiyyatdadır. 03.05.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyər hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; \ 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 30 okyabr 2019-cu il tarixli, 23-M-1-0-704-14 saylı Kredit müqaviləsi Cavabdeh2 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1841.37 (bir min səkkiz yüz qırx bir manat, otuz yeddi qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona 30 okyabr 2019cu il tarixli, 23-M-1-0-704-14 saylı kredit müqaviləsi üzrə ümumilikdə 1894,34 (bir min səkkiz yüz doxsan dörd manat, otuz dörd qəpik) manat borc hesablanmışdır. Göründüyü kimi, Cavabdeh2 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. 30 oktyabr 2019-cu il tarixli, 23-M-1-0-704-14 saylı kredit müqaviləsi üzrə kredit borcunun əsas borcludan və zamindən (birgə borclulardan) müştərək qaydada tutulması barədə iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki iş materiallarından göründüyü kimi Cavabdeh1 zamin kimi Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borc, habelə ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə iddia tələbinin 30 oktyabr 2019-cu il tarixli 23-M-1-0-704- 14 saylı kredit müqaviləsinin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə sadalanan normaların və 30 oktyabr 2019-cu il tarixli, 23-M-1-0-704-14 saylı kredit müqaviləsinin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli, 23-M-1-0-704-14 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1837,96 (bir min səkkiz yüz otuz yeddi manat, doxsan altı qəpik) manat əsas borc, 19,1 (on doqquz manat, on qəpik) manat faiz borcu, 37,28 (otuz yeddi manat, iyirmi səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1894,34 (bir min səkkiz yüz doxsan dörd manat, otuz dörd qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli, 23- M-1-0-704-14 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1837.96 (bir min səkkiz yüz otuz yeddi manat, doxsan altı qəpik) manat əsas borc, 19.10 (on doqquz manat, on qəpik) manat faiz borcu, 37.28 (otuz yeddi manat, iyirmi səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1894.34 (bir min səkkiz yüz doxsan dörd manat, otuz dörd qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3900/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3900/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver