Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3912/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən «TBC Kredit» X5 təşkilatından illik 25 faizlə 36 ay müddətinə 10200 manat kredit götürmüşdür. Borcun təminatı olaraq xx.xx.2018-ci il tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. «TBC Kredit» X5 təşkilatı ilə «xxxxxx» İKB ASC arasında bağlanmış tələbin güzəştli barədə xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2019-cu il tarixli 1 saylı Əlavə Sazişə əsasən Cavabdeh1 ilə «TBC Kredit» X5 Təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb hüququ «xxxxxx» İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyin icra etməkdən boyun qaçırır. xx.xx.2020-ci il tarixədək Cavabdeh1 banka xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 6851,72 manat əsas borc, 588,22 manat faiz borcu, 3352,46 manat cərimə olmaqla, cəmi 10792,40 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. xx.xx.2018-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Göstərilənlərə əsasən Cavabdeh1 ilə «TBC Kredit» X5 Təşkilatı arasında bağlanmış xx.xx.2018-ci il tarixli BAKU1-31242-15203 №-li kredit müqaviləsinin ləğv edilməsini, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli müqaviləsi üzrə 6851,72 manat əsas, 588,22 manat faiz borcu, 3352,46 manat cərimə olmaqla,cəmi 10792,40 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanunla müəyyənləşdirilmiş qaydada bildiriş göndərilsə də, cavabdehlər qeydiyyatda olduğu ünvanda yaşamadığından bildiriş onlara çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan «TBC Kredit X5 Təşkilatı» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, BAKU1-31242-15203 saylı kredit müqaviləsinə əsasən «TBC Kredit X5 Təşkilatı» MMC tərəfindən Cavabdeh1n 36 ay müddətinə, illik 25% olmaqla, 10.200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan «TBC Kredit X5 Təşkilatı» MMC ilə borclu Cavabdeh1, zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh2 borclu Cavabdeh1 kredit təşkilatı qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəliklər götürmüşlər. İş materiallarında olan «TBC Kredit X5 Təşkilatı» MMC ilə «xxxxxx» İKB ASC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli tələbin güzəşti barədə müqaviləsindən və müqavilənin 1 saylı Əlavəsindən görünür ki, Cavabdeh1 ilə «TBC Kredit X5 Təşkilatı» MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ «xxxxxx» İKB ASC-yə ötürülmüşdür. İş materiallarında olan "İddiaçı" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Banka 6851,72 manat məbləğində əsas borcu, 588,22 manat məbləğində faiz borcu, 3352,46 manat məbləğində cərimə borcu, ümumilikdə 10792,40 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «TBC Kredit X5 Təşkilatı» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, BAKU1-31242-15203 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 25% olmaqla, 10.200 manat məbləğində kredit verilmiş, zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 kredit təşkilatı qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəliklər götürmüşlər, «TBC Kredit X5 Təşkilatı» MMC ilə «xxxxxx» İKB ASC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli tələbin güzəştli barədə müqaviləsinə və müqavilənin 1 saylı Əlavəsinə əsasən Cavabdeh1 ilə «TBC Kredit X5 Təşkilatı» MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ «xxxxxx» İKB ASC-yə ötürülmüş,cavabdehlər üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə cavabdehlərin banka 6851,72 manat məbləğində əsas borcu, 588,22 manat faiz borcu, 3352,46 manat cərimə borcu, ümumilikdə 10792,40 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırki halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək, cərimə borcu 300 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, «TBC Kredit X5 Təşkilatı» MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx xxxxxx 2018-ci il tarixli BAKU1-31242-15203 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6851,72 (altı min səkkiz yüz əlli bir manat, yetmiş iki qəpik) manat əsas borc, 588,22 (beş yüz səksən səkkiz manat, iyirmi iki qəpik) manat faiz borcu, 300 (üç yüz) manat cərimə borcu olmaqla, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7769,94 (yeddi min yeddi yüz altmış doqquz manat, doxsan dörd qəpik) manat məbləğində pul alınaraq “İddiaçı" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. «TBC Kredit X5 Təşkilatı» MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx xxxxxx 2018-ci il tarixli BAKU1-31242-15203 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6851,72 (altı min səkkiz yüz əlli bir manat, yetmiş iki qəpik) manat əsas borc, 588,22 (beş yüz səksən səkkiz manat, iyirmi iki qəpik) manat faiz borcu, 300 (üç yüz) manat cərimə borcu olmaqla, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7769,94 (yeddi min yeddi yüz altmış doqquz manat, doxsan dörd qəpik) manat məbləğində pul alınaraq “İddiaçı" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3912/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3912/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver