Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3925/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi (vəkil) X2 iştirakları ilə, iİddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC KB iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 465 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə ödənilməmiş 1878,91 (min səkkiz yüz yetmiş səkkiz ABŞ dolları doxsan bir sent) ABŞ dolları məbləğində əsas borc, 1525,85 (min beş yüz iyirmi beş ABŞ dolları səksən beş sent) ABŞ dolları faiz borcu, 1395,51 ABŞ dolları cərimə borcu, 277,42 (iki yüz yetmiş yeddi ABŞ dolları qırx iki sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan illik 5 % borc olmaqla, ümumilikdə 5077,69 ABŞ dolları məbləğində borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək öz izahatında bildirmişdir ki, Azərbaycan Respublikası 01 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-1(81)-3619/2016 saylı qərarı ilə İddiaçı ASC ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-yə ləğvedici təyin edilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 465 nömrəli kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 24% dərəcəsi ilə 3000 ABŞ dolları məbləğində kredit vəsait ayrılmışdır. Kredit müqaviləsinin 2.2.1, 2.2.2, 2.2.3-cü bəndlərinə əsasən borc alan Cavabdeh1 kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda əsas borcun ödənişini ödəniş cədvəlinə əsasən tam şəkildə borcverənə ödəməli olmasına bxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə cavabeh Cavabdeh2 arasında xx xxxx 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1, 1.2 və 2.1-ci bəndlərinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsulliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 zaminliyə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim edərək, izahatında bildirmişdir ki, o, zamin kimi pulun alınmasında iştirak etməmiş, müqavilədə onun imzası olmamışdır. Azərbaycan Respublikası MM-nin 470.1-ci, 461, 477.0.1-ci maddələrinə əsasən hazırki iş üzrə ona qarşı irəli sürülən tələb üzrə xitam verilməlidir. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcun ondan tutulması barədə iddia üzrə verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkil) X4 “iddia müddətinin tətbiq edilməsinə” dair ərizəni məhkəməyə təqdim edərək, izahatında bildirmişdir ki, iddia rədd olunmalıdır. Belə ki, adı çəkilən krediti götürdükdən sonra devalvasiya baş vermiş, bu səbəbdən ödəmələrində gecikmə olmuşdur. Sonuncu ödənişi 0, xx xxxxxx 2015-ci il tarixdə etmişdir. Cavabdeh iddia ərizəsində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli və s. qərarlara istinad edərək iddia ərizəsini göndərə bilmədiklərini və buna görə də iddia müddətlərini keçirdiyindiyini bildirmişdir. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli, 05 saylı və xx xxxxx 2020-ci il tarixli, 06 saylı qərarlarında, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilən məlumatlarda fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələri, o cümlədən apelyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilməsi tövsiyə edilmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsini də poçt vasitəsilə və ya elektron şəkildə məhkəməyə göndərə bilərdi. Hesab edir ki, göstərilən səbəb üzrlü də hesab edilə bilməz, bu səbəbdən iddia müddəti tətbiq olunaraq, iddia tələbi rədd edilməlidir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 465 nömrəli kredit müqaviləsindən görünür ki, borcalana 24 ay müddətinə illik 24% dərəcəsi ilə 3000 ABŞ dolları məbləğində kredit vəsait ayrılmışdır. Kredit müqaviləsinin 2.2.1, 2.2.2, 2.2.3-cü bəndlərinə əsasən borc alan Cavabdeh1 kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda əsas borcun ödənişini ödəniş cədvəlinə əsasən tam şəkildə borcverənə ödəməli olmasına bxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. İş materiallarında olan İddiaçı ASC ilə cavabeh Cavabdeh2 arasında xx xxxx 2015ci il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə zaminlik müqaviləsinin 1.1, 1.2 və 2.1-ci bəndlərinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsulliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı həmin maddəyə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh X5 vermişdir. Lakin, Cavabdeh2, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc və faiz borcları üzrə ödənişləri vaxtı-vaxtında aparmamışdır. Halbu ki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın, yəni Cavabdeh2, Cavabdeh1 üzərinə düşür. Lakin, mülki işdə cavabdehin öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası MM-nin 427, 439, 442, 448, 739-cu maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, 1878,91 (min səkkiz yüz yetmiş səkkiz ABŞ dolları doxsan bir sent) ABŞ dolları məbləğində əsas borc, 1525,85 (min beş yüz iyirmi beş ABŞ dolları səksən beş sent) ABŞ dolları faiz borcu pulun cavabdehdən tutulması barədə iddiaçının tələbi əsaslıdır. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bundan başqa, məhkəmə qeyd edir ki, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 1395,51 ABŞ dolları məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 140 (yüz qırx) ABŞ dolları məbləğində müəyyən edir. Qeyd olunur ki, Cavabdeh1 nümayəndəsi (vəkil) X4 “iddia müddətinin tətbiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Həmin məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» xx xxxx 2013-cü il tarixli qərarında belə qənaətə gəlmişdir ki, «Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz». Azərbaycan Respublikası MM-nin 380.1 və 380.2-ci maddələrinə əsasən «Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir», «Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir». İşin faktiki hallarından görünür ki, 22 iyun 2015-ci il tarixli 465 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanmışdır. Pul tələbi üzrə iddia müddəti 3 il nəzərdə tutulur. İddiaçının tələbi üzrə iddia müddəti xx xxxx 2020-ci il tarixdə bitmiş olur. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” 2020-ci il 31 mart tarixli 122 saylı və “Koronovirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 02 aprel tarixli 124 saylı Qərarlarına əsasən Azərbaycan Respublikasında xüsusi iş rejimi tətbiq edilmişdir. Göründüyü kimi, İddiaçı ASC iddia müddətini ötmüş olsa belə, məhkəmə iddia müddətinin ötürülməsi səbəbini üzrlü sayır. Ona görə də Cavabdeh1 nümayəndəsi (vəkil) X2 iddia müddətinin tətbiq olunmaqla iddianın rədd edilməsi mümkün deyil. Məhkəmə, Cavabdeh2 “zaminliyə xitam verilməsinə dair” ərizəsinə münasibət bildirərək, qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 470.1ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür Mülki Məcəllənin 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır Mülki Məcəllənin 477-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx xxxx 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanılmışdır. İddiaçı zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində zaminə qarşı iddia irəli sürməmişdir. Odur ki, İddiaçı ASC ilə Cavabdeh2 ilə bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 465 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə ödənilməmiş 1878,91 (min səkkiz yüz yetmiş səkkiz ABŞ dolları doxsan bir sent) ABŞ dolları məbləğində əsas borc, 1525,85 (min beş yüz iyirmi beş ABŞ dolları səksən beş sent) ABŞ dolları faiz borcu, 140 (yüz qırx) ABŞ dolları cərimə borcu, 277,42 (iki yüz yetmiş yeddi ABŞ dolları qırx iki sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan illik 5 % borc olmaqla, ümumilikdə 3822,18 (üç min səkkiz yüz iyirmi iki ABŞ dolları on səkkiz sent) ABŞ dolları məbləğində borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməli, cavabdeh ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməlidir. Yuxarıda ğöstərənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 465 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə ödənilməmiş 1878,91 (min səkkiz yüz yetmiş səkkiz ABŞ dolları doxsan bir sent) ABŞ dolları məbləğində əsas borc, 1525,85 (min beş yüz iyirmi beş ABŞ dolları səksən beş sent) ABŞ dolları faiz borcu, 140 (yüz qırx) ABŞ dolları cərimə borcu, 277,42 (iki yüz yetmiş yeddi ABŞ dolları qırx iki sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan illik 5 % borc olmaqla, ümumilikdə 3822,18 (üç min səkkiz yüz iyirmi iki ABŞ dolları on səkkiz sent) ABŞ dolları məbləğində borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilsin. İddiaçı ASC ilə Cavabdeh2 ilə bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə xitam verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3925/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3925/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver