Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3943/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası DİN BDYPİ-yə qarşı «icarə müqaviləsinin ləğv edilməsi, avtokranın cavabdehdən alınaraq MMC-nin real sahibliyinə və istifadəsinə qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası DİN BDYPİ-yə qarşı «icarə müqaviləsinin ləğv edilməsi, avtokranın cavabdehdən alınaraq MMC-nin real sahibliyinə və istifadəsinə qaytarılması, dəymiş maddi və mənəvi ziyanın tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış avtokranın icarəsi haqqında 16.10.2020-ci il tarixli 02 saylı müqavilənin ləğv edilməsi; İddiaçı MMC-yə məxsus «Kamaz 53212» markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtokranın cavabdehin qanunsuz sahibliyindən və istifadəsindən götürülərək, iddiaçıya geri qaytarılması; 6 ay ərzində (hər ay 300 manat) ödənilməmiş 1.800 manat icarə haqqının, əldən çıxmış gəlir kimi 3.000 manatın və 5.000 manat mənəvi ziyanın, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin, cəmi 9.830 manat pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı MMC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış avtokranın icarəsi haqqında 16.10.2020-ci il tarixli 02 saylı müqavilənin ləğv edilməsi; «Kamaz 53212» markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtokranın İddiaçı MMC-nin sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə aralarında bağlanmış 16.10.2020-ci il tarixli 2 nömrəli avtokranın icarəsi barədə müqavilənin 2.1-ci bəndi artıq 6 aydan çox bir müddətdir ki, onun tərəfindən qərəzli şəkildə üzərinə düşən öhdəliyi icra etmir və bu zaman qanunsuz olaraq MMC-yə məxsus «Kamaz 53212» markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtokranı özündə saxlayır və geri qaytarmır. Dəfələrlə özünə rəsmi qaydada, həmçinin telefon ilə əlaqə saxlayıb tələb etsələr də, bütün müraciətlər cavabsız və nəticəsiz qalmışdır. Hazırda yeganə yolları cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmək, dəymiş maddi və mənəvi ziyanı tələb etmək, həmçinin avtokranı geri götürməkdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası DİN BDYPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. İddiaçının nümayəndəsinin mülki işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli 2(006)-3943/2021 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında 16.10.2020-ci il tarixli 2 nömrəli avtokranın icarəsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, icarəyə verən ona məxsus «Kamaz 53212» markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtokranı müvəqqəti istifadə üçün icarəyə verir. Müqavilənin 1.2-ci bəndində göstərilmişdir ki, icarəçi həmin avtokranı icarəyə verəndən qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə aylıq icarə haqqı müvafiq vergilər daxil olmaqla 300 manat təşkil edir. Müqavilənin 2.4-cü bəndinə əsasən aylıq icarə haqqı icarəçi tərəfindən cari ayın 5nə qədər ödənilməlidir. Müqavilə 1 il müddətinə bağlanmışdır. Müqavilənin 3.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə icarəyə verən müqaviləni bir tərəfli qaydada pozmaq hüququna malikdir. Təhvil-təslim aktından göründüyü kimi, icarəyə verən olan iddiaçı tərəf müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, avtokranı icarəçi olan cavabdehə təhvil vermişdir. Təhvil-təslim aktı cavabdeh tərəfindən imzalanmışdır. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 müqavilənin 2.1-ci bəndində qeyd olunan sığorta haqqının məbləğini bir neçə ay iddiaçıya ödəməmişdir. İddiaçı mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün cavabdehə bildiriş ünvanlamış, lakin cavabdeh yenə də öhdəliklərini tam və vaxtında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, icarəçi icarəyə götürdüyü avtokrana görə ödəməli olduğu icarə haqqını gecikdirmişdir və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Bu səbəbdən, iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış avtokranın icarəsi haqqında 16.10.2020-ci il tarixli 02 saylı müqavilə ləğv edilməli; «Kamaz 53212» markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtokran Cavabdeh1 alınaraq İddiaçı MMC-nin sahibliyinə və istifadəsinə qaytarılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış avtokranın icarəsi haqqında 16.10.2020-ci il tarixli 02 saylı müqavilə ləğv edilsin. «Kamaz 53212» markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtokran Cavabdeh1 alınaraq İddiaçı MMC-nin sahibliyinə və istifadəsinə qaytarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3943/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-3943/2021
01.07.2021 · Müqavilələrin ləğv edilməsi - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver