Məhkəmə qərarları › İş №2(006)-3952/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3952/2021

19.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3952/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 09.09.2004cü il təvəllüdlü X1, 09.09.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləği artırılaraq hər ay hər bir uşaq üçün 176 manat, cəmi 352 manat sabit pul məbləği Cavabdeh, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2011-ci il tarixli, 2(060)-1780/2011 saylı qiyabi qətnaməsi ilə birgə nikahdan doğulan uşaqları, 03.04.2003-cü il təvəllüdlü X3, 09.09.2004-cü il təvəllüdlü X1, 09.09.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona hər ay ödəməli olduğu, lakin 28 mart 2011-ci ildən başlayaraq ödəmədiyi 240 manat sabit pul məbləğində olan 28.080 manat aliment borcunu qanunvericiliyin tələblərinə uyğun olaraq faizi, dəbbə pulu və indeksasiya ilə birlikdə hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2001-ci il tarixdə Cavabdeh ilə faktiki olaraq evlənməmişdir və birgə nikahdan 03.04.2003-cü il təvəllüdlü X4, 09.09.2004-cü il təvəllüdlü X5 doğulmuşdur. Cavabdeh 28.03.2011-ci ildən başlayaraq hər uşağa 80 manat sabit pul məbləği olmaqla Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2011-ci il tarixli, 2(060)-1780/2011 saylı qiyabi qətnaməsi ilə birgə nikahdan doğulan 03.04.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən ümumilikdə 240 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin Federasiyasında yaşayır və orada işləyir. Dəfələrlə müvafiq qurumlara və cavabdehin yaxın qohumları vasitəsilə ondan alimentin ödənilməsini tələb etdə də, bu ödəniş həyata keçirilmir. Cavabdeh indiyədək uşağı ilə maraqlanmamışdır, onun təlimtərbiyəsində, sağlam böyüməsində iştirak etməmişdir. Halbuki bir valideyin kimi cavabdehin uşağın saxlanılmasında, tərbiyə edilməsində, təhsil almasında, sağlam böyüməsində iştirak etməmişdir. Halbuki bir valideyn kimi cavabdehin uşağın saxlanılmasında ,tərbiyə edilməsində, təhsil almasında, sağlam böyüdülmısində mənəvi, maddi və hüququ məsuliyyət daşıyır. Tərəflər məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ilə müraçiət edərək, işə onun iştirakı olmadan baxıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxsin izahatını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətini inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valedeyinlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqın saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən edilməlidir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 28.03.2011-ci ildən başlayaraq hər uşağa 80 manat sabit pul məbləği olmaqla Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2011-ci il tarixli, 2(060)-1780/2011 saylı qiyabi qətnaməsi ilə birgə nikahdan doğulan 03.04.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən ümumilikdə 240 manat sabit pul məbləğində aliment üçün yetərli deyildir. Məhkəmə hesab edir ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2011-ci il tarixli, 2(060)-1780/2011 saylı qiyabi qətnaməsi ilə birgə nikahdan doğulan uşaqları, 03.04.2003-cü il təvəllüdlü X3, 09.09.2004-cü il təvəllüdlü X1, 09.09.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona hər ay ödəməli olduğu, lakin 28 mart 2011-ci ildən başlayaraq ödəmədiyi 240 manat sabit pul məbləğində olan 28.080 manat aliment borcunu qanunvericiliyin tələblərinə uyğun olaraq faizi, dəbbə pulu və indeksasiya ilə birlikdə hesablanaraq ödənilməsiOna görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 09.09.2004-cü il təvəllüdlü X1, 09.09.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləği artırılaraq hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləği Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı həmin tələbi təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, qət etdi: İddia tələbi qismən təmin edilsin. 09.09.2004-cü il təvəllüdlü X1, 09.09.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləği artırılaraq hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləği Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar