Məhkəmə qərarları › İş №2(006)-3967/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3967/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3967/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxxxxx" KB ASC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxxxxx" KB ASC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “xxxxxxx” KB ASC-yə olan kredit borcunun X2 Palatası tərəfindən internet vasitəsilə əldə edilmiş rəsmi arayışın tələblərinə əsasən silinməsini, məhkəmə xərcləri “xxxxxxx“ KB ASC-nin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o - İddiaçı “xxxxxxx” KB ASC-dən kredit götürmüşdür. xx xxxxxx 2015-ci il tarixinə “xxxxxxx” KB ASC-yə 5000 ABŞ dolları hesablanmış kompensasiya 1250 manat, xx xxxxxx 2015-ci il tarixinə 4943,10 ABŞ dolları hesablanmış kompensasiya 2965,86 manat olmuşdur. Maliyyə rəqəmləri X2 Palatasından rəsmi internet sorğu ilə əldə edilmişdir. Ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilmiş əsas hissə (izahlı) xx xxxx 2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) 424,87 manat olmuşdur. Qalıq borcunun məbləği (manatla) 0,00 manat təşkil edir. Kompensasiyanın köçürüldüyü ödəniş kartının əldə olunacağı kredit təşkilatları (poçt rabitəsinin milli operatoru) “xxxxxxx” KB ASC 1577.66 manat, “xxxxxxx” KB ASC 664,92 manat olmuşdur. Cəmi hesablanmış kompensasiya 4215,86 manat təşkil edir. Borcların ödənilməsinə yönəldilən hissə 1973,28 manat olmuşdur. Vətəndaşa çatan hissə 2248,58 manat təşkil edir. X2 Palatası tərəfindən internet vasitəsilə əldə edilmiş rəsmi arayışdan görünür ki, “xxxxxxx“ KB ASC-yə kredit borcu qalmamışdır. Bütün bunları, habelə Azərbaycan Respublikası Prezidentinin dollar kreditlərinin restruktizasiyası barədə məlum fərmanının tələblərinə əsasən onun - İddiaçı “xxxxxxx” KB ASC-yə olan kredit borcu X2 Palatası tərəfindən internet vasitəsilə əldə edilmiş rəsmi arayışın tələblərinə əsasən silinməsini, məhkəmə xərclərinin “xxxxxxx“ KB ASC-nin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən onunla “xxxxxxx” ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən ona ödənilməli olan kompensasiya miqdarının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməməlidir. Neftçala Rayon Məhkəməsinin 2(53)-1013/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Neftçala rayonu, Dördlər kəndində yaşayan İddiaçı «xxxxxxx» X4 Səhmdar Cəmiyyətinin xeyrinə 4943,10 USD əsas, 203,18 USD faiz, 1,44 USD cərimə, cəmi 5147,72 (beş min yüz qırx yeddi dollar 72 sent) USD məbləğində borc və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(53)-855/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Neftçala rayonu, Dördlər kəndində yaşayan İddiaçı «xxxxxxx» X4 Səhmdar Cəmiyyətinin xeyrinə 424,87 AZN əsas, 55,92 AZN faiz, 12,97 AZN cərimə, cəmi 493,76 AZN məbləğində borc və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Problemli kreditlərin kompensasiyasına dair xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı 4215,86 manat məbləğində kompensasiya hesablanmış, həmin məbləğdən 2242,58 manatı özünə ödənilmiş, 1973,28 manatı borclarının ödənilməsinə yönəldilmişdir. Problemli kreditlərin kompensasiyasına dair xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixinə əsas kredit borcu 424,87 manat, borcun azaldılmasına yönəldilən məbləğ 424,87 manat, qalıq borc məbləği 0,00 manat təşkil etmişdir. «xxxxxxx» X4 Səhmdar Cəmiyyəti tərəfindən AZ62UBAZ**********1020USD002 bank hesabı üzrə xx.xx.2015-ci tarixdən xx.xx.2020-ci taixə qədər olan müddət üçün tərtib edilmiş çıxarışdan görünür ki, Fərmanla bağlı xx.xx.2020-ci il tarixdə 424,87 manat, xx.xx.2019-cu il tarixdə isə 1319,16 manat məbləğində kompensasiya ödənişləri kompensasiya hesabına köçürülmüşdür. «xxxxxxx» X4 Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən İddiaçı “xxxxxxx” ASC-yə həmin tarix üçün 3655,62 USD, xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən isə İddiaçı “xxxxxxx” ASC-yə həmin tarix üçün 2336,46 USD məbləğində əsas borcu vardır. Beləliklə, məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən İddiaçı cəmi 4215,86 manat kompensasiya məbləği hesablanmışdır. Həmin məbləğdən iddiaçıya 2242,58 manatının verilməsi qərara alınsa da, 1973,28 manatı onun Bank qarşısında olan borcların ödənilməsinə yönəldilmişdir. Belə ki, “xxxxxxx” ASC tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışlarından görünür ki, xx.xx.2019-cu il tarixi üçün İddiaçı cavabdehə 3655,62 USD məbləğində borclu olmuşdursa, xx xxxxxxxx 2020-ci il üçün onun cavabdehə qaldığı borc məbləği 2336,46 USD təşkil edir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kompensasiya məbləğinin ödənilməmiş hissəsinin ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Hazırkı iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddələrin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur. Belə ki, iddiaçının Bank qarşısında kredit müqaviləsinə əsasən yaranmış öhdəlikləri vardır və onun tələb etdiyi məbləğ X2 Palatasının müvafiq qərarına uyğun şəkildə cavabdeh tərəfindən təqdim olunmuş məlumata əsasən düzgün olaraq ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilmişdir. Bununla bağlı iddiaçı tərəfindən irəli sürülmüş dəlillər öz təsdiqini tapmamışdır, əsassızdır və mülahizə xarakter daşıyır. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxxxxx" KB ASC-yə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxxxxx" KB ASC-yə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar