Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-398/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 2(006)-5597/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini dəyişərək, 08 oktyabr 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini, uşağın saxlanılması üçün 170 manat alimentin cavabdehdən tutulmasını istəyir. O, Cavabdeh qarşı "aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən uşağın saxlanması üçün hər ay 154 (yüz əlli dörd) manat alimentin, Cavabdeh 2018-ci ilin yanvar ayından-2018-ci ilin oktyabr ayınadək olan dövr üçün 1540 manat aliment və uşaq 3 yaşına çatanadək 150 manat aliment alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 7342/2018 saylı, 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək 150 (yüz əlli) manat aliment, cəmi hər ay 304 (üç yüz dörd) manat alimentin alınaraq İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsi hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qaldıqlarından həm o, həm də cavabdeh ayrı-ayrılıqda apelyasiya şikayəti vermişlər. O, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini, Cavabdeh isə qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7859/2019 saylı, 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə onun şikayəti təmin edilməmiş, qarşı tərəfin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-7342/2018 saylı, 20 dekabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh 08.10.2018-ci il təvəllüdlü X1 3 yaşına çatanadək 150 (yüz əlli) manat alimentin tutulması hissəsində dəyişdirilərək, həmin məbləğ 75 (yetmiş beş) manat müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh daha sonra həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(102)-7613/2019 saylı qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinn 2(103)- 7859/2019 saylı, 19 iyun 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Nəsimi rayon Məhkəməsiin 27 sentyabr 2019-cu il tarixli, 2(006)-5597/2019 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilmiş, uşağın saxlanılması üçün 160 manat qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Uşaq böyüyür, xərcləri artır. Yuxarıda qeyd olunanlara əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 2(006)-5597/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini dəyişərək, 08 oktyabr 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 2(006)-5597/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini dəyişərək, 08 oktyabr 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz etmədiyini bildirmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 04.06.2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 206889 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 04.06.2017-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1420 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Bəşirov, arvada Nəsibova soyadı verilmişdir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 20.10.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 128981 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 08.10.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 20.10.2018-ci il tarixdə 769 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.12.2018-ci il tarixli, 2(006)-7342/2018 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 08.10.2018ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək 150 (yüz əlli) manat aliment, cəmi hər ay 304 (üç yüz dörd) manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19.06.2019-cu il tarixli, 2(103)-7859/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7342/2018 saylı, 20 dekabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh 08.10.2018-ci il təvəllüdlü X1 3 yaşına çatanadək 150 (yüz əlli) manat alimentin tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 75 (yetmiş beş) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.12.2019-cu il tarixli, 2(102)-7613/2019 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.09.2019-cu il tarixli, 2(006)-5597/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş 08.10.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Belə ki işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 08.10.2018-ci il təvəllüdlü X2 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.09.2019-cu il tarixli, 2(006)-5597/2019 saylı qətnaməsi ilə Cavabdeh 08.10.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2021-ci il üçün yaşayış minumumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə, alimentin sabit pul məbləğində tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə məhkəmə, işdə olan sübutlara məcmu halda qiymət verərək, cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.09.2019-cu il tarixli, 2(006)-5597/2019 saylı qətnaməsinin qəbul edilməsindən artıq müəyyən müddət keçdiyini, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin cavabdeh tərəfin aliment məbləğinin 1754 manat məbləğində müəyyən edilməsinə etirazı olmadığını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.09.2019-cu il tarixli, 2(006)-5597/2019 saylı qətnaməsi ilə uşağın saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, 08 oktyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 112.1.3-cü, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.09.2019-cu il tarixli, 2(006)-5597/2019 saylı qətnaməsi ilə uşağın saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 08 oktyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-398/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-398/2021
06.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver