Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3986/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı «icarə müqaviləsinn ləğv edilməsi, icarə haqqı üzrə borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı «icarə müqaviləsinn ləğv edilməsi, icarə haqqı üzrə borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin «İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» 629 nömrəli, 06.09.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Dövlət Komitəsi ilə Cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 44 ünvanında yerləşən 53,3 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 12.09.2019-cu il tarixli, 11391 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtlərinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dvölət büdcəsinə 1066 manat icarə haqqı borcu mövcuddur. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə cavbadeh «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinin icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə 27.08.2020-ci il tarixli, **********31 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin 23.10.2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmiş və həmin Fərmanın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir və Əmlak Məsələləri Dövlət Komitəsinin bütün hüquq və öhdəlikləri Əmlak Məsələləri Dövlət Xidmətinə keçir. Göstərilənlərə əssən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 44 üvnanında yerləşən 53,3 ev.m. qeyri-yaşayış sahəsinin verilməsi barədə 12.09.2019-cu il tarixli 11391 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, cavabdehdən icarə haqqı borcu üzrə 1066 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004 AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X3 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, onun həmin ünvanda yaşamaması səbəbindən bildiriş ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli, 11391 saylı «Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında» icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 44 ünvanında yerləşən, ümumi sahəsi 53,3 kv. metr olan qeyri-yaşayış sahəsi 12.03.2020-ci il tarixədək, aylıq 186,55 manat icarə haqqı ödənilməsi şərti ilə Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanmış 27.08.2020-ci il tarixli məktubundan görünür ki, «İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 06.09.1997-ci il tarixli 629 saylı Fərmanına uyğun olaraq ünvan 3 ünvanında yerləşən 53,3 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair Cavabdeh ilə bağlanılmış 11391 nömrəli 12.09.2019-cu il tarixli icarə müqaviləsi üzrə dövlət büdcəsinə 31.08.2020-ci il tarixinə 829,3 manat məbləğində icarə haqqı borcu yaranmışdır.7 gün müddətində dövlət büdcəsinə yaranmış borcunun ödənilməsi təmin edilmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423-cü maddəsinə uyğun olaraq müqavilənin ləğv edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər həyata keçiriləcəkdir. Cavabdeh tərəfindən məktubun 02.09.2020-ci il tarixdə qəbul edilməsini, yaranmış borcun 01.11.2020-ci il tarixə qədər ödənilməsini öhdəsinə götürməsini göstərilmişdir. İş materiallarında olan 31.03.2021-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh 11391 saylı müqavilə üzrə 1065,15 manat borcu vardır. İş materiallarında olan 24.06.2021-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh 11391 saylı müqavilə üzrə 487,49 manat borcu vardır. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış 12.09.2019-cu il tarixli icarə müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə qeyri-yaşayış sahəsi icarəyə verilmiş, cavabdeh qeyri-yaşayış sahəsindən istifadə etmiş, lakin müqavilə üzrə öhdəliyini icra etməyərək iddiaçıya icarə haqlarını ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 425.2-ci maddəsinin tələbinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. «İcarə haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsasən sənəd icarə müqaviləsidir. Həmin Qanunun 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Yuxarıda qeyd olunanlardan da görünür ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış və iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmiş, cavabdeh isə müqavilə üzrə onun üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, icarə haqqını iddiaçıya ödəməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 24.06.2021-ci il tarixli şəxsi hesab vərəqəsinə əsasən cavabdehin borcu 487,49 manat təşkil etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi icarə borcunun tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 487,49 manat məbləğində icarə haqqı tutulmalıdır. Məhkəmə iddianın qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində qeyd edir ki, iddia tələbi icarə müqaviləsinin ləğv edilməsi hissəsində təmin edildiyindən iddia tələbi prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan iddia bu hissədə də təmin edilməməlidir. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci madədsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Məhkəmə hesab edir ki, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 44 ünvanında yerləşən 53,3 kv.m. qeyri-yaşayış sahəsində heç bir hüquqi əsas olmadan istifadə etməsi müəyyən edildiyindən, iddia tələbi qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin olunmaqla, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 44 ünvanında yerləşən 53,3 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 12.09.2019-cu il tarixli 11391 nömrəli icarə müqaviləsi ləğv edilməli, Cavabdeh 12.09.2019-cu il tarixli, 11391 saylı icarə müqaviləsi üzrə 487,49 (dörd yüz səksən yeddi manat, qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutularaq (VÖEN **********) Komitənin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004 AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməli, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 44 ünvanında yerləşən 53,3 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılmalı və həmin əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 44 ünvanında yerləşən 53,3 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 12.09.2019-cu il tarixli 11391 nömrəli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh 12.09.2019-cu il tarixli, 11391 saylı icarə müqaviləsi üzrə 487,49 (dörd yüz səksən yeddi manat, qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutularaq (VÖEN **********) Komitənin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004 AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 44 ünvanında yerləşən 53,3 kv.m. qeyriyaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılmalı və həmin əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3986/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3986/2021
24.06.2021 · Müqavilələrin ləğv edilməsi - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver