Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4001/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsi, hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 13500 manat borc və 31 manat ödənilmiş dövlət rüsumu hesabına pul, alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında 21 yanvar 2021-ci il tarixndə Bakı şəhəri 18 saylı Notariat Ofisində Kredit müqaviləsi bağlamışdılar. Müqavilənin 1-ci bəndinin şərtlərinə əsasən, borc verən borc alana 13500 manat məbləğində pul borc verir. 2-ci bəndə əsasən borc alan kredit 28.02.2021-ci il tarixədək borc verən qaytarmağı öhdəsinə götürür. Lakin bu şərtlərə iddia tələbləri üzrə cavabdeh tərəfindən əməl edilməmiş, bu günədək borc məbləği hətta qismən də olsa belə qaytarılmamışdır. Cavabdehə bununla bağlı narazılıq və iradlarını bildirmişdir. Hər dəfə yalnız qaytarmağa pulu olmadığını bildirmişdir. Hər dəfə yalnız qaytarmağa pulu olmadığını bildirməklə kifayətlənir. Son zamanlar isə ümumiyyətlə cavabdehi görə bilmir. Belə ki, o onunla ünsiyyətdən yayınır. Bu müqavilə bağlanana qədər cavabdehlə aralarında etibarlı dost münasibətləri mövcud olmuşdur. Uzun illər birbirlərini tanışımışdılar. Ona müəyyən maddi problemləri olduğu səbəbindən qısa müddətə pul lazım olduğunu bildirmişdir. O da onunla uzun illər tanış olduqlarından etibar edərək, istədiyi məbləği özünün istədiyi müddətə ona vermişdir. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini bildirdi. Belə ki, o, notariat ofisində pula toxunmamışdır. Əlbəəl pul götürməmişdir. Ona telefon əvəzinə pul vermişdilər. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 21 yanvar 2021-ci il tarixində bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən borc alana 13500 manat məbləğində pul borc verir. 2-ci bəndə əsasən borc alan kredit 28.02.2021-ci il tarixədək borc verən qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 21 yanvar 2021-ci il tarixndə Bakı şəhəri 18 saylı Notariat Ofisində Kredit müqaviləsi bağlamışdılar. Müqavilənin 1-ci bəndinin şərtlərinə əsasən, borc verən borc alana 13500 manat məbləğində pul borc verir. 2-ci bəndə əsasən borc alan kredit 28.02.2021-ci il tarixədək borc verən qaytarmağı öhdəsinə götürür. Beləliklə göründüyü kimi, iddiaçı öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh isə müqavilədə nəzərdə tutulmuş öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.4-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nın 21.1 -ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 13500 manat borc və 31 manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 31 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi ücün 160 manat məbləğində nümayəndəyə çəkilən xərclərin əvəzinin cavabdehdən tutulmasına dair tələb irəli sürmüşdür. Azərbaycan Respublikası MPM-nin 107 və 121-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, həmin tələb əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 13500 manat borc və 31 manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Natəvan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4001/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4001/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver