Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-401/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «çəkilən xərcin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «çəkilən xərcin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-yə məhkəmə qətnaməsi əsasında müəyyən edilən 541 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 18 avqust 2018-ci il tarixində rəsmi nikaha girərək ailə qurmuşdur. 1 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində nikah bağlanması haqqında qeydlər kitabında 2018-ci ilin avqust ayının 18 günündə 2281 nömrəsi ilə qeydə alınmış nikah Nəsimi Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Cavabdeh “xxxx” MMC-dən onun adına bağlanmış 10.01.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********16085 olan “Samsung Galaxy j4” markalı telefon almışdır. O, 2019-cu ilin mart ayının 22-də yaşadıqları mənzili tərk edib gedərkən həmin telefonu da özü ilə aparmışdır. 2019-cu ilin aprel ayı üçün kreditə görə ödəniş etmədiyinə görə o ödəmişdir. Onun adına götürülmüş telefonu cavabdeh yaşadıqları mənzili tərk edib gedərkən özü ilə apardığına görə may ayından krediti ödəməmişdir. Telefonun cavabdehdən alınaraq ona qaytarılması məqsədi ilə o, şikayət ərizəsi ilə 2019-cu ilin may ayında 19-cu Polis Bölməsinə müraciət etmişdir, lakin mülki məsələ olduğunu əsas gətirərək telefonu alıb ona qaytarmamışlar. Ona görə də 03.06.2019-cu il tarixində 10 manat rüsum ödəyərək telefonu deaktiv etdirmişdir. “xxxx” MMC-nin ona qarşı iddia ərizəsinə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi 26.02.2020-ci il tarixli, 2(001)-1664/2020 saylı qətnaməsi ilə cavabdeh kimi ondan “xxxx" MMC-dən onun adına alınmış lakin Cavabdeh istifadəsində olan İMEİ kodu **********16085 olan “Samsunq Galaxy j4” markalı telefona görə 465 manat əsas, 46 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 541 manat məbləğində pulun ondan tutulması qət edilmişdir. Hesab edir ki, "xxxx” MMC-dən cavabdehin onun adına götürdüyü və Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli, 2(001)-1664/2020 saylı qətnaməsi ilə ondan tutulması qət edilən 541 manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli 2(001)-1664/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı “xxxx” MMC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsinin təmin edilməsi, İddiaçı 10.01.2019-cu il tarixli 00464508 saylı müqavilə üzrə əsas borca görə 465 manat, cəriməyə görə 46 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 541 manat “xxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 04.02.2020-ci il tarixli 2(006)-1166/2020 saylı qətnaməsinin surətindən görünür ki, 04.02.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X3 izahat verərək bildirmişdir ki, iddiaçı (İddiaçı) öz adına telefon alaraq cavabdehə (Cavabdeh) təqdim etmiş və həmin telefonla bağlı hal-hazırda borcu yaranmışdır. Həmin telefon hal-hazırda cavabdehin istifadəsində deyildir və kimin istifadəsində olduğunu da bilmir. Cavabdeh İrana ziyarətə gedərkən, telefon orada oğurlanmışdır. Beləliklə də, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan, habelə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli, 2(006)-1166/2020 saylı qətnaməsində cavabdeh tərəfin verdiyi izahatından görünür ki, Cavabdeh keçmiş həyat yoldaşı İddiaçı adına İMEİ kodu **********16085 olan “Samsung Galaxy j4” markalı mobil telefon almışdır. Bir müddət sonra aralarında yaranmış mübahisədən sonra cavabdeh evi tərk etmiş və tərk edərkən sözügedən telefonu özü ilə aparmışdır. Həmin telefona görə heç bir ödəniş etməmiş və telefon iddiaçının adına alındığı üçün borc məhz sonuncudan tələb edilmişdir. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin tələbinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinin tələbinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinin tələbinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 541 manat pul vəsaiti və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 541 manat pul vəsaiti və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-401/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-401/2021
28.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver