Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4072/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X5 katibliyiilə, İddiaçıların nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankını cəlb etməklə cavabdehlər Ləğv etmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X4 və X1rşı "kompensasiyanın ödənilməsi, borcun silinməsi və digər" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankını cəlb etməklə cavabdehlər Ləğv etmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X4 və X1rşı "kompensasiyanın ödənilməsi, borcun silinməsi və digər" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda ləğvetmə prosesində olan Cavabdeh1 ASC-nin Babək filialı ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 06/SD17/036 saylı “Sığortalı” X10 əsasən sonuncuya məxsus 27000 manat məbləğində pul vəsaiti 36 ay müddətinə, illik 15 faizlə əmanət olaraq yerləşdirilmişdir. Sözügedən əmanət “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə, xx.xx.2017-ci il tarixli 06/SD17/036 saylı “Sığortalı” X8 5.7-ci bəndinə uyğun olaraq X3 üzvü olan iştirakçı Bank tərəfindən tam şəkildə sığortalanmışdır. İddiaçı2 ilə Bank arasında 20 ay müddətinə illik 18 faizlə 17500 manat məbləğində xx.xx.2019-cu il tarixli 06/1882/DİK saylı kredit müqaviləsi bağlanmışdır. Həmin öhdəliyin təminatı kimi sözügedən əmanət xx.xx.2019-cu il tarixli, 06/1882/DİK saylı pul vəsaitinin girovu haqqında müqaviləyə əsasən girov qoyulmuşdur. Bundan əlavə, həmin öhdəliyin təminatı olaraq Bank, İddiaçı2 və İddiaçı1 arasında üçtərəfli qaydada xx.xx.2019-cu il tarixli 06/1882/DİK saylı zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli 06/1882/DİK saylı kredit müqaviləsinin tərkib hissəsi olan və kreditin geri ödəniş qaydasını tənzimləyən ödəniş qrafikinə əsasən müqavilə üzrə tərəflər kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğinin yalnız müqavilənin son günündə (xx.xx.2020), ödənilməli olan aylıq 262,50 manat məbləğində faiz borcunun isə aylıq ödənilməsinə razılaşmışlar. Azərbaycan Respublikası Mərkəzi X11 xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh1 ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası ləğv edilmiş və sığorta hadisəsi günü bu il aprelin 28-i müəyyən olunmuşdur. Əmanətçi İddiaçı1, ona məxsus olan və tam sığortalanmış 27000 manat məbləğində əsas əmanətə və əlavə olaraq sonuncu ay üçün hesablanmış, lakin tam şəkildə məxaric edilməmiş əmanət faizinə görə kompensasiya məbləğinin ödənilməsi məqsədilə müvafiq hesabdan çıxarış və bank əmanəti sənədlərini agent bank “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə təqdim etdiyində, xx.xx.2020-ci il tarixdə ona 11741 manat məbləğində kompensasiya ödənilmiş, qalıq əmanətə görə yəni 15400 manat kompensasiyanın ödənilməməsinə səbəb olaraq isə həmin məbləğin bank qarşısında aktiv kredit öhdəliyinin təminatı kimi girov qismində çıxış etməsi bildirilmişdir. Birgə iddiaçıların maliyyə vəziyyətinin qənaətbəxş olmadığını, onlardan asılı olmayan səbəblərdən kredit borcunun əvvəlki qaydada qaytarılmasının mümkün olmadığını, qalıq əmanət məbləğinə görə kompensasiyanın ödənildiyi təqdirdə həmin məbləğ hesabına kredit öhdəliyinin icrasının da mümkün olması barədə cavabdeh olan Fonda ünvanlanmış iddiaçıların şifahi və yazılı müraciətləri bugünədək cavabsız qalmışdır. Belə ki, Fond, həmin müraciətlərlə bağlı hər hansı hərəkət etməmiş, qalıq əmanətə görə kompensasiyanın ödənilməməsinə, eləcə də, kompensasiya məbləği hesabına öhdəliyin icrasının qəbul edilməməsinə dair əsaslı bir səbəb göstərməmişdir. Digər tərəfdən isə, bu hərəkətsizlik nəticəsində süni şəkildə kredit borcuna əlavə faiz və cərimələrin yaranmasına şərait yaradılmışdır. İddiaçılar yaranmış mübahisənin tərəflər arasında danışıqlar yolu ilə həllinə çalışsalar da, mübahisə öz həllini tapmamış, məhz bu səbəbdən yeganə çıxış yolu olaraq məhkəməyə müraciət etmək qərara alınmışdır. İddiaçı1 tərəfindən əmanət Banka, İddiaçı2 ilə bağlanmış kredit müqaviləsindən 1 ildən daha çox əvvəl yerləşdirilmiş və sığotalanmışdır. Həmin əmanətə görə Bank tərəfindən xx.xx.2017-ci il tarixli 06/SD17/036 saylı “Sığortalı” X8 3.1 -ci və 3.2-ci bəndlərinə uyğun olaraq faiz hesablanır və ödənilirdi. Bank, İddiaçı1 məxsus depozitin həcmini və həmin depozitə görə ödədiyi faizi nəzərə alaraq, girovsuz kreditlərə münasibətdə bazarda təşəkkül tapmış faiz dərəcəsindən daha aşağı faiz dərəcəsini ehtiva edən depozit girovu ilə kreditin verilməsinin mümkün olduğunu bildirmişdir. Göründüyü kimi İddiaçı2lə bağlanmış xx.xx.2019-cu il tarixli 06/1882/DİK saylı kredit müqaviləsi birbaşa sözügedən depozitə bağlı olmuş, məhz bu səbəbdən xx.xx.2019-cu il tarixli 06/1882/DİK saylı pul vəsaitinin girovu və zaminlik haqqında müqavilələr bağlanmışdır. Kreditin depozitlə bağlılığı kreditin geri ödəniş qrafikinə nəzər yetirdikdə də aydın şəkildə məlum olur. Belə ki, kredit müqaviləsi üzrə 17500 manat məbləğində əsas borcun müqavilənin son günündə tam şəkildə odənilməsi yalnız girov qoyulan depozitin müvafiq hissəsi hesabına mümkün ola bilərdi. Bundan əlavə, İddiaçı2 ilə İddiaçı1 ata-oğul olaraq yaxın qohumluq münasibətindədirlər. Götürülmüş kredit vəsaiti ailədaxili birgə təsərrüfata, yaranmış xəstəliklə bağlı müalicəyə xərclənmişdir. Kredit müqaviləsinə görə ödənişlər İddiaçı1 tərəfindən girov qoyulmuş depozitə görə bank tərəfindən ödənilən faiz gəlirləri hesabına həyata keçirilmiş, ödənişlərdə heç vaxt gecikmələrə yol verilməmiş, əksinə, aylıq ödənişdən artıq məbləğin ödənilməsi səbəbindən kreditin əsas borc məbləği üzrə də müəyyən silinmələr aparılmışdır. Bankın lisenziyası ləğv edildiyi andan etibarən depozitə görə bank tərəfindən ödənilən faiz gəlirləri dayandırılmışdır ki, bu səbəbdən kreditin əvvəlki qaydada geri ödənişi maddi cəhətdən mümkün olmamışdır. Qeyd olunan hal kreditin geri ödənişinə birbaşa təsir etməklə yanaşı, girovqoyanın girov münasibətlərinə daxil olarkən güvəndiyi vəziyyətdən tam fərqli hala çevrilmişdir. Artıq qeyd edildiyi kimi kredit öhdəliyi bankın ləğv edildiyi və sığorta hadisəsi baş verən ana kimi nümunəvi şəkildə icra edilmiş, həmin andan etibarən isə öhdəliyin əvvəlki qaydada icrası istərsə “borclu”nun, istərsə də “girovqoyan” və ya “zamin”in cavabdeh olmadığı səbəblərdən mümkün olmamışdır. Digər tərəfdən isə, “girovqoyan”ın “girovsaxlayan”ın istifadəsində olan mülkiyyətinin (əmanətinin) tamamilə məhv olma, itirilmə riski yaranmış, eləcə də əmanətçinin həmin əmanətə görə tam şəkildə kompensasiya almaq hüququ pozulmuşdur. Göstərilənlərə əsasən, xx.xx.2017-ci il tarixli 06/SD17/036 saylı “Sığortalı” X10 əsasən Cavabdeh1 ASC-nə yerləşdirilən və xx xxxxx 2020-ci il tarixində sığorta hadisəsi baş verdikdən sonra ödənilmiş müvafiq kompensasiya çıxıldıqdan sonra yerdə qalan 15400 manat məbləğində qorunan əmanətə görə cavabdeh X6 tərəfindən İddiaçı1 həmin məbləğ dəyərində kompensasiyanın ödənilməsi, xx xxxxx 2020-ci il tarixində sığorta hadisəsi baş verdiyi andan etibarən İddiaçı2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 06/1882/DİK saylı kredit müqaviləsi üzrə hesablanmış faiz və (və ya) cərimə borcu cavabdeh ləğv etmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X6 tərəfindən silinməsi, İddiaçı2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 16/1882/DİK saylı kredit müqaviləsi üzrə öhdəliyin vaxtından əvvəl icrası cavabdeh X6 tərəfindən İddiaçı1 ödənilməli olan 15400 manat məbləğində kompensasiya hesabına cavabdeh ləğv etmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X6 tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən cavabdehlər və üçüncü şəxsə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin əsas götürərək onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2017-ci il tarixli 06/SD17/036 saylı “Sığortalı” X8 surətindən görünür ki, müqavilə Cavabdeh1 ASC-nin Babək filialı ilə İddiaçı1 arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 ASC İddiaçı1 daxil olmuş 27000 manat məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini İddiaçı1 qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən əmanət xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, 36 ay müddətinə, illik 15 faizlə qoyulur. İşdə olan xx xxxxxx 2019-cu il tarixli 06/1882/DİK saylı kredit müqaviləsinin surətindən görünür ki, müqavilə İddiaçı2 ilə Cavabdeh1 ASC arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 ASC tərəfindən İddiaçı2 20 ay müddətinə illik 18 faizlə 17500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 06/1882/DİK saylı Zaminlik müqaviləsinin surətindən görünür ki, müqavilə Cavabdeh1 ASC-nin Babək filialı, İddiaçı2 və İddiaçı1 arasında bağlanmış və müqaviləyə əsasən İddiaçı1, İddiaçı2 Cavabdeh1 ASC qarşısında xx xxxxxx 2019-cu il tarixli 06/1882/DİK saylı kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli 06/1882/DİK saylı Pul vəsaitinin girovu haqqında müqavilənin surətindən görünür ki, müqavilə Cavabdeh1 ASC-nin Babək filialı, İddiaçı2 və İddiaçı1 arasında bağlanmış və müqaviləyə əsasən xx xxxxxx 2019-cu il tarixli 06/1882/DİK saylı kredit müqaviləsinə əsasən verilmiş pul vəsaitinin təminatı olaraq İddiaçı1 depozit hesabına müvafiq olaraq 27000 manat pul vəsaitini girov qoymuşdur. İşdə olan Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X3 xx xxxxxx 2020ci il tarixli **********270 saylı məktubundan görünür ki, İddiaçı2 xx xxxxxx 2019-cu il tarixli 06/1882/DİK saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə əsas borc qalığı 14888,87 manat, faiz borc qalığı 196,90 manat təşkil etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 ASC-nin Babək filialı ilə İddiaçı1 arasında xx xxxxxx 2017-ci il tarixli 06/SD17/036 saylı “Sığortalı” bank əmanəti müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 ASC İddiaçı1 daxil olmuş 27000 manat məbləğində pul vəsaitini qəbul edərək, əmanət xx.xx.2017-ci il tarixdən xx.xx.2020ci il tarixədək, 36 ay müddətinə, illik 15 faizlə qoyulmaqla əmanət məbləğini İddiaçı1 qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı2 ilə Cavabdeh1 ASC arasında xx xxxxxx 2019-cu il tarixli 06/1882/DİK saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 ASC tərəfindən İddiaçı2 20 ay müddətinə illik 18 faizlə 17500 manat məbləğində kredit verilmişdir. İddiaçı1, xx xxxxxx 2019-cu il tarixli 06/1882/DİK saylı Zaminlik müqaviləsinə əsasən İddiaçı2 Cavabdeh1 ASC qarşısında xx xxxxxx 2019-cu il tarixli 06/1882/DİK saylı kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öhdəsinə götürmüş və xx xxxxxx 2019-cu il tarixli 06/1882/DİK saylı Pul vəsaitinin girovu haqqında müqavilə ilə kredit müqaviləsinə əsasən verilmiş pul vəsaitinin təminatı olaraq depozit hesabında olan 27000 manat pul vəsaitini girov qoymuşdur. İddiaçı2 xx xxxxxx 2019-cu il tarixli 06/1882/DİK saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə əsas borc qalığı 14888,87 manat, faiz borc qalığı 196,90 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddianın hüquqi əsası olmadığından iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 284.2-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.9-cu maddəsinə əsasən sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi İddiaçı1 tərəfindən əmanət qismində qoyulmuş pul vəsaiti tam olaraq Cavabdeh1 ASC qarşısında kredit müqaviləsinə əsasən İddiaçı2 verilmiş pul vəsaitinin təminatı olaraq girov ilə yüklü edilmişdir. xx xxxxxx 2019-cu il tarixli 06/1882/DİK saylı Pul vəsaitinin girovu haqqında müqavilənin 2.2-ci bəndinə əsasən xx xxxxxx 2019-cu il tarixli 06/1882/DİK saylı kredit müqaviləsi üzrə bütün öhdəliklər tam yerinə yetirildikdə İddiaçı1 pul vəsaitinin girovdan azad edilməsini tələb etmək hüququ vardır. Kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməsi həmin kredit müqaviləsi üzrə əsas kredit borcu ilə yanaşı, həmin borca hesablanmış faiz və cərimə məbləğlərinin ödənilməsini də əhatə edir. Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X3 xx xxxxxx 2020-ci il tarixli **********270 saylı məktubundan göründüyü kimi kredit müqaviləsi üzrə İddiaçı2 əsas borc qalığı ilə yanaşı faiz borc qalığı da olmaqla, iddiaçılar tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əmanət qoyulmuş pul vəsaiti kredit müqaviləsinin təminatı olaraq girov ilə yüklü edildiyindən iddiaçıların sığorta hadisəsi ilə əlaqədar həmin pul vəsaitinə görə kompensasiyanın ödənilməsini cavabdeh X2 tələb edə bilməz. Məhkəmə iddia tələbinin sığorta hadisəsinin baş verdiyi andan kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimənin silinməsi hissəsinə münasibətdə qeyd edir ki, xx xxxxxx 2019-cu il tarixli 06/1882/DİK saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti 20 ay müddətinə müəyyən edilməklə İddiaçı2 əsas kredit borcuna hesablanmış faizləri, həmçinin ödəmənin gecikdirildiyi halda cəriməni ödəməyi üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda məhkəmə qeyd edir ki, sığorta hadisəsinin baş verməsi, kredit müqaviləsi üzrə öhdəliklərin, o cümlədən əsas kredit məbləğinə hesablanmış faizlərin, onun ödənilməsinin gecikdirilməsinə görə cərimələrin hesablanmasının dayanmasına və ya silinməsinə əsas olmamaqla, qanunvericilikdə nəzərdə tutulmamışdır. İddia tələbinin kredit müqaviləsi üzrə öhdəliyin vaxtından əvvəl icrasının kompensasiya hesabına qəbul edilməsi hissəsi digər tələblərə əsaslanmaqla onlardan asılı olduğundan və digər tələblərin hüquqi əsasları məhkəmə tədqiqatı zamanı müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələblərinin faktiki əsasları (faktiki hallar), tələblərin qanuni əsaslarının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankını cəlb etməklə cavabdehlər Ləğv etmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X4 və X1rşı "kompensasiyanın ödənilməsi, borcun silinməsi və digər" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4072/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4072/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver