Məhkəmə qərarları › İş №2(006)-4084/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4084/2024

26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4084/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı (yekun məhkəmə iclasına gəlməmişdir), cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2 bəndinin, “Elektrik və istilik qurğularının istismarının təhlükəsizlik texnikası Qaydası”nın 1.2.1 bəndinin, "xxxx" ASC-nin RETSİ-niun rayon elektrik şəbəkəsinin rəisinin vəzifə təlimatının 39,42 bəndlərinin və "xxxx" ASC-nin RETSİ-niun rayon elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatının 6.16 bəndlərinin tələbləri pozulması səbəbindən baş vermiş yanğın hadisəsi nəticəsində Ağsu rayonun Kəlağaylı kəndinin ərazisində əkdiyi taxıl sahəsi yanıb kül olduğundan ona vurulmuş 350,00 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 380.00 (üç yüz səksən manat) manat pulun cavabdeh "xxxx" ASC-dən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı və digər həmkəndliləri Ağsu rayonunun Kalağaylı kəndinin ərazisində yerləşən pay torpaqlarında taxıl əkərək yetişdirdiyi, lakin biçilməmiş sahələrində xx.xx.2023-cü il tarixində, təxminən saat 12 radələrində yanğın baş verrmiş və nəticədə biçilməmiş taxıl sahələri tam yandığından məhsul götürmək mümkün olmamışdır. Taxıl sahələri biri-digəri ilə qonşuluqda yerləşdiyindən və yanğın birindən-digərinə keçərək hamısını əhatə etmişdir. Baş vermiş yanğınla əlaqədar dərhal müvafiq qurumlara mobil telefonla məlumat verilmiş, lakin yanğının qarşısı alına bilməmişdir. Müraciəti əsasında baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılmış və xx.xx.2024-cü il larixli 3-18-23/2- 1603/2024 saylı onlara ünvanlandırılmış məktubda göstərilmişdir ki, yanğın hadisəsinin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində deyil, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməmələri və ya lazımi qaydada yerinə edrməmələrindən baş verdiyi müəyyən olunduğu üçün toplanmış material xx.xx.2024-cü il tarixində aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Ağsu rayon prokurorluğuna göndərilmişdir. Fakt üzrə Ağsu rayon Prokurorluğunda 28C-2024 saylı material üzrə aparılmış araşdırma nəticəsində 06 mart 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar qəbul edilərək surətləri məlumat üçün onlara göndərilmişdir. Qərarda göstərilir ki, FHN Əməliyyat-İstintaq İdarəsinin Əməliyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına əsasən xx.xx.2023-cü tarixdə, saat 12 radəsində Ağsu rayonu, Kalağaylı kəndində yerləşən kənd sakinlərinə məxsus biçilməmiş taxıl sahəsində yanğın hadisəsi baş vermişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində yanğın hadisəsinin hər hansı şəxs və ya şəxslər tərəfindən törədilməsi ilə əlaqədar şöbəyə əməliyyat məlumatları daxil olmamışdır. Qərada həmçinin göstərilmişdir ki, AR FHN Əməliyyat -İstintaq İdarəsinə xx.xx.2024cü il tarixdə daxil olmuş AR ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9629 saylı məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının rəyinə əsasən, iş materiallarında olan məlumatlara əsasən, Ağsu rayonu, Kalağaylı kəndində yerləşən X13 və digərlərinə məxsus yanğın hadisəsi baş vermiş biçilməmiş taxıl sahələrində baş vermiş yanğının mənbəyi, izalyatoru qırılmış dayağın aşağı hissəsində olmuş və quru otların üzləri ilə ətrafa yayılmışdır. Yanğın, iş materiallarında və qərarın təsviri hissəsində göstərildiyi kimi, yəni 110/35/10 kv-luq “Ağsu” yarımstansiyasından çıxan 10 kv-luq “Sabir” hava elektrik xəttinin dirəyinə traversiz bərkidilmiş izalyatorun qırılması və izalyatorla əlaqələndirilmiş naqilin digər xəttin üzərinə düşməsi nəticəsində yaranan qığılcımların xəttin aşağı proyeksiyasında olan quru otları alışdırması nəticəsində baş verə bilərdi. Hadisənin tədqiqat tərəfindən müəyyən edilmiş səbəbini nəzərə almaqla, baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2 bəndinin, “Elektrik və istilik qurğularının istismarının təhlükəsizlik texnikası Qaydası”nın 1.2.1 bəndinin, "xxxx" ASC-nin RETSİ-niun rayon elektrik şəbəkəsinin rəisinin vəzifə təlimatının 39,42 bəndlərinin və "xxxx" ASC-nin RETSİ-niun rayon elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatının 6.16 bəndlərinin tələbləri pozulmuşdur. Hadisə baş vermiş ərazidən keçən 10 kv-luq hava xəttinin qaydalarının tələblərinə uyğun quraşdırılması (izalyatorun dirəyə travers vasitəsi ilə bağlanması) və xəttə keçirilən sonuncu (xx.xx.2023cü il) texniki baxış zamanı aşkar edilmiş nazaslıqlarn aradan qaldırılaraq texniki cəhətdən saz vəziyyətdə saxlanması təmin edilmədiyinə görə, vəzifə təlimatlarının yuxarıda göstərilən bəndlərinin, Elektrik qurğularının quraşdırılması qaydasının 2.4.4.2 bəndinin, “Elektrik və istilik qurğularının istismarının təhlükəsizlik texnikası Qaydasının 1.2.1 bəndinin tələbləri "xxxx" ASC-nin RETSİ-niun rayon elektrik şəbəkəsinin rəisi və baş mühəndisi tərəfindən pozulmuşdur. Həmçinin qərarda göstərilmişdir ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-13/2- 1/16-5292/2023-cü il tarixli məktybuna əsasən yanğın hadisəsi baş vermiş, Ağsu rayonu, Kəlağaylı kəndində yerləşən biçilməmiş taxıl sahəsində quraşdırılmış elektrik hava xətləri 110/35/10 kv-luq Ağsu Yarımstansiyasından çıxan 10 kv-luq "Sabir” hava xətti vasitəsi ilə qidalanır. 10 kv-luq “Sabir” hava xəttinə istismar üzrə aparıcı mühəndis İ.Cəfərov,sahə ustası V.Bəyalıyev, elektrik mantyorları R.Dvalidze,T.Həsənov və Ə.Vahidov xidmət edirlər. Sonuncu dəfə 10 kv-luq “Sabir” hava xəttinə 2023-cü ilin aprel ayında baxış keçirilmiş və növbəti baxış vaxtı təmir plan qrafıkinə əsasən 2023-cü ilin sentyabr ayında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası FHN-nin Əməliyyat-İstintaq İdarəsinə xx.xx.2023cü il tarixdə daxil olmuş, AR ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli,3-16-16/2-9/5612 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza təqdimatına təqdim edilmiş məlumatlarda göstərilən vətəndaşlara aid buğdanın qiyməti ilə ümumi rəyəri nəzərə alaraq təxminən 7175.00 manat ziyan müəyyən edilir. O cümlədən: İddiaçı məxsus 0,47 hektar sahədə 1 ton buğda-350.0 manat (1 ton x 350 manat). Beləliklə, Ağsu rayon prokurorluğunda aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, hadisənin baş verməsində təqsirkar Ağsu rayon Elektrik Şəbəkəsi və onun Ağsu Yarımstansiyasının qeyd edilən işçiləridir və nəticədə qeyd edilən iddiaçılara qeyd edilən miqdarda maddi ziyan dəymişdir. Odur ki, X14 tabe olduğu "xxxx" ASC cavabdeh qismində maddi ziyanın ödənilməsində məhkəməyə verilməlidir. Cavabdehin etirazı: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X12 iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki qeyd olunan taxıl sahəsi iddiaçının təqdim etdiyi sənədlərdən, habelə FHN və Prokurorluğun təqdim etdiyi materiallardan göründüyü kimi 10 kv-luq hava elektrik xəttinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli qərarı ilə təsdiqlənmiş "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair" Tələblərinin 2.1-ci bəndinə əsasən Elektrik şəbəkələrinin mühafizə zonaları elektrik verilişi xətləri boyunca kənar naqillərin meyil etməmiş vəziyyətində yer səthinə proyeksiyasından hər iki tərəfə bu tələblərin 2.2-2.4-cü bəndləri ilə müəyyən edilən məsafələrdə şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi, su və hava məkanı şəklində müəyyən edilir. Habelə həmin tələblərin 2.2.2-ci bəndinə əsasən 1-20 kv-luq hava elektrik verilişi xətləri üçün məsafə - 10 metr müəyyən edilmişdir. Göründüyü kimi elektrik xətlərinin mühafizə zonasında yerləşən torpaq sahəsin əkin sahəsi kimi istifadə olunması qanunaziddir. Mühafizə zonası ondan istifadə üçün yox, məhz gələcəkdə baş verə biləcək qəzaların və təhlükələrin qarşısını almaq üçün müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən İddiaçı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı yekun məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli Çıxarışın surətindən görünür ki, Ağsu rayonu, Kələğaylı kəndində yerləşən 0,0742 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5612 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixində saat 12 radələrində Ağsu rayonu, Kəlağaylı kəndində yerləşən biçilməmiş taxil sahəsində baş vermiş yanğın hadisəsi nəticəsində vətəndaşa aid buğdanın orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq, İddiaçı məxsus 0,47 hektar sahədə 1 ton buğda- 350.0 manat (1 ton x 350 manat) dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9629 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan məlumatlara əsasən, Ağsu rayonu, Kəlağaylı kəndində yerləşən kənd sakinlərinə məxsus biçilməmiş taxıl sahələrində baş vermiş yanğının mənbəyi, izolyatoru qırılmış dayağın aşağı hissəsində olmuş və quru otların üzəri ilə ətrafa yayılmışdır. Yanğın, iş materiallarında və qərarın təsviri hissəsində göstərildiyi kimi, yəni 110/35/110 kv-luq “Ağsu” yarımstansiyasından çıxan 10 kv.luq “Sabir” hava elektrik xəttinin dirəyinə traverssiz bərkidilmiş izalyatorun qırılması və izalyatora əlaqələndirilmiş naqilin digər xəttin üzərinə düşməsi nəticəsində yaranan qığılcımların xəttin aşağı proeksiyasında olan quru otları alışdırması nəticəsində baş verə bilərdi. Hadisənin təhqiqat tərəfindən müəyyən edilmiş səbəbini nəzərə almaqla, baş vermiş yanğın hadisəsi ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2-ci bəndinin, “Elektrik və istilik qurğularının istismarının təhlükəsizlik texnikası qaydası”nın 1.2.1-ci bəndinin, "xxxx" ASC-nin RETSİnin rayon elektrik şəbəkəsinin rəisinin vəzifə təlimatının 39, 42-ci bəndlərinin, "xxxx" ASCnin RETSİ-nin rayon elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatının 6, 16-cı bəndlərinin tələbləri pozulmuşdur. Hadisə baş vermiş ərazidən keçən 10 kv-luq hava xəttinin qaydaların tələblərinə uyğun quraşdırılması (izalyatorların dirəyə travers vasitəsilə bağlanması) və xəttə keçirilən sonuncu (xx.xx.2023-cü il) texniki baxış zamanı aşkar edilmiş nasazlıqların aradan qaldırılaraq texniki cəhətdən saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə, vəzifə təlimatının yuxarıda göstərilən bəndlərinin, “Elektrik və istilik qurğularının istismarının təhlükəsizlik texnikası qaydası”nın 1.2.1-ci bəndinin, “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2-ci bəndinin tələbləri "xxxx" ASCnin RETSİ-nin Ağsu Rayon Elektrik Şəbəkəsinin rəisi və baş mühəndisi tərəfindən pozulmuşdur. X10 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, xx.xx.2023-cü ildən halhazıradək Ağsu rayonu Elektrik Şəbəkəsinin rəisi vəzifəsində işləyir, rəis kimi xidməti vəzifələri ümumi işə rəhbərlik etməkdən ibarətdir. Xidməti fəaliyyət sahəsi Ağsu rayonu Elektrik Şəbəkəsinin xidməti fəaliyyət sahəsidir. Elektrik montyorları, baş ustalar, mühəndis, aparıcı mühəndis və baş mühəndis bilavasitə ona tabedir. O, xx.xx.2023-cü il tarixində, saat 12 radələrində Ağsu rayonu, Kəlağaylı kəndində yerləşən X13 və digərlərinə məxsus biçilməmiş taxıl sahələrində baş vermiş yanğınla bağlı bildirmişdir ki, həmin yanğın nə onun, nə də ki digər işçilərin səhlənkarlığı nəticəsində baş verməmişdir. Çünki 110/35/110 kv-luq “Ağsu” yarımstansiyasından çıxan 10 kv-luq “Sabir” hava elektrik xəttinin dirəyinə traverssiz bərkidilmiş izalyatorun qırılması və izalyatora əlaqələndirilmiş naqilin digər xəttin üzərinə düşməsi nəticəsində yaranan qığılcımların xəttin aşağı proeksiyasında olan quru otları alışdırması ağlabatan deyildir. X11 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, 2022-ci ilin noyabr ayından halhazıradək Ağsu rayonu Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyir, baş mühəndis kimi xidməti vəzifələri abonentləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən, baş vermiş hər hansı qəzanı aradan qaldırmaqdan, hava və kabel xətlərinin təmir edilməsini təmin etməkdən ibarətdir. Xidməti fəaliyyət sahəsi Ağsu rayonu Elektrik Şəbəkəsinin xidməti fəaliyyət sahəsidir. Elektrik montyorları, baş ustalar, mühəndis və aparıcı mühəndis bilavasitə ona, o isə bilavasitə rəisə tabedir. xx.xx.2023-cü il tarixində, saat 12 radələrində Ağsu rayonu, Kəlağaylı kəndində yerləşən X13 və digərlərinə məxsus biçilməmiş taxıl sahələrində baş vermiş yanğınla bağlı bildirmişdir ki, həmin yanğın nə onun, nə də ki digər işçilərin səhlənkarlığı nəticəsində baş verməmişdir. Çünki 110/35/110 kv-luq “Ağsu” yarımstansiyasından çıxan 10 kv-luq “Sabir” hava elektrik xəttinin dirəyinə traverssiz bərkidilmiş izalyatorun qırılması və izalyatora əlaqələndirilmiş naqilin digər xəttin üzərinə düşməsi nəticəsində yaranan qığılcımların xəttin aşağı proeksiyasında olan quru otları alışdırması ağlabatan deyildir. Ağsu rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9629 nömrəli məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının rəyinə əsasən, xx.xx.2023-cü il tarixində, saat 12 radələrində Ağsu rayonunun Kəlağaylı kəndində yerləşənX13 və digərlərinə məxsus biçilməmiş taxıl sahələrində yanğın hadisəsi 110/35/110 kv-luq “Ağsu” yarımstansiyasından çıxan 10 kv-luq “Sabir” hava elektrik xəttinin dirəyinə traverssiz bərkidilmiş izalyatorun qırılması və izalyatora əlaqələndirilmiş naqilin digər xəttin üzərinə düşməsi nəticəsində yaranan qığılcımların xəttin aşağı proeksiyasında olan quru otları alışdırması nəticəsində baş verə bilərdi. Bundan başqa xx.xx.2023-cü il tarixində, saat 12 radələrində Ağsu rayonunun Kəlağaylı kəndində biçilməmiş taxıl sahələrinin yanması nəticəsində İddiaçı 350 manat ziyan dəydiyindən həmin ziyan mühüm ziyan kimi qiymətləndirilməməlidir. Qeyd edilənlərə əsasən Ağsu rayon Elektrik Şəbəkəsinin rəisi X10 və baş mühəndisi X11 Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq edilmədiyindən və ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunmalı olduğundan, həmçinin baş vermiş yanğın nəticəsində vətəndaşlara mühüm ziyan dəymədiyindən, X10 və X11 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində, saat 12 radələrində Ağsu rayonu, Kəlağaylı kəndində yerləşən, X18, X8, X2, X3, İddiaçı, X9, X1 və X4 məxsus biçilməmiş taxıl sahələrində baş vermiş yanğın hadisəsi ilə əlaqədar "xxxx" ASC-nin RETSİ-nin rayon elektrik şəbəkəsinin rəisi və baş mühəndisinin əməlində AR Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi cinayətinin əlamətləri müəyyən olunduğundan toplanmış material Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Ağsu rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında, həmçinin, hava xəttinin pasportu, sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə aktlar, Ağsu şəbəkəsi üzrə 2023-cü il üçün elektrik qurğularının, elektrik avadanlıqlarının, hava və kabel xətlərinin cari və əsaslı təmiri planqrafikləri, yanğın haqqında xx.xx.2023-cü il tarixli ilkin akt, hadisə yerinə xx.xx.2023-cü il tarixli baxış protokolu, yanğın haqqında xx.xx.2023-cü il tarixli akt, yanğının hesabat vərəqəsi də vardır. 059160 nömrəli xx.xx.2000-ci il tarixli vəqisənin surətinə əsasən, İddiaçı müharibə veteranıdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülkihüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu məsuliyyət yüksək təhlükə mənbəyinin sahibinin təqsirindən asılı olmayaraq yaranır. Maddə Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”: 2.4.4.2-ci bənd. İzoləedilməmiş və izoləedilmiş naqilli HX-da dayağın materialından, havanın çirklənmə dərəcəsindən və ildırımın baş vermə intensivliyindən asılı olmayaraq izolyatorlardan və yaxud izolyasiya materiallarından olan traverslərdən istifadə olunmalıdır (4nömrəli əlavə). İzolyatorların və armaturun seçilməsi və hesabatı 2.5.7.3-cü bəndə uyğun yerinə yetirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”: 1.2.1-ci bənd. Elektrik və istilik qurğuları, quruluşları və şəbəkələri, onların təhlükəsiz istismarını, həmçinin müəssisənin işçilərinin təhlükəsiz iş şəraitini təmin edən texniki saz vəziyyətdə olmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: 10.1-ci bənd. Enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. 10.17-ci bəndinə görə, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X6 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 10.18.1-10.18.2, 10.18.8-ci bəndlərinə əsasən, enerjitəchizatı müəssisəsi öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsini təmin edən yerli dispetçer xidmətini təşkil etməyə, ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə, qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”: 6-cı bənd. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, Ağsu rayonu, Kəlağaylı kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində (və qonşu digər torpaq sahələrində) biçilməmiş 1 ton buğda olan zaman – xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində yanğın baş vermişdir. Yanğın hadisəsi ilə bağlı zərər çəkmiş mülkiyyətçilərin Fövqəladə Hallar Nazirliyinə müraciətləri əsasında toplanmış materiallar araşdırma aparılması üçün Ağsu rayon prokurorluğuna göndərilmiş və həmin prokurorluq tərəfindən iş üzrə araşdırma aparılaraq, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Hazırkı mülki iş üzrə hərtərəfli tədqiqat aparılması üçün zərurət yarandığından, həmin prokurorluq tərəfindən məhkəmə sorğusu əsasında müvafiq araşdırma materialı məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Ağsu rayonu, Kəlağaylı kəndində yerləşən kənd sakinlərinə məxsus biçilməmiş taxıl sahələrində baş vermiş yanğının mənbəyi, izolyatoru qırılmış dayağın aşağı hissəsində olmuş və quru otların üzəri ilə ətrafa yayılmışdır. Yanğın, iş materiallarında və qərarın təsviri hissəsində göstərildiyi kimi, yəni 110/35/110 kv-luq “Ağsu” yarımstansiyasından çıxan 10 kvluq “Sabir” hava elektrik xəttinin dirəyinə traverssiz bərkidilmiş izalyatorun qırılması və izalyatora əlaqələndirilmiş naqilin digər xəttin üzərinə düşməsi nəticəsində yaranan qığılcımların xəttin aşağı proeksiyasında olan quru otları alışdırması nəticəsində baş verə bilərdi. Hadisənin təhqiqat tərəfindən müəyyən edilmiş səbəbini nəzərə almaqla, baş vermiş yanğın hadisəsi ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2-ci bəndinin, “Elektrik və istilik qurğularının istismarının təhlükəsizlik texnikası qaydası”nın 1.2.1-ci bəndinin, "xxxx" ASCnin RETSİ-nin rayon elektrik şəbəkəsinin rəisinin vəzifə təlimatının 39, 42-ci bəndlərinin, "xxxx" ASC-nin RETSİ-nin rayon elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatının 6, 16-cı bəndlərinin tələbləri pozulmuşdur. Hadisə baş vermiş ərazidən keçən 10 kv-luq hava xəttinin qaydaların tələblərinə uyğun quraşdırılması (izalyatorların dirəyə travers vasitəsilə bağlanması) və xəttə keçirilən sonuncu (xx.xx.2023-cü il) texniki baxış zamanı aşkar edilmiş nasazlıqların aradan qaldırılaraq texniki cəhətdən saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə, vəzifə təlimatının yuxarıda göstərilən bəndlərinin, “Elektrik və istilik qurğularının istismarının təhlükəsizlik texnikası qaydası”nın 1.2.1-ci bəndinin, “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2-ci bəndinin tələbləri "xxxx" ASC-nin RETSİ-nin Ağsu Rayon Elektrik Şəbəkəsinin rəisi və baş mühəndisi tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə İddiaçı məxsus sahədə 1 ton buğdanın yanması nəticəsində ona 350,00 manat (1 ton x 350,00 manat) məbləğində zərər dəyməsi müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehin rəhbər vəzifəli işçilərinin müvafiq qaydaların tələblərini pozması nəticəsində ona məxsus torpaq sahəsində biçilməmiş taxılın yanması ilə nəticələnən yanğın hadisəsi səbəbindən özünə dəymiş maddi ziyanın əvəzi olan 350 manat məbləğində pulun və məhkəmə xərcinin cavabdehdən tutulmasını; cavabdeh isə iddiaçıya məxsus sahənin mühafizə zolağında olduğunu, buna görə də onların iddiaçıya dəymiş ziyana görə məsuliyyət daşımadığını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Göründüyü kimi, Ağsu rayonu Kəlağaylı kəndi ərazisində yerləşən, iddiaçının istifadəsində olan əkin sahəsində biçilməmiş məhsulun yanmasına və məhv olmasına səbəb, ərazidən keçən 110/35/10 kV-luq «Ağsu» yarımstansiyasından çıxan 10 kV-luq «Sabir» hava xəttinin dirəyinə traverssiz bərkidilmiş izolyatorun qırılması və izolyatora əlaqələndirilmiş naqilin digər xəttin üzərinə düşməsi nəticəsində yaranan qığılcımların xəttin aşağı proyeksiyasında olan quru otları alışdırması olmuşdur. Nəticədə iddiaçıya 350 manat maddi ziyan dəymişdir. Zərərin məbləği ilə bağlı qeyd edilməlidir ki, rayon prokurorluğu tərəfindən aparılan araşdırma zamanı təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyinə müvafiq olaraq iddiaçıya dəymiş zərər 350 manat məbləğində qiymətləndirilmiş, mübahisənin məhkəmə araşdırması dövründə tərəflər zərərin məbləğini mübahisələndirməmişlər. Təqdim edilmiş sübutlardan göründüyü kimi, baş vermiş hadisə ilə əlaqədar «Elektrik qurğularının quraşdırılması qaydası»nın 2.4.4.2-ci bəndinin, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası»nın 1.2.1-ci bəndinin, "xxxx" ASC-nin RETSİnin Rayon elektrik şəbəkəsinin rəisinin vəzifə təlimatının 39, 42-ci bəndlərinin və "xxxx" ASC-nin RETSİ-nin Rayon elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatının 6, 16-cı bəndlərinin tələbləri pozulmuşdur və bu pozuntuya məhz cavabdeh tərəfindən yol verilmişdir. Bu səbəbdən, elektrik xəttinin nasaz, qəza vəziyyətində olması səbəbindən iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin mühafizə zolağında yerləşdiyini bildirərək, məhz buna görə ziyanın ödənilməsi tələbinin təmin edilməməli olmasını mübahisələndirsə də, məhkəmə qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 6-cı bəndində elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalması və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilməsi qeyd edildiyindən, cavabdehin etirazının əsasını təşkil edən bu dəlil məhkəmə tərəfindən əsassız hesab olunur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, vurulmuş maddi ziyana görə cavabdeh "xxxx" ASC-dən 350 manat tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən vurulmuş maddi ziyana görə 350 (üç yüz əlli) manat və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 380 (üç yüz səksən) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar