Məhkəmə qərarları › İş №2(006)-4089/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4089/2024

29.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4089/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X32 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X10, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Aqrar Sığorta Fondu”nun nümayəndəsi Məmmədova Ruxsarə Arzu qızının iştirakları ilə İddiaçı “Aqrar Sığorta Fondu” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2-ci bəndinin, “Elektrik və istilik qurğularının istismarının təhlükəsizlik texnikası qaydası”nın 1.2.1-ci bəndinin, "xxxx" ASC-nin RETSİ-nin rayon elektrik şəbəkəsinin rəisinin vəzifə təlimatının 39,42-ci bəndlərinin, "xxxx" ASC-nin RETSİ-nin rayon elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatının 6, 16-cı bəndlərinin tələblərinin pozulması səbəbindən baş vermiş yanğın hadisəsi nəticəsində Ağsu rayonunun Kəlağaylı kəndinin ərazisində əkdiyi taxıl sahəsinin yanıb kül olduğundan iddiaçıya vurulmuş 1.162 manat və ödənilmiş 41 manat dövlət rüsumu olmaqla, cəmi 2141 (iki min yüz qırx bir) manat pulun cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və onun həmkəndliləri – X2, X11, X17, X13, X14, X20 və X3 rayonunun Kəlağaylı kəndinin ərazisində yerləşən pay torpaqlarında taxıl əkmişlər. Lakin xx.xx.2023-cü il tarixdə, təxminən saat 12 radələrində baş vermiş yanğın nəticəsində biçilməmiş taxıl sahəsi tam şəkildə yandığından məhsul götürmək mümkün olmamışdır. İddiaçının və adları qeyd olunan şəxslərin taxıl sahələri həmsərhəd yerləşdiyindən yanğın bir sahədən digər sahəyə keçməklə bütün sahəni əhatə etmişdir. Baş vermiş yanğınla əlaqədar dərhal müvafiq qurumlara mobil telefon vasitəsilə məlumat verilmiş, lakin yanğının qarşısını almaq mümün olmamışdır. Baş vermiş yanğınla əlaqədar iddiaçının və adları qeyd olunan şəxslərin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli, 3-18-23/2-1603/2024 nömrəli məktubda qeyd edilmişdir ki, yanğın hadisəsinin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində deyil, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməmələri və ya lazımi qaydada yerinə yetirməmələrindən baş verdiyi müəyyən olunduğu üçün toplanmış material xx.xx.2024-cü il tarixində aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Ağsu rayon prokurorluğuna göndərilmişdir. Fakt üzrə Ağsu rayon prokurorluğunda 28C-2024 nömrəli material üzrə aparılan araşdırma nəticəsində 06 mart 2024-cü il tarixində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilərək surətləri məlumat üçün iddiaçı və digər şəxslərə göndərilmişdir. Həmin qərarda göstərilir ki, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq İdarəsinin Əməliyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına əsasən xx.xx.2023-cü il tarixində, saat 12 radələrində Ağsu rayonunun Kəlağaylı kəndinin ərazisində yerləşən kənd sakinlərinə məxsus biçilməmiş taxıl sahəsində yanğın hadisəsi baş vermişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində yanğın hadisəsinin hər hansı şəxs və ya şəxslər tərəfindən törədilməsi ilə əlaqədar şöbəyə əməliyyat məlumatları daxil olmamışdır. Qərarda həmçinin göstərilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinə xx.xx.2024-cü il tarixində daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9629 nömrəli “məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi” ekspertizasının rəyinə əsasən, iş materillarında olan məlumatlara əsasən, Ağsu rayonunun Kəlağaylı kəndinin ərazisində yerləşən İddiaçı və digərlərinə məxsus yanğın hadisəsi baş vermiş biçilməmiş taxıl sahələrində baş vermiş yanğının mənbəyi, izalyatoru qırılmış, dayağın aşağı hissəsində olmuş və quru otların üzləri ilə ətrafa yayılmışdır. Yanğın iş materiallarında və qərarın təsviri hissəsində göstərildiyi kimi, yəni 110/35/110 kv-luq “Ağsu” yarımstansiyasından çıxan 10 kvluq “Sabir” hava elektrik xəttinin dirəyinə traverssiz bərkidilmiş izalyatorun qırılması və izalyatora əlaqələndirilmiş naqilin digər xəttin üzərinə düşməsi nəticəsində yaranan qığılcımların xəttin aşağı proeksiyasında olan quru otları alışdırması nəticəsində baş verə bilərdi. Hadisənin təhqiqat tərəfindən müəyyən edilmiş səbəbini nəzərə almaqla, baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2-ci bəndinin, “Elektrik və istilik qurğularının istismarının təhlükəsizlik texnikası qaydası”nın 1.2.1-ci bəndinin, "xxxx" ASC-nin RETSİ-nin rayon elektrik şəbəkəsinin rəisinin vəzifə təlimatının 39,42-ci bəndlərinin, "xxxx" ASC-nin RETSİ-nin rayon elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatının 6, 16-cı bəndlərinin tələbləri pozulmuşdur. Hadisə baş vermiş ərazidən keçən 10 kv-luq hava xəttinin qaydalarının tələblərinə uyğun quraşdırılması (izalyatorun dirəyə travers vasitəsilə bağlanması) və xəttə keçirilən sonuncu (xx.xx.2023-cü il) texniki baxış zamanı aşkar edilmiş nasazlıqların aradan qaldırılaraq texniki cəhətdən saz vəziyyətdə saxlanması təmin edilmədiyinə görə, vəzifə təlimatlarının yuxarıda göstərilən bəndlərinin, “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2-ci bəndinin, “Elektrik və istilik qurğularının istismarının təhlükəsizlik texnikası qaydası”nın 1.2.1-ci bəndinin tələbləri "xxxx" ASC-nin RETSİ-nin rayon elektrik şəbəkəsinin rəisi və baş mühəndisi tərəfindən pozulmuşdur. Eyni zamanda qeyd edilən qərarda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli, 13-13/2- 1/16-5292/2023 nömrəli məktubuna əsasən yanğın hadisəsi baş vermiş Ağsu rayonunun Kəlağaylı kəndində yerləşən biçilməmiş taxıl sahəsində quraşdırılmış elektrik hava xətləri 110/35/110 kv-luq “Ağsu” yarımstansiyasından çıxan 10 kv-luq “Sabir” hava elektrik xətti vasitəsilə qidalanır. 10 kv-luq “Sabir” hava xəttinə istismar üzrə aparıcı mühəndis İ.Cəfərov, sahə ustası V.Bəyalıyev, elektrik mantyorları R.Dvalidze, T.Həsənov və Ə.Vahidov xidmət edirlər. Sonuncu dəfə 10 kv-luq “Sabir” hava xəttinə 2023-cü ilin aprel ayında baxış keçirilmiş və növbəti baxış vaxt təmir plan qrafikinə əsasən 2023-cü ilin sentyabr ayında nəzərdə tutulmuşdur. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq İdarəsinə xx.xx.2023-cü il tarixində daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/5612 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş məlumatlarda göstərilən vətəndaşlara aid buğdanın qiyməti ilə ümumi rəyləri nəzərə alaraq təxminən 7175.00 manat ziyan müəyyən edilir. İddiaçı məxsus 2 hektar sahədə 6 ton buğda 2100,00 manat (6 ton x 350 manat). Beləliklə, Ağsu rayon prokurorluğunda aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, hadisənin baş verməsində Ağsu rayon Elektrik Şəbəkəsi və onun “Ağsu” yarımstansiyasının qeyd edilən işçiləridir və nəticədə iddiaçıya qeyd edilən miqdarda maddi ziyan dəymişdir. Odur ki, Ağsu rayon Elektrik Şəbəkəsinin tabe olduğu "xxxx" ASC cavabdeh qismində maddi ziyanın ödənilməsi üçün məhkəməyə verilmişdir.

3. Cavabdeh "xxxx" ASC etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, Ağsu rayonunun Kəlağaylı kəndinin ərazisində yerləşən iddiaçı X15 məxsus taxıl sahəsi iddiaçının özünün təqdim etdiyi sənədlərdən, habelə Fövqəladə Hallar Nazirliyi və Ağsu rayon prokurorluğunun təqdim etdiyi materiallardan göründüyü kimi 10 kv-luq hava elektrik xəttinin mühafizə zonasında yerləşir. Elektrik xətlərinin mühafizə zonasında yerləşən torpaq sahəsinin əkin sahəsi kimi istifadə olunması qanunaziddir. Mühafizə zonası ondan istifadə üçün yox, məhz gələcəkdə baş verə biləcək qəzaların və təhlükələrin qarşısını almaq üçün müəyyən edilmişdir.

a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib bildirdi ki, sığorta məbləği 938 manat təşkil etdiyindən, dəymiş zərərin yalnız 1.162 manat hissəsini cavabdehdən tələb edir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X22 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Aqrar Sığorta Fondu”nun nümayəndəsi Məmmədova Ruxsarə Arzu qızı sığorta məbləği 938 manat təşkil etdiyini, lakin sığorta ödənişinin həyata keçirilməsi üçün zəruri sənədlərin təqdim olunmadığını bildirərək, iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdi.

8. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

9. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Ağsu rayonu, Kəlağaylı kəndində yerləşən (reyestr nömrəsi: **********49) 5.6665 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi **********) xx.xx.2021-ci il tarixində İddiaçı adına qeydiyyata alınmışdır.

10. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, Ağsu rayonu, Kəlağaylı kəndində yerləşən İddiaçı məxsus sahədə əkilmiş payızlıq yumşaq buğda (qırmızı gül) xx.xx.2023-xx.xx.2023-cü il tarixləri əhatə edən dövr üzrə “Aqrar Sığorta Fondu” adından "xxxx" ASC tərəfindən sığortalanmışdır.

11. "xxxx" ASC tərəfindən FHN-in Əməliyyat-İstintaq İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ağsu rayon Kəlağaylı kəndində yerləşən biçilməmiş taxıl sahəsinin enerji təchizatı 110/35/110 kv-luq “Ağsu” yarımstansiyasından çıxan 10 kv-luq “Sabir” hava xətti vasitəsilə qidalanır. 10 kv-luq “Sabir” hava xəttinə İstismar üzrə aparıcı mühəndis İ.Cəfərov, sahə ustası V.Bəyalıyev, elektrik mantyorları R.Dvalidze, T.Həsənov və Ə.Vahidov xidmət edirlər. Sonuncu dəfə 10 kv-luq “Sabir” hava xəttinə 2023-cü ilin aprel ayında baxış keçirilmiş və növbəti baxışın vaxtı təmir-plan qrafikinə əsasən 2023-cü ilin sentyabr ayında nəzərdə tutulmuşdur. Eyni zamanda, həmin xəttin 1960-cı illərdə inşa edildiyini, sonradan "xxxx" ASC-nin fəaliyyəti dövründə istismar olunduğunu və həmin dövrün sənədləri "xxxx" ASC-yə təhvil verilmədiyindən tələb olunan digər sənədlərin İdarəyə göndərilməsi mümkün olmamışdır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5612 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixində saat 12 radələrində Ağsu rayonu, Kəlağaylı kəndində yerləşən biçilməmiş taxil sahəsində baş vermiş yanğın hadisəsi nəticəsində vətəndaşa aid buğdanın orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq, İddiaçı məxsus 2 ha. sahədə 6 ton buğda 2100,00 manat (6 ton x 350,00 manat) dəyərində qiymətləndirilmişdir.

13. "xxxx" ASC tərəfindən FHN-in Əməliyyat-İstintaq İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ağsu rayon Kəlağaylı kəndində yerləşən biçilməmiş taxıl sahəsinin enerji təchizatı 110/35/110 kv-luq “Ağsu” yarımstansiyasından çıxan 10 kv-luq “Sabir” hava elektrik xəttindən qidalanır. Xəttin kənd ərazisindən keçən hissəsində xx.xx.2023-cü il tarixdə taxıl sahəsində baş vermiş yanğın nəticəsində yaranmış istilikdən ağac dayaqda olan qarmağın yerindən çıxdığı aşkar olunmuş və saat 13:00-13:48 radələrində qarmaq yerinə bərpa olunmuşdur.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9629 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan məlumatlara əsasən, Ağsu rayonu, Kəlağaylı kəndində yerləşən kənd sakinlərinə məxsus biçilməmiş taxıl sahələrində baş vermiş yanğının mənbəyi, izolyatoru qırılmış dayağın aşağı hissəsində olmuş və quru otların üzəri ilə ətrafa yayılmışdır. Yanğın, iş materiallarında və qərarın təsviri hissəsində göstərildiyi kimi, yəni 110/35/110 kv-luq “Ağsu” yarımstansiyasından çıxan 10 kvluq “Sabir” hava elektrik xəttinin dirəyinə traverssiz bərkidilmiş izalyatorun qırılması və izalyatora əlaqələndirilmiş naqilin digər xəttin üzərinə düşməsi nəticəsində yaranan qığılcımların xəttin aşağı proeksiyasında olan quru otları alışdırması nəticəsində baş verə bilərdi. Hadisənin təhqiqat tərəfindən müəyyən edilmiş səbəbini nəzərə almaqla, baş vermiş yanğın hadisəsi ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2-ci bəndinin, “Elektrik və istilik qurğularının istismarının təhlükəsizlik texnikası qaydası”nın 1.2.1-ci bəndinin, "xxxx" ASC-nin RETSİ-nin rayon elektrik şəbəkəsinin rəisinin vəzifə təlimatının 39, 42-ci bəndlərinin, "xxxx" ASC-nin RETSİ-nin rayon elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatının 6, 16-cı bəndlərinin tələbləri pozulmuşdur. Hadisə baş vermiş ərazidən keçən 10 kv-luq hava xəttinin qaydaların tələblərinə uyğun quraşdırılması (izalyatorların dirəyə travers vasitəsilə bağlanması) və xəttə keçirilən sonuncu (xx.xx.2023-cü il) texniki baxış zamanı aşkar edilmiş nasazlıqların aradan qaldırılaraq texniki cəhətdən saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə, vəzifə təlimatının yuxarıda göstərilən bəndlərinin, “Elektrik və istilik qurğularının istismarının təhlükəsizlik texnikası qaydası”nın 1.2.1-ci bəndinin, “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2-ci bəndinin tələbləri "xxxx" ASC-nin RETSİ-nin Ağsu Rayon Elektrik Şəbəkəsinin rəisi və baş mühəndisi tərəfindən pozulmuşdur.

15. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində, saat 12 radələrində Ağsu rayonu, Kəlağaylı kəndində yerləşən biçilməmiş taxıl sahəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılmış və yanğın hadisəsinin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində deyil, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməmələri və ya lazımi qaydada yerinə yetirməmələrindən baş verdiyi müəyyən olunduğu üçün toplanmış material xx.xx.2024-cü il tarixində aidiyyəti üzrə Ağsu rayon prokurorluğuna göndərilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim edilmişdir.

16. X18 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, xx.xx.2023-cü ildən hal-hazıradək Ağsu rayonu Elektrik Şəbəkəsinin rəisi vəzifəsində işləyir, rəis kimi xidməti vəzifələri ümumi işə rəhbərlik etməkdən ibarətdir. Xidməti fəaliyyət sahəsi Ağsu rayonu Elektrik Şəbəkəsinin xidməti fəaliyyət sahəsidir. Elektrik montyorları, baş ustalar, mühəndis, aparıcı mühəndis və baş mühəndis bilavasitə ona tabedir. O, xx.xx.2023-cü il tarixində, saat 12 radələrində Ağsu rayonu, Kəlağaylı kəndində yerləşən İddiaçı və digərlərinə məxsus biçilməmiş taxıl sahələrində baş vermiş yanğınla bağlı bildirmişdir ki, həmin yanğın nə onun, nə də ki digər işçilərin səhlənkarlığı nəticəsində baş verməmişdir. Çünki 110/35/110 kv-luq “Ağsu” yarımstansiyasından çıxan 10 kv-luq “Sabir” hava elektrik xəttinin dirəyinə traverssiz bərkidilmiş izalyatorun qırılması və izalyatora əlaqələndirilmiş naqilin digər xəttin üzərinə düşməsi nəticəsində yaranan qığılcımların xəttin aşağı proeksiyasında olan quru otları alışdırması ağlabatan deyildir.

17. X19 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, 2022-ci ilin noyabr ayından halhazıradək Ağsu rayonu Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyir, baş mühəndis kimi xidməti vəzifələri abonentləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən, baş vermiş hər hansı qəzanı aradan qaldırmaqdan, hava və kabel xətlərinin təmir edilməsini təmin etməkdən ibarətdir. Xidməti fəaliyyət sahəsi Ağsu rayonu Elektrik Şəbəkəsinin xidməti fəaliyyət sahəsidir. Elektrik montyorları, baş ustalar, mühəndis və aparıcı mühəndis bilavasitə ona, o isə bilavasitə rəisə tabedir. O, xx.xx.2023-cü il tarixində, saat 12 radələrində Ağsu rayonu, Kəlağaylı kəndində yerləşən İddiaçı və digərlərinə məxsus biçilməmiş taxıl sahələrində baş vermiş yanğınla bağlı bildirmişdir ki, həmin yanğın nə onun, nə də ki digər işçilərin səhlənkarlığı nəticəsində baş verməmişdir. Çünki 110/35/110 kv-luq “Ağsu” yarımstansiyasından çıxan 10 kv-luq “Sabir” hava elektrik xəttinin dirəyinə traverssiz bərkidilmiş izalyatorun qırılması və izalyatora əlaqələndirilmiş naqilin digər xəttin üzərinə düşməsi nəticəsində yaranan qığılcımların xəttin aşağı proeksiyasında olan quru otları alışdırması ağlabatan deyildir.

18. Ağsu rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9629 nömrəli məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının rəyinə əsasən, xx.xx.2023-cü il tarixində, saat 12 radələrində Ağsu rayonunun Kəlağaylı kəndində yerləşən İddiaçı və digərlərinə məxsus biçilməmiş taxıl sahələrində yanğın hadisəsi 110/35/110 kv-luq “Ağsu” yarımstansiyasından çıxan 10 kv-luq “Sabir” hava elektrik xəttinin dirəyinə traverssiz bərkidilmiş izalyatorun qırılması və izalyatora əlaqələndirilmiş naqilin digər xəttin üzərinə düşməsi nəticəsində yaranan qığılcımların xəttin aşağı proeksiyasında olan quru otları alışdırması nəticəsində baş verə bilərdi. Bundan başqa xx.xx.2023cü il tarixində, saat 12 radələrində Ağsu rayonunun Kəlağaylı kəndində biçilməmiş taxıl sahələrinin yanması nəticəsində X15 1400,00 manat ziyan dəydiyindən həmin ziyan mühüm ziyan kimi qiymətləndirilməməlidir. Qeyd edilənlərə əsasən Ağsu rayon Elektrik Şəbəkəsinin rəisi X18 və baş mühəndisi X19 Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq edilmədiyindən və ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunmalı olduğundan, həmçinin baş vermiş yanğın nəticəsində vətəndaşlara mühüm ziyan dəymədiyindən, X18 və X19 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

19. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 41 (qırx bir) manat dövlət rüsumu ödənilmişdir.

20. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində, saat 12 radələrində Ağsu rayonu, Kəlağaylı kəndində yerləşən İddiaçı, X15, X4, X5, X12, X16, X1 və X6 məxsus biçilməmiş taxıl sahələrində baş vermiş yanğın hadisəsi ilə əlaqədar FHN-in Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılmış və hadisəsinin yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində deyil, 110/35/110 kv-luq “Ağsu” yarımstansiyasından çıxan 10 kv-luq “Sabir” hava elektrik xəttinin dirəyinə traverssiz bərkidilmiş izalyatorun qırılması və izalyatorla əlaqələndirilmiş naqilin digər xəttin üzərinə düşməsi nəticəsində yaranan qığılcımların xəttin aşağı proyeksiyasında olan quru otları alışdırması nəticəsində baş verdiyi müəyyən edildiyindən toplanmış material xx.xx.2024-cü il tarixli qərarla aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Ağsu rayon prokurorluğuna göndərilmişdir.

21. “Aqrar Sığorta Fondu” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, sığortalı İddiaçı ilə Fondun adından onun idarəedici qurumu olan "xxxx" ASC arasında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasına dair buğda bitkisi üzrə BS-**********-AS nömrəli sığorta müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sığortalanmış əkin sahələrinə müvafiq olaraq xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək müqavilənin “sığorta riskləri” bölməsində qeyd olunmuş (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətləri) risklərin baş verməsi nəticəsində sığortalanmış məhsula dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. Təminat müddəti ərzində sığortalı İddiaçı tərəfindən “1651” X35 rayonu, Kəlağaylı kəndində yerləşən buğda sahəsinə yanğın nəticəsində zərər dəyməsi barədə məlumat daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert rəyinə əsasən yekun zərər ekspertizası nəticəsində 0,5196 hektar sahədə yanğın zərəri olduğu aşkar edilmişdir. "xxxx" ASC tərəfindən 2024-cü il 12 fevral tarixli 12-9-1/2-339/2024 nömrəli məktubla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən sözügedən sorğuya cavab olaraq daxil olmuş 2024-cü il 20 fevral tarixli 3-18-23/2-1766/2024 nömrəli məktubda 2023-cü ilin 14 iyun tarixində, saat 12:00 radələrində Ağsu rayonu, Kəlağaylı kəndində biçilməmiş taxıl sahəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin Əməliyyat Şöbəsində araşdırma aparıldığı və yanğın hadisəsinin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində deyil, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməmələri və ya lazımi qaydada yerinə yetirməmələrindən baş verdiyi müəyyən olunduğu, həmçinin toplanmış materialın 2024-cü il 22 yanvar tarixində aidiyyəti üzrə Ağsu rayon prokurorluğuna göndərilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim olunduğu qeyd edilmişdir. Sözügedən məsələlərin araşdırılması ilə bağlı "xxxx" ASC tərəfindən 2024-cü il 14 mart tarixli 12-9-1/2-554/2024 nömrəli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna və Ağsu rayon prokurorluğuna sorğu ünvanlanmışdır. Ağsu rayon prokurorluğunun cavab məktubunda İddiaçı məxsus biçilməmiş taxıl sahəsində baş vermiş yanğın hadisəsinin 110/35/110 kv-luq “Ağsu” yarımstansiyasından çıxan 10 kv-luq “Sabir” hava elektrik xəttinin dirəyinə traversiz bərkidilmiş izalyatorun qırılması və izalyatorla əlaqələndirilmiş naqilin digər xəttin üzərinə düşməsi nəticəsində yaranan qığılcımların xəttin aşağı proyeksiyasında olan quru otları alışdırması nəticəsində baş verdiyi və bunun nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 23 avqust tarixli, 3-16-16/2-9/5612 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən İddiaçı məxsus 2 hektar sahədə 6 ton buğdanın yanması ilə əlaqədar 2100,00 (6 ton x 350 manat) manat ziyan dəydiyi müəyyən edilmişdir. Həmçinin, Ağsu rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 2024-cü 6 mart tarixli qərarında yanğının baş verməsində təqsirləndirilən vəzifəli şəxslər X18 və baş mühəndisi X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq edilmədiyindən və ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunmalı olduğundan, eyni zamanda baş vermiş yanğın nəticəsində vətəndaşlara mühüm ziyan dəymədiyindən, X18 və X19 barələrində cinayət işinin başlanması rədd edilmişdir. Yanğın riskinə münasibətdə sığorta ödənişinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən əsas sənəd hesab edildiyindən və hal-hazırki iş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilmiş məktubda Qaydaların tələbinə uyğun olaraq bütün məlumatlar təqdim edilmədiyindən İddiaçı sığorta ödənişinin həyata keçirilməsi mümkün olmamışdır. Sığortalı İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 2024-cü il 26 iyun tarixli, BS-**********-AS və BS- **********-AS nömrəli sığorta şəhadətnamələri üzrə sığorta tələbindən imtina edilmişdir. İddiaçı ilə bağlanmış sığorta müqaviləsi üzrə Qaydalara uyğun olaraq müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən təqdim edilməli olan sənəd tam olmadığından Fond tərəfindən sığorta ödənişinin həyata keçirilməsi mümkün olmamışdır.

22. İş materiallarında, həmçinin, torpaq sahələrinin mülkiyyətçilərinin FHN müvafiq idarəsinə ünvanladıqları ərizə və izahatları, müvafiq kənd ərazi dairəsi üzrə icra nümayəndəsi və kənd bələdiyyəsi sədrinin mülkiyyətçilərə dəymiş zərərlə bağlı tərtib etdikləri akt, müvafiq kənd ərazi dairəsi üzrə nümayəndəliyin FHN müvafiq idarəsinə zərərin məbləği və ziyanın ödənilməsinə kömək göstərilməsi ilə bağlı ünvanladığı məktublar, "xxxx" ASC tərəfindən tərtib edilmiş müvafiq ərazi üzrə qeydiyyat jurnalından xx.xx.2023-cü il tarixi əhatə edən çıxarış, rayon elektrik şəbəkəsinin rəisi, baş mühəndisi, paylayıcı şəbəkə sahəsinin ustası və elektrik montyorunun vəzifə təlimatları, həmin tarixdə müvafiq kənd ərazisində hava şəraiti haqqında arayış, hava xəttinin pasportu, sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə aktlar, Ağsu şəbəkəsi üzrə 2023-cü il üçün elektrik qurğularının, elektrik avadanlıqlarının, hava və kabel xətlərinin cari və əsaslı təmiri plan-qrafikləri, yanğın haqqında xx.xx.2023-cü il tarixli ilkin akt, hadisə yerinə xx.xx.2023-cü il tarixli baxış protokolu, yanğın haqqında xx.xx.2023-cü il tarixli akt, yanğının hesabat vərəqəsi də vardır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

23. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, Ağsu rayonu, Kəlağaylı kəndində yerləşən İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində (və qonşu digər torpaq sahələrində) biçilməmiş 6 ton buğda olan zaman – xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində yanğın baş vermişdir. Yanğın zamanı torpaq sahəsində olan məhsulun “Aqrar Sığorta Fondu” adından "xxxx" ASC tərəfindən sığortalanması barədə şəhadətnamə qüvvədə olmuşdur. Həmin şəhadətnaməyə əsasən yanğın və üçüncü şəxslərin hərəkətləri sığorta hadisələri kimi qiymətləndirilmişdir.

24. Yanğın hadisəsi ilə bağlı zərər çəkmiş mülkiyyətçilərin Fövqəladə Hallar Nazirliyinə müraciətləri əsasında toplanmış materiallar araşdırma aparılması üçün Ağsu rayon prokurorluğuna göndərilmiş və həmin prokurorluq tərəfindən iş üzrə araşdırma aparılaraq, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir.

25. Hazırkı mülki iş üzrə hərtərəfli tədqiqat aparılması üçün zərurət yarandığından, həmin prokurorluq tərəfindən məhkəmə sorğusu əsasında müvafiq araşdırma materialı məhkəməyə təqdim edilmişdir.

26. Araşdırma zamanı təyin edilmiş ekspertiza nəticəsində təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, yanğının mənbəyi, izolyatoru qırılmış dayağın aşağı hissəsində olmuş və quru otların üzəri ilə ətrafa yayılmışdır. Yanğın, iş materiallarında və qərarın təsviri hissəsində göstərildiyi kimi, yəni 110/35/110 kv-luq “Ağsu” yarımstansiyasından çıxan 10 kv-luq “Sabir” hava elektrik xəttinin dirəyinə traverssiz bərkidilmiş izalyatorun qırılması və izalyatora əlaqələndirilmiş naqilin digər xəttin üzərinə düşməsi nəticəsində yaranan qığılcımların xəttin aşağı proeksiyasında olan quru otları alışdırması nəticəsində baş verə bilərdi. Hadisənin təhqiqat tərəfindən müəyyən edilmiş səbəbini nəzərə almaqla, baş vermiş yanğın hadisəsi ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2-ci bəndinin, “Elektrik və istilik qurğularının istismarının təhlükəsizlik texnikası qaydası”nın 1.2.1-ci bəndinin, "xxxx" ASC-nin RETSİ-nin rayon elektrik şəbəkəsinin rəisinin vəzifə təlimatının 39, 42-ci bəndlərinin, "xxxx" ASC-nin RETSİ-nin rayon elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatının 6, 16-cı bəndlərinin tələbləri pozulmuşdur. Hadisə baş vermiş ərazidən keçən 10 kv-luq hava xəttinin qaydaların tələblərinə uyğun quraşdırılması (izalyatorların dirəyə travers vasitəsilə bağlanması) və xəttə keçirilən sonuncu (xx.xx.2023-cü il) texniki baxış zamanı aşkar edilmiş nasazlıqların aradan qaldırılaraq texniki cəhətdən saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə, vəzifə təlimatının yuxarıda göstərilən bəndlərinin, “Elektrik və istilik qurğularının istismarının təhlükəsizlik texnikası qaydası”nın 1.2.1-ci bəndinin, “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2-ci bəndinin tələbləri "xxxx" ASC-nin RETSİ-nin Ağsu Rayon Elektrik Şəbəkəsinin rəisi və baş mühəndisi tərəfindən pozulmuşdur.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5612 nömrəli ekspert rəyi ilə isə İddiaçı məxsus sahədə əkilən 6 ton buğdanın yanması nəticəsində ona 2.100 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir (6 ton buğda x 350 manat).

28. Hazırda iddiaçı cavabdehin rəhbər vəzifəli işçilərinin müvafiq qaydaların tələblərini pozması nəticəsində ona məxsus torpaq sahəsində biçilməmiş taxılın yanması ilə nəticələnən yanğın hadisəsi səbəbindən özünə 2.100 manat maddi ziyan dəysə də, ziyanın 938 manat hissəsini müvafiq sığorta fondunun qarşıladığını, buna görə də maddi ziyanın 1.162 manat hissəsi və 41 manat məhkəmə xərci olmaqla, cəmi 2.141 manat pulun cavabdehdən tutulmasını; cavabdeh isə iddiaçıya məxsus sahənin mühafizə zolağında olduğunu, buna görə də onların iddiaçıya dəymiş ziyana görə məsuliyyət daşımadığını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “Aqrar Sığorta Fondu”nun nümayəndəsi sığorta ödənişinin məbləğini mübahisələndirməmişdir.

c) Məhkəmənin mövqeyi:

29. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq, müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

30. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

31. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

32. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

33. Zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlərə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində göstərildiyi kimi, zərərvuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imkan verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir. Başqa sözlə, bu hallar deliktə görə məsuliyyətin ümumi şərtlərini müəyyən edir.

34. Qanunvericilikdə delikt məsuliyyətinin yaranması və tətbiq edilməsi üçün ümumi prinsip kimi yuxarıda qeyd edilən 3 şərtin olması tələb edilsə də, bəzi hallarda məhdud delikt məsuliyyəti də yarana bilir. Bu, təqsirsiz delikt məsuliyyəti adlanır ki, onun da ən bariz nümunəsi Mülki Məcəllənin 1108-ci maddəsidir.

35. Mülki Məcəllənin 1108-ci maddəsində nəzərdə tutulan delikt məsuliyyətinin subyekti kimi yüksək təhlükə mənbəyinin sahibi çıxış edir. Yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs həmin mənbənin sahibi sayılır və onun vurduğu zərərin əvəzini ödəməyə borcludur. Qanun zərərin əvəzini ödəmək vəzifəsini məhz onun üzərinə qoyur.

36. Beləliklə, yüksək təhlükə mənbəyinin sahibi üçün iki əlamət xarakterikdir – hüquqi əlamət; maddi əlamət.

37. Hüquqi əlamətin mahiyyəti ondan ibarətdir ki, yüksək təhlükə mənbəyinin sahibinin həmin mənbəyə sahiblik etməsi, yəni müvafiq fəaliyyəti həyata keçirməsi üçün hər hansı qanuni titula (qanuni əsasa) əsaslanması tələb olunur. Hər şeydən əvvəl bu cür qanuni titul kimi mülkiyyət hüququ və digər əşya hüququ çıxış edə bilər. Mülkiyyətçinin iradəsi ilə müəyyən obyektə sahiblik mülki-hüquqi müqavilə əsasında digər fiziki və hüquqi şəxslərə keçə bilər ki, bu zaman onlar həmin obyektin qanuni sahibi olurlar. Söhbət icarə, əmlak kirayəsi, saxlama, daşıma və digər müqavilələrdən, nəqliyyat vasitələrinin idarəedilməsi üçün verilmiş etibarnamələrdən gedir. Mülkihüquqi müqavilə yüksək təhlükə mənbəyinin sahibliyinin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Sahibliyin keçməsi ilə əlaqədar yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyət də yeni sahibə keçir.

38. Maddi əlamətin mahiyyəti ondan ibarətdir ki, təhlükəli obyektə faktiki sahiblik edən, öz sahibliyində real olaraq təhlükə mənbəyinə malik olan şəxs yüksək təhlükə mənbəyinin sahibi hesab olunur. Bu əlamətə görə, zərər vurmaq xassəsinə malik olan obyektə, yəni yüksək təhlükə mənbəyinə faktiki sahiblik edən, bu obyektən istifadə edən şəxs vurulan zərər üçün məsuliyyət daşıyır. Maddi şərt yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

39. Məhkəmə hesab edir ki, elektrik enerjisi yüksək təhlükə mənbəyi olduğundan “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.4.4.2-ci bəndində təsbit olunan vəzifə həmin mənbənin satıcısı olan və həmin mənbə üzərində nəzarət imkanları daha yüksək olan cavabdehin üzərinə qoyulmalı, əgər zərər bu vəzifənin yerinə yetirilməməsi səbəbindən ortaya çıxmışdırsa, vurulmuş zərərə görə məhz o, məsuliyyət daşımalıdır. Bu zaman iddiaçının məhsulunu belə hadisədən sığortlaması da nəzərə alınmalıdır.

40. Baxılan mübahisə üzrə tədqiqat aparmış ekspert də belə nəticəyə gəlmişdir ki, baş vermiş yanğın hadisəsi ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2-ci bəndinin, “Elektrik və istilik qurğularının istismarının təhlükəsizlik texnikası qaydası”nın 1.2.1-ci bəndinin, "xxxx" ASC-nin RETSİ-nin rayon elektrik şəbəkəsinin rəisinin vəzifə təlimatının 39, 42-ci bəndlərinin, "xxxx" ASC-nin RETSİ-nin rayon elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatının 6, 16-cı bəndlərinin tələbləri pozulmuşdur. Hadisə baş vermiş ərazidən keçən 10 kv-luq hava xəttinin qaydaların tələblərinə uyğun quraşdırılması (izalyatorların dirəyə travers vasitəsilə bağlanması) və xəttə keçirilən sonuncu (xx.xx.2023-cü il) texniki baxış zamanı aşkar edilmiş nasazlıqların aradan qaldırılaraq texniki cəhətdən saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə, vəzifə təlimatının yuxarıda göstərilən bəndlərinin, “Elektrik və istilik qurğularının istismarının təhlükəsizlik texnikası qaydası”nın 1.2.1-ci bəndinin, “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2-ci bəndinin tələbləri "xxxx" ASC-nin RETSİ-nin Ağsu Rayon Elektrik Şəbəkəsinin rəisi və baş mühəndisi tərəfindən pozulmuşdur.

41. Qeyd olunanlara əsasən məhkəmənin qənaəti ondan ibarətdir ki, iddiaçı haqlı olaraq yanğın hadisəsi nəticəsində məruz qaldığı ziyanın sığorta ilə əhatə olunmayan hissəsini ödəmək tələbi ilə məhz cavabdeh "xxxx" ASC-yə qarşı iddia qaldırmışdır.

42. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin mühafizə zolağında yerləşdiyini bildirərək, məhz buna görə ziyanın ödənilməsi tələbinin təmin edilməməli olmasını mübahisələndirsə də, məhkəmə qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 6-cı bəndində elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalması və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilməsi qeyd edildiyindən, cavabdehin etirazının əsasını təşkil edən bu dəlil məhkəmə tərəfindən əsassız hesab olunur.

43. Zərərin məbləği ilə bağlı isə qeyd edilməlidir ki, rayon prokurorluğu tərəfindən aparılan araşdırma zamanı təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyinə müvafiq olaraq iddiaçıya dəymiş zərər 2.100 manat məbləğində qiymətləndirilmiş, məhkəmə araşdırmaları zamanı iddiaçı bu zərərin 938 manat hissəsinin sığorta məbləği olduğunu bildirmiş, mübahisənin məhkəmə araşdırması dövründə tərəflər zərərin və sığorta ödənişinin məbləğini mübahisələndirməmişlər.

44. İddiaçı 1.162 manat zərər və 41 manat məhkəmə xərci olmaqla, cəmi 1.203 manat pulun cavabdehdən tutulmasını tələb etsə də, iddia ərizəsinin nəticə hissəsində hesab səhvinə yol verərək, cəmi 2141 manat qeyd etdiyindən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya vurulmuş 1.162 manat məbləğində maddi ziyanın əvəzi cavabdeh "xxxx" ASC-dən tutularaq ona verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

45. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülkihüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu məsuliyyət yüksək təhlükə mənbəyinin sahibinin təqsirindən asılı olmayaraq yaranır. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”: 2.4.4.2-ci bənd. İzoləedilməmiş və izoləedilmiş naqilli HX-da dayağın materialından, havanın çirklənmə dərəcəsindən və ildırımın baş vermə intensivliyindən asılı olmayaraq izolyatorlardan və yaxud izolyasiya materiallarından olan traverslərdən istifadə olunmalıdır (4 nömrəli əlavə). İzolyatorların və armaturun seçilməsi və hesabatı 2.5.7.3-cü bəndə uyğun yerinə yetirilməlidir.

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”: 1.2.1-ci bənd. Elektrik və istilik qurğuları, quruluşları və şəbəkələri, onların təhlükəsiz istismarını, həmçinin müəssisənin işçilərinin təhlükəsiz iş şəraitini təmin edən texniki saz vəziyyətdə olmalıdırlar.

48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: 10.1-ci bənd. Enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. 10.17-ci bəndinə görə, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X9 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 10.18.1-10.18.2, 10.18.8-ci bəndlərinə əsasən, enerjitəchizatı müəssisəsi öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsini təmin edən yerli dispetçer xidmətini təşkil etməyə, ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə, qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə borcludur.

49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”: 6-cı bənd. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.

50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 114.1 və 114.1.1. Qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.1, 8.1.2. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

52. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

53. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

54. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

55. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən maddi ziyanın əvəzi kimi 1.162 (bir min bir yüz altmış iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

56. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, dövlət rüsumu kimi dövlət büdcəsinə artıq ödənilmiş 9,40 (doqquz manat qırx qəpik) manat məbləğində pul İddiaçı qaytarılmalı, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 31,60 (otuz bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu isə cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilməlidir.

Nəticə:

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən maddi ziyanın əvəzi kimi 1.162 (bir min bir yüz altmış iki) manat, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31,60 (otuz bir manat altmış qəpik) manat olmaqla, cəmi 1.193,60 (bir min bir yüz doxsan üç manat altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Dövlət rüsumu kimi dövlət büdcəsinə artıq ödənilmiş 9,40 (doqquz manat qırx qəpik) manat məbləğində pul İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar