Məhkəmə qərarları › İş №2(006)-4094/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4094/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4094/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ödənişlərin müəyyən olunması və mənzilin girovdan azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Zalova X5 rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 55, 6 saylı mənzilə dair ödənişlərin müəyyən olunması və mənzilin girovdan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirdi və izahatında göstərdi ki, 15 avqust 2015-ci ildə Nizami rayon ərizəsində yerləşən Bakı şəhəri, Naxçıvanski 55 mənzil 6 girov qoyaraq Nikoyl İKB ASC-nin 4 saylı filialından illik faiz dərəcəsi 30 faiz olmaqla 3 il müddətinə 21000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 26 sentyabr 2019-cu ildə cəmi banka 27000 ABŞ dolları ödəmişdir. Borcu tam olaraq bağlanmışdır. Bundan sonra bank tərəfindən ona hesabdan çıxarış verilmişdir. Yello Bank tərəfindən hesabdan çıxarışa əsasən banka heç bir məbləğdə borcunun olmaması göstərilmişdir. Lakin Bakı Asan 1 xidmətinə müraciət edən zaman məlum olmuşdur ki, guya onun Banka borcu qalmışdır. Əslində isə heç bir məbləğdə borcu yoxdur. Hazırda mənzili "xxxx" MMC-də hərraca çıxarılıb. Banka heç bir məbləğdə borcu olmadığı halda mənzili qanunsuz olaraq hərraca çıxarılıb. Hətta mənzili ipoteka ilə yüklü edilib. Haızrda mənzili ipoteka ilə. Yüklü olması bir çox hüquqi çətinliklər yaradır. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iclasında tətqiq edilmiş sübutlarla müəyyən edilir ki, "xxxx" İKB ASC ilə İddiaçı arasında bağlanmış 25 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı illik 26 faizlə 36 ay müddətinə 21000 ABŞ dolları məbləğində kredit verilmiş, müqavilənin təminatı kimi X6 kreditin vaxtında və lazımi qaydada qaytarılması üçün zamin durmuş, həmçinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Naxçıvanski küçəsi 55 nömrəli evin 6 nömrəli mənzilini ipoteka ilə yüklü etmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığından "xxxx" İKB ASC iddia tələbi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı və X3 cəmi 31536,15 ABŞ dolları məbləğində kredit borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, C.Naxçıvanski küçəsində yerləşən 3 otaqlı, 52,41 kv.m ümumi sahədən ibarət 55 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" İKB ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, tutma mənzilə yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra mənzilin boşaldırlması, "xxxx" İBK ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin müvafiq olaraq İddiaçı və X4 qaytarılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı və X6 apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun vəkili Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qətnaməsindən narazı qalaraq kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 sentyabr 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı iddia tələbi ilə Məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 55, 6 saylı mənzilə dair ödənişlərin müəyyən olunması və mənzilin girovdan azad edilməsini xahiş etmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi qüvvədə olan məhkəmə aktları mövcuddur. Həmin məhkəmə aktlarına əsasən İddiaçı banka cəmi 31536,15 ABŞ dolları məbləğində kredit borcu vardır. Həmin borcdan iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən cəmi 27389,70 ABŞ dolları ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı öz tələblərini əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilmədi. Odur ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ödənişlərin müəyyən olunması və mənzilin girovdan azad edilməsi” tələbinə dair iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ödənişlərin müəyyən olunması və mənzilin girovdan azad edilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimiı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar