Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4150/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı Nəsimi rayon İcra Şöbəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə «kredit müqavilələri üzrə borcun ödənilmiş hesab edilməsi və ipotekaya qoyulmuş evin ipotekadan azad edilməsi, həmin mənzilin ipotekadan (yüklülükdən) azad edilməsi ilə bağlı DƏDRX-ə arayışın verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Əmanətlərin Sığortalanması Fonduna qarşı Nəsimi rayon İcra Şöbəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə «kredit müqavilələri üzrə borcun ödənilmiş hesab edilməsi və ipotekaya qoyulmuş evin ipotekadan azad edilməsi, həmin mənzilin ipotekadan (yüklülükdən) azad edilməsi ilə bağlı DƏDRX-ə arayışın verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı oğlunun xəstəliyi ilə əlaqədar onun müalicə xərclərini ödəmək üçün maddi imkanın kifayət etmədiyindən, Cavabdeh1 ASC-yə ona kredit ayrılmasını xahiş etmişdir. Cavabdeh1 ASC ilə iddiaçı arasında bağlanmış 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə ona 5000 manat məbləğində 25 faizlə 12 ay müddətinə ödəmək şərti ilə kredit ayrılmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq iddiaçı həmin bank tərəfindən iddiaçının şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. 14.12.2010-cu il tarixdə həmin bankla iddiaçı arasında yenidən kredit müqaviləsi imzalanmış və iddiaçı təkrar 5000 manat kredit götürmüşdür. Övladının vəziyyəti daha da ağırlaşdığından iddiaçı sonuncu dəfə həmin bankdan 18.01.2011-ci tarixdə 5000 manat kredit götürmüşdür. Qeyd ediləq kredit müqavilələri üzrə borcunu ödəyə bilmədiyindən Cavabdeh1 ASC tərəfindən «kredit borcunun və fazlərin tutulması və sair» tələbi ilə məhkəməyə müraciət edilmiş və Nəsimi rayon Məhkəməsinin 2(006)-858/2013 saylı, 04.04.2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, iddiaçıdan 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 8112 manat olmaqla iddiaçıdan 5000 manat əsas, 2812 manat faiz, 300 manat dəbbə pulu, 14.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 6332 manat olmaqla, ondan 3712 manat əsas, 2580 manat faiz, 40 manat dəbbə pulu, 18.01.2011-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 4667 manat olmaqla, ondan 3404 manat əsas, 1243 manat faiz, 20 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməsi, 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə 8112 manat məbləğində borcun və dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun ödənilməsi ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilinin mülkiyyətində oaln 20 kv.m.-dən ibarət olan iki otağa yönəldilməsi, həmin yaşayış sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına 8112 manat məbləğində borcun və dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun ödənilməsi,borc ödənildikdən sonra artıq qalan məbləğin iddiaçıya qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd edilən qətnamə icraya yönəldikdən sonra iddiaçı imkanın çatdığı miqdarda ödənişləri həyata keçirməyə başlamışdır. Sonradan Cavabdeh1 ASC iddiaçıya Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramin Quliyevlə birlikdə iddiaçıya ona 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə 8110 manat pulun və dövlət rüsumunun əvəzi olaraq 40 manat pulun banka ödənilməsini və onun əvəzində isə iddiaçıya həmin kredit müqaviləsinin təminatı olaraq həmin bankda ipotekaya qoyduğu ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilini ipotekadan azad edəcəklərini və həmin evin sənədlərini ona geri qaytarmağı, digər iki 14.12.2010-cu il tarixli və 18.01.2011-ci il tarixli kredit müqavilələri üzrə qalan 3800 manat borcunu hissə-hissə ödəməsini təklif etmişlər. İddiaçı razılaşdıqdan sonra qeyd edilən məbləği 14.07.2014-cü il tarixdə Cavabdeh1 ASC-yə ödəmişdir. İddiaçıya təqdim edilmiş ödəniş qəbzlərini Cavabdeh1 ASC-yə təqdim etmiş, Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramin Quliyevin iştirakı ilə Cavabdeh1 ASC-nin əməkdaşları ünvan 2 ünvanında yerləşən 16 saylı mənzilinə aid Azərbaycan Respublikası Daşınmaz Əmlakların Dövlət Reyestr Xidmətinin MA seriyalı ******* №-li, 04.06.2010-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı iddiaçıya geri qaytarmışlar, hazırda həmin çıxarış onun özündədir. İddiaçı çıxarış ona təqdim edilən zaman 3800 manat kredit borcundan 2000 manat pulu bankın əməkdaşlarına ödəmiş, lakin həmin vaxt bankın əməkdaşları ona sistemdə problem olduğundan ona ödəniş qəbzi təqdim edə bilməyəcəklərini, lakin onun narahatçılığı üçün əsas olmadığını, ödənişləri çox ödədiyindən qalan borcunun silindiyini və borcunun bağlandığını bildirmişlər. İddiaçı isə əmlakın ipotekadan azad edilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə məktub göndərəcəklərini bildirmişlər. Bundan sonra, Cavabdeh1 ASC ərizə ilə Nəsimi rayon icra və probasiya şöbəsinə müraciət edərək, «İcra Haqqında» Qanununu 23.1.1-ci maddəsinə əsasən icra sənədinin icra olunmadan işin məhkəməyə qaytarılmasını xahiş etmiş, Nəsimi rayon icra və probasiya şöbəsinin 06.08.2014-cü il tarixli qərarı ilə Nəsimi rayon Məhkəməsinin 2(006)-858/2013 saylı, 04.04.2013-cü il tarixli icra sənədinin icrasız olaraq məhkəməyə qaytarılması qərara alınmış, həmin şöbənin 17/70-4116/3 saylı, 07.08.2014-cü il tarixli məktubu ilə icra sənədi məhkəməyə geri qaytarılmışdır. Sual olunur, iddiaçının ödənişləri hara getmişdir? Nə səbəbə hesaba alınmamışdır? Göstərilənlərə əsasən Cavabdeh1 ASC ilə iddiaçı arasında bağlanmış 03.12.2010-cu il tarixli, 14.12.2010-cü il tarixli və 18.01.2011-ci il tarixli kredit müqavilələri üzrə borcun ödənilmiş hesab edilməsi, Cavabdeh1 ASC ilə iddiaçı arasında bağlanmış 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilinin ipotekadan azad edilməsi, həmin mənzilin ipotekadan (yüklülükdən) azad edilməsi ilə bağlı DƏDRX-ə arayışın verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etmiş və tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının adına aktiv borc mövcuddur, bununla bağlı iddiaçıya rəsmi cavab məktubu da göndərilmişdir. Bu səbəbdən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi rayon İcra və Probasiya Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin nümayəndələrin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən 173 saylı evin 16 saylı mənzili paylı mülkiyyət hüququ üzrə 2 otaq (y/s 20,0 kv.m.) İddiaçı, 1 otaqdan 1/3 hissə X2, 1 otaqdan 2/3 hissə X3 mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 03.12.2010cu il tarixli, 201 saylı ipoteka müqaviləsinə əsasən 03.12.2010-cu il tarixdə Cavabdeh1 ASC «Biznes» filialı ilə İddiaçı arasında bağlanmış 201 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı ayrılmış 5000 manat məbləğində kreditin təminatı üçün paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən 2 otaqlı pay hissəsi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətinə əsasən İddiaçı paylı mülkiyyət hüququ əsasında mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən 173 saylı evin 16 saylı mənzili (2 otaq) 03.12.2010-cu il tarixli, 201 saylı kredit müqaviləsinə əsasən ipoteka müqaviləsi üzrə Cavabdeh1 ASC-nin «Biznes» filialın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 2(006)-858/2013 saylı, 04.04.2013-cü il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 8112 manat olmaqla, ondan 5000 mnat əsas, 2812 manat faiz, 300 manat dəbbə pulunun; 14.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 6332 manat olmaqla, ondan 3712 manat əsas, 2580 manat faiz, 40 manat dəbbə pulunun; 18.01.2011ci il tarixli kredit müqaviləsi üzrə cəmi 4667 manat olmaqla, ondan 3404 manat əsas, 1243 manat faiz, 20 manat dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumununəvəzi tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi, 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə 8112 manat məbləğində borcun və dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun ödənilməsi ipoteka qoyulmuş Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi, 173 saylı evin 16 saylı mənzilinin İddiaçı mülkiyyətində olan 20 kv.m-dən ibarət iki otağa yönəldilməsi, həmin yaşayış sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına 8112 manat məbləğində borcun və dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin İddiaçı qaytarılması qət edilmişdir. İş materiallarında olan Cavabdeh1 ASC tərəfindən Nəsimi rayon icra şöbəsinə, surəti "xxxx" MMC-yə ünvanlanmış 16.07.2014-cü il tarixli məktubundan görünür ki, 2(006)-858/2013 saylı, 04.04.2013-cü il tarixli icra sənədinə əsasən cavabdeh İddiaçı 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 8112 manat olmaqla, ondan 5000 manat əsas, 2812 manat faiz, 300 manat dəbbə pulu, 14.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 6332 manat olmaqla, ondan 3712 manat əsas, 2580 manat faiz, 40 manat dəbbə pulu, 18.01.2011-ci il tarixli kredit müqaviləsinə əsasən 4667 manat olmaqla, ondan 3404 manat əsas, 143manat faiz, 20 manat dəbbə pulu, 30 manat dövlət rüsumu tutularaq Cavabdeh1 ASC-nin xeyrinə tutulmalı idi. Bununla əlaqədar olaraq cavabdeh İddiaçı 14.07.2014-cü il tarixdə banka gələrək kredit borcu üzrə qismən 8100 manat ödəyərək, yerdə qalan məbləğin ödənilməsi üçün güzəşt müddəti istəmişdi. Yuxarıda göstərilənləri və «İcra haqqında» Qanunun 23.1.1-ci maddəsinə əsasən icra olunmadan işi məhkəməyə qaytarılmasını xahiş edilmişdir. İş materiallarında olan Nəsimi rayon icra şöbəsinin icra məmuru Ramin Quliyevin 06.08.2014-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-858/2013 saylı, 04.04.2013-cü il tarixli icra sənədi tələbkar Cavabdeh1 ASC-nin xahişinə əsasən icrasız məhkəməyə qaytarılmışdır. İş materiallarında olan ödəniş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 05.01.2011ci il tarixdə 336 manat, 14.01.2011-ci il tarixdə 336 manat, 14.02.2011-ci il tarixdə 336 manat, 18.02.2011-ci il tarixdə 336 manat, 03.03.2011-ci il tarixdə 336manat, 14.03.2011ci il tarixdə 336 manat, 04.04.2011-ci il tarixdə 336 manat, 14.04.2011-ci il tarixdə 336 manat, 03.05.2011-ci il tarixdə 336 manat, 14.07.2014-cü il tarixdə 8100 manat, 17.07.2014-cü il tarixdə 42 manat, 26.02.2015-ci il tarixdə 600 manat banka ödəniş edilmişdir. İş materiallarında olan Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən borclu İddiaçı, tələbkar ləğv prosesində olan Cavabdeh1 ASC-yə ünvanlanış 11.11.2020-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 858/2013 nömrəli, 15.05.2013-cü il tarixli icra sənədi üzrə ipoteka predmeti olan əmlak hərracda satılması və əldə olunmuş vəsait borca yönəldilməlidir. İş materiallarında «X1 Mərkəzi» MMC tərəfindən sifarişçi Nəsimi rayon icra və probasiya şöbəsinə, tələbkar Cavabdeh1 ASC-yə və borclu İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsi barədə 21.05.2021-ci il tarixli bildirişindən görünür ki, Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən 5327-68676/2019-5-1 saylı 20.04.2021-ci il tarixli məktubla ünvan 1, mənzil 16 açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verilmişdir. Əmlakın satış qiyməti 25500 manat təşkil edir. Açıq hərrac 09.06.2021-ci il tarixdə saat 11.00-da ünvan 6 ünvanında keçiriləcəkdir. Hərracın keçirilməsi barədə elan «Market» qəzetində və www.tap.az/shops/xihm internet səhifəsində dərc edilmişdir. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh1 ASC-nin Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 27.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, LPO Cavabdeh1 ASC-nin müştərisi İddiaçı arasında bağlanmış 03.12.2010-cu il tarixli, 14.12.2010-cu il tarixli və 18.01.2011-ci il tarixli kredit müqavilələrinə əsasən 19.08.2021-ci il tarixə olan qalıq borc 03.12.2010-cu il tarixli müqavilə üzrə 7997,84 manat, 14.12.2010-cu il tarixli müqavilə üzrə 718,15 manat, 18.01.2011-ci il tarixli müqavilə üzrə 1834,72 manat təşkil edir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27.08.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 173 saylı evin 16 saylı mənzilinin İddiaçı məxsus hissəsi Cavabdeh1 ASC-nin 07.12.2010-cu il tarixli müraciəti əsasında ipoteka ilə yüklü edilmişdir və hazırda yüklüdür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.1-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Həmin Məcəllənin 311.3-cü maddəsinə əsasən kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin, (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir. Məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcudan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir; Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 03.12.2010-cu il tarixli 201 saylı kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsi üzrə bank tərəfindən iddiaçıya 5000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə bank arasında 03.12.2010-cu il tarixli ipoteka müqaviləsi bağlanılmış və verilən kreditin qaytarılmasının təminatı kimi iddiaçıya paylı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən 173 saylı evin 16 saylı mənzili (2 otaq) ipoteka ilə yüklü edilmişdir. Bundan sonra, İddiaçı ilə cavabdeh arasında 14.12.2010-cu il tarixli 201 saylı kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsi üzrə bank tərəfindən iddiaçıya 5000 manat məbləğində kredit verilmişdir. Həmçinin iddiaçı ilə bank arasında18.01.2011-ci il tarixli kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsi üzrə iddiaçıya 5000 manat məbləğində kredit verilmişdir. Məhkəmə tərəfindən digər tərəfdən müəyyən edilmişdir ki, iddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün bank borcun məcburi qaydada tutulması və tutmanın ipolekaya yönəldilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 04.04.2013-cü il tarixli 2(006)-858/2013 saylı qətnaməsi ilə İddiaçı 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 8112 manat olmaqla, ondan 5000 mnat əsas, 2812 manat faiz, 300 manat dəbbə pulunun; 14.12.2010cu il tarixli kredit müqaviləsi üzrə cəmi 6332 manat olmaqla, ondan 3712 manat əsas, 2580 manat faiz, 40 manat dəbbə pulunun; 18.01.2011-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 4667 manat olmaqla, ondan 3404 manat əsas, 1243 manat faiz, 20 manat dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumununəvəzi tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi, 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə 8112 manat məbləğində borcun və dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun ödənilməsi ipoteka qoyulmuş Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi, 173 saylı evin 16 saylı mənzilinin İddiaçı mülkiyyətində olan 20 kv.m-dən ibarət iki otağa yönəldilməsi, həmin yaşayış sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına 8112 manat məbləğində borcun və dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin İddiaçı qaytarılması qət edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, borc tam şəkildə ödənildiyinə görə bankın xeyrinə yüklü edilmiş mənzilin ipotekadan azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı borcun tam şəkildə ödənilməsini iddia etsə də, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçı tərəfindən bu halları təsdiq edən sübutlar da təqdim edilməmişdir. Əksinə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh bank tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışında iddiaçının banka 19.08.2021-ci il tarixə olan 03.12.2010-cu il tarixli müqavilə üzrə ödənilməmiş qalıq borcu 7997,84 manat, 14.12.2010-cu il tarixli müqavilə üzrə ödənilməmiş qalıq borcu 718,15 manat, 18.01.2011ci il tarixli müqavilə üzrə ödənilməmiş qalıq borcu 1834,72 manat təşkil etdiyini göstərilmişdir. Məhkəmə iddiaçının iddia etdiyi 8100 manat ödənişə görə ipotekadan azad edilməsinə əsaslanma hissəsində isə qeyd edir ki, iddiaçı qeyd olunan məbləği icra qurumunun hesabına və ya bankın sırf həmin kredit müqaviləsi üzrə (03.10.2010) yaranmış borca ödənilməsi barədə heç bir müqavilə, sənəd, qəbz əlavə edilməmişdir. Bu halın özü iddiaçı tərəfindən banka olan üç kredit müqaviləsi üzrə yaranmış ümumi borca münasibətdə ödənildiyini əks etdirir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürdüyü tələblərin əsası kimi gətirdiyi dəlillər öz təsdiqini tapmadığından və bununla bağlı sübutlar təqdim edilmədiyindən, iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə iddianın digər hissələri olan ipotekaya qoyulmuş evin ipotekadan azad edilməsi, həmin mənzilin ipotekadan (yüklülükdən) azad edilməsi ilə bağlı DƏDRX-ə arayışın verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ilkin tələb olan kredit borcunun ödənilmiş hesab edilməsi hissəsi təmin edilmədiyindən qeyd olunan sonraki tələblərdə ilkin tələblə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi bu hissələrdə də əlavə araşdırılma aparılmadan təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı Nəsimi rayon İcra Şöbəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə «kredit müqavilələri üzrə borcun ödənilmiş hesab edilməsi və ipotekaya qoyulmuş evin ipotekadan azad edilməsi, həmin mənzilin ipotekadan (yüklülükdən) azad edilməsi ilə bağlı DƏDRX-ə arayışın verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı Nəsimi rayon İcra Şöbəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 03.12.2010-cu il tarixli, 14.12.2010-cu il tarixli və 18.01.2011-ci il tarixli kredit müqavilələri üzrə borcun ödənilmiş hesab edilməsi, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin ipotekadan azad edilməsi, həmin mənzilin ipotekadan (yüklülükdən) azad edilməsi ilə bağlı DƏDRX-ə arayışın verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4150/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4150/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver