Məhkəmə qərarları › İş №2(006)-4150/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4150/2024

04.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4150/2024 04.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Hüseynxan oğluna qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh Hüseynxan oğluna qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-84/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh Hüseynxan oğlundan hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(006)-84/2023 saylı qətnaməsi ilə onun Cavabdeh Hüseynxan oğluna qarşı «atalığın müəyyən edilməsi və aliment» tələbinə dair ilk iddiası qismən təmin edilmiş, cavabdeh X6 xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X7 ataları olması müəyyən edilmiş, birgə nikahdan doğulmuş uşaqlar onun yanında saxlanılmış, xx.xx.2011-ci il təvəllüdlü X7 atası Cavabdeh Hüseynxan oğlundan alınaraq ona verilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Hüseynxan oğlundan 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması, alimentə dair hissədə qətnamənin dərhal icraya yönəldilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, X6 İddiaçı qarşı «atalığın müəyyən edilməsi, uşaqların atanın yanında qalması və aliment» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(103)-334/2024 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(006)-84/2023 saylı qətnaməsi - xx.xx.2011-ci il təvəllüdlü X7 onun yanında saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X7 cavabdehdən alınaraq ona verilməsi və aliment tutulması hissəsində ləğv edilmiş, qalan hissədə qətnamə dəyişiklik edilmədən saxlanılmışdır. Qeyd edir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsa ödəməmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği hazırki həyat tələbatlarına görə uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alırlar və ona görə də, məsrəfləri yetərincə artmışdır. Bildirir ki, uşaqları o, tək böyüdür. Cavabdeh uşaqlarla maraqlanmır, onların qayğısına qalmır. O da buna görə maddi problemlərlə üzləşir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də, aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan öncə mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Hüseynxan oğlu məhkəməyə ərizə göndərərək, xəstəliyi ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmədiyini qeyd etmiş, mülki işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Lakin ərizəyə xəstəliyini və xəstəliyin məhkəməyə gəlməyə imkan vermədiyini təsdiq edən sübutları ərizəyə əlavə etməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasının təxirə salınmasına dair mövqeyini işin əsassız uzadılmasına səbəb olan hal kimi nəzərə alaraq, mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(006)-84/2023 saylı qətnamədən çıxarışdan görünür ki, İddiaçı Cavabdeh Hüseynxan oğluna qarşı «atalığın müəyyən edilməsi və aliment» tələbinə dair ilk iddiası qismən təmin edilmiş, cavabdeh X6 xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X7 ataları olması müəyyən edilmiş, birgə nikahdan doğulmuş uşaqlar İddiaçı yanında saxlanılmış, xx.xx.2011-ci il təvəllüdlü X7 atası X4 alınaraq anası İddiaçı verilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X4 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması, alimentə dair hissədə qətnamənin dərhal icraya yönəldilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, X6 İddiaçı qarşı «atalığın müəyyən edilməsi, uşaqların atanın yanında qalması və aliment» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 334/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh Hüseynxan oğlunun apellyasiya şikayəti qismən təmin olunmuş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(006)-84/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən - «birgə nikahdan doğulmuş X7 anası – İddiaçı yanında saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X7 atası – cavabdeh X4 alınaraq anası – İddiaçı verilməsi, xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh Hüseynxan oğlundan 150 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, X8 münasibətdə alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması» hissələrində ləğv edilmiş, həmin hissələrdə ilk iddianın təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin olunması, xx.xx.2011-ci il təvəllüdlü X7 atası – cavabdeh X6 yanında qalması qət edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmışdır. AZ-İİİ seriyalı 189169 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X2, ana qrafasında İddiaçı qeyd edilmişdir. AZ-İİ seriyalı 478341 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X2, ana qrafasında İddiaçı qeyd edilmişdir. Əlillik haqqında 062641 nömrəli vəsiqənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə İddiaçı İİ dərəcə əlillik təyin edilmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatının 26 iyul 2024-cü il tarixli MŞB/8/2024-01547 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə saat 12:00-12:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh mediasiya prosesinə gəlməmişdir. 50 manat mediasiya xərci Dövlət büdcəsi vəsaiti hesabına ödənilmişdir (Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 360 saylı qərarına əsasən). İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azaddır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçı Cavabdeh Hüseynxan oğlunun İddiaçı qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2011-ci il təvəllüdlü Əli-zadə Əli Şərəf oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay bir uşağa görə 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh Hüseynxan oğluna verilməsi qət edilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemində verilmiş müvafiq sorğulara əsasən müəyyən edilir ki, Cavabdeh Hüseynxan oğlu aktiv vergi ödəyici olmaqla avtomobillərin daşınması növündə sahibkarlıq fəaliyyətini həyata keçirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizini təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hal ondan ibarətdir ki, tərəflərin faktiki nikahlarından doğulmuş üç uşağın atası kimi hazırki iş üzrə cavabdeh müəyyən edilmiş, yekun olaraq iki uşaq ananın və bir uşaq isə atanın himayəsində saxlanılmışdır. Hazırda qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehdən iki uşağın saxlanması üçün bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment tutulur. Eyni zamanda cavabdehin himayəsində saxlanmış bir uşağın saxlanması üçün də xx.xx.2024-cü il tarixli qətnaməyə əsasən hazırki iş üzrə iddiaçıdan hazırki iş üzrə cavabdehin xeyrinə 100 manat məbləğində aliment tutulması qət edilmişdir. Hazırki iş üzrə iddiaçı əlilliyi müəyyən edilmiş şəxsdir. İddiaçının himayəsində olan iki uşağın saxlanması üçün cavabdehdən 300 manat və cavabdehin himayəsində saxlanması qət edilmiş uşağın saxlanması hazırki iş üzrə iddiaçıdan 100 manat məbləğində aliment tutulması halında hazırki iş üzrə iddiaçının himayəsində olan iki uşağa görə tutulan alimentin miqdarı onların saxlanması üçün yetərli hesab edilmir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-84/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh Hüseynxan oğlundan İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, qanunvericiliklə alimentin məhkəməyə müraciət edilən andan etibarən tutulmasının müəyyən edilməsinin mahiyyəti yetkinlik yaşına çatmayan uşağın təminatının yüksək saxlanmasına xidmət edir. Lakin alimentin miqdarının artırılması tələbi üzrə aliment qətnamə qanuni qüvvəyə mindikdən sonra tutulur. Alimentin artırılmış məbləğdə tutulmasının iddia ərizəsi ilə məhkəməyə müraciət edilən vaxtdan müəyyən edilməsi hazırkı halda yol verilmir. Həmçinin iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad edildiyi üçün illik ödəmələrin məcmusu qaydasında hesablanmaqla (100x12=1200, 200x1%=2) 32 manat dövlət rüsumu Cavabdeh Hüseynxan oğlundan tutularaq Dövlət büdcəsinə ödənilməlidir.Həmçinin iddiaçının tələbi üzrə mediasiya xərci dövlət büdcəsi hesabına ödənildiyi üçün həmin məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutula bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-84/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh Hüseynxan oğlundan İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh Hüseynxan oğlundan 32 (otuz iki) manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar