Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4154/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi və uşağın onun himayəsinə verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi və uşağın onun himayəsinə verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X2 onun himayəsinə verilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-2462/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının (başqa gəlirlərin) yarısının və mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-2462/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ilə onun arasında Nəsimi rayon qeydiyyat şöbəsində xx.xx.2005-ci il tarixdə 498 nömrəsi ilə qeydiyyata alınmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2006cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 anaları onun, xx.xx.2009-cu il təvəllüdlü X2 isə atası Cavabdeh yanında qalmaları, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il tevəlludlu X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat alimentin Cavabdeh onun xeyrinə tutulması qət olunmuşdur. Lakin məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hər uşağa görə 200 manat aliment hazırda uşaqların xərclərinin ödənilməsinə yetmir. Sözügedən qətnamə ilə qızının atasının yanında qalması müəyyən olunsa da, xx.xx.2023-cü ıl tarixdən Ləman könüllü şəkildə onun yanına gəlmişdir və onunla qalır. Cavabdeh tərəfindən Raul və Novruzun hər birinə görə ayrı-ayrılıqda 200 manat olmaqla, hər ay 400 manat aliment ödənilsə də, bu pulla o, uşaqların yaşayış, məktəb, hazırlıq, bağça və bu kimi bir çox xərclərini ödəyə bilmir. Həmçinin, Cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X6 və qiymətləndirmə şöbəsində baş məsləhətçi vəzifəsində işləyir və yüksək əmək haqqı alır. Yəni, cavabdehin uşaqların xərclərini ödəmək üçün kifayət qədər vəsaiti var. Mübahisənin məhkəmədən kənar qaydada mediator vasitəsi ilə həll edilməsi üçün Mediasiya Şurasına müraciət etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, üç övladının da onun himayəsində olması məhkəmə tərəfindən nəzərə alınaraq, cavabdehin qazancının yarısı aliment kimi onun xeyrinə tutulmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh ondan aliment tələb etməmişdir. Cavabdehin ona aliment borcu yoxdur. Axırıncı aliment ödənişini cavabdeh 27 sentyabr 2023-cü il tarixdə icra etmişdir. Övladının müalicə pulunu cavabdeh ödəyir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı tərəfindən aliment məbləğinin artırılması ilə bağlı verilən iddia ərizəsində qoyulan tələblərlə razı deyil. Belə ki, iddia tələbində onun aylıq qazancının 50 % məbləğində tutulması qeyd olunmuşdur. Bildirir ki, onun aylıq əmək haqqının yalnız 710 manat məbləği sabit gəlir və qalan hissəsi isə mükafatdan ibarətdir. Qeyd olunan mükafat sabit deyil, vəzifə maaşına əlavədir və davamlı olaraq verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd edir ki, oğlu X5 bu günə kimi hər ay həyata keçirilən müalicə xərcləri fizioterapiya, reabilitasiya və müxtəlif illərdə fərqli olaraq 3-6-9 aydan bir MRT xərcləri iddiaçı tərəfindən deyil, məhz onun tərəfindən qarşılanır. Bununla yanaşı, onun himayəsində yaşlı və xəstə anası da var. Alimentin onun qazancının 50 % məbləğində tutulması onun yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olacaqdır. Əlavə olaraq qeyd edir ki, oğlu X5 adına birinci dərəcəli əlil kimi müddətsiz olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq pensiya təyin edilmişdir. Böyük oğlu X5 müalicə xərcləri ilə bağlı ödəniş qəbzlərinin surətlərini sübut qismində təqdim etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq alimentin hər uşağa görə sabit gəlir məbləğində - 220 manat həddində tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, xx.xx.2009-cu il təvəllüdlü X2 fikrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2009-cu il təvəllüdlü X7 onun anasının himayəsinə verilməsi məsələsinə dair fikri dinlənilərkən bildirdi ki, 09 iyun 2023-cü il tarixdə öz istəyi ilə anasının yanına gəlmişdir. Hazırda anası ilə qalır. Anası ilə qalmaq istəyir. Ona heç bir şiddət göstərilməmişdir. 2018-ci ildən atası ilə qalırdı. Anasının yanına onu əmisi gətirmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli e-2(006)-2462/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh X4 qarşı «nikahın pozulması və uşaq» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 20 sentyabr 2005-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində 498 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 anaları X1, xx.xx.2009-cu il təvəllüdlü X2 isə atası Cavabdeh yanında qalmaları müəyyən edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 200 manat olmaqla, cəmi 400 manat alimentin Cavabdeh alınaraq X4 verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli e-2(006)-2463/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh X4 qarşı «valideynlik hüququnun həyata keçirilməsinə dair maneənin aradan qaldırılması və uşaqla ünsiyyət vaxtının və qaydasının müəyyən olunması» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh uşaqları - xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X8 ilə ünsiyyətdə olma hüququnun təmin edilməsi qət edilmiş, Cavabdeh uşaqları xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X8 ilə ünsiyyətdə olma qaydası hər həftənin bazar günləri saat 12:00-dan saat 20:00-dək müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, həmin nikahdan 3 övladlarının olması, uşaqlardan ikisinin iddiaçının, birinin cavabdehin yanında qalması, iddiaçının yanında saxlanmış uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh əmək haqqı 1.760 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş 19 avqust 2023-cü il tarixli MŞB/18/2023-01133 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh həmin tarixdə saat 10.00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasına gəlməmiş, iddiaçı həmin sessiyaya gələrək 50 manat mediasiya və 5 manat poçt xərclərini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin faktiki hallarından görünür ki, atanın himayəsində saxlanmış uşaq könüllü şəkildə, heç bir şiddət görmədən anasının yanına gəlmişdir və onunla yaşayır. İddiaçı həm onun yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilməsini, həmçinin digər uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin artırılmasını istəyir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmamış 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Bundan başqa, 3-cü uşaq da anasının yanına gəlmişdir və anası ilə yaşayır. Bu səbəbdən, onun da saxlanması üçün aliment təyin edilməsi məsələsinə hüquqi qiymət verilməlidir. Ailə Məcəlləsinin 76.1 və 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 3 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılmalı, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e- 2(006)-2462/2021 saylı qətnaməsi ilə digər uşaqların saxlanılması üçün tutulan alimentin miqdarı artırılmalı, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanun qüvvəyə mindiyi gündən başlayaraq isə xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/2 hissəsi miqdarında aliment tutulmalıdır. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılsın. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-2462/2021 saylı qətnaməsi ilə digər uşaqların saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq isə xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulsun. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-4154/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4154/2023
26.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver