Məhkəmə qərarları › İş №2(006)-4155/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4155/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4155/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və cavabdeh "Cavabdeh3" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı, "xxxx" ASC və "Cavabdeh3" ASC-yə qarşı "kredit borcunun geri qaytarılması və s." tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Maliyyə X1 səlahiyyətləri, vəzifə və hüquqları, Azərbaycan Respublikasının Mərkəzi Bankına verildiyindən, Fərmana əsasən restruksizasiya olunmalı kredit borclarının restruksizasiya olunmasına nəzarət edən təşkilat olaraq kredit borclarının restruksizasiya olunmasının həmin təşkilat tərəfindən təmin olunması barədə, “xxxx” ASC üzrə məcburi qaydada əmək haqqından tutulmuş, ümumilikdə 735.80 manat pul məbləğində olan kredit borcunun geri qaytarılması, 2425.78 manat pul məbləğində olan əsas kredit borcunun Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən restruksizasiya olunmasının təmin olunması, Cavabdeh3 ASC üzrə məcburi qaydada əmək haqqından tutulmuş ümumilikdə 499,11 manat pul məbləğində olan kredit borcunun geri qaytarılması, 418.76 manat pul məbləğində olan əsas kredit borcunun Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən restruksizasiya olunmasının təmin olunması, cavabdehin qanunsuz əməllərinə görə əmək haqqından məcburi icra ödənişi olaraq tutulmuş 51.99 manat pul məbləğində dəymiş maddi ziyanın ödənilməsi və 30 manat pul məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, “xxxx” ASC-yə olan 2259,35 ABŞ dolları əsas, 126,09 ABŞ dolları faiz, 26,89 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 2412,33 ABŞ dolları məbləğində kredit borcunun və Cavabdeh3 ASC-nə olan 390,03 ABŞ dolları əsas borc, 41,92 ABŞ dolları faiz borcu və 5 ABŞ dolları cərimə 3840,89 manat pul məbləğinə 1415,12 manat pul məbləğində və Cavabdeh3 ASC üzrə xx xxxx 2019-cu il tarixinə qalıq qalan əsas kredit məbləği olan (manat ekvivalentində) 663,05 manat pul məbləğinə 244,29 manat pul məbləğində kompensasiya ödənilmişdir. Dövlət büdcəsi hesabına kompensasiya ödənildikdən sonra müvafiq olaraq “xxxx” ASC üzrə 2425,78 manat pul məbləğində və Cavabdeh3 ASC üzrə 418,76 manat pul məbləğində qalıq kredit borcu qalmışdır. Kredit borclarının xx xxxxxx 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşməsinə və kredit borclarımın devalvasiya nəticəsində artmış hissəsinə Dövlət büdcəsi hesabına kompensasiyanın ödənilməsinə baxmayaraq, hər iki bank tərəfindən kredit borclarının restruksizasiya olunması barədə ona heç bir rəsmi təklif olunmamışdır. Bununla bağlı olaraq xx xxxxxx 2019-cu il tarixində “xxxx” ASC-nin Əcəmi filialına, xx xxxxxx 2019-cu il tarixində Cavabdeh3 ASC-nin Şamaxı filialına kredit borclarımın restruksizasiya olunması barədə rəsmi müraciət etsə də, müraciətləri nəzərə alınmayaraq kredit borcları restruksizasiya olunmamışdır. Bundan əlavə hər iki bank tərəfindən məhkəmə və icra orqanlarında olan mülki işdə geri borcu olmaqla, ümumilikdə 436,95 ABŞ dolları məbləğində kredit borcunun tutulması barədə müvafiq məhkəmə qərarları çıxarılmışdır. Azərbaycan Respublikası Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borcları barədə müəyyən tədbirlərin görülməsi, o cümlədən vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunmasının təmin olunmasına qərar verilmişdir. Hər iki banka olan vaxtı keçmiş kredit borcları xx xxxxxx 2019-cu il tarixli Fərmanın əhatə dairəsinə düşmüşdür. Həmin Fərmanın tələblərindən biri də banklar tərəfindən vaxtı keçmiş kredit borclarına hesablanmış faiz və cərimə məbləğlərinin silinməsinin təmin olunması və qalıq qalan əsas məbləğin bir ili güzəştli olmaqla beş il müddətinə restrukturizasiya olunmasının müştərilərə təklif olunmasıdır. Bundan əlavə vaxtı keçmiş kredit borcu xarici valyutada olduğu üçün xx xxxxxx 2015-ci il tarixində və xx xxxxxx 2015-ci il tarixində baş vermiş devalvasiya nəticəsində pul məbləğinin artmış hissəsinə Dövlət büdcəsi hesabına “xxxx” ASC üzrə xx xxxx 2019-cu il tarixinə qalıq qalan əsas kredit məbləği olan (manat ekvivalentində) götürməmişdilər. xx xxxxxx 2019-cu il tarixli Fərmanın 6.1-ci bəndinə əsasən bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredir borcu olan fiziki şəxslərə veni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. 6.2-ci bəndinə əsasən fiziki şəxlərin vaxtı keçmiş kredit borclarının restruksizasiya olunmağını nəzərə alaraq banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağrılmasını təmin edən tədbirlər görsünlər. Fərmanda nəzərdə tutulmuş tələbləri icra etmək əvəzinə, məhkəmə qərarlarına əsasən müəyyənləşən kredit borclarının tutulması üçün hər iki bankda Şamaxı rayonu İcra və Probasiya şöbəsinə müraciət etmişlər. Şamaxı rayon İcra və Probasiya şöbəsi tərəfindən müvafiq qərar qəbul olunaraq başladılmış məcburi icra tədbiri olaraq əmək haqqından Cavabdeh3 ASC-nin xeyrinə 2020-ci ilin mart ayı üzrə 257,38 manat, aprel ayı üzrə 205,39 manat məbləğində, may ayı üzrə 36.34 manat məbləğində pul tutulmuşdur. “xxxx” ASC üzrə isə 2020-ci ilin may ayı üzrə 221,04 manat, iyun ayı üzrə 257.38 manat məbləğlərində pul tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixli Fərmanın 7.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə X4 bu Fərmanın 1 -ci və 2-ci hissələrinin banklar tərəfindən icrasını nəzarətdə saxlasın və həmin hissələr icra edildikdə bu Fərmanın 5.1-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etsin. 7.3-cü bəndinə əsasən bu Fərmandan irəli gələn digər məsələləri icra etsin. Azərbaycan Respublikasının Maliyyə X4 faktiki olaraq ona həvalə olunmuş Fərmanda nəzərdə tutmuş işləri görməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Maliyyə X4 ləğv edilərək səlahiyyətləri, vəzifə və hüquqları, Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Bundan sonrakı dövrdə Mərkəzi Bank ona həvalə olunan vəzifələri yerinə yetirməyərək kredit borclarının restruksizasiyasının təmin olunmasına nəzarət etməmişdir. Qanunvericiliyin tələblərindən və işin faktiki hallarından da görünür ki, hər iki bank tərəfindən xx xxxxxx 2019-cu il tarixli Fərmanın tələbinə əsasən Fərmanın əhatə dairəsinə düşən kredit borcunun restruksizasiya olunması təmin olunmamış, təmin olunması üçün ona heç bir rəsmi təklif olunmamış, tərəfindən kredit borclarının restruksizasiya olunması barədə banklara rəsmi müraciətinə də heç bir əhəmiyyət verilməmişdir. Fərmanın tələblərinə əsasən öz üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə Şamaxı rayon İcra və Probasiya şöbəsinin vastəsilə əmək haqqından müəyyən məbləğdə pulun tutulmasına nail olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "Cavabdeh3" ASC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi düzgün qoyulmamışdır. Restrukturizasiyanı Bank müəyyənləşdirmir. Bunu müəyyənləşdirən orqan Maliyyə X4 idi. Hazırda isə Mərkəzi Bankdır. Palatanın onlara təqdim etdiyi kompensasiya ödənilməli şəxslərin siyahısında iddiaçının adı göstərilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, əslində iddiaçının tələbinin bir hissəsi Mərkəzi Banka qarşı yönəldiyindən bu hissədə tələbə inzibati qaydada baxılmalıdır. Digər tərəfdən iddiaçının tələbinin digər hissəsi bankların üzərinə öhdəlik qoyulması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını Banklar müəyyən etmirlər. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında problemli kreditlərin kompensasiyası barədə çıxarışdan görünür ki, İddiaçı "Cavabdeh3" ASC-yə olan kredit borcu üzrə 250 manat, “xxxx” KB ASC-yə olan kredit borcu üzrə 601,39 manat kompensasiya məbləği, hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla xx xxxx 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanının 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməsi nəzərdə tutulmuşdur. Fərmanın 3.2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edilməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə X2 tapşırılmışdır. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı cavabdehlər “xxxx” KB ASC və Cavabdeh3 ASC-yə qarşı iddianı irəli sürməkdə haqlı deyil, belə ki, həmin banklar iddiaya cavab verməli şəxs deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" ASC və "Cavabdeh3" ASC-yə qarşı "kredit borcunun geri qaytarılması və s." tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı kredit borcunun geri qaytarılması və s. hissəsi ilə əlaqədar qeyd edir ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4155/2020 saylı qərardadı ilə, həmin tələb üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər "xxxx" ASC və "Cavabdeh3" ASC-yə qarşı "kredit borcunun geri qaytarılması və s." tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar