Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4179/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh AR DİN Bakı şəhəri Nəsimi RPİ-nin QMB şöbəsinə qarşı (Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) «mənzildən istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR DİN Bakı şəhəri Nəsimi RPİ-nin QMB şöbəsinə qarşı (Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) «mənzildən istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş iddia ərizəsində, ərizənin İddiaçı tərəfindən imzalandığı göstərilmişdir. Lakin iş materiallarında olan bir sıra sənədlərdən, o cümlədən iddiaçının şəxsiyyət vəsiqəsinin, habelə iddiaçı tərəfindən X1 verilmiş xx.xx.2023-cü il tarixli, AR-İİ seriyalı, 946943 saylı etibarnamənin surətlərindən görünür ki, həmin sənədlərdə əks olunmuş imzalar ilə iddia ərizəsində əks olunan imza formasına və digər xüsusiyyətlərinə görə birbirindən kəskin şəkildə fərqlənir. Bu hallar isə iddia ərizəsinin iddiaçı tərəfindən deyil, hüququ olmayan başqa şəxs tərəfindən imzalanmasını müəyyən etməyə əsas vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər, habelə ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, idida ərizəsinə əsasən cavabdeh qismində AR DİN Bakı şəhəri Nəsimi RPİ-nin QMB şöbəsi cəlb edilmiş olsa da, iddiaçıya AR DİN Bakı şəhəri Nəsimi RPİ-yə qarşı müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh AR DİN Bakı şəhəri Nəsimi RPİ-nin QMB şöbəsinə qarşı (Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) «mənzildən istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4179/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4179/2023
12.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver