Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4205/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fondu və LPO Cavabdeh2 ASC-yə qarşı kredit müqaviləsi üzrə borcun restrukturizasiya edilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fondu və LPO Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 №-li Fərmanının tələblərinə əsasən ona ləğv prosesində olan “Dəmir Bank“ Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2015-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən restruktrizasiya hesablanması və iddiaçının adını restruktrizasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyi LPO ”Dəmir Bank“ ASC üzərinə qoyulması qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, kredit məbləğinin restrukturizasiya edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı ” Dəmir Bank” ASC ilə arasında xx/xx/2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 36 (otuz altı) ay müddətində qaytarmaq şərtilə 8000 (səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliklər iddiaçı tərəfindən tam icra oluna bilməmişdir. İcra olunmama səbəbi isə devalivasiya ilə bağlı olmuşdur. İİ.İnzibati orqanın imtina qararı va əsasları: Maliyyə Bazarlarına Nəzarət Palatasının Apelyasiya Komissiyasında baxılaraq aşağıdakı kimi cavablandırılmışdır. Cavab olaraq bildirilir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərabbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı (Fərman) çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzləşdirilmiş Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Onların müraciətində qeyd olunan kreditə dair məlumatlar göstərilən bazasında olmadığından Fərmanın əhatə dairəsinə düşməmişdir. Daha sonra onun tərəfindən Ləğv prosesində olan Dəmir Bank ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə ərizə ilə müraciət edilərək Kompensasiya olunması üçün müraciət edildi. Nəticə olaraq Sumqayıt Şəhərində yerləşən X1 Sumqayıt və Şimal region üzrə Dəmir bankda kredit məbləğinin azaldılaraq və 36 ay müddətə ödənilməsi komissiya tərəfindən qərar verildi. Qərarda restruktrizasiya nəzərə alınmamışdır. Bu səbəbdən də, pozulmuş hüquqlarını bərpa etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin iclasında cavabdehin nümayəndəsi X4 izahatında bildirmişdir ki, hazırki kredit müqaviləsi üzrə Sabunçu Rayon Məhkəməsində qətnamə qəbul edilmiş və icraya yönləndirilmişdir. İddiaçı icra şöbəsinə dəvət olunmuşdur. Ondan sonra iddiaçı Cavabdeh2 ASC-nin Sumqayıt filialına müraciət etmiş və ləğvetmə prosesində olan bankların daxili kriteriya qaydalarına, əsasən, güzəştli protokolla komitəyə çıxarılıb ödənişləri edirdi. Lakin sonradan qarşı tərəf fikirləşmişdir ki, restrukturizasiyaya düşürsə əsas faiz, cərimə borcu silinməlidir, portalda qeyd olunan məbləğ restrukturizasiya olunmalıdır. Həqiqətəndə həmin kredit müqaviləsi portala düşüb, bununla bağlı çıxarışda vardır. Restrukturizasiya olunan kredit siyahısına düşmüşdür. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" ASC ilə bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı bankdan 36 ay müddətinə, illik faiz dərəcəsi 24 faiz olmaqla, hər ay 313,91 manat ödəmək şərtilə 8000 ABŞ dolları kredit götürmüşdür. Azərbaycan Respublikası Mərkəzi Bankının internet informasiya sistemindən çıxarılmış Problemli kreditlərin kompensasiyası barədə məlumatlara əsasən, İddiaçı "xxxx" ASC-yə olan 6324.43 manat kredit borcu restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8937/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı, X5 və X3 müştərək qaydada Cavabdeh2 ASC-nin xeyrinə 7854.82 ABŞ dolları əsas borc, 1980.48 ABŞ dolları faiz borcu və 15 ABŞ dolları cərimə borcu, cəmi 9850.3 (doqquz min səkkiz yüz əlli dollar otuz sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması, "xxxx" ASC ilə İddiaçı Cingiz oğlu arasında bağlanmış 02 fevral 2015-ci il tarixli kredit müqaviləsi və 21 may 2015-ci il tarixli əlavə sazişin ləğv edilməsi qət edilmişdir Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasının İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli məktubuna əsasən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Onun kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməyi tövsiyə olunur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı xx.xx.2019-cu il tarixli məktuba əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (Palata) daxil olmuş vətəndaş İddiaçı müraciəti cavablandırılması üçün aidiyyəti üzrə Əmanətlərin Sığortalanması Fonduna göndərilir. Müraciətə baxılmasının nəticəsi barədə 5 (beş) iş günü ərzində Palataya və müraciət edən vətəndaşa məlumat verməyi xahiş olunur. İddiaçı LPO "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixdə ünvanladığı məktuba əsasən 2015-ci il yanvar ayında Dəmir Bankdan 8000 abş dolları (6240) azn almışdır. Lakin devalivasiya olduğundan ödəyə bilməmişdir. Həmin məbləg 3 il boyunca ödənilmədən qalmışdır ve məhkəməyə verilərək faizlə bərabər 9800 ABŞ dolları olmusdur. İndi ise ona 12833.16 azn hesablanıb. Heç bir açıqlama olmadan birbaşa bu məbləğ gəlib. Banka Müraciət etmiş və ona 61.19 azn ödəyəcəyini bildirdilər, lakin məsələyə onların baxdığını bildirdilər. Xahiş edir onun kreditinin daha düzgün və doğru şəkildə hesablanmasını təşkil etsinlər. Hal-hazırki hesablanmış məbləğlə razı deyil. Azərbaycan Respublikasının Mərkəzi Bankının İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərman (Fərman) imzalanmışdır. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə 27 mart 2019-cu il tarixində “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” (Qayda) təsdiq edilmişdir. “Dəmirbank" ASC ilə rəsmiləşdirilmiş xarici valyutadakı kredit müqaviləsi Fərmanın əhatə dairəsinə düşdüyündən kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına cəmi 6712.87 manat məbləğində kompensasiya ayrılmışdır. Fərmana əsasən fiziki şəxslərə çatacaq kompensasiyanın ilk növbədə onların banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş (10 gündən artıq gecikməsi olan) əsas kredit borclarının ödənilməsinə yönəldilməsi, yalnız bundan sonra qalan məbləğin həmin fiziki şəxslərin sərəncamına verilməsi müəyyən edilmişdir. Kompensasiya məbləğinin 204.08 manat və 6508.81 manat hissəsi proporsional qaydada 01 mart 2019cu il tarixinə onun “Xalq Bank" ASC və “Dəmirbank" ASC qarşısında 10 gündən artıq gecikməsi olan kredit borclarının azaldılmasına yönəldilmişdir. Bu məlumatlar pk.cbar.az saytında ona məxsus şəxsi səhifədə əks olunmaqdadır. Diqqətə çatdırılər ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanın (bundan sonra-Fərman) 3.1 -ci və 7.3-cü bəndlərinin icrası məqsədilə xx.xx.2019-cu il tarixində “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” (bundan sonra-Qayda) təsdiq edilmişdir. Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulmuşdur. Bununla yanaşı, Fərmanın 6.1-ci bəndinə əsasən banklara vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin bağlanması tövsiyə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4205/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı ilə Cavabdeh2 ASC arasında xx.xx.2015-ci il tarixdə 36 ay müddətinə bağlanmış ********* saylı kredit müqaviləsinə dair Sabunçu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixdə 2(008)-8937/2016 saylı qismən təmin edilmiş qətnaməsinin icraya yönəlməsindən sonra iddiaçının 2019-cu il tarixdə borcunun restrukturizasiya edilməsi barədə banka müraciət etməsi təsdiq olunduğu halda hazırda onun borcunu Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya edilməsi mümkünlüyü müəyyən edilərək mütəxəssis rəyi təqdim edilməsi və qərardadın icrasının Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli 6-1-21/2- 14359/2025 saylı mütəxəssis rəyinə əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı Ceyhun oğlu ilə ləğv prosesində olan Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən müqavilənin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən bu müqavilə üzrə xx.xx.2019-cu il tarixinə mövcud olan, vaxtı keçmiş əsas kredit borcunun Fərman çərçivəsində restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, sonrakı mərhələdə, yəni kredit müqaviləsi restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclularla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması (kredit üzrə hesablanmış faiz və cərimə məbləğləri yalnız kredit borcu restrukturizasiya edildikdə silinir) Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə əsasən isə fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına aiddir. 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015- ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 6.2-ci bəndinə əsasən banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın 8.10-cu bəndinə əsasən məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fondu və LPO Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 №-li Fərmanının tələblərinə əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə “Dəmir Bank“ Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunun restrukturizasiya edilməsini xahiş etmişdir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 2.1.7-ci bəndinə əsasən restrukturizasiya – kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən müvafiq məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması) və Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi təmin olunur (7.10-cu bənd). Qaydaların 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Araşdırılmış iş materiallarından göründüyü kimi, hazırda iddiaçıya aid qalıq borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi işin mübahisələndirilməyən halıdır. Lakin bankın ləğvedicisi tərəfindən restrukturizasiya ilə bağlı müraciətlərin qəbulu müddətinin başa çatması və həmin borca dair məhkəmə qətnaməsinin mövcudluğu ilə əlaqədar iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə iddiaçı tərəfindən cavabdehlərdən biri kimi Əmanətlərin Sığortalanması Fondu göstərilsə də, mübahisənin mahiyyətindən aydın olur ki, hazırki iş üzrə tək cavabdeh LPO “Dəmir Bank“ ASC-dir. Belə ki, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmir Bank“ ASC-nin ləğvedicisi olmaqla bankın idarə olunması üzrə səlahiyyətləri həyata keçirir. Məhkəmə onu da vurğulayır ki, “Dəmir Bank“ ASC-nin ləğvi barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi də müəyyən edilmir. Nəzərə alınsa ki, hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır, belə olan halda, nə qədər ki, bu hal baş verməyib, ləğvetmə prosesi ərzində “Dəmir Bank“ ASC-nin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Bu baxımdan məhkəmə qeyd edir ki, cavabdeh “Dəmir Bank“ ASC ləğvetmə prosesində olduğu və bu müddət ərzində onun hüquq qabiliyyəti tam həcmdə saxlanıldığı üçün iddia tələbinə cavab verməli olan şəxs qismində də özü çıxış edir və belə olan halda məhkəmə, Əmanətlərin Sığortalanması Fonduna münasibətdə iddianın rədd olunması qənaətinə gəlir. Məhkəmə müraciətin qəbul müddətinin başa çatması ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, işdə olan müraciət məktublarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərində kredit məbləğinin yenidən hesablanması ilə bağlı müraciətlər edilmiş, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasının İddiaçı ünvanladığı məktubda onun kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilmədiyi bildirilərək, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Eyni zamanda Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən İddiaçı müraciətinin cavablandırılması üçün yönləndirildiyi Əmanətlərin Sığortalanması Fondunun müvafiq müraciəti cavablandırdığı da işdən müəyyən edilmir. Göründüyü kimi iddiaçı müvafiq Fərmanın qəbulundan sonra kredit məbləğinə yenidən baxılması ilə bağlı hərəkətsizlik göstərməmiş, onun müraciətlərinə isə göstərilən məsələ ilə bağlı bank tərəfindən hər hansı cavab verilməmişdir. Eyni zamanda yuxarıda adıçəkilən Qaydanın 7.10-cu bəndinə əsasən Bankın ləğvedicisi tərəfindən iddiaçıya onun adına olan kreditin restrukturizasiya olunması üçün müvafiq Banka müraciət etməsi təklif olunması barədə bildirişin göndərilməsi və həmin bildirişin iddiaçıya çatdırılmasını təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bundan başqa cavabdehin borc məbləğinə dair məhkəmə qətnaməsinin mövcud olmasına dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Fərmanın 6.2-ci bəndində fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bankların bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli olduqları təsbit edilmişdir. Fərmanın 8.10-cu bəndində isə məhkəmədə olan işlərin geri çağırılması anlayışına açıqlama gətirilərək, vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsinin nəzərdə tutulduğu bildirilmişdir. “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş İddiaçı “digər məhkəmə və icra işləri barədə məlumat”lara əsasən iddiaçının Cavabdeh2 ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə dair borcun tutulması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8937/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi icra qurumunun icraatındadır. Fərmanın göstərilən tələbinə əsasən həmin icra sənədi üzrə icraata xitam verilməsinə dair bank tərəfindən tədbirlər görüldüyü iş materialları ilə müəyyən edilmir. Beləliklə iş materiallarından göründüyü kimi, cavabdeh-təşkilat “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə üzərinə düşən və restrukturizasiya prosesinin bir hissəsi olan məlumatlandırma və restrukturizasiya olunacaq kredit borcuna dair işin (icra sənədinin) geri çağırılmasını təmin etməsinə dair vəzifəsini icra etməmişdir. Məhkəmə qeyd olunan halı Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl olunmaması kimi qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin olunmalıdır. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə qalıq kredit məbləğinin restrukturizasiyası LPO Cavabdeh2 ASC tərəfindən həyata keçirilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə kredit məbləğinin LPO Cavabdeh2 ASC tərəfindən restrukturizasiyası həyata keçirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-4205/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4205/2025
14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver