Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-421/2022 30.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə4 iştirakları ilə, İddiaçı LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cəmi 1.552.746 ABŞ dollarıbundan 1.468.857 ABŞ dolları əsas, 83.889 ABŞ dolları faiz borcunun və ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 12 saylı evin 54 mənzilinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 67 saylı evin 10 saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılması və boşaldılaraq ləğv prosesində olan İddiaçı1 ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2105.301015.00001 saylı kredit müqaviləsinə və ona edilmiş xx.xx.2016-cı il və xx.xx.2018-ci il tarixli Əlavə Razılığa əsasən Cavabdeh1 36 ay müddətinə illik 12 faiz ödənilmək şərtilə 1.490.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2009-cu il tarixli G-4415 saylı ipoteka müqaviləsinə və ona edilmiş xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli Əlavəyə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 12 saylı evin 54 mənzili ipotekaya qoyulmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli 100.CL.090913.00001/e saylı ipoteka müqaviləsinə və ona edilmiş xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli Əlavəyə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 67 saylı evin 10 saylı mənzili ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin 5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit borcunu ödəməmişdir. Kredit müqaviləsinin 8.1.5-ci maddəsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən Cavabdeh1na və Cavabdeh2 qızına borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********116 saylı, xx.xx.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 1.552.746 ABŞ dolları təşkil edir. Bundan 1.468.857 ABŞ dolları əsas, 83.889 ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Əmanətlərin Sığortalanması Fondu (“İddiaçı”) bu iş üzrə əsl iddiaçı deyil. İddiaçı qismində ləğv prosesində olan İddiaçı1 ASC (“Bank”) çıxış etməli idi. Çünki, Cavabdeh1 (“Cavabdeh”) məhz Bankla kredit münasibətləri olub. Cavabdehin iddiaçı ilə heç bir mülki (müqavilə) münasibəti yoxdur. Buna görə də iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddiaçı yalnız və yalnız Bank ləğvedicisi, yəni qanuni nümayəndəsidir. İddia ərizəsində iddiaçı qismində “LPO İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu” yazılması təmsilçilik anlamına gəlmir. Elə çıxır ki, iddiaçı kimi məhz Əmanətlərin Sığortalanması Fondu çıxış edir. İddiaçı Bankın qanuni nümayəndəsidir və sonuncunun orqanlarının səlahiyyətləri iddiaçıya məxsusdur. Məgər Bank ləğv edilənədək iddia verərkən iddiaçı kimi Bankın hansısa orqanını (məsələn, idarə heyətinin sədrini) göstərirdi? Xeyr, iddaçının özünü göstərirdilər. Belə olduğu halda, Bank ləğv prosesindədirsə (amma hələ də mövcuddur!) və onun orqanlarının səlahiyyətləri iddiaçıya keçibsə, niyə iddiada iddiaçı kimi sonuncu göstərilməlidir axı? Yeri gəlmişkən, Kommersiya qurumlarının dövlət reyestrində iddiaçının qanuni təmsilçisi qismində iddiaçının icraçı direktoru X1 göstərilmişdir. İddiadakı mövqe rəhbər tutulsa, iddiaçı kimi ümumiyyətlə onu göstərmək lazım idi. İddiaçı cavabdehin kreditoru deyil! Həm də təcrübədə bir sıra hallar var ki, ləğv prosesində olan bankların bir-birinə borcu var. Bu halda belə çıxır ki, iddiaçının öz-özünə borcu var? Əlbəttə ki, yox! İddiaçı yalnız ləğv prosesində olan bankların qanuni təmsilçisidir. İddiadakı mövqeyin sadəcə hüquq subyekti ilə onun təmsilçisinin qarışdırılmasından ibarət olmasına dair əlavə arqument də təqdim edilmişdir. Məhkəmə hüquqi şəxsin kənar idarəçisini təyin edir və ona hüquqi şəxsi yenidən təşkil etməyi tapşırır. Kənar idarəçinin təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Kənar idarəçi məhkəmədə hüquqi şəxsin adından çıxış edir, bölünmə balansını tərtib edib baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan hüquqi şəxslərin nizamnamələri ilə birlikdə məhkəməyə verir. Başqa sözlə, hər hansı hüquqi şəxs başqa şəxs tərəfindən idarə oluna və təmsil oluna bilər. Lakin bu, o demək deyil ki, kənar idarəçi öz adından çıxış edir və idarə və təmsil etdiyi şəxsin öhdəlikləri onun öhdəlikləridir. İddiadakı mövqeyi rəhbər tutulsa, belə çıxar ki, Bank ümumiyyətlə mövcud deyil. Ona görə ki, adından həmişə iddiaçı çıxış edir (başqa cür sadəcə mümkün də deyil). Halbuki, elə təkcə Elektron Məhkəmə Sistemində Bankın tərəf olduğu onlarla məhkəmə proseslərini tapmaq mümkündür. Bankın aktiv VÖEN-i də var: **********. O, həm də aktiv (fəaliyyəti dayandırılmayan) vergi ödəyicisidir. İddiadadkı mövqeyə görə Bankın bütün öhdəliklərinə (o cümlədən vergi) görə iddiaçı tam məsuliyyət daşıyır. Bu isə cəfəngiyatdır! Ləğv prosesində olan hüquqi şəxsin adından ləğvedicinin çıxış etməsi adi haldır. Başqa cür ola da bilməz! Necə ki, onadək həmin hüquqi şəxsin adınan onun orqanları çıxış edirdi. Bir qayda olaraq, işlər borcun (kreditin) qaytarılması üzrədir. Ali Məhkəmənin aktlarının mütləq əksəriyyəti ləğv prosesində olan bankları (hüquqi şəxsləri) ayrıca (əlahiddə, müstəqil) tərəf (şəxs) kimi tanıyır, ləğvedicini isə sadəcə onun təmsilçisi kimi göstərir. Bir sıra aktlarda hətta xüsusilə vurğulanır ki, ləğv prosesində olan bank iddianı və ya şikayəti ləğvedicisi vasitəsilə təqdim edib. Bir neçə qərar var ki, orada birinci instansiya və apellyasiya instansiya məhkəmələri tərəf kimi ləğvedicini göstərib, lakin Ali Məhkəmənin aktında bunun əksi edilib – ləğv prosesində olan bank göstərilib. İddia ərizəsi Bankla cavabdeh arasında bağlanmış 30 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə istinad edir. Guya, cavabdeh həmin müqavilə üzrə Bankdan 1.490.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin, həmin kreditin verilməsinə dair Məhkəməyə heç bir sənəd təqdim edilməyib. O cümlədən, nə kassa sənədi, nə də cavabdehin ödəniş tapşırığı (əgər Cavabdeh hesabına guya mədaxil edilən vəsaiti harasa köçürübsə) təqdim edilməyib. Kreditin guya verildiyinə dəlil kimi yalnız cavabdehin bank hesabından çıxarışa istinad edilir. Halbuki, həmin sənəd Bankın öz sənədidir, cavabdeh onu imzalamayıb və imzalaya da bilməzdi. Eyni yanaşma ilə Bank hesabdan çıxarışda guya milyardlarla məbləğlərdə ABŞ dollarını cavabdehə verdiyini də iddia edə bilərdi. Hesabdan çıxarış vəsaitin bilavasitə verilməsini təsdiq edən sənədlərlə təsdiq edilməlidir. Belə sənəd işdə yoxdur. Təəssüf ki, məhkəmə mühasibatlıq ekspertizası da həmin sənəd olmadan, yalnız hesabdan çıxarışdakı məlumat əsasında aparılıb. Təbii, belə ekspertizanın rəyi mötəbər deyil. İddiaçı indi deyir ki, bəli, əslində, kredit verilməyib, sadəcə guya ayrılan cavabdehin Banka olan əvvəlki borcunun ödənilməsinə yönəlib. Lakin, sözügedən kredit müqaviləsinin 1.3-cü bəndində kreditin təyinatı kimi təmir-tikinti işləri göstərilib. Vəsaitin əvvəlki borcların ödənilməsinə yönəldiləcəyi haqda heç nə deyilmir. Deməli, Bank özbaşınalıq edib. Tutaq ki, kredit əvvəlki borcların ödənilməsinə yönəldilib. Bu halda əvvəlki borcların verilməsini təsdiq edən sənədlər təqdim edilməlidi və sübut edilməlidir ki, cavabdehin borcu 2015-ci ildə guya “restrukturizasiya” edilərkən doğrudan da Banka 1.490.000 ABŞ dolları məbləğində borcu var idi. Məhkəmə-mühasibatlıq ekspertizası da bu hala 2015-ci ildən deyil, daha əvvəldən (2012-ci ildən aparılmalıdır). Lakin, təkidli təkliflərinə baxmayaraq iddiaçı əvvəlki borcların verilməsini təsdiq edən sənədləri təqdim etmədi. Cavabdeh ümumiyyətlə hesab edir ki, əvvəlki borcları ödəyib (o cümlədən 2015-ci ildən başlayaraq da, buna görə həmin ödənişlərə iddiaçının istinadı yersizdir: cavabdeh əvvəlki borclarının ödənişini edib), buna görə də iddiaçının sənədləri təqdim etməkdən və işə əvvəlki borclar (əslində real olanı da elə odur!) kontekstində baxılmasından yayınması məhz bu həqiqətin üzə çıxacağından qorxmasından xəbər verir. İddiaçı yalnız cavabdehin imzaladığı 10 iyun 2016-cı il tarixli ərizəsinin surətini təqdim etdi. Həmin ərizədə cavabdeh deyir ki, 30 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1.490.000 ABŞ dolları məbləğində kredit rəsmiləşdirilmişdir. Demir ki, kredit verilmişdir! Rəsmiləşdirilmişdir! Yəni sənəddə belə yazılıb (reallıq da nə olduğu qeyd olunmur!). Yalnız bundan sonra cavabdeh əsas məbləğ üzrə öhdəliyinin 1.489.400 ABŞ dolları olduğunu vurğulayaraq, faiz dərəcəsinin endirilməsini xahiş edir. Lap tutaq ki, cavabdeh borcunun həmin məbləğdə olduğunu etiraf edib. Bəs reallıqda Banka o qədər borcu olmayıbsa, onda necə? Bank əsassız varlanmalıdır? Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mövqeyini sırf elə həmin Bankla bağlı olan məhkəmə təcrübəsi ilə əsaslandırırlar: Ali Məhkəmənin Mülki Kollegiyasının 23 iyul 2018ci il tarixli 2 (102)5034/2018 №-li qərarı. Eyni məsələdir: orada da söhbət əvvəlki kredit müqavilələri üzrə qalıq borcun yeni kredit müqaviləsi formasında rəsmiləşdirilməsindən və bundan yaranan mübahisədən gedir. Həmin qərarda Ali Məhkəmənin mövqeyi aşağıdakı kimidir. Kredit müqaviləsi bağlanarkən formal olaraq qanunun tələbinə əməl edilmiş, müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Lakin, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, həmin kredit müqavilələri, əslində borc alana real olaraq pul vəsaitini kreditə (borca) verilməsi üçün bağlanmamışdır. Müştəri ilə formal kredit müqaviləsi bağlayaraq həmin müqavilədə nəzərdə tutulan vəsait hesabına eyni bankda müştərinin borcunun ödənilməsi barədə sənədləşmə aparılması pulun müştərinin şəxsi hesabına mədaxil edilməsi mümkün deyil. Həmin kredit müqavilələri uydurma (puç) müqavilələrdir, çünki əvvəlki kredit müqavilələri üzrə borcların ödənilməsi təəssüratı yaratmaq və müştəridən daha çox gəlir götürmək məqsədilə bağlanmışdır. Bank kredit münasibətlərində üstün hüquqa malik olan kimi hüquqdan sui-istifadə etmişdir. Belə ki, bank kredit müqaviləsinə əsassız və qanunsuz müddəalar daxil etməklə borcluya kifayət qədər məbləğdə əsassız borc hesablamaq imkanı yaranmışdır, əsas məbləğ kimi göstərməklə yenidən onlara böyük məbləğdə faiz və cərimə hesablamaq niyyətini güdmüşdür. Çünki, cavabdehin borc öhdəliyi ipoteka ilə təmin olunmuşdu və bank bilirdi ki, borcun qaytarılmasının həmin əmlaklar hesabına təmin etmək çətinlik törətməyəcək. Bank öhdəliklərin icrasını təhlükəyə qoya biləcək hərəkətlərdən çəkinməmiş, əksinə öhdəliyə vicdanlılığın tələb etdiyi tərzdə yanaşmamış, borclunu ağır vəziyyətə salmışdır. Bank Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinin tələblərini pozmuşdur. Yeri gəlmişkən, Bank Ali Məhkəmənin sözügedən qərarından Konstitusiya Məhkəməsinə də şikayət etmiş, lakin sonuncu şikayəti icraatına qəbul etməkdən imtina etmişdir. Tamamilə eyni hallar hazırki iş üzrə də mövcuddur. Buna görə də ilk növbədə borcun yaranma əsası (pul verilibmi? hansı sənəd əsasında və nə qədər verilib?) müəyyən edilməli, sonra isə ekspertiza həyata keçirilməli idi (keçirilməlidir). Beləliklə, 30 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi əhəmiyyətsiz (etibarsız) əqddir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə digər cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə baxış iclasına çağrılmış, lakin qabaqcadan heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Mülki Məcəllənin (bundan sonra – MM) 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 269.1 və 269.2-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanılmış 30 oktyabr 2015-ci il tarixli, 100.LN.2105.301015.00001 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana 6 ay güzəşt müddəti verilməklə 36 ay müddətinə illik 12 faiz ödənilmək şərtilə 1.490.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanılmış 29 iyul 2016-cı il tarixli, 100.LN.2105.301015.00001 nömrəli kredit müqaviləsinə 1 №-li Əlavə Razılığın surətindən görünür ki, borcalan krediti vaxtında ödəmədiyi halda, borcalan bu müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək (bu tarix daxil edilməklə) olan dövr ərzində illik 8 faiz məbləğində artırılmış faizləri kreditora ödəməlidir. İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanılmış 26 oktyabr 2018-ci il tarixli, 100.LN.2105.301015.00001 nömrəli kredit müqaviləsinə 2 №-li Əlavə Razılığın surətindən görünür ki, bu razılığın şərtlərinə əsasən kreditor ilə borcalan arasında 30 oktyabr 2015-ci il tarixində bağlanmış 100.LN.2105.301015.00001 nömrəli kredit müqaviləsinin müddəti 29 oktyabr 2021-ci il tarixinədək uzadılmışdır. Bu əlavə razılığın şərtlərinə əsasən, kreditor borcalanın xeyrinə açılmış kreditin ümumi məbləği 1.473.182,84 ABŞ dolları təşkil etmişdir. Əlavəyə əsasən, krediti vaxtında ödəmədiyi halda, borcalan bu müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək (bu tarix daxil edilməklə) olan dövr ərzində illik 8 faiz məbləğində artırılmış faizləri kreditora ödəməlidir. İddiaçı1 ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli G-4415 saylı ipoteka müqaviləsinə və ona edilmiş xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli Əlavəyə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 12 saylı evin 54 mənzili ipotekaya qoyulmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli 100.CL.090913.00001/e saylı ipoteka müqaviləsinə və ona edilmiş xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli Əlavəyə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 67 saylı evin 10 saylı mənzili ipotekaya qoyulmuşdur. İddiaçı1 ASC tərəfindən məhkəməyə təqdim etmək üçün verilən 02 sentyabr 2021ci il tarixli 30 avqust 2021-ci il tarixinə yaranmış tələb üzrə çıxarışdan görünür ki, müqavilə tələbləri əsasında yaranmış ümumi borc 1.552.746 ABŞ dolları təşkil edir. İddiaçı1 ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2021-ci il tarixli “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi”nə dair bildirişin surətindən görünür ki, müqavilə üzrə əsas borc, faiz və cəimələrin ödənilməsi tələb edilmiş, əks təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı1 ASC-nin Azərbaycan Respublikasının ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 10 sentyabr 2021-ci il tarixli “kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsi”nə dair Bildirişin qeydiyyata alınması barədə Ərizənin surətindən görünür ki, Bank tərəfindən “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi”nə dair bildirişin qeydiyyata alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı – X2 əsasən iddiaçı tərəfindən xx.xx.2021ci il tarixdə 30.40 manat məbləğində dövlət rüsum ödənilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2022-ci il tarixli, 9/138 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumtları, 30 oktyabr 2015-ci il tarixli 100.LN.2105.301015.00001 saylı kredit müqaviləsinin və “Əlavə Saziş”in şərtləri nəzərə alınmaqla Cavabdeh1 29 oktyabr 2021-ci il tarixə İddiaçı1 ASC-yə olan borcu ümumilikdə 1.557.078,28 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən xx.xx.2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas kredit borcu-1.464.137,30 ABŞ dolları, faiz borcu-92.940,98 ABŞ dolları məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, H/02-PLS saylı mütəxəssis rəyindən görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 12 nömrəli evin 54 saylı mənzilin hazırki likvid qiyməti 220.000 manat; Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 67 nömrəli evin 10 saylı mənzilin hazırki likvid qiyməti 60.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 100.LN.2105.301015.00001 nömrəli kredit müqaviləsi və ona edilmiş xx.xx.2016-cı il və xx.xx.2018-ci il tarixli Əlavə Razılığa əsasən Cavabdeh1 36 ay müddətinə illik 12 faiz ödənilmək şərtilə 1.490.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2009-cu il tarixli G-4415 saylı ipoteka müqaviləsinə və ona edilmiş xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli Əlavəyə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 12 saylı evin 54 mənzili ipotekaya qoyulmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli 100.CL.090913.00001/e saylı ipoteka müqaviləsinə və ona edilmiş xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli Əlavəyə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 67 saylı evin 10 saylı mənzili ipotekaya qoyulmuşdur. Cavabdeh1 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, 14 fevral 2022-ci il tarixli ekspert rəyinə əsasən, 1.464.137,30 ABŞ dolları məblğində əsas, 92.940,98 ABŞ dolları məbləğində isə faiz borcu yaranmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 1.464.137,30 ABŞ dolları əsas, 92.940,98 ABŞ dolları faiz borcu, cəmi 1.557.078,28 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul vəsaiti tutulmalıdır. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli G-4415 saylı ipoteka müqaviləsinə və ona edilmiş xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli Əlavəyə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli Çıxarışına əsasən, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 12 saylı evin 54 mənzil və xx.xx.2013-cü il tarixli 100.CL.090913.00001/e saylı ipoteka müqaviləsinə və ona edilmiş xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli Əlavəyə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 67 saylı evin 10 saylı mənzil kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269 və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Göstərilən Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. İpoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh1 əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli bildiriş cavabdehə göndərilmiş və xx.xx.2021-ci il tarixli ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuş və bildiriş qeydə alınmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, H/02-PLS saylı mütəxəssis rəyindən də göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 12 nömrəli evin 54 saylı mənzilin hazırki likvid qiyməti 220.000 manat; Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 67 nömrəli evin 10 saylı mənzilin hazırki likvid qiyməti 60.000 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1.464.137,30 ABŞ dolları əsas, 92.940,98 ABŞ dolları faiz borcu, cəmi 1.557.078,28 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 30,40 manat məbləğində dövlət rüsumu tutulub iddiaçı LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan və likvid qiyməti 220.000 manat olan Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 12 saylı evin 54 nömrəli mənzilinə yönəldilməli, tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan və likvid qiyməti 60.000 manat olan Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 67 saylı evin 10 nömrəli mənzilinə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməli və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh1 tutulmalıdır. İş materiallarında olan ekspertiza xərcinə dair bildiriş görünür ki, xx.xx.2022-ci il tarixdə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat məbləğində pul vəsaiti MPM-nin 124.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada tutularaq Dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 103.1-çi maddasinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1.464.137,30 ABŞ dolları əsas, 92.940,98 ABŞ dolları faiz borcu, cəmi 1.557.078,28 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 30,40 manat məbləğində dövlət rüsumu tutulub iddiaçı LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan və likvid qiyməti 220.000 manat olan Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 12 saylı evin 54 nömrəli mənzilinə yönəldilsin. Tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan və likvid qiyməti 60.000 manat olan Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 67 saylı evin 10 nömrəli mənzilinə yönəldilsin. Həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh1 tutulsun. Məhkəmə xərci kimi ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-421/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-421/2022
30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver