Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4212/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Fikrət qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı “borcun olmaması barədə məlumatın verilməsinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı “borcun olmaması barədə məlumatın verilməsinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə bağlanmış 19.12.2014-cü il tarixli, BAKU3-5550-3857 saylı Kredit müqaviləsinin tərkib hissəsi olan 22.12.2014-cü il və 27.01.2015-ci il tarixli BAKU 3-5550-3857 nömrəli Razılaşmalar əsasında 04.05.2021-ci il tarixli, 1191 saylı məktubla bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin cavabdeh “Azərbaycan Kredit Bürosu MMC” (AKB)–nin kompyuter məlumat bazasında iddiaçının adında qalan 11686.90 (on bir min altı yüz səksən altı dollar doxsan sent) ABŞ dolları əsas borcun silinməsi və həmin kredit müqaviləsinə əsasən iddiaçının adına heç bir borcun olmaması məlumatının verilməsi cavabdeh “Azərbaycan Kredit Bürosu MMC” (AKB)-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, "xxxx" MMC ilə aralarında bağlanmış 19.12.2014-cü il tarixli, BAKU3-5550-3857 saylı Kredit müqaviləsinin tərkib hissəsi olan 22.12.2014-cü il və 27.01.2015-ci il tarixli BAKU 3-5550-3857 nömrəli Razılaşmalarla illik 19 faizlə 72 aylıq müddətə 38000 ABŞ dolları kredit almışdır və bunun müqabilində daşınmaz əmlakını girov qoymuşdur. Məlum devalvasiyaya qədər kredit ödənişini vaxtında ödəyirdi. Lakin devalvasiya ilə bağlı olaraq kreditin qaytarılmasını gecikdirmişdi. 16 yanvar 2017-ci il tarixində ünvan 1 ünvanında yerləşən ofisdə uzun danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən 18000 ABŞ dolları ona məxsus ünvan 2 ünvanda yerləşən əmlakının satılması hesabına, qalan 5930 ABŞ dolları 24 ay ərzində ödənilməsi qarşılıqlı razılıq əsasında qərara alınmışdır. O, həmin gün 18000 ABŞ dolları ödəniş etmişdir və əmlakını girovdan azad etmişdir. Hazırda onun "xxxx" MMC ilə arasında bağlanmış 19.12.2014-cü il tarixli, BAKU-5550-3857 saylı Kredit müqaviləsinin tərkib hissəsi olan 22.12.2014-cü il və 27.01.2015-ci il tarili BAKU 3-5550- 3857 nömrəli razılaşmalara əsasən heç bir kredit borcu yoxdur. Bununla bağlı olaraq ona onlar tərəfindən 04.05.2021-ci il tarixli, 1191 nömrəli məktub da təqdim edilib. Razılığa əsasən o üzərinə düşən vəzifəsini tam icra etsə də, cavabdeh Azərbaycan Kredit Bürosu MMC ilə "xxxx" MMC arasındakı mərkəzləşdirilmiş kompyuter məlumat bazasında borcunun olmaması barədə düzəlişin aparılmasına dair üzərlərinə düşən öhdəliyi yerinə yetirmirlər. Belə ki, Azərbaycan Kredit Bürosu MMC AKB-də göstərilən əsas borcun ödənilməmiş qalan 11686,9 ABŞ dolları təşkil edən hissəsinin tələb edilməsindəm imtina edilsə də, Mərkəzləşdirilmiş AKB öz sistemində və müvafiq olaraq Azərbaycan Kredit Bürosu MMC AKB-də onun adına olan borc ödənilməmiş kimi qalmaqdadır. Lakin onların razılığına əsasən həmin borclar razılaşdıqları kimi silinməmişdir. Yuxarıda göstərdiyi kimi, barışıq razılaşmaqlarında üzərinə götürdükləri öhdəliyi qismən yerinə yetirmiş, pul borcunu onun hesabından silməmişlər. Yuxarıda göstərilənlərə əsasən, 04 may 2021ci il tarixli 1191 nömrəli məktubla rəsmiləşdirdikləri barışıq sazişinin şərtlərinə uyğun olaraq onun adına olan borcunu 16 may 2021 tarixinədək adından silinməsini və bu barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsini xahiş etmişdi. Aralarına bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin onun adında qalan borcun silinməsi, borcun olmaması barədə məlumatın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Kredit Bürosu MMC AKB-yə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət edəcək. “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC nin verdiyi 04 may 2021-ci il tarixli, 1191 məktubla rəsmiləşdirdikləri barışıq sazişinin şərtlərinə uyğun olaraq banka heç bir borcunun olmaması qeyd edilmişdir. Lakin buna baxmayaraq Azərbaycan Kredit Bürosu MMC AKB-dən verilən 16.05.2021-ci il tarixli, SF-7622 saylı çıxarışda məlum olmuşdur ki, "xxxx" MMC ilə aramda bağlanmış 22.12.2014-cü il tarixli, BAKU3-5550-3857 saylı kredit müqaviləsinə əsasən 11,686.90 USD kreditin qalıq məbləği həcmində borcunun olduğu qeyd edilmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iddiaya heç bir etirazı olmadığını bildirdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan 19.12.2014-cü il tarixli Baku 3-5550-3857 saylı ipoteka müqaviləsinin 2.1 və 2.5-ci bəndindən görünür ki, ipoteka predmeti qiyməti 36.000 USD olaraq müəyyən edilmiş ünvan 3 ünvanında istifadədə olan 47.92 kv.m ümumi sahə, 28.82 kv.m yaşayış sahəsi, 19.1 kv.m yardımçı sahədən ibarət olan 2 otaqlı 119 nömrəli mənzildir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, 120 aydan artıq olmayan müddətə 115.000 USD məbləğin illik 30 faizdən artıq olmamaqla kreditə verilməsi nəzərdə tutulur. İş materiallarında olan 04.05.2021-ci il tarixli 1191 saylı "xxxx" BOKT MMC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, 19.12.2014-cü il tarixli, BAKU3-5550-3857 saylı Kredit müqaviləsi və onun əsasında bağlanmış 22.12.2014-cü il və 27.01.2015-ci il tarixli BAKU 3-5550- 3857/1 və BAKU3-5550-3857/2 nömrəli Razılaşmalara əsasən verilmiş kredit üzrə qalıq borcla bağlı heç bir iddia və tələb yoxdur və gələcəkdə də irəli sürməyəcəkdir. İş materiallarında olan Azərbaycan Kredit Bürosu MMC verdiyi çıxarışdan iddiaçının "xxxx" BOKT MMC-də 11,686.90 borcu qaldığı göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə xatırladır ki, MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında 19.12.2014-cü il tarixli, BAKU3-5550-3857 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə və onun tərkib hissəsi olan 22.12.2014-cü il və 27.01.2015-ci il tarixli BAKU 3-5550- 3857 nömrəli Razılaşmalarla əsasən illik 19 faizlə 72 aylıq müddətə 38000 ABŞ dolları kredit almışdır və bunun müqabilində daşınmaz əmlakı girov qoymuşdur. Devalvasiya ilə bağlı olaraq kreditin qaytarılmasını gecikdirmişdi. 16 yanvar 2017-ci il tarixdə əldə edilmiş razılığa əsasən 18000 ABŞ dolları ona məxsus ünvan 2 ünvanda yerləşən əmlakının satılması hesabına, qalan 5930 ABŞ dolları 24 ay ərzində ödənilməsi qarşılıqlı razılıq əsasında qərara alınmışdır. İddiaçı həmin gün 18000 ABŞ dolları ödəniş etmişdir və əmlakını girovdan azad etmişdir. Hazırda onun "xxxx" MMC ilə arasında bağlanmış 19.12.2014-cü il tarixli, BAKU-5550-3857 saylı Kredit müqaviləsinin tərkib hissəsi olan 22.12.2014-cü il və 27.01.2015-ci il tarili BAKU 3-5550-3857 nömrəli razılaşmalara əsasən heç bir kredit borcu yoxdur. Bununla bağlı olaraq ona 04.05.2021-ci il tarixli, 1191 nömrəli məktub təqdim edilmişdir. Lakin, Azərbaycan Kredit Bürosu MMC AKB öz sistemində və müvafiq olaraq Azərbaycan Kredit Bürosu MMC AKB-də onun adına olan borc ödənilməmiş kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 19.12.2014-cü il tarixli, BAKU3-5550-3857 saylı Kredit müqaviləsinin tərkib hissəsi olan 22.12.2014-cü il və 27.01.2015-ci il tarixli BAKU 3-5550-3857 və BAKU3-5550-3857/2 nömrəli Razılaşmalar əsasında 04.05.2021-ci il tarixli, 1191 saylı məktubla bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin cavabdeh “Azərbaycan Kredit Bürosu MMC” (AKB) –nin kompyuter məlumat bazasında iddiaçının adında qalan 11686.90 (on bir min altı yüz səksən altı dollar doxsan sent) ABŞ dolları əsas borc silinməli və həmin kredit müqaviləsinə əsasən iddiaçının adına heç bir borcun olmaması məlumatının verilməsi cavabdeh “Azərbaycan Kredit Bürosu MMC” (AKB)-yə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 19.12.2014-cü il tarixli, BAKU3-5550-3857 saylı Kredit müqaviləsinin tərkib hissəsi olan 22.12.2014-cü il və 27.01.2015-ci il tarixli BAKU 3-5550- 3857 və BAKU3-5550-3857/2 nömrəli Razılaşmalar əsasında 04.05.2021-ci il tarixli, 1191 saylı məktubla bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin cavabdeh “Azərbaycan Kredit Bürosu MMC” (AKB) –nin kompyuter məlumat bazasında iddiaçının adında qalan 11686.90 (on bir min altı yüz səksən altı dollar doxsan sent) ABŞ dolları əsas borc silinsin və həmin kredit müqaviləsinə əsasən iddiaçının adına heç bir borcun olmaması məlumatının verilməsi cavabdeh “Azərbaycan Kredit Bürosu MMC” (AKB)-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4212/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4212/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver