Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4231/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X2 üçün Cavabdeh gəlirlərinin (qazancının) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 05 sentyabr 2011-ci il tarixdə nikaha daxil olmuş və buna dair AZ-İ seriyalı, 708026 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4 anadan olmuşdur. Lakin sonradan iddiaçı ilə cavabdehin ailə münasibətləri yaxşı olmadığından tərəflər ayrılmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2566/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 05 sentyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Bərdə rayonu Güloğlular kənd İƏD üzrə icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında qeydə alınmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanması, Cavabdeh 29 fevral 2016-cı il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 19 sentyabr 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 274400 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə Cavabdeh arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 12 yanvar 2017-ci il tarixdə 12 nömrə ilə qeyd aparılmışdır. Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçının övladı xeyli böyümüş, onun yaşayış xərcləri – qidalanması, geyimi, təhsil xərcləri və s. artmışdır. Təyin edilmiş ümumi 193 (bir yüz doxsan üç) manat sabit pul məbləği yaşayış xərclərini qarşılamağa heç cür yetmir. Bu məqsədlə aliment məbləğinin cavabdehin gəlirlərinin (qazancının) 1/4 (dörddə bir) hissəsi kimi müəyyən edilməsi zərurəti yaranmışdır. xx.xx.2024-cü il tarixli MŞB/6-02111 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış təsdiq edir ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Doğum haqqında AZ-İİİ seriyalı 998511 nömrəli şəhadətnamədən görünür ki, X4 12 may 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2566/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, X6 ilə Cavabdeh arasında 05 sentyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Bərdə rayonu Güloğlular kənd İƏD üzrə icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında qeydə alınmış nikahın pozulması, 12 may 2009-cu il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, Cavabdeh 29 fevral 2016-cı il tarixdən başlayaraq 12 may 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. Nikahın pozulması haqqında AZ-İ seriyalı 274400 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh X6 ilə olan nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 12 yanvar 2017-ci il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Nəcəfova” soyadı verilmişdir. Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/6-01211 nömrəli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 60 manat mediasiya xərci İddiaçı tərəfindən çəkilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 1210 nömrəli arayışdan görünür ki, Cavabdeh aylıq pul təminatı gəlir vergisi və DSMF ayırmaları (3%) tutulduqdan sonra 875 (səkkiz yüz yetmiş beş) manat 88 (səksən səkkiz) qəpikdir. Bundan başqa, 875, 88 manat (səkkiz yüz yetmiş beş manat səksən səkkiz qəpik) olan ödənişdən 218,97 manat (iki yüz on səkkiz manat doxsan yeddi qəpik) icra ödənişi, 200 (iki yüz) manat miqdarında isə aliment ödənişi tutulur. Əlavə pul təminatı olaraq isə il ərzində 1 (bir) dəfə olmaqla maddi yardıma görə 665 (altı yüz altmış beş) manat, məzuniyyət pulu isə 533,50 (beş yüz otuz üç manat əlli qəpik) manat və il sonunda birdəfəlik pul mükafatına görə 1290,10 (bir min iki yüz doxsan manat on qəpik) manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3083/2022 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həmin məhkəmənin 2(004)-3083/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 12 may 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan aliment miqdarı artırılmış, Cavabdeh 12 may 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması müəyyən edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2022-ci il tarixdə Yasamal Rayon İcra Şöbəsinə icra edilməsi üçün göndərilmişdir. Həmin qətnamə məktuba əlavə edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərindən 12 may 2009-cu il təvəllüdlü X4 anadan olmuş, tərəflər 05 sentyabr 2011-ci il tarixdə nikaha daxil olsalar da, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş, yetkinlik yaşına çatmayan uşaq anasının yanında saxlanılmış və onun saxlanmasına görə alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə isə 12 may 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 200 sabit pul məbləğində alimentin iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı 12 may 2009-cu il təvəllüdlü X1 üçün tutulan aliment məbləğinin uşağın tələbatının ödənilməsi üçün kifayət etmədiyini bildirərək, alimentin Cavabdeh aylıq gəlirlərinin (qazancının) 1/4 (dörddə bir) hissəsi miqdarında müəyyən edilməsini tələb edir. Tələblə əlaqədar aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, cavabdeh rəsmi iş yerində işləyir və aylıq qazanca malikdir. Belə ki, onun aylıq pul təminatı 875,88 manat təşkil edir. Əlavə pul təminatı olaraq isə il ərzində 1 dəfə olmaqla maddi yardıma görə 665 manat, məzuniyyət pulu 533,50 manat və il sonunda birdəfəlik pul mükafatına görə 1290,10 manat alır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, ailə qanunvericiliyinin aliment tutulmasını tələb edən şəxsə tanıdığı seçim hüququna görə, aliment məhz həmin şəxsin tələbi ilə sabit pul məbləğində və ya qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Yəni aliment barədə tələbə dair məhkəmə qətnaməsi onu tələb edən şəxsin xahişi əsasında uşaqların üstün mənafeyi əsas götürülməklə qəbul edilir. Hazırkı tələblə əlaqədar isə məhkəmə bütün diqqətəlayiq halları – uşağın böyüməsini, xərclərinin artmasını, uşağın bütün qayğılarının iddiaçının üzərində olması səbəbindən onun maddi vəziyyətində dəyişikliyin olmasını və alimentin cavabdehin qazancının ¼ hissəsində (təxminən 219 manat) müəyyən edilməsinin uşağın üstün mənafeyinə uyğun, yaşayış minimumuna yaxın, qanuna müvafiq və ədalətli olmasını, qanunda alimentin qazancın bir hissəsi kimi təyin edilməsini istisna edən hallar kimi təsbit edilmiş halların olmamasını və s.-ni nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə valideynlərin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə müvafiq olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, qeyd olunanlara əsasən və uşağın mənafeyi əsas götürülməklə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3083/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən məhkəmə qeyd edir ki, bu məsələyə qiymət verilməsi iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia təmin edildiyindən, mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3083/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-4231/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4231/2024
01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver