Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4233/2020 23.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankını cəlb etməklə Cavabdeh ASC-yə qarşı «kredit öhdəliyi üzrə vaxt keçmiş kredit borcunun restrukturizasiya edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankını cəlb etməklə Cavabdeh ASC-yə qarşı «kredit öhdəliyi üzrə vaxt keçmiş kredit borcunun restrukturizasiya edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, öz halal zəhməti ilə dolanan, öhdəsində azyaşlı və ahıl insanlar olan bir şəxsdir. «xxxxxxxxxxx» ASC-dən xx.xx.2015-ci il tarixdə götürdüyü 3000 ABŞ dolları məbləğində kreditin ödənilməsində əvvəllər heç bir problem olmasa da, məlum devalvasiyadan sonra bir çox vətəndaşlar kimi onun da ödənişlərində yaralanmışdır. Lakin Ölkə Başçısının məlum Fərmanı əsasında məhkəmə və icra şöbəsində olan işlər, eləcə də gecikdirilmiş kredit öhdəliklərinin dayandırmaqla, onunla yeni müqavilə bağlanması tövsiyə olundu. Bu bankdan əlavə olaraq digər bir banka da pul borcu vardı və fərmanın təsirinə düşdüyü üçün digər bank «Unibank» onunla yeni müqavilə bağlanmasını təşkil etdi və heç bir problem yaratmadan yeni ödənişlər həyata keçirir. Lakin əvvəl gündən dəfələrlə müraciət etsə də, «xxxxxxxxxx» İKB ASC onunla bilərəkdən yeni müqavilə bağlamadı, gözləməyi tövsiyə etdi. Sonradan müraciət etdikdə isə özünə yeni bir zamin tapmalı olduğunu tələb etdi. Lakin məlumdur ki, bu kimi hallardan sonra heç kim bir-birinə zamin durmayacaqdı. Və bank da bu haldan istifadə edərək, qanunsuz olaraq ondan zamin tələb edə-edə yeni müqavilə bağlamadı. İndi isə məlum olmuşdur ki, bank ona qarşı pretenziya qaydasında məktub ünvanlamaqla fərmanla azaldılmış borcunu öz bildikəri kimi şişirdərək və onunla Fərmanda tapşırılan kimi yeni müqavilə bağlamadan məhkəməyə verəcəkləri ilə hədələyirlər. Bundan sonra ona qarşı borc tələbi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək həmin pulun ondan məcburi qaydada tutulmasını tələb edir. Burdan belə qənaətə gəlmək olar ki, Ölkə Başçısının verdiyi Fərman «xxxxxxxxxx» İKB ASC (indiki Cavabdeh) üçün mühüm əhəmiyyətli bir fərman deyildir və onlar saxta yollarla Fərmana məhəl qoymadan əvvəlki qaydada pulun ondan tələb edirlər. Göründüyü kimi, onun pulu dollarla deyil, manatdır. Əlavə olaraq 1 faiz olmaqla onunla yeni müqavilə bağlayarkən də bank heç nə itirmir, əksinə qazanır. Lakin bildiyi qədər bu Bank bu cür əməlləri ilə əhalinin çox hissəsində narazılıq yaradaraq Fərmanın aliliyini kölgə altına alırlar. Halbuki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Prezidentin Fərmanına əsasən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət öüdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi (2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevral 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsasə kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi) qərara alınmışdır. Həmçinin həmin Fərman da nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməsi; ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi; Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindliyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləğ 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X2 müraciəti əsasında banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməsini, həmçinin banklara tövsiyə edilmişdir ki, vaxtı keçmiş kredit borcu olan fizikişəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməsini, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görünlməsi, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən dijər tədbirlərin görülməsi, həmin fərmanda restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi, güzəştli kredit dedikdə fiziki şəxslərin keçmiş kredit borcların restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilmən kreditlər nəzərədə tutulmuşdur. Həmçinin faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi, məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununu tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Göründüyü kimi Fərmanda da qeyd olunduğu kimi borcun xarici valyuta və ya manatla olmasından asılı olmayaraq, xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17.000 manatdan az olan kreditlərin restrukturizasiya nəzərdə tutulur. Testrukturizasiya edilən yeni kreditlər müştərilərə çox güzəştli şərtlərlə – 5 il müddətinə və illik cəmi 1%-lə verilir. Lakin cavabdehin əməlləri qanunsuz və əsassız hesab edilməlidir. Göründüyü kimi o, borcunun ödənişindən yayınmır. Onu ödəmək üçün qanunla ona verilən hüquqlarından istifadə etmək niyyətindədir. Göstərilənlərə əsasən ona əsassızx və qanunsuz olaraq yaradılmış problemin öz müsbət həllini tapması məqsədilə «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Prezidentin xx xxxxxx 2019-cu il tarixli Fərmanında göstərilən qaydada və şərtlərlə qalıq 2052,33 manat məbləğində kredit öhdəliyi üzrə vaxtı keçmiş kredit borcunun restrukturizasiya edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixdə və zaminlər Elnarə Məmmədova və Xatirə Əliyevaya xx.xx.2019-cu il tarixdə sms göndərilərək banka dəvət edilmişlər. Lakin cavabdeh və zaminlər banka gəlməmişlər. Onların banka gəlməməsi səbəbindən və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın icra müddəti xx.xx.2019-cu il tarixdə bitdiyindən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi mümkün olmamışdır. Hazırkı iddia tələbi isə əsassızdır. Buna görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ASC-nin İdarə Heyətinin sədrinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, o, kreditin restrukturizasiya edilməsi üçün müraciət etmişdir. Əvvəlki kreditin zaminlərlə rəsmiləşdirildiyi üçün yenə ondan zamin tələb olunur. Prosesin zaminsiz həyata keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, «xxxxxxxxxx» İKB ASC-dən xx.xx.2015-ci il tarixdə götürdüyü 3000 ABŞ dolları məbləğində kreditin əvvəllər heç bir problem olmasa da, məlum devalvasiyadan sonra bir çox vətəndaşlar kimi onun da ödənişlərində problem yaranmışdır.Lakin Ölkə Başçısının məlum Fərmanı əsasında məhkəmə və icra şöbəsində olan işlər eləcə də gecikdirilmiş kredit öhdəliklərinin dayandırmaqla, onunla yeni müqavilə bağlanması tövsiyə olundu. Bu bankdan əlavə olaraq digər bir banka da pul borcu vardı və fərmanın təsirinə düşdüyü üçün digər bank «Unibank» onunla yeni müqavilə bağlanmasını təşkil etdi və heç bir problem yaratmadan yeni ödənişlər həyata keçirir. Lakin əvvəl gündən dəfələrlə müraciət etsə də, «xxxxxxxxxx» İKB ASC onunla bilərəkdən yeni müqavilə bağlamadı, gözləməyi tövsiyə etdi. Sonradan müraciət etdikdə isə özünə yeni bir zamin tapmalı olduğunu tələb etdi. Lakin məlumdur ki, bu kimi hallardan sonra heç kim bir-birinə zamin durmayacaqdı. Və bank da bu haldan istifadə edərək, qanunsuz olaraq ondan zamin tələb edə-edə yeni müqavilə bağlamadı. İndi isə məlum olmuşdur ki, bank ona qarşı pretenziya qaydasında məktub ünvanlamaqla fərmanla azaldılmış borcunu öz bildikəri kimi şişirdərək və onunla Fərmanda tapşırılan kimi yeni müqavilə bağlamadan məhkəməyə verəcəkləri ilə hədələyirlər. Göründüyü kimi onun pulu dollarla deyil, manatdır. Əlavə olaraq 1 faiz olaqla onunla yeni müqavilə bağlayarkən də bank heç nə itirmir, əksinə qazanır. Göstərilənləri nəzərə alaraq ona əsassız və qanunsuz olaraq yaradılmış problemin öz müsbət həllini tapmasa da və qalıq 2052,33 manat məbləğində kredit özdəliyi üzrə onunla yeni müqavilə bağlanılmasında köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 2019-cu il 28 fevral tarixli Fərman imzalanmışdır. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla «Fiziki şəxslərin xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası» təsdiq edilmişdir. Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərnin qəbulu 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulmuşdur. Qalıq kredit borcu üzrə tətbiq edə biləcək mümkün güzəşt imkanları barədə araşdırma aparılması üçün müştərisi olduğu banka müraciət edə bilməsini göstərilmişdir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən İddiaçı, zaminlər X6 və X5 ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borc alana 3000 ABŞ dolları məbləğində illik 26% olmaqla 18 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Borcalan müqavilənin şərtlərini pozaraq Cavabdeh ASC-yə olan əsas və faiz borcunun ödənilməsinin təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi X9 və X8 ilə zaminlik müqaviləsi imzalanmışdır, zamin borclunun kredit öhdəliyini tamamilə icra etməməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. Müqaviləyə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borclulardan borcunu xəbərdarlıq məktubunu aldıqları vaxtdan etibarən 5 gün müddətində Cavabdeh ASC tam ödəniliməsini tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh ASC tərəfindən təqdim edilmiş sms məlumatların surətindən görünür ki, bank tərəfindən cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixdə və zaminlər X5 və X6 xx.xx.2019-cu il tarixdə sms göndərilərək Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən zaminlik öhdəliklərin olduğu üçün kredit güzəştli şərtlərlə yenidən rəsmiləşdirmək üçün onları «xxxxxxxxxxx»a dəvət edilmişlər. İş materiallarında olan Cavabdeh ASC tərəfindən Nərimanov rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı, X5 və X6 qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə cavabdeh İddiaçı kredit borcu «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən İddiaçı əsas borcu 1169,62 ABŞ dolları uzadılmışdır. Bundan başqa, «xxxxxx» İKB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kredit borcunun qalıq məbləğinin jüzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi üçün kredit müqaviləsi bağlanarkən borclu və zaminlər tərəfindən banka təqdim olunmuş borclu İddiaçı məxsus telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə və zaminlər X5 məxsus telefon nömrələrinə və X6 məxsus teldefon nömrələrinə xx.xx.2019-cu il tarixdə sms-lər göndərilərək banka dəvət edilmişlər. Lakin borclu və zaminlər banka gəlməməsi səbəbindən və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın icra müddəti xx.xx.2019-cu il tarixdə bitdiyindən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməi mümkün olmamışdır. Hal-hazırda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın icra müddəti bitdiyindən yenidən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya 3000 ABŞ dolları məbləğində illik 26% olmaqla 18 ay müddətinə kredit verilmiş, kredit müqaviləsinin təminatı kimi X10 və X8 zaminlik müqaviləsi imzalanmışlar. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, nəticədə Banka borc yaranmışdır. Bank tərəfindən «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən iddiaçının kredit borcu 1169,52 ABŞ dolları azldılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, bank tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi üçün İddiaçı və zaminlərə xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə sms göndərilərək onları banka dəvət edilmişlər, lakin iddiaçı və zaminlər banka gəlməmişlər. Həmin Fərmanın icra müddəti xx.xx.2019-cu il tarixdə bitdiyinə görə kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi mümkün olmamışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanında göstərilən qaydada və şərtlərlə qalıq 2052,33 manat məbləğində kredit öhdəliyin vaxtı keçmiş borcunun restrukturizasiya edilməsi barədə iddia tələbini irəli sürmüşdür. Bununla əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi İddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə Bank qarşısında öhdəliklər götürmüşdür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərn xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən probelmli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi ilə fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiyası ilə bağlı manatla artmış hissəsi qiymətləndirməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankın elan etdiyi məzənənyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. Həmin Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla «Fiziki şəxslərin xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası» təsdiq edilmişdir. Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərnin qəbulu 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçını kredit borcunun restrukturizasiya məqsədi ilə banka dəvət olunmuş, bu barədə iddiaçıya və zaminlərə sms göndərilib, lakin iddiaçı və zaminlər banka gəlməmişlər. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının banka gəlməməsi ilə əlaqədar səbəbindən və həmin Fərmanın icra müddəti xx.xx.2019-cu il tarixdə bitdiyindən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı iddia tələbini əsaslandıra biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankını cəlb etməklə Cavabdeh ASC-yə qarşı «kredit öhdəliyi üzrə vaxt keçmiş kredit borcunun restrukturizasiya edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankını cəlb etməklə Cavabdeh ASC-yə qarşı «kredit öhdəliyi üzrə vaxt keçmiş kredit borcunun restrukturizasiya edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4233/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4233/2020
23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver