Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4283/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» QSC-nin cavabdeh Bəhmanova Xalidə ƏLi qızına qarşı «kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcun, kredit borcuna hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» QSC cavabdeh Bəhmanova Xalidə ƏLi qızına qarşı «kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcun, kredit borcuna hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 60 ay müddətinə qaytarılmaq şərti ilə 631.51 (altı yüz otuz bir manat 51 qəpik) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «xxxx" Qanalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 25 sentyabr 2019-cu il tarixli, 393-RKM-0284-19 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 2.2ci bəndinə əsasən müqavilə üzrə aylıq kredit ödənişləri razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, kreditorun müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini borcalandan tələb etmək hüququ vardır. Hal-hazırda Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı “xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 22.04.2021-ci il tarixə əsas borcu 631.51 AZN (altı yüz otuz bir manat əlli bir qəpik), faiz borcu 3.63 AZN (üç manat altmış üç qəpik), cərimə borcu 0.80 AZN (səksən qəpik) olmaqla ümumi borcu 635.94 AZN (altı yüz otuz beş manat doxsan dörd qəpik) təşkil edir ki, bu borcunda cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 18 mart 2020-ci il tarixli, 14220/20 saylı pretenziya (xəbərdarlıq) məktubu göndərilmişdir. Göstərilənlərə əsasən BOKT xxxx QSC ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2019-cu tarixli 393-RKM-0284-19 saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh əsas borcu 631.51 (altı yüz otuz bir manat 51 qəpik) manat, faiz borcu 3.63 (üç manat altmış üç qəpik) manat, cərimə borcu 0.80 (səksən qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 666.34 (altı yüz altmış altı manat, otuz dörd qəpik) manat borcun idddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bank Olmayan Kredit Təşkilatı «xxxx» QSC ilə Cavabdeh arasında bağlanmış 25.09.2019-cu il tarixli, 393-RKM-0284-19 saylı kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı «xxxx» QSC Bəhmanova Xalidə ƏLi qızına illik 01 faizlə 60 ay müddətinə 631,51 manat kredit vermişdir. Bank Olmayan Kredit Təşkilatı «xxxx» QSC tərəfindən məhkəməyə təqdim edilmiş 22 aprel 2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı «xxxx» QSC-yə 25.09.2019-cu il tarixli müqavilə üzrə 631,51 manat əsas borc, 3.63 manat faiz borcu, 0.80 qəpik cərimə borcu olmaqla cəmi 635,94 manat borcu vardır. Bank Olmayan Kredit Təşkilatı «xxxx» QSC tərəfindən Bəhmanova Xalidə ƏLi qızına ünvanlanmış 18.03.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bank Olmayan Kredit Təşkilatı «xxxx» QSC ilə Cavabdeh arasında bağlanmış 25.09.2019-cu il tarixli, 393-RKM-0284-19 saylı kredit müqaviləsinə əsasən Bank Olmayan Kredit Təşkilatı «xxxx» QSC cavabdeh Bəhmanova Xalidə ƏLi qızına illik 01 faizlə 60 ay müddətinə 631,51 manat kredit vermiş, Cavabdeh kredit muqaviləsi ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun Bank Olmayan Kredit Təşkilatı «xxxx» QSC-yə 25.09.2019-cu il tarixli müqavilə üzrə 631,51 manat əsas borc, 3.63 manat faiz borcu, 0.80 qəpik cərimə borcu olmaqla cəmi 635,94 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; 424.2-ci maddəsinə əsasən мüqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə əsasən мüqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 25.09.2019-cu il tarixli, 393-RKM-0284-19 saylı müqavilə üzrə 631.51 (altı yüz otuz bir manat əlli bir qəpik) manat ödənilməmiş məbləğ, 3.63 (üç manat altış üç qəpik) manat faiz borcu, 0.80 (sıfır manat 80 qəpik) manat cərimə borcu olmaqla, cəmi 635,94 (altı yüz otuz beş manat, doxsan dörd qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi olmaqla ümumilikdə 666,34 (altı yüz altmış altı manat, otuz dörd qəpik) manat məbləğində pul alınaraq Bank Olmayan Kredit Təşkilatı «xxxx» QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bank Olmayan Kredit Təşkilatı «xxxx» QSC ilə Cavabdeh arasında bağlanılmış 25.09.2019cu il tarixli, 393-RKM-0284-19 saylı müqavilə ləğv edilsin, həmin müqavilə üzrə 631,51 (altı yüz otuz bir manat 51 qəpik) manat ödənilməmiş məbləğ, 3,63 (üç manat 63 qəpik) manat faiz borcu, 0,80 (səksən qəpik) manat cərimə borcu olmaqla, cəmi 635,94 (altı yüz otuz beş manat, doxsan dörd qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi olmaqla ümumilikdə 666,34 (altı yüz altmış altı manat, otuz dörd qəpik) manat məbləğində pul alınaraq Bank Olmayan Kredit Təşkilatı «xxxx» QSC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-4283/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4283/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver