Məhkəmə qərarları › İş №2(006)-4337/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4337/2020

20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4337/2020 20.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Elbrus oğlunun cavabdeh “xxxx” BOKT MMC-yə qarşı “borcun ödənilməsi və girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Elbrus oğlu cavabdeh “xxxx” BOKT MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan “xxxx” BOKT MMC-nin Ağdaş filialı ilə aralarında bağlanmış VF/08615 saylı, xx xxxxxx 2016-cı il tarixli və xx xxxx 2016-cı il tarixli kredit müqavilələri üzrə yaranmış borcun hesablanaraq tərəfindən cavabdeh BOKT-a ödənilməsi və hər iki müqavilə üzrə girov qoyduğu ümumi çəkisi 95,60 qram (63,70+31,90 qram) olan 2 ədəd boyunbağını (çəkisi 28,6 qram), 2 ədəd qolbağı (çəkisi 16,7 qram), 1 ədəd komplekt (çəkisi 9,2 qram) və 3 ədəd üzüyü (çəkisi 9,2 qram), 1 ədəd komplekt (çəkisi 11,80 qram), 1 ədəd komplekt (çəkisi 11,20 qram), 2 ədəd üzük (çəkisi 5,90 qram), 1 ədəd boyunbağının (çəkisi 3,00 qram) özünün, olmadıqda isə real bazar dəyərinin eləcə də tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” BOKT MMC-dən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, kredit götürmək məqsədi ilə xx xxxxxx 2016-cı il tarixdə cavabdeh “xxxx” BOKT MMC-nin Ağdaş filialına müraciət etmişdir. Cavabdeh “xxxx” BOKT MMCnin Ağdaş filialı ilə aralarında bağlanmış VF/08615 saylı, xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən o, cavabdeh orqandan illik faiz dərəcəsi 29 faiz olmaqla 24 ay müddətinə 1000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Götürülmüş kreditin müqavilədə göstərilən şərtlər daxilində vaxtında qaytarılmasının təminatı kimi cavabdeh orqanın Ağdaş filialı ilə aralarında girov müqaviləsi bağlanmış, həmin müqavilə əsasında o, xx xxxxxx 2016-cı il tarixdə iştirakları ilə, eləcə də qiymətləndiricinin iştirakı ilə tərtib edilmiş “xxxx” BOKT MMC-nin girov qoyulmuş qiymətlilərin dəyərlərinin Qiymətləndirmə və təhvil-təslim aktına əsasən o, ümumi çəkisi 63,70 qram olan 2 ədəd boyunbağını (çəkisi 28,6 qram), 2 ədəd qolbağı (çəkisi 16,7 qram), 1 ədəd komplekt (çəkisi 9,2 qram) və 3 ədəd üzüyü (çəkisi 9,2 qram), cavabdeh orqanın Ağdaş filialının müdiri Elçin Həsənova təhvil vermişdir. Bütün bunlardan sonra cavabdeh orqanın Ağdaş filialından kredit müqaviləsinədə göstərilmiş 1000 ABŞ dolları ona verilmişdir. Bundan başqa cavabdehlə aralarında bağlanmış xx xxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən o, cavabdeh orqandan illik faiz dərəcəsi 29 faiz olmaqla 555 ABŞ dolları məbləğində kredit götürmüşdür. Götürülmüş kreditin müqavilədə göstərilən şərtlər daxilində vaxtında qaytarılmasının təminatı kimi cavabdeh orqanın Ağdaş filialı ilə aralarında girov müqaviləsi bağlanmış, həmin müqavilə əsasında o, xx xxxx 2016-cı il tarixdə iştirakları ilə, eləcə də qiymətləndiricinin iştirakı ilə tərtib edilmiş “xxxx” BOKT MMC-nin girov qoyulmuş qiymətlilərin dəyərlərinin Qiymətləndirmə və təhvil-təslim aktına əsasən o, ümumi çəkisi 31,90 qram olan 1 ədəd komplekt (çəkisi 11,80 qram), 1 ədəd komplekt (çəkisi 11,20 qram), 2 ədəd üzük (çəkisi 5,90 qram), 1 ədəd boyunbağı (çəkisi 3,00 qram) cavabdeh orqanın Ağdaş filialının müdiri Elçin Həsənova təhvil vermişdir. Bütün bunlardan sonra cavabdeh orqanın Ağdaş filialından kredit müqaviləsinədə göstərilmiş 555 ABŞ dolları ona verilmişdir. Cavabdeh orqanın Ağdaş filialından götürdüyü krediti müqaviləyə əlavə edilmiş qrafik üzrə arada gecikmələr olmaqla 2016-cı ilin oktyabr ayına kimi qaytarmışdır. Ödənişdə gecikmələr olduğuna görə E.Həsənov şifahi formada ona demişdir ki, krediti vaxtında ödəməsə qızıllarını bank satacaqdır. O isə bildirmişdir ki, tezliklə kreditin ödəniş qrafikini tamamlayacaq, əgər ödəyə bilməsə krediti qızıllara yönəldər və qalan məbləği ona qaytararlar. 2016-cı ilin oktyabr ayında o, kredit müqavilələri üzrə qalıq borcunu tamamilə ödəyərək girov qoyduğu qızıl-zinət əşyalarını geri götürmək istəyən zaman cavabdeh orqanın Ağdaş filialında ona bildirmişlər ki, filialda filialın müdiri tərəfindən pul vəsaitlərinin və girov qoyulmuş qızıl-zinət əşyalarının mənimsənilməsi faktı olduğundan borcunu qəbul edərək girov qoyduğun qızıl-zinət əşyalarını qaytarmaq mümkün deyildir. Hazırkı bank nümayəndələri tərəfindən ona bildirilmişdir ki, onun xx xxxxxx 2016-cı il tarixli müqaviləyə əsasən BOKT-a 594 ABŞ dolları, xx xxxx 2016-cı il tarixli müqaviləyə görə isə 291 ABŞ dolları borcu vardır. Lakin o, borcu bu həddə qəbul etmir, bu şişirdilmiş borcdur, faiz və cəriməni şişirdiblər. Dollar kreditlərinə güzəşt edilməsi ilə bağlı cənab Prezidentin Sərəncamı vardır, həmin Sərəncama görə onun BOKT-a cüzi borcu qalıbdır. Belə ki, ona sms xəbərdarlığı gəlmişdir, həmin xəbərdarlığa görə ona 600 ABŞ dolları pul ayrılmışdır. Həmin vaxt BOKT-a yaxınlaşmış, əməkdaş demişdir ki, hələ bu məsələ dondurulub. Mənimsəmə ilə bağlı cinayət işi araşdırılarkən əmanət qoymuş bəzi şəxslərin qızılları aşkar olunub qaytarılsa da, onun qızıllarından heç bir xəbər olmamışdır. Onun girov qoyduğu qızılların 11,80 qramı 750 əyarlı, qalan 83,80 qramı isə 583 əyarlı olmuşdur. Nəzərə alınsa ki, 750 əyarlı qızılın bir qramının satış qiyməti 90 manat, 583 əyarlı qızılın bir qramının satış qiyməti 70 manatdır, bu qayda ilə hesablanmaqla cavabdehin ona olan borcu ödənilməlidir. Göründüyü kimi, cavabdeh “xxxx” BOKT MMC aralarında bağlanmış kredit və girov müqavilələrinin şərtlərini kobud şəkildə pozmaqla tərəf kimi onun hüquqlarını pozmuşdur. Cavabdeh “xxxx” BOKT MMC ilə aralarında yaranmış mübahisənin qarşılıqlı razılaşma ilə həll etmək mümkün olmadığından məhkəməyə müraciət etməyinə zərurət yarandığından ona qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. Yuxarıda göstərilənlərə əsasən cavabdeh orqan “xxxx” BOKT MMC-nin Ağdaş filialı ilə aralarında bağlanmış VF/08615 saylı, xx xxxxxx 2016-cı il tarixli və xx xxxx 2016-cı il tarixli kredit müqavilələri üzrə yaranmış borcun hesablanaraq tərəfindən cavabdeh BOKT-a ödənilməsi və hər iki müqavilə üzrə girov qoyduğu ümumi çəkisi 95,60 qram (63,70+31,90 qram) olan 2 ədəd boyunbağını (çəkisi 28,6 qram), 2 ədəd qolbağı (çəkisi 16,7 qram), 1 ədəd komplekt (çəkisi 9,2 qram) və 3 ədəd üzüyü (çəkisi 9,2 qram), 1 ədəd komplekt (çəkisi 11,80 qram), 1 ədəd komplekt (çəkisi 11,20 qram), 2 ədəd üzük (çəkisi 5,90 qram), 1 ədəd boyunbağının (çəkisi 3,00 qram) özünün, olmadıqda isə real bazar dəyərinin eləcə də tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” BOKT MMC-dən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Girov müqaviləsinə əlavə olan xx.xx.2016-cı il tarixli “xxxx BOKT” MMC-nin girov qoyulmuş qiymətlilərin dəyərlərinin Qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, İddiaçı Elbrus oğlu 906 USD məbləğində kredit götürmək məqsədilə ümumi çəkisi 63,70 qram və ümumi dəyəri 833 manat olan 2 ədəd boyunbağını (çəkisi 28,6 qram, dəyəri 364 manat), 2 ədəd qolbağı (çəkisi 16,7 qram, 208 manat), 1 ədəd komplekt (çəkisi 9,2 qram, dəyəri 130,50) və 3 ədəd üzüyü (çəkisi 9,2 qram, dəyəri 130,50) direktor X6 təhvil vermişdir. Girov müqaviləsinə əlavə olan xx.xx.2016-cı il tarixli “xxxx BOKT” MMC-nin girov qoyulmuş qiymətlilərin dəyərlərinin Qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, İddiaçı Elbrus oğlu 555 USD məbləğində kredit götürmək məqsədilə ümumi çəkisi 31,90 qram və ümumi dəyəri 555 manat olan 1 ədəd komplekt (çəkisi 11,80 qram, dəyəri 247,80), 1 ədəd komplekt (çəkisi 11,20 qram, dəyəri 168 manat), 2 ədəd üzük (çəkisi 5,90 qram, dəyəri 91,20 manat), 1 ədəd boyunbağını (çəkisi 3,00 qram, dəyəri 48 manat) direktor X6 təhvil vermişdir. xx.xx.2016-cı il tarixli, 7216 saylı kassa məxaric orderindən görünür ki, “xxxx BOKT” MMC tərəfindən sonuncu tərəfindən İddiaçı Elbrus oğluna 906 USD məbləğində kredit verilmiş və qeyd olunan məbləğ təhvil alınmışdır. xx.xx.2016-cı il tarixli, 08615 saylı kredit müqaviləsinə əlavə kredit ödəniş cədvəlindən görünür ki, “xxxx BOKT” MMC tərəfindən İddiaçı Elbrus oğluna 24 ay müddətinə, illik 29% dərəcəsi ilə 906 USD məbləğində kredit verilmişdir. Hər gecikdirilən gün üçün gecikən əsas məbləğə 1% gündəlik cərimə hesablanır. “xxxx” MMC-dən xx.xx.2020-ci il tarixli Çıxarışındakı “Borcalanın aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı Elbrus oğlunun xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən verilmiş kreditin məbləği 906 ABŞ dolları, kreditin qalıq məbləği 460,29 ABŞ dolları, faiz məbləği 83,24 ABŞ dolları, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən verilmiş kreditin məbləği 555 ABŞ dolları, kreditin qalıq məbləği 251,60 ABŞ dolları, faiz məbləği 39,17 ABŞ dolları təşkil etmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış “Əmlak Qiymətləndirmə’' MMC-nin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, - 585 əyarlı qızılın bir qramının mağaza tərəfindən alış qiyməti 55 manat, satış qiyməti 85 manatdır. 750 əyarlı qızılın bir qramının mağaza tərəfindən alış qiyməti 66 manat, satış qiyməti 102 manatdır. X10 Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən X8 öz qulluq mövqeyindən istifadə edərək zərərçəkmiş şəxslərə vahid qəsdlə xeyli və külli miqdarda maddi ziyan vurub ona etibar edilmiş özgə əmlakını təkrarən mənimsəmə yolu ilə taladığı üçün Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun məhkəməyədək icraat zamanı həbsdə və ev dustaqlığında olduğu 01 (bir) il 02 (iki) ay 21 (iyirmi bir) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraqüzərində qəti olaraq2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 9 (doqquz) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İstintaq zamanı şahid qismində dindirilmiş İddiaçı ifadəsin göstərmişdir ki, xx xxxxxx 2016-cı il tarixdə xxxx təşkilatının Ağdaş rayon filialına mürac edərək kredit götürmək istədiyini bildirmiş, həmin vaxt filialın müdiri Elçin Həsənov olmuşdur, fevral 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 906 ABŞ dolları məbləğində krediti 24 ay müddətə götürmüş, kredit götürən zaman banka iki ədəd boyunbağı sünbül, iki ədəd qolb sünbül, bir ədəd komplekt, üç ədəd üzük girov qoymuşdur. Bundan sonra xx xxxx 2016-cı tarixində xxxx təşkilatına gedib yenidən kredit götürmək istədiyini demiş, həmin vaxt 5 ABŞ dolları məbləğində kredit götürmüş və banka iki ədəd komplekt, iki ədəd üzük, bir ədəd boyunbağı girov qoymuşdur. Həmin kreditlərdən təxminən 3 ay ödədikdən sonra kreditləri ödəyə bilməmiş, ona görə də Visa kredit təşkilatına Elçin Həsənovun yanına gedərək bildirmişdir ki, kreditləri ödəyə bilmir və qızılları satmaq istəyir. Elçin Həsənov həmin girov qoyduğu qızılla özünün almaq istədiyini demiş və ona qəbz verərək “sənin artıq Viza-kredit təşkilatına heç bir miqdarda borcun qalmamışdır” demişdir. Elçin Həsənova inanaraq çıxıb evə getmişdir. İşin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında girov müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi hazırki mübahisənin predmeti olan qızıl-zinət əşyaları BOKT qarşısında girov ilə yüklü edilmişdir. BOKT-un əməkdaşı olmuş X5 təqsirli və qanunazidd hərəkətləri girov predmeti olan qızıl-zinət əşyalarının cavabdehin qanuni sahibliyindən çıxması ilə nəticələnmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinə əsasən cinayət işi başlanılmış, “xxxx” BOKT MMC həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, X8 qeyd edilən maddə ilə təqsirli bilinərək, azadlıqdan məhrumetmə cəzasına məhrum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 527-ci maddəsinin tələblərinə görə öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. İş materiallarından göründüyü kimi, girovla təmin olunmuş əsas öhdəlik iddiaçı tərəfindən icra edilməmişdir. Belə ki, X10 Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən müəyyən edilmişdir ki, iddiaçı götürdüyü kredit borcunu 3 ay ödədikdən sonra tam ödəyə bilməmiş, ona görə də BOKT-un əməkdaşı olan Elçin Həsənovun yanına gedərək girov qoyduğu qızıl-zinət əşyalarının müqabilində kredit müqaviləsi üzrə yaranmış öhdəliyin tam icra edilmiş hesab edilməsini xahiş etmişdir. Bu fakt həmçinin məhkəmə baxışı zamanı iddiaçı tərəfin verdiyi izahatlardan da müəyyən edilir. Göründüyü kimi girov müqaviləsinə əsasən girov qoyan (iddiaçı) girov müqaviləsi ilə təmin edilmiş əsas öhdəliyi, yəni götürdüyü pulun qaytarılmasına dair vəzifəsini lazımi qaydada icra etməmişdir. Məhkəmə girovla təmin edilmiş öhdəliyə xitam verilməməsi girov predmetinin qaytarılmasını istisna etdiyinə əsaslanaraq hesab edir ki, hazırki iddia təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, girov saxlayan ona verilmiş girov predmetinin salamatlığı üçün məsuliyyət daşıdığından girov qoyan-iddiaçı, girov predmetinin dəyərində zərərin ödənilməsi tələbinə dair iddia ilə əsas öhdəlik tam icra edildikdən sonra məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə iddianın “xx xxxxxx 2016-cı il tarixli və xx xxxx 2016-cı il tarixli kredit müqavilələri üzrə yaranmış borcun hesablanaraq tərəfindən cavabdeh BOKT-a ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ödənişlərin qəbul edilməməsini təsdiq edən hər-hansı sübutu (rəsmi imtina cavabı və s.) məhkəməyə təqdim etmədiyindən, hazırki iddia bu hissədə təmin oluna bilməz. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Elbrus oğlunun cavabdeh “xxxx” BOKT MMC-yə qarşı “borcun ödənilməsi və girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiası rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Elbrus oğlunun cavabdeh “xxxx” BOKT MMC-yə qarşı “borcun ödənilməsi və girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar