Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4340/2021 06.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Kamran qızının, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh oğlunun, qarşılıqlı iddia üzrə cavabdeh X5 nümayəndəsi və vəkili X15 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X6 qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği artırılaraq 24.02.2017-ci il təvəllüdlü X10, 16.08.2018-ci il təvəllüdlü X13 və 03.12.2020-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) 1/2 hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, 03.12.2020-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment barədə qəbul olunacaq qətnaməni Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 234.2-ci maddəsini rəhbər tutaraq dərhal icra olunmasının təmin olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(006)-1484/2019 saylı qətnaməsi ilə 24 fevral 2017-ci il təvəllüdlü X10 və 16 avqust 2018-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 14 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutuluraq iddiaçıya verilməsi qət edilmişdir. Bundan sonra birgə nikahlarından 03 dekabr 2020-ci il tarixdə üçüncü övladı X16 anadan olmuşdur. Uşaq doğulandan sonra heç bir yerdə işləmir və digər iki uşağa lazımı qayğı göstərə bilmədiyindən onlara baxmaq üçün günəmuzd ödənişlə dayə xidmətlərindən istifadə etmək məcburiyyətində qaldığından məsrəflər yetərincə artmışdır və Nəsimi rayon məhkəməsinin 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə iki uşağa görə müəyyən olunmuş aliment məbləği ilə üç uşağın ehtiyaclarını lazımı səviyyədə təmin edə bilmir. Uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Bununla bağlı cavabdehə etdiyi müraciətlərinin heç bir faydası olmur və cavabdeh iki uşağa görə ödədiyi aliment məbləğinin uşaqların hər üçünə kifayət etdiyini bildirərək aylıq qazancının (başqa gəlirlərin) qalan hissəsini mütəmadi olaraq özünün şəxsi ehtiyaclarına sərf edir. Buna görə də “aliment məbləğinin həcminin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı hazırkı iş üzrə iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin tam təmin olunması, aylıq qazancından 1/2 hissədə tutulacaq alimentin 4 nəfər övladının hər birinə bərabər miqdarda verilməsinin təmin olunması üçün qazancının 3/8 hissəsinin 24 fevral 2017-ci il təvəllüdlü X10, 16 avqust 2018-ci il təvəllüdlü X13 və 03 dekabr 2020-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə, 1/8 hissəsinin isə 18 iyun 2013-cü il təvəllüdlü X17 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı mənə qarşı iddia ilə məhkəməyə müraciət edib 3 nəfər uşağının saxlanılması üçün aylıq qazancının 1/2 hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, hazırda ondan Nəsimi rayon məhkəməsinin 14 fevral 2019-cu il tarixli 2(006)- 1484/2019 saylı qətnaməsi ilə 24 fevral 2017-ci il təvəllüdlü X10 və 16 avqust 2018-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 14 yanvar 2019-cu il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulur. Bundan başqa Yasamal rayon məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(004)-2048 saylı qətnaməsi ilə 18 iyun 2013-cü il təvəllüdlü X17 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan X7 xeyrinə tutulan alimentin miqdarı aylıq qazancının 1/6 hissəsində müəyyən edilmişdir. Qətnamələr Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.03.2021 -ci il tarixli, 2(102)-945/2021 saylı qərarı ilə qüvvəyə minmişdir. Belə olduğu halda ilk iddianın təmin olunması onun aylıq qazancının 1/2 hissəsindən çox aliment tutulması ilə nəticələnəcəkdir ki, bu da qanunvericiliyin 3 və daha çox uşaqların saxlanması üçün aylıq qazancın 1/2 hissəsi miqdarında aliment tutulmalı olması barədə tələbinə ziddir. Ona görə də hesab edir ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ilə 1 uşağa görə hər ay qazancımın (başqa gəlirlərin) 1/6 hissəsi miqdarında aliment alan X9 da işə cəlb olunaraq onun aylıq qazancının 1/2 hissəsi miqdarında tutulacaq aliment məbləği 4 nəfər övladının arasında bərabər bölünərək (qanun qarşısında hamının bərabərliyi prinsipi) onların saxlanılması üçün uşaqların hər birinə 1/8 hissəsi miqdarında aliment müəyyən olunmalıdır. Hal hazırda onun aylıq əmək haqqının 1/2 hissəsi 2050 manat təşkil edir ki, bunun da 4 nəfər övladı hər birinə düşən 1/8 hissəsi 512 manat 50 qəpik təşkil edir və göründüyü kimi bu məbləğ “X21” Azərbaycan Respublikası Qanununda 2021-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu olan 175 manat dolanacaq xərclərindən qat-qat üstündür. Hesab edir ki, hazırkı halda qarşılıqlı iddiası ilə cavabdehin (ilkin iddiaçı) ona qarşı 3 uşağa görə qazancının (başqa gəlirlərin) 1/2 hissəsi midarında alimentin müyyən olunması ilə bağlı ilk iddiasının tam və ya qismən təmin edilməsini aradan qaldırılmasına yönəlmişdir və ilk iddia ilə birlikdə baxılması mübahisənin daha tez və düzgün baxmaqla nəticələnəcəkdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh yuxarıda qeyd edilən məzmunda izahat verərək qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X24 hər iki iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddialar əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçının alimentin azaldılmasına heç bir əsas olan bir şey yoxdur. Belə olan halda qarşılıqlı iddia üzrə iddiaçının iddiası təmin edilə bilməz və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yönəlməlidir. Odur ki, iddiaçının iddia ərizəsində yazılanları təsdiq edən hər hansı bir sübut və fakt göstərilməmişdir. Əsaslandırıcı hissə: İlkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməlidir. 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 01.05.2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı 123493 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 01.05.2016-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1489 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mirzoyev, arvada Hüseyn Zadə soyadı verilmişdir. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.03.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 921192 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 24.02.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 27.08.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 158906 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 16.08.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Sumqayıt Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.12.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 531730 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 03.12.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ilə İddia qismən təmin edilərək, Qusar Rayon Məhkəməsinin 19 yanvar 2016-cı il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün Cavabdeh Tacəddln oğlundan Qaçabəyova (Mirzoyeva) Esmira Əmentulla qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, 18 iyun 2013-cü il təvəllüdlü X4 üçün Cavabdeh X7 xeyrinə tutulan alimentin miqdarı aylıq qazancının 1/6 hissəsində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumu İddiaçıya aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi MK-nın 18.03.2021-ci il tarixli, 2(102)- 945/2021-ci il tarixli qərarından görünür ki, cavabdeh Qaçabəyova (Mirzoyeva) Esmira Əməntulla qızı tərəfindən verilmiş kassasiyə şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6073/2020 nömrəli iş üzrə 06 avqust 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Eyni zamanda qərardan görünür ki, Qusar Rayon Məhkəməsinin 2(029)-149/2016 saylı, 19.01.2016-cı il tarixli qətnaməsi ilə 18 dekabr 2015-ci il tarixdən başlayaraq Cavabdeh qazancından və (və ya) başqa gəlirindən 1/4 hissəsi miqdarında aliment tutularaq 18 iyun 2013-cü il təvəllüdlü X17 yetkinlik yaşma çatanadək saxlanılması üçün X8 verilməsi qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1484/2019 saylı, 14.02.2019-cu il tarixli qətnaməsi ilə 24 fevral 2017-ci il təvəllüdlü X10 və 16 avqust 20018-cı il təvəllüdlü X13 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 14 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment Cavabdeh Tacədddin oğlundan tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 17.03.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh BOS Şelf MMC-də 07.11.2019-cu il tarixindən əmək fəaliyyətinə başlamış və hal-hazırda Liman üzrə rəhbər vəzifəsində işləyir. Məlumat üçün bildirilmişdir ki, onun 2021-ci il fevral ayı üçün aliment tutulması Qusar rayon İcra və Probasiya şöbəsinin № 4898/2020 saylı 14.12.2020-ci tarixli İcra sənədinə əsasən 1376.72 manat, Nəsimi rayon İcra və Probasiya şöbəsinin № 22407/35111/2019-5-6 saylı 26.12.2019-cu il tarixli İcra sənədinə əsasən 1568.96 manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 27.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh aylıq əmək haqqı 5505 manat təşkil edir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflərin rəsmi nikah münasibətlərindən 24 fevral 2017-ci il təvəllüdlü X18, 16 avqust 2018-ci il təvəllüdlü X23 və 03 dekabr 2020-ci il təvəllüdlü X16 doğulmuşdur. 03 dekabr 2020-ci il təvəllüdlü X16 doğulmamışdan əvvəl Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1484/2019 saylı, 14.02.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı xeyrinə Cavabdeh Tacədddin oğlundan hər aylıq qazancının 1/3 hissəsi miqdarında uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün aliment tutulması qət edilmişdir. İşin digər mübahisəsiz halları da ondan ibarətdir ki, cavabdehin əvvəlki ailə münasibətlərindən bir övladı - 18 iyun 2013-cü il təvəllüdlü X25 vardır. Qusar Rayon Məhkəməsinin 2(009)- 2(029)-149/2016 saylı, 19.01.2016-cı il tarixli qətnaməsi ilə 18 dekabr 2015-ci il tarixdən başlayaraq Cavabdeh qazancından və (və ya) başqa gəlirindən 1/4 hissəsi miqdarında aliment tutularaq 18 iyun 2013-cü il təvəllüdlü X17 yetkinlik yaşma çatanadək saxlanılması üçün X8 verilməsi qət edilmişdir. Məhkəmə hər iki iddia ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hər iki iddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Hazırkı halda qeyd olunan əsaslar mövcuddur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 60.3-cü, 75.1-ci, 75.2-ci və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-nin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, valideynlər arasında aliment ödənilməsi barədə razılıq olmadığından və valideynlər uşaqlarını saxlamağa borclu olduğundan, Cavabdeh Tacədddin oğlundan İddiaçı xeyrinə yetkinlik yaşına çatmayan uşaqların saxlanmaları üçün hər ay hər uşaq üçün qazancının və (və ya) başqa gəlirlərinin 1/8 hissəsi miqdarında aliment tutulmalıdır. Belə ki, ilkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçıdan olan 3 uşaqdan əlavə aliment ödədiyi 1 uşağı da vardır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə tam təmin edilməli, 18 iyun 2013-cü il təvəllüdlü X17 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Tacədddin oğlundan hər ay qazancının (başqa gəlirlərinin) 1/8 (səkkizdə bir) hissəsi miqdarında aliment tutularaq Qaçabəyova (Mirzoyeva) Esmira Əmentulla qızına, 24 fevral 2017-ci il təvəllüdlü X18, 16 avqust 20018-cı il təvəllüdlü X13 və 03 dekabr 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh Tacədddin oğlundan hər ay qazancının (başqa gəlirlərinin) 1/8 (səkkizdə bir), cəmi 3/8 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli, X12 aid hissədə alimentin tutulması 31.05.2021-ci il tarixdən başmalı, qətnamə bu hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Qarşılıqlı iddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2048/2020 saylı, 18.03.2020-ci il tarixli qətnaməsi ilə 18 iyun 2013-cü il təvəllüdlü X3 üçün Cavabdeh Tacədddin oğlundan Qaçabəyova (Mirzoyeva) Esmira Əmentulla qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. 18 iyun 2013-cü il təvəllüdlü X17 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Tacədddin oğlundan hər ay qazancının (başqa gəlirlərinin) 1/8 (səkkizdə bir) hissəsi miqdarında aliment tutularaq Qaçabəyova (Mirzoyeva) Esmira Əmentulla qızına ödənilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1484/2019 saylı, 14.02.2019-cu il tarixli qətnaməsi ilə 24 fevral 2017-ci il təvəllüdlü X18, 16 avqust 20018-cı il təvəllüdlü X2 üçün Cavabdeh Tacədddin oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. 24 fevral 2017-ci il təvəllüdlü X18, 16 avqust 20018-cı il təvəllüdlü X23 və eyni zamanda 03 dekabr 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh Tacədddin oğlundan hər ay qazancının (başqa gəlirlərinin) 1/8 (səkkizdə bir), cəmi 3/8 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. 03.12.2020-ci il təvəllüdlü X12 aid hissədə alimentin tutulması 31.05.2021-ci il tarixdən başlansın. Qətnamə bu hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4340/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4340/2021
06.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver