Məhkəmə qərarları › İş №2(006)-438/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-438/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-438/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə İddiaçı ASC-nin Nəsimi Rayon Məhkəməsinin 2(006)-438/2022 saylı, 27.01.2022-ci il tarixli qətnaməsində olan yanlışlığın aradan qaldırılması barədə ərizəsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-438/2022 saylı, 27.01.2022-ci il tarixli qətnaməsi ilə əsas borc üzrə 5.115,21 manat, faiz borcu üzrə 7,42 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 5.152,63 (beş min yüz əlli iki manat, altmış üç qəpik) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-438/2022 saylı, 27.01.2022-ci il tarixli qətnaməsində buraxılmış yanlışlığın düzəldilməsi yəni əsas borc üzrə 5.115,21 manat, faiz borcu üzrə 7,42 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 5.152,63 (beş min yüz əlli iki manat, altmış üç qəpik) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulması tələbinə dair 2(006)-438/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-438/2022 saylı, 27.01.2022-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Sözügedən qətnamə üzrə iddia tələbi təmin edilərək, əsas borc üzrə 5.115,21 manat, faiz borcu üzrə 7,42 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 5.152,63 (beş min yüz əlli iki manat, altmış üç qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən açıq texniki səhvə yol verilərək X2 əvəzinə Cavabdeh3 göstərilmişdir. Tərəflərə məhkəmə tərəfindən iclasının vaxtı və yeri barədə məktub göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, onlar məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən hazırki ərizə baxılmamış saxlanılmaqla geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259.0.6, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-438/2022 saylı, 27.01.2022-ci il tarixli qətnaməsində olan yanlışlığın aradan qaldırılması barədə ərizə baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musyaeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar