Məhkəmə qərarları › İş №2(006)-4405/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4405/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4405/2020 26.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “X7 Azərbaycan” QSC-yə qarşı (Qaradağ rayon İcra və Probasiya şöbəsi və Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə) “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X7 Azərbaycan” QSC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən 7.177,69 (yeddi min yüz yetmiş yeddi manat altmış doqquz qəpik) manat ümumi borcunun 60 ay müddətinə restrukturizasiya edilməsinin cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə aralarında imzalanmış xx.xx.2015-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən, 30 ay müddətinə, illik faiz dərəcəsi 24% olmaqla ona 8000 manat kredit verilmişdir. Bir müddət kredit borcunu qaytarsa da, 2015-ci ilin sonlarında ölkədə baş verən devalivasiya ilə əlaqədar borcunu qaytara bilməmişdir və cavabdeh “X7 Azərbaycan” QSC Qaradağ rayon məhkəməsinə müraciət edərək aralarında imzalanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyi icra edə bilmədiyi üçün 6.304,63 manat əsas, 842 manat faiz, 5 manat cərimə borcunun ümumilikdə 7.177,69 manat borcun ondan tutularaq cavabdehə ödənilməsini xahiş etmişdir. Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək 6.304,63 manat əsas, 842 manat faiz, 5 manat cərimə borcunun ümumilikdə 7.177,69 manat borcun ondan tutularaq cavabdeh “X7 Azərbaycan” QSC-nə ödənilməsi qət edilmişdir. Qeyd edir ki, məhkəmə qətnaməsi ilə borc şişirdildiyindən tərəfindən qeyd olunan qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətm təmin edilməmiş və Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti tərəfindən xx.xx.2019-cu il tarixdə fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalanmışdır, həmin fərmana əsasən fiziki şəxslərə müvafiq kompensasiyalar yalnız devalivasiyanın baş verdiyi günə (xx.xx.2015-ci il və ya xx.xx.2015-ci il tarixlərə) banklar və digər kredit təşkilatlarında əsas kredit borcları üzrə qalıq məbləğləri cəmi 10.000 ABŞ dollarınadək (və ya ekivalentdə digər xarici valyutada ifadə olunan məbləğdə) olduğu təqdirdə verilir. Eyni zamanda fərmanda fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya ekivalentdə digər xarici valyutada) milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərman dərc olunduqdan qısa müddət sonra Maliyyə X1, indiki AR-nın Mərkəzi Bankının internet səhifəsində onun borcunun fərmandan irəli gələn tələblərə əsasən restrukturizasiyanın təmin edilməsi göstərilmiş və 2019-cu ilin oktyabr ayında cavabdeh “X7 Azərbaycan” QSC onun mobil telefon nömrəsinə sms göndərərək borcunun restrukturizasiya olunması üçün onu xx.xx.2019-cu il tarixdə banka dəvət etmiş və o da elə həmin tarixdə banka gedərək Səidə adlı bankın işçisi ilə görüşmüşdür və Səidə adlı işçi ona “X5 formasını” ona yazdıraraq kredit borcunun 60 ay müddətinə restrukturizasiya olunacağını ona demişdir və o da bankın təklifini qəbul etmiş, sonra ona getməyini və bank tərəfindən onun yaşadığı yuxarıda qeyd etdiyi ünvana məktub və ya mobil telefonuna yenidən sms gələrək banka çağırılacağını və yeni müqavilə imzalayacağını ona demişlər və o, yenə də bankla razılaşmışdır. Amma buna baxmayaraq Qaradağ rayon İcra və Probasiya Şöbəsindən onun mobil telefonuna sms gələrək borcunu icra etməyini məndən tələb etmişlər və o, icraya yaxınlaşdıqda məlum olmuşdur ki, artıq bank fərmandan irəli gələn tələbləri pozaraq borcunun tutulmasını tələbkar olaraq ondan tələb edir. O, bu barədə cavabdeh “X7 Azərbaycan” QSC-nin mərkəzi ofisinə yaxınlaşaraq məsələyə aydınlıq gətirilməsini onlardan tələb etmişdir, lakin bank işçiləri “sizin ərizənizi Səidə xanım yazıb, o hal-hazırda bankda yoxdur” və s. sözlərlə onun müraciətini qəbul etməmişlər və o məcbur olub banka ərizə yazaraq borcunun fərmandan irəli gələn tələblərə əsasən restrukturizasiya edilməsini onlardan tələb etmiş, amma buna baxmayaraq etdiyi müraciətdən 30 gün müddət keçməsə də heç bir tədbir görülməmiş və məcbur olub pozulmuş hüquqlarının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının Prezidentinin fərmanının icrası normativ xarakterli akt olaraq icrası bütün fiziki və hüquqi şəxslər eyni zamanda dövlət və özünü idarə edən orqanlar üçün məcbur olduğu halda cavabdeh “X7 Azərbaycan” QSC bu fərmandan irəli gələn öhdəlikləri icra etmək istəmir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən fiziki şəxslərə müvafiq kompensasiyalar yalnız devalivasiyanın baş verdiyi günə (xx.xx.2015-ci il və ya xx.xx.2015-ci il tarixlərə) banklar və digər kredit təşkilatlarında əsas kredit borcları üzrə qalıq məbləğləri cəmi 10.000 ABŞ dollarınadək (və ya ekivalentdə digər xarici valyutada ifadə olunan məbləğdə) olduğu təqdirdə verilir. Eyni zamnda fərmanda fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya ekivalentdə digər xarici valyutada) milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının resturuktirizasiya olunması nəzərdə tutulmuşdur. Hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilərək fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı tətbiq edilməli, qalıq kredit borcunun fərmandan irəli gələn tələblərə əsasən restrukturizasiya edilməlməsi vəzifəsi cavabdehlərə həvalə edilməlidr. Göstərilənlərə əsasən cavabdeh “X7 Azərbaycan” QSC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən 7.177,69 (yeddi min yüz yetmiş yeddi manat altmış doqquz qəpik) manat ümumi borcunun 60 ay müddətinə restrukturizasiya edilməsinin cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək, borcun restrukturizasiya edilməməsini iddiaçının Banka vaxtında müraciət etmədiyi ilə əlaqələndirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-26/2018 saylı qətnaməsinə əsasən iddiaçı «X7 Azərbaycan» QSC-nin cavabdeh İddiaçı qarşı «borcun tutulması» tələbinə dair iddiasının qismən təmin edilməsi, 6.304 manat 63 qəpik kredit üzrə əsas borc, 842 manat 56 qəpik məbləğində faiz, 5 manat cərimə, borcluya bildirişlərin göndərilməsi üzrə 5 manat 50 qəpik məbləğində poçt xərcləri, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7.177 manat 69 qəpiyin cavabdeh İddiaçı «X7 Azərbaycan» QSC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı tərəfindən “X7 Azərbaycan” QSC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, 7.177,69 manat məbləğində qalıq kredit borcunun 60 ay müddətinə restrukturizasiya edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli “X7 Azərbaycan” QSC-nin X5 Formundan görünür ki, o, fərdi ehtiyacı üçün 60 ay müddətinə ona kredit verilməsini xahiş etmişdir. “xxxx” MMC-dən xx.xx.2020-ci il tarixli, ST-12007 saylı Çıxarışdakı “Borcalanın aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı “X7 Azərbaycan” QSC-yə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən **********30 nömrəli kredit hesabına dair kreditin qalıq məbləği üzrə 6065,12 manat, faiz məbləği üzrə 865,04 manat məbləğində 360 gündən artıq gecikdirilmiş borcu vardır. AtaTexnologiyanın “X7 Azərbaycan” QSC-nin AT 0xx/xx.2020 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “X7 Azərbaycan” QSC tərəfindən xx.xx.2019-xx.xx.2019cu il tarixləri arasında İddiaçı istifadəsində olan **********21 nömrəsinə sms göndərilərək fərmana əsasən onun bankdakı borcunun restrukturizasiya olunmasına dair yeni güzəştli kredit müqaviləsinin bağlanması, bunun üçün Bankın Səbail filialına yaxınlaşması təklif edilmiş və güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun xx.xx.2019-cu il tarixdə başa çatacağı barədə məlumatlar verilmişdir. Araşdırılmış iş materiallarından göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-26/2018 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı cəmi 7.177 manat 69 qəpik məbləğində pulun «X7 Azərbaycan» QSC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçının cavabdehə olan borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi işin mübahisələndirilməyən halıdır. Belə ki, “X7 Azərbaycan” QSC tərəfindən xx.xx.2019-xx.xx.2019-cu il tarixləri ərzində İddiaçı istifadəsində olan **********21 nömrəsinə sms göndərilməklə fərmana əsasən onun bankdakı borcunun restrukturizasiya olunmasına dair yeni güzəştli kredit müqaviləsinin bağlanması təklif edilmiş və güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun xx.xx.2019-cu il tarixdə başa çatacağı barədə məlumatlar verilmişdir. Hazırda cavabdeh güzəştli kredit müqaviləsinin bağlanmadığını İddiaçı vaxtında Banka müraciət etməməsi ilə əlaqələndirir, halbuki iddiaçının xx.xx.2019-cu il tarixdə “X7 Azərbaycan” QSC-yə müraciət edərək vaxtı keçmiş əsas borcunun restrukturizasiya olunması, güzəştli şərtlər ilə kredit müqaviləsinin bağlanmasını xahiş etdiyi işdə olan eyni tarixli “X7 Azərbaycan” QSC-nin X5 Formu ilə öz təsdiqini tapmaqdadır. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Maliyyə X1 ********** saylı, xx xxxx 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.7-ci bəndinə əsasən restrukturizasiya – kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən müvafiq məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması) və Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi təmin olunur (7.10-cu bənd). Beləliklə cavabdeh “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə üzərinə düşən və restrukturizasiya prosesinin bir hissəsi olan restrukturizasiya olunacaq kredit barədə fiziki şəxsin məlumatlandırılmasına dair vəzifəsini icra etsə də, güzəştli şərtlər ilə kredit müqaviləsinin bağlanmasına iddiaçının razı olduğu və bununla əlaqədar müraciət etdiyi təqdirdə müqavilənin bağlanması istiqamətində edilməli olan tədbir görməmişdir. “X7 Azərbaycan” QS-nin bu hərəkətləri məhkəmə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməməsi kimi qiymətləndirərək hesab edir ki, cavabdehin bu hərəkətləri iddiaçının müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmaqla hüquqlarını pozmuşdur. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına aiddir. Həmin Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “X7 Azərbaycan” QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi vəzifəsi cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilməlidir. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul cavabdeh “X7 Azərbaycan” QSC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “X7 Azərbaycan” QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi vəzifəsi cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul cavabdeh “X7 Azərbaycan” QSC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar