Məhkəmə qərarları › İş №2(006)-4416/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4416/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4416/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı Lebedov Anatoliy Semyonoviçin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Lebedov Anatoliy Semyonoviçin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Lebedov Anatoliy Semyonoviç Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 19 oktyabr 2018-ci il tarixdə bağlanmış və Bakı Şəhəri 1 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən təsdiq olunmuş "Borc müqaviləsi"nə əsasən 9.500,00 manat və 25 oktyabr 2018-ci il tarixdə bağlanmış və Bakı Şəhəri 1 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən təsdiq olunmuş "Borc müqaviləsi"nə əsasən isə 5.000,00 manat məbləğində olan pul vəsaiti iddiaçı tərəfindən cavabdehə borc verilmişdir. 19 oktyabr 2018-ci il tarixli "Borc müqaviləsi"nə əsasən cavabdeh iddiaçıya 9.500,00 manat məbləğində olan borcunu son olaraq 19 fevral 2019-cu il tarixdə, 25 oktyabr 2018-ci il tarixli "Borc müqaviləsi"nə əsasən isə 5.000,00 manat məbləğində olan borcunu son olaraq 25 fevral 2019-cu il tarixdə ödəməli idi. Lakin cavabdeh müqavilələr ilə nəzərdə tutulmuş öhdəliyini vaxtında yerinə yetirməmiş, "Borc müqavilə"ləri üzrə borc alanın öhdəliyinin icra müddətindən 3 (üç) ilə yaxın müddətin keçməsinə baxmayaraq borc alan həmin borc pulun qaytarılmasını hazırkı müddətə qədər müxtəlif bəhanələr gətirməklə boyun qaçırır. Bu səbəbdən iddiaçı əsas borc məbləğinin, iddia verilən müddətə kimi hesablanmış faiz məbləğinin və məhkəmə xərclərinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Ravon Məhkəməsinin 2(006)-6623/2019 savlı, 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə vermiş olduğu iddia tələbi təmin edilmiş, Cavabdeh 19 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 9.500,00 manat əsas borc, 356,24 manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu olmaqla, cəmi 9.856,24 manat pulun, 25 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 5.000,00 manat əsas, 187,50 manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu olmaqla, cəmi 5.187,50 manat pulun, habelə 30,40 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15.074,14 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apelvasiya Məhkəməsi Mülki Kollegivasının 2(103)- 4344/2020 saylı 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6623/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qəmamədən narazı qalan Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-149/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4344/2020 saylı, 03 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə qarşı borc tələbinə dair iddia tələbi məhkəmədə qaldırarkən iddia ərizəsində faizlər birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilən tarixə kimi hesablanmış və məhkəmə tərəfindən tutulmuşdur. Lakin cavabdeh həmin müddət ərzində borcunu bağlamamış, əksinə əsassız olaraq məhkəmə mübahisəni uzatmaq üçün şikayətlər vermişdir. Bundan başqa hazırkı müddətə kimi cavabdeh borc müqaviləsi üzrə öhdəliyini qisməndə belə olsa icra etməmişdir. Bu səbəbdən hesab edir ki, sonrakı müddət ərzində əsas borc məbləğlərini iddiaçıya qaytarılmasını gecikdirdiyi üçün yaranmış gecikdirmə faizi və əvvəlki məhkəmə proseslərınin aparılması üçün vəkilə ödəmiş olduğu vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 19 oktyabr 2018-ci il tarixli "Borc müqaviləsi"nə əsasən cavabdeh iddiaçıya 9.500,00 manat məbləğində olan borcunu son olaraq 19 fevral 2019cu il tarixdə, 25 oktyabr 2018-ci il tarixli "Borc müqaviləsi"nə əsasən isə 5.000,00 manat məbləğində olan borcunu son olaraq 25 fevral 2019-cu il tarixdə ödəməli idi. 19 oktyabr 2018-ci il tarixli "Borc müqaviləsi"nə əsasən 19 fevral 2019-cu il tarixdən başlayaraq 19 iyun 2021-ci il tarixə kimi cavabdehin gecikdirilmiş faiz borcu 1.108,32 manat, əvvəlki məhkəmə qətnaməsi ilə 356,24 manat tutulmuş hazırda 752,08 manat, 25 oktyabr 2018-ci il tarixli "Borc müqaviləsi"nə əsasən 25 fevral 2019-cu il tarixdən başalayaraq 19 iyun 2021-ci il tarixə kimi cavabdehin gecikdirilmiş faiz borcu 566,68 manat, əvvəlki məhkəmə qətnaməsi ilə 187,50 manat tutulmuş, hazırda 379,18 manat təşkil edir. Bundan başqa cavabdeh əvvəlki məhkəmə işi üzrə əsassız uzatmaları nəticəsində məcbur qalıb hər instansiyada məhkəməsində hüquqlarının müdafiəsi və təmsil edilməsi məqsədi ilə vəkil X5 ilə müqavilə bağlamış, vəkil X2 iddiaçıya göstərdiyi hüquqi yardıma görə birinci instansiya məhkəməsi üçün 110,00 manat, apelyasiya intansiyası məhkəməsi iiçün 110,00 manat və kassasiya instansiya məhkəməsi üçün 110,00 manat ödəmişdir. Əlavə olaraq, hazırkı iddia tələbinin qaldırılması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq 30,40 manat dövlət rüsumu ödəmişdir. Bu səbəbdən hesab edir ki, pozulmuş əmlak hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, 19 oktyabr 2018-cü il tarixli "Borc müqavıləsi" üzrə əsas məbləğin ödənilməsinin gecikdirilməsi üçün 752,08 manat, 25 oktyabr 2018-cü il tarixli "Borc müqaviləsi" üzrə əsas məbləğin ödənilməsinin gecikdirilməsi üçün 379,18 manat, ümumilikdə 1.131,26 manat məbləğində faizi, əvvəlki məhkəmə mübahisəsi üzrə vəkilin göstərdiyi hüquqi yardıma görə ödəmiş olduğu 330,00 manat xərci və dövlət büdcəsinə ödəmiş olduğu 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, iddiaçı onun həyat yoldaşıdır və cavabdeh əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pulu hələdə ona verməmişdir. Odur ki, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4344/2020 saylı 03 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Nəsimi Ravon Məhkəməsinin 2(006)-6623/2019 savlı, 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 19 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 9.500,00 manat əsas borc, 356,24 manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu olmaqla, cəmi 9.856,24 manat pulun, 25 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 5.000,00 manat əsas, 187,50 manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu olmaqla, cəmi 5.187,50 manat pulun, habelə 30,40 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15.074,14 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda göstərilən qətnaməsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6623/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-149/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4344/2020 saylı, 03 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Bakı şəhəri 28 saylı Vəkil Bürosunun 21 aprel 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı tərəfindən 03.06.2021-ci il tarixli 000097 saylı və 11.02.2021-ci il tarixli 000296 saylı "Hüquqi yardımın göstərilməsi haqqında" müqavilələr bağlanmış və həmin müqavilələr üzrə müvafiq olaraq hər birinə 110 manat olmaqla, ümumilikdə 220 manat ödəniş həyata keçirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı Şəhəri Nəsimi Ravon Məhkəməsinin 2(006)-6623/2019 savlı, 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 19 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 9.500,00 manat əsas borc, 356,24 manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu olmaqla, cəmi 9.856,24 manat pulun, 25 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 5.000,00 manat əsas, 187,50 manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu olmaqla, cəmi 5.187,50 manat pulun, habelə 30,40 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15.074,14 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh tərəfindən borclar hazırdək iddiaçıya ödənilməmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.4-ci maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borc müqavilələrinin icra edilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər cavabdehin iddiaçıya məxsus olan pul vəsaitinin ödənilməsini gecikdirməsindən yaranan maddi itkilərdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Cavabdeh isə borc müqaviləsinin icrası ilə bağlı pozuntunun, yəni borc müqaviləsi ilə ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda cavabdehin öhdəliyini könüllü yerinə yetirməməsi və onun icrasından qərəzli olaraq boyun qaçırması birmənalı olaraq sübut edir ki, borc müqaviləsi üzrə pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan iddia həmin hissələrdə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vəkilin göstərdiyi hüquqi yardıma görə xərcə münasibətdə qeyd edir ki, iddiaçı hüquqi yardıma görə 330 manat ödədiyini bildirsə də, iş materiallarında olan Bakı şəhəri 28 saylı Vəkil Bürosunun 21 aprel 2021-ci il tarixli məktubundan hüquqi yardıma görə 220 manat ödəniş həyata keçirdiyi müəyyən olunur. Buna görə də məhkəmə hesab edir ki, hüquqi yardıma görə cavabdehdən 220 manat tutulmaqla iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 19 oktyabr 2018-cü il tarixli "Borc müqavıləsi" üzrə əsas məbləğin ödənilməsinin gecikdirilməsi üçün 752,08 manat, 25 oktyabr 2018-cü il tarixli "Borc müqaviləsi" üzrə əsas məbləğin ödənilməsinin gecikdirilməsi üçün 379,18 manat, ümumilikdə 1.131,26 ( bir min yüz otuz bir manat iyirmi altı qəpik) manat məbləğində faiz, vəkilin göstərdiyi hüquqi yardıma görə 220 ( iki yüz iyirmi) manat xərc və ödənilmiş 30,40 ( otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar