Məhkəmə qərarları › İş №2(006)-4434/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4434/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4434/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı Cavabdeh qarşı «müqavilədən irəli gələn öhdəliyin icra edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «müqavilədən irəli gələn öhdəliyin icra edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçı ona məxsus olan 2007-ci il buraxılışlı, YTDKB20U777680353 ban nömrəli, boz qızılı metalik rəngli, hatchback tipli, Prius (Hibrid) markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq ona qaytarılmasını, 2800 manat (2200 manat müqavilə üzrə ödənilməli olan məbləğ və 600 manat cərimə) pulun cavabdehdən onun xeyrinə tutularaq ödənilməsini xahiş etmişdir. Göründüyü kimi, irəli sürülmüş tələb avtomobilin qaytarılmasından, eləcə də pul vəsaitinin ödənilməsindən ibarətdir. Bununla da qeyd edilməlidir ki, iddia tələbi qiymətləndirilən iddia tələbi növünə aid edildiyindən, iddia ərizəsinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməlidir. Ödənilməli olan dövlət rüsumlarının məbləğləri isə «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunda müəyyən edilmişdir. Həmin Qanunun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.5-ci maddəsinin tələblərinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «müqavilədən irəli gələn öhdəliyin icra edilməsi» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar