Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4475/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" QSC-yə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Mərkəzi Bankı cəlb edilməklə "öhdəliyin icra edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" QSC-yə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Mərkəzi Bankı cəlb edilməklə "öhdəliyin icra edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40008774 saylı müqavilə üzrə borcalanın adında olan 579.99 manat qalıq borc qalığını İddiaçı adından silinməsi və 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi barədə 300 manat pulun İddiaçı ödənilməsi barədə qətanamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 40008774 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə sifariş etdiyi məhsulu (Shusa Divan 3 Yerli WP ) müəyyən olunmuş müddətdə təhvil ala bilmədiyindən məhsuldan imtina etmişdir. Nəticədə xx.xx.2022 tarixli ******* saylı “Nisyə alqı satqı müqaviləsi ” ləğv edilmişdir. Hazırda xx.xx.2022 tarixli 40008774 saylı “Nisyə alqı-satqı müqaviləsi üzrə ” Cavabdeh1 MMC sistemində borc 0 AZN təşkil edir. Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(105)-l 892/2023 saylı qətnaməsində də bu fakt təsdiqini tapmışdır. Lakin buna baxmayaraq Cavabdeh1 MMC və Cavabdeh2 QSC Azərbaycan Respublikası adından çıxarılan qətnaməni icra etmək istəmirlər. Belə ki, Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(105)-1892/2023 saylı qətnaməsində adına qeyd olunan 579,99 manat borcun silinməsi ilə bağlı hər hansı bir qeydin olmamasmı əsas göstərərək öhdəliklərini icra etməkdən boyun qaçırdırlar. Digər tərəfdən Sumqayıt səhər Apellyasiya Məhkəməsinin 20 oktyabr 2023- cü il tarixli 20 051- 1892/2023 saylı qətnaməsində açıq qeyd olunur ki, Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arasındada qeyd olunur ki. 40008774 saylı müqavilə üzrə borcalanın adında olan 579.99 manat qalıq borc qalığı Cavabdeh1 MMC-nin öhdəliyindədir. Daha sonra İddiaçı “iddianın dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 40008774 saylı müqavilə üzrə borcalanın adında olan 579.99 manat qalıq borc qalığı İddiaçın adından Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən silinməsi və 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi barədə 300 AZN pulun Cavabdeh1 MMC və Cavabdeh2 QSC-dən İddiaçı qızma ödənilməsi barədə qətanamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, iddiaçının Mərkəzləşdirilmiş Kredit Bürosunda bununla bağlı hər hansı borcu yoxdur, onların Rübabə xanıma heç bir tələbləri yoxdur və gələcəkdədə olmayacaq. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını nəzərə alaraq, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1892/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-2645/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdeh2 QSC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiasının təmin edilməsi qət edilmişdir. Həmin Qətnamədən görünür ki, 40008774 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 MMC 579.99 manat dəyərində olan malı satmağı, alıcı İddiaçı isə müqaviləyə əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 saylı əlavəyə əsasən İddiaçı aldığı malların dəyərini 24 ay müddətinə ayda 24 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarına İddiaçı məxsus Azərbaycan Kredit Bürosunun çıxarışı əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan kredit bürosu”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Məhkəmə ilk olaraq onu qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1892/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 MMC-dən xx.xx.2022-ci il tarixdə mal alması, lakin malı təhvil almadığından ondan imtina etməsi və tərəflər arasındakı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmçinin alğı-satqı predmetinin təhvil alınmamasına görə ləğv olunmuş müqavilə üzrə cavabdehdən həmin malların dəyərinin ödənilməsini tələb etməsinin əsassız olması öz təsdiqini tapmışdır. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Kredit Bürosunun çıxarışından da görünür ki, İddiaçı 40008774 saylı müqavilə üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində hər hansı borcu yoxdur. Beləliklə də məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar əsasında İddiaçı qeyd etdiyi kimi onun 40008774 saylı müqavilə üzrə hər hansı borcu müəyyən edilmədiyindən iddiaçının hazırki iddia tələbi 40008774 saylı müqavilə üzrə borcalanın adında olan 579.99 manat qalıq borc qalığı İddiaçı adından Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən silinməsi hissəsində əsassız hesab edilməklə rədd edilməlidir. Daha sonra məhkəmə iddia tələbinin iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rüsumunun və 300 manat hüquqi xidmətin göstərilməsinin əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırda iddia tələbi əsas hissələrdə rədd edildiyindən İddiaçı tərəfindən ödənilən məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" QSC-yə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Mərkəzi Bankı cəlb edilməklə "öhdəliyin icra edilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4475/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4475/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver