Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4480/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 sentyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 175 manat alimentin, əlavə olaraq aylıq 50 manat məbləğində xəstəlik xərcinin və məhkəməyə müraciət üçün çəkdiyi 150 manat məbləğində xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2(018)-1305/2017 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia tələbi təmin olunmuşdur. Belə ki, sözügedən qətnamə ilə birgə nikahlarından olan 30 sentyabr 2016-cı il təvəllüdlü Uğur Ağalarovun saxlanılması üçün cavabdehdən 85 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bildirir ki, nikahları pozulduqdan sonra uşağın həm mənəvi, həm də fiziki ehtiyaclarının hamısını təkbaşına qarşılamaq məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirir ki, artıq oğlu Uğurun 5 yaşı tamam olacaqdır. Onun saxlanması üçün lazım olan xərclər əvvəlki kimi geyim, yemək və s. bu kimi xərclər deyil, onun təhsil alması, bağçaya getməsi ilə bağlı əlavə zəruri xərcləri yaranmışdır. Cavabdeh həmçinin məhkəmə qətnaməsini də, icra etmir. Onun aliment üzrə kifayət qədər borcu yaranmışdır. Həmçinin uşağın sağlamlığı ilə bağlı da tez-tez həkim müayinəsində olur ki, həm təhsil, həm gündəlik ehtiyac, həm də xəstəlik xərclərinin 85 manat aliınentlə qarşılanması mümkün deyil. Özü də heç bir verdə işləmir. Uşağı ilə birlikdə tənha təqaüdçü anasının himayəsində yaşayır. Həmçinin bildirir ki, uşağı böyrək genişlənməsi xəstəliyindən əziyyət çəkir. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, üzrlü səbəbdən təyin edilmiş baxış iclasında iştirak edə bilməyəcəyi bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Astara Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2(018)-1305/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların kimin himayəsində saxlanılması və aliment tələbinə” dair iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 19.06.2016cı il tarixində 5 saylı Bakı şəhər Asan xidmət mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 3274 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 30 sentyabr 2016-cı il təvəllüdlü X1 anası İddiaçı himayəsində qalması, 30 sentyabr 2016cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 16.06.2017-ci il tarixindən başlayaraq hər ay Cavabdeh 85 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd edilən Plenum Qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 175 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. İş materiallarında olan “İcraçı” “xxxx” MMC ilə “Sifarişçi” İddiaçı arasında bağlanmış “hüquqi xidmətlərin göstərilməsi haqqında” 08 may 2021-ci il tarixli, 42/21 saylı müqavilənin 1-ci bəndindən görünür ki, “Sifarişçi” hüquqi xidmətin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqını ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin sifarişi əsasında hüquqi xidmətin göstərilməsini öhdəsinə götürür. Sifariş “aliment məbləğinin artırılması ilə bağlı iddia ərizələrinin hazırlanması və birinci instansiya məhkəməsində baxılıb yekunlaşanadək hüquqi müşayiətin edilməsi, məhkəmə qətnaməsinin icrası ilə bağlı şikayətin hazırlanmasından” ibarətdir. İş materiallarında olan 08 may 2021-ci il tarixli, 053914 saylı “kassa mədaxil orderinin qəbzi”ndən görünür ki, İddiaçı tərəfindən 42/21 saylı müqavilə üzrə xidmət haqqı qismində “xxxx” MMC-nin balansına 150 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 30 sentyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Astara Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2(018)-1305/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalı, hüquqi xidmətin göstərilməsi ilə əlaqədar ödənilmiş 150 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən ”alimentin artırılması” tələbi ilə yanaşı cavabdehdən uşağa çəkilən aylıq 50 manat xəstəlik xərcinin tutulması xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinə “ultrasəs müayinə protokolu” və “USM” ilə bağlı fotoşəkillərin surətləri əlavə edilsə də, həmin sənədlərdən tərəflərin birgə nikahlarından doğulmuş 30 sentyabr 2016-cı il təvəllüdlü X1 hər hansı xəstəlikdən əziyyət çəkdiyini müəyyən etmək mümkün deyildir. Habelə iddiaçı tərəfindən həmin xərclərə dair iddia ərizəsinə hər hansı bir sənəd (qəbz və s.) əlavə edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 30 sentyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Astara Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2(018)-1305/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 175 manat sabit pul məbləğində aliment tutulsun. Hüquqi xidmətin göstərilməsi ilə əlaqədar ödənilmiş 150 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4480/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4480/2021
01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver