Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4503/2021 11.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlu, iddiaçı Qəhrəmanova (İbrahimova) Rahilə Rəhim qızının cavabdehlər “xxxx” KB ASC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı «kompensasiyanın müəyyən edilərək verilməsi və ya dəbbə və faizlərin silinməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qəhrəmanova (İbrahimova) Rahilə Rəhim qızı cavabdehlər “xxxx” KB ASCyə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı «kompensasiyanın müəyyən edilərək verilməsi və ya dəbbə və faizlərin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, hazırki iddia tələbi ilə bağlı eyni tərəflər arasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 10.02.2021-ci il tarixli, 2(006)-196/2021 saylı qərardadı mövcuddur. Mülki işin materiallarında olan qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2(006)-196/2021 saylı qərardadından görünür ki, iddiaçı Qəhrəmanova (İbrahimova) Rahilə Rəhim qızının cavabdehlər “xxxx” KB ASC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı «kompensasiyanın müəyyən edilərək verilməsi və ya dəbbə və faizlərin silinməsi» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilmişdir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 53.2.2-ci maddəsinə əsasən iddianın qəbul edilməsindən imtinanın əsaslarından biri kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa göstərilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qeyd olunan maddədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi göstərilsədə qərardad müəyyən edilməmiş, lakin bu kimi hallarda məhkəmənin özü tərəfindən qanunun analogiyası tətbiq olunaraq MPM 53.2.2-ci maddə bu halada şamil olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Qəhrəmanova (İbrahimova) Rahilə Rəhim qızının cavabdehlər “xxxx” KB ASC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı «kompensasiyanın müəyyən edilərək verilməsi və ya dəbbə və faizlərin silinməsi» tələbinə dair iddiası ilə bağlı mülki işin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunan tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Qəhrəmanova (İbrahimova) Rahilə Rəhim qızının cavabdehlər “xxxx” KB ASC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı «kompensasiyanın müəyyən edilərək verilməsi və ya dəbbə və faizlərin silinməsi» tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya qeyd olunan tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4503/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4503/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver