Məhkəmə qərarları › İş №2(006)-453/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-453/2022

16.09.2022 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-453/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli, 520/E saylı kredit mqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik 16 faiz ilə 550000 AZN kredit verilmişdir. Həmin kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 2 ipotekaya qoyulmuşdur. Bağ evinin ipotekaya qoyulması barədə Bank ilə borcalan Cavabdeh1 və ipotekaya qoyan Cavabdeh2 arasında 13 noyabr 2018-ci il tarixli, 520/EG saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka yüklü edilməsi barədə DƏDRX-i tərəfindən 27 noyabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. Cavabdeh kredit müqaviləsinin 3.5 bəndinə əsasən öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, bildiriş döndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. xx.xx.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 737074,44 AZN təşkil edir. Bundan 550000 AZN əsas, 187074,44 AZN faiz borcu təşkil edir. Göstərilənlərə əsasən, Cavabdeh1 iddiaçı « ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə kredit müqaviləsi üzrə 550000 AZN əsas, 187074,44 AZN faiz borcu, həmçinin 30 AZN məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 AZN rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 2nə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin bağ evinin boşaldılaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mülki iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh1 xx.xx.2021-ci il tarixinə (maliyyə arayışında gösətilən tarixə) əsas borc 550000 manat və faiz borc 177816,69 AZN, xx.xx.2022-ci il tarixinə isə (rəyin tərtib edildiyi tarixə) banka olan əsas borc 550000 AZN və faiz borcu 229638,91 AZN məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, ötən müddət ərzində cavabdeh tərəfindən kredit üzrə heç bir ödəniş edilmədiyindən faiz borcunun məbləği artmışdır. Bu səbəbdən də ekspert rəyinə əsasən iddia tələbinin həcminin artırılmaqla, dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli, 520/E nömrəli kredit müqaviləsinə xitam verilməsi, cəmi 779638,91 AZN – bundan 550000 AZN əsas, 22968,91 AZN faiz və iş üzrə ödənilmiş 30 AZN dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 2nə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin bağ evinin boşaldılaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Daha sonra iddiaçının nümayəndəsi X6 məhkəməyə vəsasət ünvanlayaraq bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli, 520/E nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin tam icra edilməməsinə baxmayaraq həmin kreditin təminatı kimi banka ipoteka qoyulmuş ünvan 2nin ipotekasının dövlət qeydiyyatı ləğv edilərək özgəninkiləşdirilmişdir. Bu faktının araşdırılması və bu əməli törətmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialının rəhbər şəsxlərinin və digər işçilərinin, həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyətində məsul vəzifələrdə çalışmış Cavabdeh2 cinayət məsuliyyətinə cəlb edilməsi üçün mülki iş üzrə xüsusi qərardadın qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsində göstərilənləri təsdiq etmiş, iddianın təmin edilməsinə dair qətnamə və xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

7. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının nümayəndəsi X2 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli, 520/E saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 16% olmaqla 60 ay müddətinə 550000 AZN məbləğində kredit verilmişdir.

10. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 13 noyabr 2018-ci il tarixli, 520/EG saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 2 öhdəliklərin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti qarşılıqlı razılığa əsasən 850000 manat məbləğində qiymətləndirilmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 27 noyabr 2018-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli reyestr kitabının 13659 nömrəli vərəqində qeydiyyata alınmışdır.

12. İş materiallarında olan ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 banka 12 avqust 2021-ci il tarixinə əsas borcu 550000 AZN, faiz borcu 187074,44 AZN, ümumilikdə 737074,44 AZN borcu vardır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8825 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 23 noyabr 2018-ci il tarixli, 520/E saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2021-ci il tarixinə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan borcu 727816,69 AZN məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 550000 AZN, faiz borcu üzrə 177816,69 AZN, xx.xx.2022-ci il tarixə (rəyin tərtib edildiyi tarix) banka olan borcu 779638,91 AZN məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 550000 AZN, faiz borcu üzrə 229638,91 AZN. Ekspert tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********08 saylı, 29 avqust 2022-ci il tarixli sorğuya cavabından görünür ki, X4 mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 122 A ünvanında yerləşən 0,1081 hektor torpaq sahəsi və üzərindəki bağ evi ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında mülkiyyətində olan 0,06 hektor torpaq sahəsi və üzərindəki ümumi sahəsi 136.8 kv.m olan fərdi yaşayış evinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-189 reyestr nömrəli dəyişmə müqaviləsi əsasında Xəzər rayonu, Mərdəkan qəsəbəsi 122 A saylı bağ evi xx.xx.2018-ci il tarixində Cavabdeh2 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 13 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən 0.1081 hektar torpaq sahəsi və üzərindəki ümumi sahəsi 756.75 kv.m olan bağ evi xx.xx.2020-ci il tarixində X3 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 arasında 23 noyabr 2018-ci il tarixli, 520/E saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə 60 ay müddətinə illik 16 faiz ödəmək şərti ilə 550000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 13 noyabr 2018-ci il tarixli, 520/EG saylı ipoteka müqaviləsinə əsasən ünvan 2 Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışla rəsmiləşdirilmişdir. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit razılaşmaları üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka 23 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 14 mart 2022-ci il tarixinə olan 550000 AZN əsas borcu, 229638,91 AZN faiz borcu olmaqla, ümumilikdə 779638,91 AZN məbləğində borc yaranmışdır. İddiaçı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış cəmi 779638,91 AZN borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin müəyyən edilmişdir ki, kredit borcunun banka tam qaytarılmamasına baxmayaraq ipoteka müqaviləsinə xitam verilmiş, xx.xx.2020-ci il tarixli, 4Ə-1 reyestr nömrəli alğı-satqı müqaviləsi özgəninkiləşdirilmişdir. Bu faktının araşdırılması və bu əməli törətmiş şəsxlərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün mülki iş üzrə xüsusi qərardadın qəbul edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

19. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

22. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən, bank kredit müqaviləsinin ləğv edilməsi və yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

23. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə (rəyin tərtib edildiyi tarix) banka olan əsas borc üzrə 550000 AZN, faiz borcu üzrə 229638,91 AZN təşkil edir. İrəli sürülmüş tələb üzrə 23 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 550000 AZN, faiz borcu üzrə 229638,91 AZN məbləğində pul tələb olunur.

24. Məhkəmə iddia tələbinin əsas və faiz borcunun tutulması ilə bağlı hissəsi üzrə qeyd edir ki, Cavabdeh1 23 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcunun 550000 AZN, faiz borcu üzrə 229638,91 AZN olması öz təsdiqini tapdığından, həmin hissədə tələb əsaslı hesab edilməli və təmin edilməlidir.

25. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

26. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

27. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

30. Məhkəmə iddia tələbinin tutulacaq borcun kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassızdır və təmin edilməməlidir.

31. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, kredit borcunun banka tam qaytarılmamasına baxmayaraq tərəflər arasındakı razılığa əsasən ipoteka müqaviləsinə xitam verilmişdir. Bu halda xitam verilmiş ipotekaya tutmanın yönəldilməsindən də söhbət gedə bilməz.

32. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

33. Həmin Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

34. Eyni Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

35. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər.

36. “İpoteka haqqında” Qanunun 48.1.1-ci maddəsinə əsasən ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə ipotekaya xitam verilir.

37. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30 AZN tutulmalıdır.

39. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli, 520/E saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 23 noyabr 2018-ci il tarixli, 520/E saylı kredit müqaviləsi üzrə 550000 AZN (beş yüz əlli min manat) əsas borc, 229638,91 AZN (iki yüz iyirmi doqquz min altı yüz otuz səkkiz manat, doxsan bir qəpik) faiz borcu, ümumilikdə 779638,91 AZN (yeddi yüz yetmiş doqquz min altı yüz otuz səkkiz manat, doxsan bir qəpik) məbləğində borc, həmçinin 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

40. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi borcun tutulması hissəsində təmin olunduğu üçün, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 AZN (iki yüz manat) Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli, 520/E saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 23 noyabr 2018-ci il tarixli, 520/E saylı kredit müqaviləsi üzrə 550000 AZN (beş yüz əlli min manat) əsas borc, 229638,91 AZN (iki yüz iyirmi doqquz min altı yüz otuz səkkiz manat, doxsan bir qəpik) faiz borcu, ümumilikdə 779638,91 AZN (yeddi yüz yetmiş doqquz min altı yüz otuz səkkiz manat, doxsan bir qəpik) məbləğində borc, həmçinin 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 AZN (iki yüz manat) Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar