Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1421/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-40/2025 nömrəli iş üzrə 13 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2019-cu il tarixli, 559/E nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 300 ay müddətinə, illik 8% olmaqla, 179.000 manat məbləğində kredit verilmişdir.
2. İpoteka saxlayan qismində ”Amrahbank” ASC ilə ipoteka qoyan qismində Cavabdeh2 və borc alan qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 559/EG saylı sonrakı ipoteka müqaviləsinə əsasən, ipoteka saxlayanla Borcalan arasında bağlanmış xx.xx.2019-cu il tarixli 559/E saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmeti qarşılıqlı razılığa əsasən 175.000 manat dəyərində qiymətləndirilmişdir.
3. LPO İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə borcu 178.047,45 manat əsas, 13.588,43 manat faiz, cəmi 191.635,88 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər C avabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 559/E saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 300 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə 179.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kred itin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 625C saylı bağ evi ipotekaya qoyulmuşdur. Bağ evinin ipoteka qoyulması barədə Bank ilə borc alan Cavabdeh1 ipoteka qoyan Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 559/EG saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesabla nacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərlə bağlı öhdəlikləri yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********284 saylı xx.xx.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə öhdəliklərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 191.635,88 manat təşkil edir. Bundan 178.047,45 manat əsas, 13.588,43 manat faiz borcu təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2021-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 191.635,88 manat, bundan 178.047,4 5 manat əsas, 13.588,43 manat faiz və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 625C saylı bağ evinə yönəlməsi, yuxarıdakıları əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 tutulması, ipo teka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir.
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)5898/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6993 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş kredit tarixi, kredit müqaviləsi və s.) xx.xx.2019-cu il tarixli, 559/E saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu: - xx.xx.2021- ci il tarixə (sualda qeyd olunan tarix) olan əsas borc üzrə 179.000 manat, faiz borcu üzrə - 13.774,89 manat; - xx.xx.2021-ci il tarixə (ekspertin rəy verdiyi tarix) olan əsas borc üzrə - 179.000 manat, faiz borcu üzrə – 20.378,00 manat müəyyən edilmişdir.
8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-357/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 9. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi haqqında PRE/08/2022 nömrəli rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinin bazar dəyəri 203.160 manat, likvid dəyəri 182.844 manat təşkil etmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-357/2022 nömrəli qətna məsi ilə (hakim R.A.Xəlilov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 559/E saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış 178.047,45 manat əsas borcu, 13.588,43 manat faiz borcu, həmçinin 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsumu, cəmi 191.705,88 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan, ilkin satış qiyməti (likvid dəyər) 182.844 manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinə yönəldilməli, həmin bağ e vi açıq hərracdan satılması və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra boşaldılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh1 tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 Adil qızı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
12. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan əsas borcu 179.000 manat, faiz borcu 13.774,89 manat təşkil edir. İrəli sürülmüş tələb üzrə isə əsas borc kimi 178.047,45 manat, faiz borcu kimi 13.588,43 manat məbləğində pul tələb olunur.
13. Məhkəmə qeyd etmişdir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz.
14. Məhkəmə hesab etmişdir ki, iddia tələbi 178.047,45 manat əsas borcun və 13.588,43 manat faiz borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, məhkəmə iddiaçı nın nümayəndəsi iddia ərizəsində zamin kimi Cavabdeh2 qeyd etsə də, iddia ərizəsinə tərəflər arasında zaminlik müqaviləsinin bağlanmasına dair heç bir rəsmi sənədi təqdim etməmişdir.
15. Məhkəmə belə qənaətə gəlmişdir ki, zaminlik müqaviləsi mövcud olmadığından iddiaçının cavabdeh kimi X2 yaranmış borc üzrə pulun müştərək qaydada tutulması hissəsində iddia tələbi təmin oluna bilməz.
16. Məhkəmə hesab etmişdir ki, tələbin ödənilməsi üçün tutmanın Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsi ilə iddiaçının adına ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddiaçının iddia tələbi Cavabdeh1 müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir.
17. Məhkəmə bildirmişdir ki, hazırki işdə ipoteka müqavi ləsi 2019-cu ildə bağlanılmış və ötən müddət ərzində dövlətdə ictimai-iqtisadi vəziyyətin dəyişməsi nəticəsində daşınmaz əmlak bazarında qiymətlərinin kəskin olaraq dəyişməsi mübahisəsiz faktdır. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz.
18. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edilərkən ipoteka müqaviləsində göstərilən qiymət əsas kimi götürülə bilməz.
19. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinin ekspertiza vasitəsilə müəyyən edilmiş likvid qiyməti nəzərə alınması qanuni, əsaslı və ədalətlidir.
20. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən tutulması hissəsi üzrə qeyd etmiş dir ki, həmin hissədə tələb təmin edilməməlidir.
21. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehlərdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan, həmçinin Cavabdeh2 zamin olmadığından məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassız dır və təmin edilməməlidir.
22. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş bağ evi satıldıqdan sonra həmin evin boşaldılaraq banka təhvil verilməsi hissəsində qismən təmin edilməlidir.
23. Məhkəmə hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş bağ sahəsinə tutma yönəldildikdən sonra həmin bağ sahəsinin 1 ay ərzində Cavabdeh2 tərəfindən boşaldılmalı, əks təqdirdə Cavabdeh2 məcburi qaydada bağ sahəsindən əşyaları ilə birlikdə çıxarılmalıdılar.
24. Məhkəmə həmçinin hesab etmişdir ki, ipoteka predmeti olan bağ sahəsi satıldıqdan sonra onun banka təhvil verilməsi hissəsində tələb əsassızdır və təmin edilməməlidir. Belə ki, ipoteka predmeti olan bağ sahəsi açıq hərracdan satıldıqdan və Cavabdeh2 tərəfindən boşaldıldıqdan sonra bağ sahəsini almış şəxsə təhvil verilməlidir. Bank iş üzrə ipoteka saxlay an olsa da və bağ sahəsi açıq hərracdan satılarkən onu əldə etmək hüququ olsa da, bunun isə qabaqcadan müəyyən edilməsi mümkün olmadığı üçün, ipoteka predmetinin açıq hərracdan satıldıqdan sonra banka təhvil verilməsi barədə tələb əsassızdır. Məhkəmə qeyd etmişdir ki, həmin əmlak hərracı udmuş və ya bağ sahəsini əldə etmiş şəxsə təhvil verilməlidir.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.6, 385.1, 442, 443.1, 448.1, 449.1, 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3, 39.3.1, 39.3.2, 39.3.3, 39.3.4, 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Komme rsiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 119, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə formal olaraq mübahisəyə aidiyyəti olmayan hüquq normalarının sadalan masına həsr edilmiş, nə üçün məhz iddianın qismən təmin olunması nəticəsinə gəlindiyi isə əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticələr səhvdir, reallığı əks etdirmir. Məhkəmə borclu idi ki, bağlanmış kredit və ipoteka müqavilələrinin şərtlərini nəzərdən keçirərək tərəflərin müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı vəzifələrini icra edib-etməmələrini və indiyədək ödənilən məbləğin niyə əsas borca deyil, faiz və cərimələrə silindiyini araşdırsın. Belə ki, İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 559/E saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 300 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə 179.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 625C saylı bağ evi ipotekaya qoyulmuşdur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışa nəzər yetirdikdə məlum olur ki, kredit müqaviləsi üzrə cavabdehin indiyədək ödədiyi məbləğlərin heç biri əsas borca silinməmişdir. Buradan belə qənaətə gəlmək olar ki, kredit müqaviləsi üzrə ödənilən məbləğin əsas və faiz borcuna dair hissədə çıxılmalar bank tərəfindən düzgün aparılmamışdır. Nəsimi Rayon Məhkəməsində işə baxılarkən yuxarıda qeyd edilən nüanslara diqqət yetirilməmiş, yalnız LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun təqdim etdiyi iddia ərizəsində göstərilən əsassız rəqəmlər üzrə formalaşan tələb heç bir hesablama aparılmadan təmin edilmişdir. Yəni, Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilən 2(006)-357/202 2 saylı, xx.xx.2022-ci il qətnamə ilə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qismən təmin edilərkən əsas və faiz borcunun müəyyən edilməsinin hansı meyarlara söykəndiyi tam dəqiqləşdirilməmiş və yalnız bankın təqdim etdiyi iddia ərizəsinə və əlavələrə istinad edilməklə göstərilən hallar digər sübutlarla təsdiqini tapmamışdır. Eləcə də iş üzrə mühasibatlıq ekspertizasının rəyi mötəbər hesab edilə bilməz. Çünki ekspert rəy verərkən iddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarışı düzgün analiz edə bilməmiş və səhv nəticəyə gəlməklə əsassız rəy vermişdir. Hesab edir ki, iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin olunmalı və ekspert qarşısına işin qanuni həlli istiqamətində yaranan ziddiyyəti aradan qaldıracaq suallar qoyulmalıdır. Bununla da iddia ərizəsi məhkəməyə verilən tarixdə tələb edilən əsas və faiz borclarının hansı hesablama metodikasına uyğun müəyyən edildiyi aydınlaşdırılmalıdır. Məhkəmə qeyd etmişdir ki, evin ilkin satış qiyməti 182.844 manat müəyyən edilməlidir. Lakin həmin qiymət kifayət qədər aşağıdır. Belə ki, hal-hazırda həmin evin bazar qiyməti 400.000 manatdan, likvid dəyəri 350.000 manatdan çoxdur. "xxxx" MMC tərəfindən rəy verilərkən MMC-nin mütəxəssisləri həmin evə real baxış keçirmədən qiymət müəyyən etmişlər ki, bu hal da həmin rəyin mötəbər olduğunu istisna edir. Hesab edir ki, təkrarən məhkəmə qiymətləndirmə ekspertizası təyin edilməli və ipoteka predmeti olan evin dəyəri yenidən müzakirə olunmalıdır. Mübahisələndirilən qətnamənin qət etdi hissəsində qeyd edilmişdir ki, ev açıq hərracdan satıldıqdan s onra satışdan əldə olunan vəsait borcun ödənilməsinə yönəldilsin. Lakin borc ödənildikdən sonra yerdə qalan vəsaitin taleyi açıq qalmışdır. Bu da gələcəkdə qətnamənin icraya yönəlməsi prosesində icra mexanizminin qanunauyğun tətbiq olunmasına maneələr yaradacaqdır. Bununla bir daha müəyyən olunur ki, məhkəmə qətnaməni qəbul edərkən gəlinən nəticəyə səthi münasibət bildirmişdir. Qətnamənin qət etdi hissəsində qeyd edilən ipoteka predmeti satıldıqdan 1 ay sonra boşaldılması hissəsi ilə bağlı qeyd etmək istəyir ki, həmin hissə əsaslandırılarkən “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsi səhv təfsir edilmiş və qeyd edilmişdir ki, həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Lakin “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Odur ki, ipoteka predmeti satıldıqdan 1 ay sonra boşaldılması hissəsinin qətnamədə əks etidir ilməsi “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin tələbləri baxımından qanunauyğun hesab edilə bilməz.
28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Səadət Səlimova) 2(103)-40/2025 nömrəli iş üzrə 13 yanvar 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-357/2022 nömrəli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinin ilkin satış qiymətinin 306.000 manat müəyyən edilməsi və qətnamənin mübah isələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
29. Məhkəmə kollegiyası borc tələbinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qətnamənin bu hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlmiş və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə kredit müqaviləsinə görə əsas və faiz borcunun müəyyən edilməsi məqsədilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6993 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş kredit tarixi, kredit müqaviləsi və s.) xx.xx.2019-cu il tarixli, 559/E saylı kredit müqaviləsi üzrə Cavabdeh1 b anka olan borcu: - xx.xx.2021-ci il tarixə (maliyyə arayışının tarixi) olan əsas borc üzrə - 179.000 manat, faiz borcu üzrə - 13.774,89 manat müəyyən edilmişdir.
30. Məhkəmə kollegiyası bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcu irəli sürülmüş tələbdən də artıqdır. Bununla belə, cavabdeh apellyasiya şikayətində əsas və faiz borcunun düzgün hesablanmaması barədə dəlil irəli sürsə də, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir.
31. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən alınmış mütəxəssis rəyi ilə müqayisədə ekspert rəyini daha mötəbər hesab edərək belə qənaətə gəlmişdir ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinin ilkin satış qiyməti ekspert qarşısında qoyulmuş suala müvafiq olaraq 306.000 manat müəyyən edilməlidir.
32. Məhkəmə kollegiyası borc ödənildikdən sonra yerdə qalan vəsaitin taleyinin açıq qalması ilə bağlı apellyasiya şikayətinin dəlilinə mübasibətdə qeyd etmişdir ki, qətnamədə cavabehdən iddiaçının xeyrinə tutulmalı olan borc məbləği dəqiq olaraq göstərilmiş və icra mərhələsində ipoteka predmetinin satışından əldə olunmuş məbləğdən (həmin məbləğ borc məbləğindən artıq olduğu təqdirdə) yalnız qətnamə ilə müəyyən edilmiş borc məbləği iddiaçının xeyrinə tutula bilər. Yuxar ıda istinad olunan Mülki Məcəllənin 319.6-cı maddəsində də göstərilmişdir ki, əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
33. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 739, 317, 319.1, 319.6-cı maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 33, 34.1.2, 36.3, 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh1 (Vəkil Şahin oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin təkrar araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasları barəsində Cavabdeh1 hər hansı məlumat daxil olmamışdır. Belə ki, qanunvericiliyin tələbləri baxımından işə baxılarkən cavabdehlər iş materiallarının tədqiqində iştirak etməklə yanaşı, sübutlarını da məhkəməyə təqdim etməyə haqlıdırlar. Lakin məhkəmə tərəfindən cavabdehlərə göndərilən poçt qəbzlərində məhkəmə prosesi barəsində bildirişlərin qəbul edilməsinə dair hər hansı təsdiqedici məlumatın olmamasına baxmayaraq məlumatlandırma icraatı qaydalara uyğun aparılmamışdır. Bununla da Cavabdeh1 öz hüquqlarını müdafiə etməkdən məhrum olmuşdur. Qeyd edilən məsələ apellyasiya şikayəti vasitəsilə məhkəmənin nəzərinə çatdırılsa da, apellyasiya instansiyası məhkəməsi qətnamədə bu halın təsdiq və ya təkzib edildiyinə dair hər hansı münasibət bildirməkdən yayınmışdır. Birinci instan siyada məhkəmə araşdırması zamanı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iş materiallarına əlavə edilməsi üçün kassa məxaric orderi və maliyyə arayışı təqdim edilməmiş, məhkəmə isə həmin sənədləri tələb etməməklə iş üçün əhəmiyyət kəsb edən halları müəyyən etməmişdir. Qeyd edilən məsələ apellyasiya şikayəti vasitəsilə məhkəmənin nəzərinə çatdırılsa da, apellyasiya Məhkəməsi qətnamədə bu hala hər hansı münasibət bildirməkdən yayınmışdır.
36. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında əldə edilmiş xx.xx.2024-cü il tarixli, 9/671-10/732 nömrəli və xx.xx.2024-cü il tarixli, 9/52xx-xx/5029 nömrəli ekspert rəyləri arasında fərq məhkəmə tərəfindən izah edilməmiş və qərar daha şəffaf bir şəkildə, yəni hər iki ekspertizanın nəticələri nəzərə alınaraq qəbul edilməmişdir. Yalnız ilkin ekspertizanın nəticələrinə əsaslanmaq, ziddiyyətli vəziyyətin hüquqi və faktiki qiymətləndirilməməsi deməkdir. Məhkəmə qərarında ekspertiza rəyləri arasında ziddiyyəti izah etməyibsə, bu, məhkəmənin müstəqil qiymətləndirmə və araşdırma yükünü yerinə yetirmədiyini göstərir və bu, qərarın qanuniliyinə ziddir. Məhkəmənin yalnız ilkin ekspertizanın nəticələrinə əsaslanmaqla qiymət müəyyən etməsi cavabdehin hüquqlarının pozulmasına və onun mülkiyyətinin daha aşağı qiymətlə satılmasına gətirib çıxarır. Nəticədə, əmlakın real bazar qiymətindən aşağı qiymətlə satılacağı anlamına gəlir. Belə ki, cavabdehin təkrar məhkəmə-qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli vəsatətində d ə qeyd edilmişdir ki, hal-hazırda evin bazar qiyməti 400.000 manatdan, likvid dəyəri 350.000 manatdan çoxdur. Nəzərə alınmalıdır ki, həmin vəsatətin təqdim edilməsindən sonuncu ekspert rəyinin alınmasına qədər 2 ilə yaxın müddət keçmişdir. Bu müddət ərzində daşınmaz əmlak bazarında baş verən kəskin qiymət artımı nəzərə alınmalı idi. Əlavə ekspertizanın rəyində isə bu qiymətlər qismən də olsa öz təsdiqini tapmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi qətnaməsində əmlakın daha aşağı qiymətlə, yəni 306.000 manatla satışa çıxmalı olduğu qənaətinə gəlmişdir. Bununla da daha yuxarı qiymətin müəyyən olduğu rəyi nəzərə almayan məhkəmə bu halı qətnaməsində əsaslandırmamış və ümumiyyətlə bu məsələyə hüquqi qiymət verməmişdir. Beləliklə cavabdehin əmlakı daha aşağı qiymətə satılması gələcəkdə o nun hüquqlarının pozulmasına və əmlakının dəyərindən təxminən 50.000 manat aşağı qiymətə satılmasına gətirib çıxaracaqdır. Apellyasiya məhkəməsi isə nəyə görə məhz əmlakın ilkin satış qiymətinin 351 760 manatla yox, 306.000 manatla müəyyən etməsi qeyri-müəyyəndir. İş üzrə əldə edilmiş ekspertiza rəyləri arasında ziddiyat varsa, məhkəmə, öz qərarında həmin ziddiyyətin aradan qaldırılmasını təmin etməli və istinad etdiyi ekspertiza rəyinin nəyə görə əsas götürüldüyünü əsaslandırmalı idi. Lakin məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən alınmış mütəxəssis rəyi ilə müqayisədə ekspert rəyini daha mötəbər hesab etdiyini göstərməklə kifayətlənmişdir. Qətnamə qəbul edilərkən iddia tələbi üzrə gəlinən nəticə obyektiv olmamış və prosessual hüquq normaları pozulmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
40. Maddə 427.3. Öhdəlik onun icrası gününü və ya icra edilməli old uğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
41. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
42. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
43. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
44. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
45. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
46. Maddə
317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılması nı tələb edə bilər.
47. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
48. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
49. Maddə
33. Borclu əsas öhdəliyi icra etməd ikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
50. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir.
51. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir.
52. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka s axlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı mü nasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən ası lı olmayaraq yoxlanılmalıdır.
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ar aşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
64. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır.
65. Belə ki, kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsini kassasiya qaydasında yoxlayarkən, ipoteka predmeti Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinin likvid dəyərinin 306.000 manat müəyyən edilməsi hissəsində iddia tələ binin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsini müəyyən etmişdir.
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə, qeyd olunan hissə istisna olmaqla, digər hissələrdə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir.
67. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsə lələrin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmur. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
68. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2019cu il tarixli, 559/E nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 300 ay müddətinə, illik 8% olmaqla, 179.000 manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan qismində ”Amrahban k” ASC ilə ipoteka qoyan qismində Cavabdeh2 və borc alan qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 559/EG saylı sonrakı ipoteka müqaviləsinə əsasən, ipoteka saxlayanla borcalan arasında bağlanmış xx.xx.2019-cu il tarixli 559/E saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmeti qarşılıqlı razılığa əsasən 175.000 manat dəyərində qiymətləndirilmişdir.
69. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə borcu məbləğinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizaları təyin olunmu ş,alınmış ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş kredit tarixi, kredit müqaviləsi və s.) xx.xx.2019-cu il tarixli, 559/E saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu: - xx.xx.2021-ci il tarixə (maliyyə arayışının tarixi) olan əsas borc üzrə 179.000 manat, faiz borcu üzrə - 13.774,89 manat müəyyən edilmişdir. Digər sübutların olmadığı nəzərə alınaraq həmin rəydə göstərilən həcmdə borcun məbləği düzgün müəyyən olunmuşdur.
70. Məhkəmələr haqlı olaraq cavabdehin müqavilə üzrə öhdəliyini icra etmədiyi nəticəsinə gələrək yaranmış borcun tutulması, tələbin əmlaka yönəldilməsi və bundan irəli gələn qaydanın tətbiqini zəruri hesab etmişdir.
71. Kassatorun dəlillərindən biri ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin düzgün müəyyən olunmaması, təqribi 350000-400000 manat dəyəri olan əmlakın daha aşağı qiymətlə qiymətləndirilməsi ilə bağlı olmuşdur.
72. İşin halları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakların ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi məqsədilə qiymətləndirici dəvət edilmişdir.Belə ki,birinci instansiya məhkəməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 28 fevral 2022-ci il tarixli PRE/08/2022 nömrəli qiymətləndirmə rəyi alınmış və həmin rəylə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinin bazar dəyəri 203.160 manat, likvid dəyəri 182.844 manat olması müəyyən edilmişdir.
73. Apellyasiya icraatı zaman ı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/671-10/732 nömrəli ekspert rəyi alınmış və həmin rəylə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 206.80 kv.metr olan fərdi yaşayış evinin 0.12 ha torpaq sahəsi ilə birlikdə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 340.000 manat (206,80 kv.metr x 1647,00 manat), likvid dəyəri 306.000 (340.000 manat – 10%) manat məbləğində müəyyən edilir.
74. Bundan sonra apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmişdir.
75. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/52xx-xx/5029 nömrəli ekspert rəyi alınmış və həmin rəylə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 0.12 ha torpaq sahəsi ilə birlikdə 2024-cü ilin oktyabr-noyabr aylarına olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 390.850 manat (206,80 kv.metr x 1890,00 manat), likvid dəyəri 351.760 (390.850 manat 10%) manat məbləğində müəyyən edilmişdir. Rəydə daha sonra göstərilmişdir ki, İnternet saytlarında olan məlumatlara əsasən 9/671-10/732 №-li, xx.xx.2024-cü il tarixli rəylə, 9/52xx-xx/5029 №-li, xx.xx.2024-cü il tarixli rəy arasındakı fərq tələb və təklifdən asılı olaraq yaranmışdır. Həmin fərdi yaşayış evi barədə 2019-cu ilin oktyabr ayına və 2022-ci ilin fevral ayına internet saytlarında satış elanları olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir.
76. Birinci instansiya məhkəməsinin ipoteka predmetinin qiymətləndirilməsi ilə razılaşmayan apellyasiya instansiya məhkəməsi həmin icraat müddətində iki rəy almış olsada, həmin rəylər arasında ipoteka predmetinin bazar və likvid qiyməti ilə bağlı əhəmiyyətli fərqlərin olmasına baxmayaraq daha az məbləğ müəyyən edən rəydəki qiyməti əsas götürmüş, lakin gəldiyi həmin nəticəni əsaslandırmamışdır.
77. Məhkəmə kollegiyası hesab edir ki, borclu öz öhdəliklərini vaxtında və lazımınca icra etməli olduğu halda, axıra qədər və vaxtında üzərinə kredit müqaviləsi üzrə qoyulmuş öhdəliklərini icra etmədiyi təqdirdə ipoteka saxlayan ipoteka predmetinin satılmasını tələb etmək hüququndan istifadə etməkdə haqlı olsa da, apellyasiya instansiyası məhkəməsi kreditin təminatı olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 0.12 ha torpaq sahəsi ilə birlikdə ilkin (likvid) dəyərini, ipoteka müqavilələrin bağlandığı xx.xx.2019-cu il tarixdən uzun müddətin keçməsini nəzərə almayaraq ilkin satış qiymətlərini müəyyən edərkən özünün qərardadı ilə təyin edilmiş qiymətləndirici rəylərinə işin digər sübutları ilə yanaşı düzgün hüquqi qiymət verməmişdir.
78. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.
79. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəy inin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.
80. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
81. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
82. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı kassasiya şikayətinin dəlillərin ə münasibət bildirərək qeyd edir ki, ekspert (qiymətləndirici) rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Ekspert (qiymətləndirici) rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. 83. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5, 6 və 8-ci maddələrinə əsasən məhkəmənin qərarının təmin edilməsi məqsədi ilə əmlak qiymətləndirilərkən qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxsl ərin sifarişi ilə qiymətləndirici tərəfindən aparılır. Qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağlanan müqavilədir. Qiymətləndirici hesabatda qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır.
84. Həmin Qanunun 7-ci maddəsinin İ bəndinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. 85. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublika Prezidentinin Fərmanına əsasən bu Qanunun 7ci maddəsinin bir inci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
86. Həmin Qanunun 9-cu maddəsinə əsasən qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir Həmin Qanunun 10-cu maddəsinin tələbindən isə görünür ki, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir.
87. Qanunun qeyd edilən tələblərinə əsasən əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən qaydalar daxilində tərtib olunmalıdır.
88. Az ərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının 1-ci hissəsinə əsasən qiymətləndirmə standartlarına əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təminatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır.
89. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və p rinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi Əmlakın Qiymətləndirməsi Standartları üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutlan prinsiplər əsasında işlənməlidir.
90. Həmin “Qaydalar”ın 2.8-ci bəndinə əsasən daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət normaları qiymətləndirmə normalarında əmlakın qiymələndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmənin nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq qiymətləndirmə normalarının yerinə yetirilməsinə nəzarət və məsuliyyə t formaları göstərilməlidir. 91. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmin və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmin inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanılmasına imkan verən müddəalara əsaslanmalıdır.
92. Həmin Qanunun “Ekspertin vəzifələri” adlanan 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir.
93. Həmin Qanunun 26-cı maddəsinə əsasən məhkəmə ekspertinin rəyində tədqiqatın nəticələrinin qiymətləndiril məsi, qoyulmuş suallar üzrə yekun nəticələrin əsaslandırılması və dürüst ifadə olunması göstərilməlidir.
94. Məhkəmə kollegiyasının qənaətinə görə ekspert (qiymətləndirici) rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert (qiymətləndirici) rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi halda kifayət qədər yüksək ola bilər.
95. İşin materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 0.12 ha torpaq sahəsi ilə birlikdə dəyəri 175.000 manat müəyyən e dilmişdir.
96. Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 fevral 2022-ci il tarixli PRE/08/2022 nömrəli qiymətləndirmə hesabatına əsasən, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 0.12 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 203.160 manat, likvid dəyəri 182.844 manat müəyyən edilmişdir.
97. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində həmin əmlakın bazar dəyəri 340.000, likvid dəyəri 306.000 manat məbləğində müəyyən edilmiş, həmin Mərkəzin xx.xx.2024-cü il tarixli rəyində isə ipoteka predmetinin bazar dəyəri 390.850 manat, likvid dəyəri 351.760 manat məyyən edilmişdir. 98. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənlə şdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
99. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki,likvidlik biznesdə iqtisadiyyatda yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Aktivlərin pula çevrilmə imkanını əks etdirən iqtisadi termin likvidlik kimi müəyyən olunur. Daşıdığı ümumi anlamdan əlavə bu terminin daha konkret mənalarda işləndiyi məqamlar da vardır. Bank, müəssisə, qiymətli kağızlar, bazar, yatırımlar və s. ilə münasibətdə işlənməsindən asılı olaraq həm likvidliyin müəyyən edilməsi üsulları, həm də terminin özünün izah variantları bir-birindən fərqlənir. Likvidlik – sadəcə maddi d əyərləri pula çevirmək baxımından nəzəri imkan deyil, o həm də bunu cəld, rahat və maksimal dərəcədə faydalı şəkildə həyata keçirməkdir. Bu nisbi parametrlərdən asılı olaraq likvidliyin nisbi kəmiyyətini müəyyən edirlər. Yaxşı likvidlik göstəricisi və qeyri likvidlik kifayət qədər şərti xarakter daşıyır. Bu zaman bir sıra faktorlar nəzərə alınmalıdır. Borcalan və kreditor münasibətlərində də likvidlik anlayışı mövcuddur, bu zamanda nəzərdə ödəmə qabiliyyəti tutulur. Bu borcalanın maliyyə vəsaitlərini vaxtında geri qaytara bilib-bilməyəcəyini müəyyən edir. Sözügedən situasiya daha çox banklarda aktualdır. Qiymətləndirmə sifarişçinin mülahizəsindən asılı olaraq müxtəlif dəyərlərin (bazar dəyəri, likvid dəyəri, balans dəyəri, inventar dəyəri və s.) müəyyən edilməsinə yönələ bilər. Həmin dəyər lərin müəyyən edilməsi üçün qiymətləndirici, qiymətləndirmə fəaliyyətinin beynəlxalq təcrübədə qəbul olunmuş üsul və metodlarından istifadə etməkdə müstəqildir. Daha doğrusu onun seçdiyi metod əsasən sifarişçinin şərtlərindən asılı olur. Əmlakın qiymətinin müəyyən edilməsi barədə qiymətləndiricinin əldə etdiyi nəticələr, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunda göstərildiyi kimi, çox ciddi əhəmiyyət kəsb edir. Həmin nəticələr yalnız məhkəmə qaydasında ləğv edilə bilərlər. Bazar iqtisadiyyatının müasir şəraitində isə əmlakın bazar dəyəri daha çox əhəmiyyət kəsb edir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda həmin gerçəklik nəzərə alınaraq bazar dəyərinin əhəmiyyəti xüsusi qeyd edilmişdir. Belə ki, qanunun müxtəlif maddələrində qiymətləndirmə fəaliyyətini n əmlakın bazar və ya digər dəyərinin müəyyən olunmasına yönəldiyi göstərilir.
100. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adı çəkilən ipoteka predmetinin ilkin satış (ilkvid) qiymətinin müqavilənin bağlanmasından keçən müddət ərzində eyni səviyyədə, yaxud həmin qiymətlərin aşağı düşməsi inandırıcı və ağlabatan deyildir. Məhkəmələrin almış olduqları qiymətləndirmə rəyləri ilə də müəyyən olunur ki, daşınmaz əmlak bazarında bağ evlərinin qiymətləri nisbətən artan tendensiya ilə müşahidə olunmuşdur.
101. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda adı çəkilən ipoteka predmetinin ilkin satış (ilkvid) qiymətlərinin reallığa uyğun bazar qiymətləri ilə göstərilməməklə ekspertin bu qiymətlərlə bağlı əsaslandırılmasının tam olmamasına apellyasiya instansiyası məhkəməsi düzgü n qiymət verməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsinin almış olduğu rəylər arasında əhəmiyyətli uyğunsuzluq olmasına baxmayaraq məhkəmə yuxarıda göstərildiyi kimi daha az qiyməti özündə əks etdirən qiyməti qəbul etmiş, digər qiyməti isə qəbul etməməsinin səbəblərini göstərməmişdir. Qeyd edilməlidir ki, məhkəmələr fərqli qiymətləri özündə əks etdirən rəylərin mövcud olması halında təkrar qiymətləndirmə cəlb etməklə belə fərqin yaranma əsaslarını müəyyən etmək imkanı olduğu halda bu imkandan istifadə etməmişdir.
102. Avropa İnsan Hüquqları Məhkəməsi “Kastravet Moldovaya qarşı” iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələr i qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir.
103. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir.
104. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
105. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
106. İşə yenidən baxılarkən məhkəmə kollegiyası yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyekti v tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
107. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-40/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müə yyən edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.