Məhkəmə qərarları › İş №2(006)-4532/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4532/2020

28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4532/2020 28.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Cəmilə Ceyhun qızı, əmr icraatı qaydasında məhkəməyə daxil olmuş kreditor X1 Borclu pulun tutulması barədə məhkəmə əmrinin verilməsi barədə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor X2 Borclu qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 85.000 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 85,020 manat məbləğində pulun Borclu tutularaq ona ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2017-ci İl tarixli (Kredit) Müqaviləsi ilə borc alana 30 000 ABŞ dolları (otuz min dollar) məbləğində pul borca vermiş, həmçinin xx.xx.2017-ci il tarixli (Kredit) Müqaviləsi ilə Borc alana 20 000 ABŞ dolları (iyirmi min dollar) məbləğində pul borca vermişdir. Həmin məbləğləri bu müqavilələrdə müəyyən edilmiş müddətə və şərtlərlə Borc alan Borc verənə tam həcmdə qaytarmasını öhdəsinə götürmüşdür. Borclu qeyd olunan ilk müqavilə ilə 30 000 ABŞ dolları (otuz min dollar) məbləğində pul borcunu xx.xx.2017-ci il tarixədək və digər müqavilə ilə 20 000 ABŞ dolları (iyirmi min dollar) məbləğində pul borcunu xx.xx.2017-ci il tarixinədək bütöv şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Borc alan ona ümumilikdə 50 000 ABŞ dolları (əlli min dollar) məbləğində pul borcunun 2017-ci ilin avqust ayında ödiyəcəyini öhdəsinə götürməyinə baxmayaraq bu günə kimi borcu ödəməkdən yayınır. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2020-ci il tarixə olan məzənnəsinə əsasən 1 ABŞ dolları 1,70 manat təşkil edir. Borclunun ona ödəyəcəyi borc məbləği (50 000 ABŞ dolları * 1,70 Azn=) 85 000 (səksən beş min) manat təşkil edir. Məhkəmə təqdim edilmiş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmə əmrinin verilməsi barədə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Göründüyü kimi, əmr icraatı qaydasında işə baxılarkən kreditorun tələbi aşkar və mübahisəsiz olmalıdır. Həmin tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditor tərəfındən irəli sürülən pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığı məhkəmə əmrinin verilməsinə dair ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün aşkar olma başa düşülməlidir. Beləlilkə kreditorun məhkəməyə müraciət etdiyi hazırki tələb əmr icraatı qaydasında irəli sürülə bilən tələblərin Mülki Prosessual Məcəllənin 276.2-ci maddəsində nəzərdə tutulan siyahısında əz əksini tapmadığından məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 279.2.1 və 279.2.2-ci maddələrinə əsasən, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa və verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Bu Məcəllənin 279.4-cü maddəsinin tələblərinə görə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı ərizənin qəbul edilməsindən imtina olunmalı, kreditora həmin tələb üzrə iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 279cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor X1 Borclu pulun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar