Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4533/2020 28.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, kreditor X1 Borclu qarşı «borc tələbi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor X2 Borclu qarşı «borc tələbi» barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinin tələbinə görə, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Kreditorun tələbinin aşkar olması dedikdə, məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmuş sübutların məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən də kreditor tərəfindən irəli sürülən pul məbləğinin alınması və ya əmlakın tələb edilməsinə dair tam əsaslığının məhkəmə üçün aşkar olması başa düşülməlidir. Tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması dedikdə isə, burada mübahisəsiz olan bütövlükdə hüquq münasibətləri deyil, yalnız borclunun müəyyən pul məbləğini ödəmək və ya əmlakı vermək vəzifəsidir ki, bu da kreditorla borclu arasında olan hüquq münasibətlərinin yalnız bir ünsürünü təşkil edir. Ona görə də, borclunun müəyyən pul məbləğini ödəmək və ya əmlakı vermək vəzifəsinin və yaxud belə bir vəzifənin mövcudluğunun hər hansı bir formada tam və ya qismən mübahisələndirilə bilməsi işə əmr qaydasında baxılmasını istisna edir. Bu halda işə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279.1-cu maddəsinə əsasən, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə varsa, məhkəmə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, sübutlar məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən işə əmr icraatı qaydasında tam, obyektiv və hərtərəfli baxıla bilməz. Bu səbəbdən də, işə iddia icraatı qaydasında baxılmalıdır. Kreditora izah edilməlidir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276, 279, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: KreditorX1 Borclu qarşı «borc tələbi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4533/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4533/2020
28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver