Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4540/2025 03.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-nin Astara rayon şəbəkəsi və "xxxx" ASC-yə qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçının nümayəndəsi Nümayəndə cavabdehlər "xxxx" ASC-nin Astara rayon şəbəkəsi və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin X15 tərəfindən vurulmuş zərərin əvəzi olan 3000 manat və ödənilmiş 101 manat dövlət rüsumunun "xxxx" ASC-dən alınaraq iddiaçının xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmə iclasında heyvanın Nümayəndə əri İddiaçı məxsus olması müəyyən edildiyindən iddiaçının yazılı ərizəsi əsasında iddiaçı Nümayəndə əsl İddiaçı ilə əvəz edilmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Astara rayonu, Pensər kəndində yaşayır. Ailə ehtiyacını təmin etmək məqsədi ilə iribuynuzlu mal-qara saxlayır. 25 mart 2025-ci il tarixdə, saat təqribən 10:30 radələrində Astraa rayonu, Pensər kəndinin Rəfi məhəlləsində bir baş qırmızı rəngli, yaşı 4 olan, 7-8 aylıq boğaz, diri çəkisi 270-290 kq olan heyvan məhəllədə olan metal elektrik dirəyinə dəymiş, heyvanı elektrik cərəyanı vuraraq öldürmüşdür. Hadisə ilə əlaqədar Pensər bələdiyyəsinin sədri X18 və fərdi qaydada baytarlıq ilə məşğul olan baytar həkim X13 dəvət olunmuşlar. Baytar həkim heyvana baxış keçirmiş və rəy vermişdir. 25 mart 2025-ci il tarixli rəylə təsdiq olunur ki, təsərrüfatında olan bir baş qırmızı rəngli, yaşı 4 olan, 7-8 aylıq boğaz, diri çəkisi 270-290 kq olan heyvanı elektrik cərəyanı vuraraq öldürmüşdür. Baytar həkim tərəfindən heyvan yarılmış, əti yararsız olduğundan həkimin nəzarəti altında basdırılmışdır. Həmçinin Pensər bələdiyyəsi sədri X18, qonşu hadisə şahidi X5 fərdi baytarlıq ilə məşğul olan baytar mütəxəssisi X9 və iddiaçının iştirakı ilə hadisə ilə əlaqədar tərtib edilmiş xx.xx.2025-ci il tarixdə imtina aktına Pensər kəndi üzrə elektrik şəbəkəsinin əməkdaşı X14 imza etməkdən imtina etmişdir. Beləliklə, hava elektrik xəttinin bərbad vəziyyətdə olması səbəbindən bir baş boğaz heyvanı elektrik cərəyanı vuraraq öldürmüşdür. Vurulmuş ziyan məbləği 3000 manat təşkil edir. Cavabdeh vurulmuş ziyanı könüllü ödəməkdən bəhanələrlə yayınmışdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi X6 izahatında bildirmişdir ki, ölən inək əri İddiaçı məxsus olmuşdur. İnəyi mart ayının 25-də elektrik cərəyanı vurub. Onlar işıq idarəsinə müraciət ediblər. İnəyi özü otarmağa aparmışdır. Gözünün qabağında hadisə baş verib. İdarəyə zəng edib, işıqları söndürüb nümayəndə göndəriblər. Özləri də yoxlayıb görüblər ki, dirəkdə cərəyan çox güclüdür. Baytarlıqdan gəlib yoxlayıb rəy veriblər ki, həqiqətən inəyi elektrik cərəyanı vurub. Cavabdehin nümayəndəsi X19 izahatında bildirmişdir ki, iddianı əsassız hesab edir. Eyni zamanda baytarlıqdan olan rəyi mötəbər hesab etmir. Cavabdehin iddia etdiyi kimi inəyin boyun nahiyəsində olan sarı ləkənin olmasını, yanmasını sübut edən şəkil yoxdur. Həmçinin inəyin yarılmasını, basdırılmasını təsdiq edəcək dəlillər də yoxdur. Bu barədə sübut təqdim olunmadığı üçün mübahisə də edilə bilməz. İclasdan əvvəl X10 rəisi ilə qəza ilə bağlı əlaqə saxlamışdır. Elektrik enerjisinin verilişinin dayanması ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb. Qarşı tərəf bildirir ki, İzzət adlı əməkdaş elektrik xəttini düzəldib. İzzət elektrik montyorudur. Onun səlahiyyəti yoxdur ki, hər hansı akta imza atsın. Qarşı tərəf rəsmi müraciət etməli idi. Şəkillərdən də xəttin qırılması, onun dirəyə toxunması əks olunmayıb. İzzət məlumat verir ki, həmin ərazidə əlini dirəyə vurub dayanıb və bununla da göstərib ki, orada gərginlik yoxdur. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Astara rayon Pensər kənd Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli aktından görünür ki, heyvan sahibi – X2 həyat yoldaşı Nümayəndə iştirakı ilə bu akt ondan ötrü tərtib edilir ki, xx.xx.2025-ci il tarixində təqribən 10:30 radələrində, 1 baş, təqribi 4 yaşında, qırmızı rəngdə olan heyvanı məhlədə dəmirdən olan elektrik dirəyinə dəyərək ölmüşdür. Astara rayon Pensər kənd Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli imtina aktından görünür ki, heyvan sahibi – X2 həyat yoldaşı Nümayəndə iştirakı ilə bu akt ondan ötrü tərtib edilir ki, xx.xx.2025-ci il tarixində təribən 10:30 radələrində, 1 baş, təqribi 4 yaşında, qırmızı rəngdə olan heyvanı məhlədə dəmirdən olan elektrik dirəyinə dəyərək ölməsi haqqında tərtib edilmiş aktı Pensər kənd üzrə elektrik şəbəkəsinin əməkdaşı X14 imzalamaqdan imtina etmişdir. Astara rayon İcra hakimiyyəti başçısının Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 343 saylı arayışından görünür ki, həqiqətən Astara rayonu Pensər kənd İƏD üzrə nümayəndəliyinin 07№-li təsərrüfatbaşına kitabın 146-cı səhifəsinə əsasən əri – X2 adına yanvar ayında bir baş iribuynuzlu malı-inəyi ölmüşdür. Fərdi baytarlıq praktikasını həyata keçirən fiziki şəxs X13 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, bir baş qırmızı rəngli, yaşı 4 7-8 aylıq, diri çəkisi 270-290 kq olan heyvanı elektrik cərəyanı vurmuşdur. Həmin heyvana baytar həkimi tərəfindən baxış keçirildi, elektrik cərəyanı nəticəsində heyvanın sol boyun nahiyəsi yanmışdır. Heyvan yarıldı, Əti insan yeməyinə yararsız olduğu üçün basdırıldı, həmin yer dezinfeksiya edildi. Masallı rayonu Mal Bazarının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikasının Astara rayon Pensər kəns sakini Nümayəndə Qədimalı qızının şifahi sorğusuna əsasən onun öhdəsində və ona məxsus olan 1 baş qırmızı rəngli, simental cinsli, yaşı 4, 7-8 aylıq boğaz olan, diri çəkisi 270-290 kq-lıq iribuynuzlu heyvanın bugünkü gündə bazarda alıcılar və satıcılar arasında 2500-2800 manat aralığında dəyərləndirilir. X10 aktından görünür ki, Astara rayon Pensər kənd sakini xx.xx.2025-ci il tarixində şəbəkənin elektrin montyoru X12 öz həyətinə dəvət etmiş, dayaqda gərginliyin olmasını bildirmişdir. A.İzzətov evin sakini X3 yanında dayağa əli ilə toxunaraq gərginliyin olmamasını bildirmişdir. Həmin gün Pensər kəndində enerjinin verilişində heç bir təsir olmamışdır. xx.xx.2025-ci il tarixl yarma protokolundan görünür ki, Nümayəndə məxsus yerli, 1 baş, qırmızı rəngdə, yaşı 4, köklük dərəcəsi orta olan inək xx.xx.2025-ci il tarixdə elektrik enerjisinin vurmasından ölmüşdür. Elektrik enerjisinin vurması nəticəsində heyvanın dərisi qaralmışdır, ağız boşluğu və yem borusu qızarmışdır, mədə yemlə doludur, nazik bağırsaq şöbəsi möhtəviyyatla doludur. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Elektrik enerjisindən istifadə Qaydaları” haqqında Qanunun: 10.1-ci bəndinə əsasən, enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrik qəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. 10.17-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqısatqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X4 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 10.18.2-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə borcludur. Mülki Prosessual Məcəllə: Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X1 rayonu Pensər kənd sakini olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. İddiaçı ailənin ehtiyaclarını təmin etmək üçün iri burnuzlu mal-qara saxlayır. 25 mart 2025-ci il tarixində baş vermiş hadisə nəticəsində heyvanlardan biri tələf olmuşdur. Belə ki, qeyd edilən tarixdə iddiaçının arvadı iri buynuzlu heyvanı otarmağa aparmış və heyvan həmin sahədə olan elektrik dirəyinə dəyməsi nəticəsində elektrik cərəyanı heyvanı vurmuşdur. Nəticədə elektrik xəttinə toxunmuş heyvan həlak olmuşdur. Bu halı təsdiq edəcək, yəni, heyvanın elektrik cərəyanı nəticəsində həlak olmasına dair hal şahidlərinin iştirakı ilə tərtib edilmiş akt iş materiallarına əlavə edilmişdir. Bununla da iddiaçı ona dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki hüquq normalarının mənasına görə, yüksək təhlükə mənbəyinin vurduğu zərər nəticəsində mülki hüquq pozuntusu törətmiş hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsindən o, vaxt azad edilə bilərlər ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Hazırki halda iddiaçıya dəymiş maddi zərərin qarşısı alınmaz qüvvənin təsiri nəticəsində, habelə onun qəsdi nəticəsində əmələ gəlməsi mülki iş materialları ilə istisna olunur. Əksinə, toplanmış sənədlərlə müəyyən olunur ki, iddiaçıya məxsus iri buynuzlu heyvan məhz yüksək gərginlikli elektrik enerjisinin vurması nəticəsində ölmüşdür. Mülki qanunvericiliyə əsasən, dəymiş zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması; - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; - zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; - zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçıya dəymiş maddi zərərin açıq-aşkar mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi və iddiaçıya dəymiş maddi zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması mülki iş materialları ilə öz təsdiqini tapdığından, məhkəmə iddianın təmin edilərək, iddiaçıya dəymiş olan maddi ziyanın ödənilməli olması qənaətinə gəlir. İddiaçıya vurulmuş olan zərərin məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçıya məxsus tələf olmuş heyvanın dəyəri təqdim edilmiş arayışa görə çəkisinə, yaşına və digər amillərə görə diri vəziyyətidə 2500-2800 manat məbləğində qiymətləndirilmişdir. Həmin arayışın əksini təsdiq edəcək hər hansı bir sənəd təqdim edilmədiyinə görə məhkəmə arayışda qeyd edilən məbləğlə razılaşıb iddiaçıya vurulmuş maddi zərərə görə ödəniləcək məbləğin 2600 manat məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, göründüyü kimi, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir və beləliklə də bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Belə olan halda məhkəmənin qənaətinə görə elektrik enerjisinin verilişi ilə məşğul olan cavabdeh qəbul olunmuş Qaydaların tələblərinə riayət olunmasını təmin etmədiyindən, iddiaçıya vurulmuş olan zərər məhz yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən cavabdeh "xxxx" ASC tərəfindən ödənilməlidir. Digər cavabdeh "xxxx" ASC-nin Astara rayon şəbəkəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə "xxxx" ASC iddiaya cavab verməli şəxs olduğundan və ASCnin şəbəkəsi hüquqi şəxs olmayaraq, iş üzrə cavabdeh ola bilmədiyindən ona münasibətdə iddia rədd edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 2600 manat cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, Nümayəndə tərəfindən iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin rüsum qəbzindən görünür ki, ödənilmiş 100 manat dövlət rüsumunun təyinatı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi deyil, Astara Rayon Məhkəməsidir. Belə olan halda hazırkı tələb üzrə dövlət rüsumu ödənilməmiş kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qiymətinin 3000 manat olması nəzərə alındıqda, hazırkı iş üzrə qiymətləndirilən iddia kimi ödənilməli olan dövlət rüsumunun məbləği 50 manat təşkil edir. Ona görə də iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilməli olan, lakin ödənilməmiş 50 manat dövlət rüsumunun 43 manat hissəsi (iddia qismən təmin edildiyindən) cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçının nümayəndəsi Nümayəndə, xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbz üzrə ödənilmiş 100 manat dövlət rüsumunun ona geri qaytarılması üçün aidiyyəti üzrə Astara Rayon Məhkəməsinə ərizə ilə müraciət etmək hüququnun olması izah olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 2600 (iki min altı yüz) manat cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan 43 (qırx üç) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-4540/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4540/2025
03.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver