Məhkəmə qərarları › İş №2(006)-4599/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4599/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4599/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ASC-nin xeyrinə xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 586,78 manat əsas borc, 75,71 manat faiz borcu və 64,52 manat cərimə borcu olmaqla cəmi 727,01 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” BOKT-dan illik 35 faizlə 18 ay müddətinə 988 manat kredit götürmüşdür. “FİNtrend” BOKT ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 588 nömrəli xx xxx 2018-ci il tarixli 004 saylı müqaviləyə xx xxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən cavabdehlə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmə hüququ “xxxxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxx 2020-ci il tarixədək cavabdeh banka xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 586,78 manat əsas borc, 75,71 manat faiz borcu və 64,52 manat cərimə borcu olmaqla cəmi 727,01 manat borcu vardır. Təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, tərəflər arasında müqavilə mövcuddur və tələb MPM-nin 284-1-ci maddəsinə uyğundur. Ərizə icraata qəbul edilmiş və Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat icraatında baxılmışdır. Məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” BOKT-dan illik 35 faizlə 18 ay müddətinə 988 manat kredit götürmüşdür. “FİNtrend” BOKT ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 588 nömrəli xx xxx 2018-ci il tarixli 004 saylı müqaviləyə xx xxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən cavabdehlə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmə hüququ “xxxxxx” İKB ASC-yə ötürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə qalıq məbləğ 586,78 manat, faiz borc üzrə qalıq məbləğ 75,71 manat, cərimə borc üzrə qalıq məbləğ 64,52 manat, cəmi 727,01 manat borcu vardır. İş materiallarında olan xəbərdalıqdan müəyyən olunur ki, Cavabdeh öhdəliklərinin icrası barədə xəbərdar edilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı ASC ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumu cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-230, 227, 233 və 360cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 586,78 manat əsas borc, 75,71 manat faiz borcu və 64,52 manat cərimə borcu olmaqla cəmi 727,01 (yeddi yüz iyirmi yeddi manat bir qəpik) borcun və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar