Məhkəmə qərarları › İş №2(006)-46/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-46/2025

15.01.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-46/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, Cavabdeh Əlı̇ hüseyn qızının, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh Əlı̇ hüseyn qızına (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı "lizinq müqaviləsinin ləğv edilməsi, borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair" iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti Cavabdeh Əlı̇ hüseyn qızına qarşı "lizinq müqaviləsinin ləğv edilməsi, borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 10 iyul 2021-ci il tarixli MAS-4067 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi, cavabdeh Əhədova (Eyvazova) Sona Əlihüseyn qızından MAS-4067 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 mart 2023-cü il tarixə 481.41 manat gecikdirilmiş əsas, 376.11 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 254.68 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 5901.66 manat, ümumilikdə 7013.86 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X11 arasında bağlanmış 10 iyul 2021-ci il tarixli MAS-4067 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-cu il buraxılışlı, “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 16800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 429.49 manat, ümumilikdə isə 24016 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 17 sentyabr 2021-ci il tarixdə X11, X9 və İddiaçı MMC arasında MAS-4067 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 10 iyul 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. 23 sentyabr 2021-ci il tarixdə X9, X10 və İddiaçı MMC arasında MAS-4067 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 10 iyul 2021 -ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri E.Məmmədov öz üzərinə götürmüşdür. 29 yanvar 2022-ci il tarixdə X10, X9 və İddiaçı MMC arasında MAS-4067 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 10 iyul 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. 31 yanvar 2022-ci il tarixdə X9, Əhədova (Eyvazova) Sona Əlihüseyn qızı və İddiaçı MMC arasında MAS-4067 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 10 iyul 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri S.Əhədova götürmüşdür. Əhədova (Eyvazova) Sona Əlihüseyn qızı lizinq verən qarşısında götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilə üzrə sonuncu ödəniş 27 dekabr 2022-ci il tarixdə 442 manat məbləğində olmuşdur. Əhədova (Eyvazova) Sona Əlihüseyn qızının müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 03 mart 2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 5901.66 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Əhədova (Eyvazova) Sona Əlihüseyn qızının MAS-4067 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 mart 2023-cü il tarixə ümumilikdə 1112.20 manat məbləğində gecikmə borcu yaranmışdır. Daha sonra iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı MMC ilə bağlanmış 10 iyul 2021-ci il tarixli MAS-4067 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi, cavabdeh Əhədova (Eyvazova) Sona Əlihüseyn qızından MAS-4067 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 mart 2023-cfi il tarixə 481.41 manat gecikdirilmiş əsas, 131.79 manat gecikdirilmiş mükafat, həmçinin lizinq obyekti olan “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 5901.66 manat, ümumilikdə 6514.86 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti iddianın azaldılması barədə məhkəməyə ərizə ünvanlayaraq, 4737 AZN dəymiş zərər, 481,41 AZN gecikdirilmiş əsas borc, 131,79 AZN gecikdirilmiş mükafat borcunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi X12, cavabdeh tərəfindən 200 manat ödənildiyini bildirmişdir və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh Əlı̇ hüseyn qızı iddianı qəbul etməyərək, onun rədd edilməsini xahiş etmişdir. Əvvəlki mıhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iddianı qəbul eyməyərək, onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: Belə ki, mülki iş materiallarında olan "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti ilə X11 arasında bağlanmış 10 iyul 2021-ci il tarixli MAS-4067 saylı “Daxili lizinq müqaviləsi” və 3 saylı Əlavədən görünür ki, lizinq verən əmlakı (bundan sonra Lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin ümumi məbləği 24016 manat təşkil edir və illik 23% faiz dərəcəsi ilə 48 ay müddətinə bağlanılır. Mülki iş materiallarında olan "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti və X11 bağlanılmış xx.xx.2021-ci il təhvil-təslim aktına əsasən "xxxx" ASC-nin mülkiyyətində olan “Khazar SD” markalı avtomobil X11 tərəfindən təhvil alınmışdır. Mülki iş materiallarında olan "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti və X11 ilə X9 bağlanılmış xx.xx.2021-ci il tarixli, MAS-4067 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, 10 iyul 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. Mülki iş materiallarında olan xx.xx.2021-ci il təhvil-təslim aktına əsasən X7 istifadəsinə verilmiş saz vəziyyətdə olan və "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin mülkiyyətində olan “Khazar SD” markalı, 99PN676 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmışdır. Mülki iş materiallarında olan "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti və X9 ilə X10 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, 10 iyul 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri E.Məmmədov öz üzərinə götürmüşdür. Mülki iş materiallarında olan xx.xx.2021-ci il təhvil-təslim aktına əsasən X5 istifadəsinə verilmiş saz vəziyyətdə olan və "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin mülkiyyətində olan “Khazar SD” markalı, 99PN676 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmışdır. Mülki iş materiallarında olan "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti və X10 ilə X9 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, 10 iyul 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. Mülki iş materiallarında olan xx.xx.2022-ci il təhvil-təslim aktına əsasən X6 istifadəsinə verilmiş saz vəziyyətdə olan və "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin mülkiyyətində olan “Khazar SD” markalı, 99PN676 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmışdır. Mülki iş materiallarında olan "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti və X9 ilə Əhədova (Eyvazova) Sona Əlihüseyn qızı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, 10 iyul 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri S.Əhədova öz üzərinə götürmüşdür. Mülki iş materiallarında olan xx.xx.2022-ci il təhvil-təslim aktına əsasən X5 istifadəsinə verilmiş saz vəziyyətdə olan və "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin mülkiyyətində olan “Khazar SD” markalı, 99PN676 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmışdır. Mülki iş materiallarında olan Azərmaş MMC-nin Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 5901.66 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1433 saylı arayışdan görünür ki, borclu Əhədova (Eyvazova) Sona Əlihüseyn qızının 10 iyul 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə ümumilikdə 1112.20 AZN məbləğində borcu vardır. Mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1141 saylı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydası əməl edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5873 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətlərini nəzərə alınmaqla 2021-ci il buraxışlı “Khazar SD” markalı, 99PN676 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4737,0 manat müəyyən edilir. Mülki iş materiallarında olan cari hesaba mədaxil qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə AZƏRMAŞ" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə 200 manat məbləğində pul mədaxil edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Eyni Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (həmin Məcəllənin 748-2.1-ci maddəsi). Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Eyni Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmçinin Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Eyni Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərini ödəməyi öhdəliyi daşıyır. İddiaçı cavabdehə lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan daxili lizinqi müqaviləsinə istinad edir. Məhkəmə hesab edir ki, cavabdeh 10 iyul 2021-ci il tarixli MAS-4067 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və yuxarıda göstərilən maddi hüquq normalarına əsasən iddiaçının tələbi əsas və mükafat borclara münasibətdə əsaslı olduğundan cavabdehdən qeyd edilən lizinq müqaviləsi üzrə 481,41 manat əsas və 131,79 AZN mükafat borc məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, iddiaçı Cavabdeh Əlı̇ hüseyn qızından avtomobilə dəymiş zərərə görə 4737 manat pul məbləğinin cavabdeh tərəfindən ona geri qaytarılmasını tələb etməkdə də haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4737,0 manat müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Lakin məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən sonuncu məhkəmə iclasında təqdim edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür, cavabdeh tərəfindən borcun 200 manatı artıq ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki , iddia “pul tələbi” ilə bağlı hissədə qismən təmin edilməli, Cavabdeh Əlı̇ hüseyn qızından 10 iyul 2021-ci il tarixli MAS-4067 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 481,41 manat gecikdirilmiş əsas, 131,79 manat gecikdirilmiş mükafat, 4537 (4737 manat – cavabdeh tərəfindən ödənilmiş 200) manat lizinq obyekti olan avtomobilə dəymiş zərər, ümumilikdə 5150,2 manat məbləğində pul "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya olan borcunun olmasını nəzərə aldıqda, cavabdeh lizinq obyektindən istifadə üçün haqqı lizinq müqaviləsi ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ödəniş etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən iddiaçının müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ olduğundan, iddia həmin hissələrdə də təmin edilməlidir. Son olaraq məhkəmə cavabdehin maddi ziyanın X3 tərəfindən vurulduğu dəlili ilə bağlı qeyd edir ki, hazırki qətnamə iş üzrə Cavabdeh Əlı̇ hüseyn qızını dəymiş zərərin əvəzinin ödənilməsini gələcəkdə X1 tələb etmək imkanından məhrum etmir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh Əlı̇ hüseyn qızından tutulub Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 100.40 AZN məhkəmə xərci də cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh Əlı̇ hüseyn qızına qarşı "lizinq müqaviləsinin ləğv edilməsi, borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair" iddiası təmin edilsin. "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti ilə Cavabdeh Əlı̇ hüseyn qızı arasında bağlanmış 10 iyul 2021-ci il tarixli MAS-4067 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilsin. Cavabdeh Əlı̇ hüseyn qızından 10 iyul 2021-ci il tarixli, MAS-4067 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 481,41 manat gecikdirilmiş əsas, 131,79 manat gecikdirilmiş mükafat, 4537 manat lizinq obyekti olan avtomobilə dəymiş zərər, ümumilikdə 5150,2 (beş min yüz əlli manat, iyirmi qəpik) manat məbləğində pul "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə tutulsun. Ödənilmiş 100.40 manat dövlət rüsumu Cavabdeh Əlı̇ hüseyn qızından alınaraq "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh Əlı̇ hüseyn qızından tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X4, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar