Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-45/2026 06.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “əmlakın qaytarılması və pul” tələbinə dair mülki işi üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ## #### 2014-cü il tarixli ***-L/** saylı “xxxx” ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə ilə, lizinq verən 1 ədəd “SK-5ME-1” markalı qiyməti 43720 manat qalıq dəyəri 30000 manat olan kənd təsərrüfatı texnikasını qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə yenidən lizinqə verməyi, lizinq alan texnikanın dəyərindən 1500 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, qalan hissəni isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin ## #### 2014-cü il tarixli ***-L/** saylı lizinq müqaviləsinin ** saylı əlavəsinin ödəniş qrafikinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 28500 manat təşkil edir, lizinq alan 2014-cü il tarixdən 2020-ci il daxil olmaqla həmin məbləği hissə-hissə ödəməyi öhdəsinə götürmüşdrü. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqaviləyə görə lizinqə verilən texnika üzərində müstəsna mülkiyyət hüququ onun tam dəyəri lizinq alan tərəfindən ödənilənədək lizinqə verənə məxsusdur. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq sonuncu ödənişin həyata keçirilməsindən sonra mülkiyyət hüququ lizinq alana keçir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
2. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ##.##.2025-ci il tarixli ***-L/** nömrəli lizinq müqaviləsi üzrə cavabdeh Cavabdeh 30000 manat borcu vardır, ondan 2422,41 manat ödəmişdir, qalıq borc 27577,59 manat, cərimə borcu 3000 manat təşkil edir.
3. İddiaçı cavabdehə müraciət edərək borcluya yaranmış borc ilə bağlı məlumat vermiş və məsuliyyətləri barədə ona xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 15975 manat asas borcun, 9547 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun, cəmi 25552 manatın X1 tutularaq “xxxx” ASC-ya ödənilməsi, ## #### 2014-cü il tarixli ***-L/** nömrəli müqavilənin lağv edilərək lizinq obyekti olan 1 ədəd Niva SK-5ME-1 markalı kombaynın saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlar Kabinetinin 2005-ci il ## #### tarixli ** nömrəli qərari ilə təsdiq olunmuş “xxxx” ASC-yə məxsus kənd tasərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları’na müvafiq olaraq “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ## #### 2014-cü il tarixli ***-L/** nömrəli lizinq müqaviləsinə əsasən lizinqə götürdüyü ümumi dəyəri, 30000 manat olan kənd təsərrüfatı texnikasi üçün, cəmiyyətin hesabına 1500 manat ilkin ödəniş etmiş, qalan 28500 manat məbləğinə ödəniş qrafiki tərtib olunmuşdur. Cavabdeh üzərina götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, bu ödəniş qrafikləri üzrə ##.##.2017-ci il tarixədək 15975 manat ödəməli olduğu halda, ödəniş ödəməmişdir.
6. Kəlbəcər Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli *(***)-***/**** saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, “xxxx” ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2014-cü il tarixli ***-L/** nömrəli lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 1 ədəd Niva SK-5ME-1 markalı kombaynın saz vəziyyətdə cavabdeh Cavabdeh alınaraq “xxxx” ASC-yə təhvil verilməsi, cavabdeh Cavabdeh 15975 manat asas borc, 9547 manat cərimə borcunun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun pul əvəzi alınaraq “xxxx” ASC-nin xeyrinə verilməsi qət edilmişdir.
7. Cavabdeh Kəlbəcər Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli *(***)-***/**** saylı qiyabi qətnaməsindən etirazla məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
8. Kəlbəcər Rayon Məhkəməsi ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə, şikayət təmin edilmiş ## ###### 2018-ci il tarixli *(***)-***/**** saylı qiyabi qətnamə ləğv edilmiş, iş təzələnərək mahiyyəti üzrə baxılması davam etdirilmiş və Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə, iş məhkəmə adiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.
9. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 27577,59 manat əsas borcun, 3000 manat cərimənin və 182 manat dövlət rüsumunun, cəmi 30759,59 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, ## #### 2014-cü il tarixli ***-L/** nömrəli müqavilənin ləğv edilərək lizinq obyekti olan 1 ədəd Niva SK-5ME-1 markalı kombaynın saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, vətəndaş texnikanın dəyərinin 20 faizini ödədikdə onun müraciəti əsasında texnikanın 40 faizi dəyərində güzəşt tətbiq olunurdu, hazırki iş üzrə cavabdeh isə 30000 manat borcdan cəmi 1500 manat ödəniş etmişdir. Həmçinin güzəşt müddəti 2014-2019cu illəri əhatə edirdi. Cavabdeh isə həmin müddətdə texnikanın dəyərinin 20 faizini ödəməmişdir. 922,41 manat qrafik üzrə, 1500 manat isə ilk ödəniş edilmişdir. 922,41 manat əvvəlki iddia tələbi olan 15000 manat borcdan çıxılmamışdır. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
11. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı ilə müqavilə bağlayaraq kombayn almış, ilk ödəniş olaraq 1500 manat ödəmişdir. Kombaynı işlədə bilməmiş, ona görə borcunu ödəməmiş, borcdan ödəmədiyi üçün 40 faiz güzəştə düşməmişdir. Ancaq 1500 ödəniş etmiş, əlavə heç bir ödəniş etməmişdir. İddia tələbi ilə razı deyil, çünki o kombaynı qaytarmaq istəmiş, şifahi qaydada müriacət etmiş, lakin texnikanı geri qaytarmamışlar. Borc məbləği çoxdur, ümumi məbləği azaltsalar ödəniş edə bilər.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi (hakim Gülnaz Quliyeva) ilə, iddianın qismən təmin edilməsi, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ## #### 2014-cü il tarixli “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə ***-L/** nömrəli lizinq müqaviləsi üzrə 27577 manat 59 qəpik əsas borc, 500 manat cərimə borcu olmaqla 28077 (iyirmi səkkiz min yetmiş yeddi) manat 59 (əlli doqquz) qəpik borc, 182 (bir yüz səksən iki) manat dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə Cavabdeh arasında ##.##.2014-cü il tarixdə lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən “SK-5ME-1” markalı kombayn Cavabdeh həmin tarixdə sahiblik və istifadəsinə verilmişdir. Lizinq alan Cavabdeh 2014-cü il tarixdən 2020-ci il tarix daxil olmaqla aylıq 28500 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin həmin məbləğdən yalnız 922,41 manat ödəniş edilmişdir. Həmin məbləğ çıxılmaqla iddiaçı qalan məbləği, yəni 27577,59 manatı tələb etmişdir. Məhkəmə bildirmişdir ki, əsas borcun ödənilməsində iddia tələbi əsaslıdır və təmin edilməlidir.
15. Məhkəmə hesab etmişdir ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması satıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, lizinq texnikanı lizinq alana verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 3000 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 27577 manat 59 qəpik əsas borc, 500 manat cərimə borcu olmaqla 28077 manat 59 qəpik borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, iddiaçı müqavilə müddətində lizinq müqaviləsinin ləğv edilməsi və ##.##.2017-ci il tarixədək yaranmış borc və əmlakın geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etsə də, hazırkı tələbində müqavilə üzrə tam borcu cavabdehdən tələb etmişdir. Ona görə də məhkəmə hesab edir ki. iddia tələbi lizinq obyektinin geri qaytarılması hissəsində təmin edilməməlidir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi, texnikanın qaytarılması və lizinq haqqının ödənilməsi ilə bağlı məktub cavabdehə ##.##.2016-cı il tarixdə təqdim edilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçının müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadəsi qarşı tərəfə çatdığı vaxtdan müqavilə ləğv edilmiş sayıldığından, iddia tələbinin müqavilənin ləğv edilməsi ilə bağlı hissəsi təmin edilə bilməz. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 421.2, 421.3, 442, 445, 448.1, 460.1, 462.1, 467, 747.1, 747.2, 747.3, 748- 17.748-10.1, və 748-10.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.12.4, 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
18. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
19. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Kənd təsərürfatı texnikasına güzəştlərin tətbiqiüzrə Xüsusi Komissiya”nın iclasının qərarı ilə “xxxx” ASC ib Cavabdeh arasında bağlanmış ## #### 2014-cü il tarixli ***-L/** nömrəli lizinq müqaviləsinə xitam verilməsi və güzəşt tətbiq edilməklə “xxxx” ASC ib istifadəçisi arasında yeni lizinq müqaviləsinın bağlanması qərara alınmış, lakin buna baxmayaraq tərəflər arasında yeni müqavilə bağlanmamışdır. Hazırkı iddia ərizəsində də nə bu barədə məlumat verilməmiş, nə də ki, Komissiyanın qəran işə əlavə edilməmişdir, Eyni zamanda da iddiaçı tərəfindən cavabdlehə bu barədə məlumat verilməsi, yeni müqavilə bağlamaq üçün cavabdehin dəvət edilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Azərbaycan dövləti cavabdehə lizinqə verilmiş texnikanın dəyərinin 40 faizini ona güzəşt etdiyi halda, iddiaçı bunu həm cavabdehdən, həm də məhkəmədən gizlətməyə çalışmış və iddia ərizəsində güzəşti nəzərə almadan əvvəlki müqavilə üzrə hesablanmış məbləğləri cavabdehdən tələb etmişdir. Qeyd etmək istəyir ki, tərəflər arasında ## #### 2014-cü il tarixli lizinq müqaviləsi bağlansa da, “Kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiqi üzrə Xüsusi Komissiya”nın qəran ilə həmin müqaviləyə xitam verilmiş, yenisi isə bağlanmamışdır. Yeni müqavilə bağlanmadığına görə cavabdehin borcunun olub-olmaması, vardırsa hansı qaydada ödənilməli olması və tərəflərin digər öhdəlikləri məlum deyildir. Belə olan halda, iddia tələbi təmin edilə bilməzdi. Göründüyü kimi birinci instansiya məhkəməsi sadalanan hallara diqqət yetirmədiyinə görə mübahisə ilə bağlı səhv nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, cavabdeh lizinq predmetinin 20 faizini ödəmədiyindən ona 40 faiz güzəşt tətbiq edilməmiş və o, güzəştin tətbiq edilməsi bağlı müraciət etməmişdir. Cavabdeh 1500 manat ilkin ödəniş etmiş və sonrada 900 manat ödəniş etmişdir ki, bu da güzəştin tətbiq olunması üçün 30000 manatlıq texnikanın dəyərindən ödəməli olduğu 20 faizdən azdır. Nazirlər Kabinetinin 2014-cü il tarixli *** nömrəli qərarı 2014-2019-cu illəri əhatə etmişdir. Şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
22. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
24. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
30. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
31. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
34. Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
35. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
36. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: ... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
37. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
38. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.
39. Maddə 750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
46. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
49. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
50. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
53. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş edərək, iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını yalnız iddianın təmin edilmiş hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
55. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
57. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2014-cü il tarixdə lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən “SK-5ME-1” markalı kombayn cavabdehin həmin tarixdə sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh 1500 manat ilkin ödəniş etmiş və 2014-cü il tarixdən 2020-ci il tarix daxil olmaqla aylıq olmaqla cəmi 28500 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin həmin məbləğdən yalnız 922,41 manat ödəniş edilmişdir. Həmin məbləğ çıxılmaqla iddiaçı qalan məbləği 27.577,59 manatı tələb etmişdir.
58. Məhkəmənin qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri lizinq müqaviləsi üzrə yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına lizinqlə bağlı qanunvericiliyin və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəalarına əsasən hüquqi qiymət verilməlidir.
59. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
60. Bu baxımdan tərəflər arasında bağlanmış və yuxarıda göstərilən lizinq müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsində lizinq müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
62. İddia tələbinin yuxarıda göstərilən hüquqi əsaslarının mübahisəyə tətbiq edilməsi üçün məhkəmə kollegiyası ilk növbədə müqavilə üzrə öhdəliklərin lizinq alan tərəfindən lazımi qaydada icra edilməməsinin səbəbini araşdıraraq hesab edir ki, onun tərəfindən ödəniş aparılmaması hər hansı qarşısıalınmaz qüvvənin təsiri altında yaranmış halla bağlı deyildir.
63. Qeyd olunmalıdır ki, tərəflər arasında ## #### 2014-cü il tarixli ***-L/** nömrəli lizinq müqaviləsinin bağlanması, həmin müqavilə əsasında lizinq obyektinin cavabdehin sahiblik və istifadəsinə verilməsi, habelə cavabdehin ödəniş öhdəliyini lazımi qaydada icra etməməsi iş materialları ilə tam təsdiq olunur və bu hallar mübahisəsizdir.
64. Apellyasiya şikayətində cavabdeh əsasən “Kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiqi üzrə Xüsusi Komissiya”nın qərarına istinad edərək bildirir ki, əvvəlki müqaviləyə xitam verilmiş və yeni müqavilə bağlanmalı idi, lakin bu baş verməmişdir. Buna görə də onun borc öhdəliyi müəyyən edilə bilməz. Həmçinin, texnikanın dəyərinin 40 faizini ona güzəşt tətbiq edilməmişdir.
65. Apellyasiya instansiyası bu dəlili əsassız hesab edir və aşağıdakıları qeyd edir:
66. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “xxxx” ASC tərəfindən texnikaya güzəştlərin tətbiqi Qaydaları”nın 3-cü bəndinə əsasən, lizinqə verilmiş texnikaya münasibətdə dövlət büdcəsi hesabına yalnız texnikanın ilkin dəyərinin 20 faizi ödənildikdən sonra 40 faiz güzəşt tətbiq edilir.
67. İş materiallarından və tərəflərin izahatlarından isə aydın olur ki, cavabdeh tərəfindən texnikanın dəyərindən cəmi 1500 manat ilkin ödəniş edilmiş, əlavə olaraq cəmi 922,41 manat ödəniş həyata keçirilmiş, bu məbləğ isə texnikanın ilkin dəyərinin 20 faizinə çatmamışdır. Belə olan halda, cavabdeh güzəşt tətbiqi üçün zəruri olan şərti yerinə yetirməmişdir. Bu səbəbdən onun güzəşt hüququ yaranmamışdır. Digər tərəfdən, komissiya tərəfindən hər hansı qərarın qəbul edilməsi belə, özözlüyündə
68. mülki hüquq münasibətlərini dəyişdirmir. Belə dəyişikliklərin hüquqi qüvvə qazanması üçün tərəflər arasında yeni müqavilə bağlanmalı və ya mövcud müqaviləyə müvafiq dəyişikliklər edilməlidir. İş materiallarında isə belə bir yeni müqavilənin bağlanmasını təsdiq edən hər hansı sübut mövcud deyildir.
69. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
70. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
71. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
73. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.