Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4626/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2993/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləği dəyişdirilərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi manat məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6437/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan övladları xx.xx.2009-cu il təvəllüdlü X3 yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay xeyrinə 120 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2993/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsinə əsasən həmin məhkəmənin 2(006)-6437/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq Cavabdeh xx.xx.2009cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində xeyrinə aliment tutulması qət olunmuşdur. Məhkəmə Cavabdeh rəsmi qazancı və gəlirləri barədə məlumatın olmadığına görə aliment tələblərinə əsasən ödənilməli olan aliment məbləği sabit pul məbləğində müəyyən etmişdir. Hal-hazırda cavabdeh F.Qasımovun maddi vəziyyəti xeyli yaxşılaşmış və o, rəsmi olaraq işləyir. Cavabdehin rəsmi qaydada işləyərək stabil əmək haqqı və ya sair gəlirlər əldə etdiyindən və oğlu xx.xx.2009-cu il təvəllüdlü X1 təminat səviyyəsinin yaxşılaşmasının təmin olunması üçün müəyyən olunmuş aliment məbləğini dəyişdirilməlidir. “xxxxxxxxxxxxxxxxx” MMC-nin 040 saylı, xx.xx.2020-ci il tarixli arayışına əsasən Cavabdeh MMC-də hüquq məsləhətçisi vəzifəsində işləyir və onun əmək haqqısı 660 manat təşkil edir. “xxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli arayışına görə Cavabdeh ASC-nin Hüquq İdarəsinin Məhkəmə Mübahisələri və Qərarların İcra şöbəsinin hüquqşünası vəzifəsində işləyir və aylıq vəzifə maaşı 490 manat təşkil edir. Buna görə də, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 105459 saylı, xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflər xx.xx.2009-cu il təvəllüdlü X1 valideynləridir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(006)- 2993/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(006)-6437/2015 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılaraq Cavabdeh xx xxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxx 2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməlidir. İş materiallarında olan “xxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh “xxxxxxxx” ASC-də Hüquq İdarəsinin Məhkəmə Mübahisələri və Qərarlarının icra şöbəsinin hüquqşünası vəzifəsində işləyir və aylıq vəzifə maaşı 490 manat təşkil edir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxx” MMC-nin 040 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, əsasən Cavabdeh MMC-də hüquq məsləhətçisi vəzifəsində işləyir və onun əmək haqqısı 660 manat təşkil edir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxx” MMC-nin 067 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh MMC-də hüquq məsləhətçisi vəzifəsində işləyir və onun əmək haqqısı 660 manat təşkil edir. Hər ay göstərilmiş əmək haqqından Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 X5 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına işçidən 52 manat sosial sığorta və 3.30 manat işsizlikdən sığorta haqqı ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətini inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valedeyinlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin məhkəmə qətnaməsinə əsasən hər ay ödədiyi aliment uşağın saxlanılması üçün yetərli deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2993/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləği dəyişdirilərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay qazancının ¼ hissəsi manat məbləğində alimentin alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2993/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləği dəyişdirilərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay qazancının 1/4 hissəsi məbləğində alimentin alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4626/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4626/2020
05.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver