Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4647/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" KB QSC-yə qarşı “borcalanın aktiv öhdəliklərində düzəlişlər edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-də onun adına olan məlumat bazasındakı (kredit tarixçələrinin verilənlər bazasındakı) aktiv öhdəliklərdə düzəlişlər edilməsi, “3. Borcalanın aktiv öhdəlikləri” bölməsində olan 3.2-ci bəndinin (həmin bənddəki məlumatlarla Ç'kredit — 1,000.00 AZN”, kreditin qalıq məbləği - 569.37; faiz məbləği - 889.65) birlikdə) həmin bölmədən çıxarılması ilə bağlı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə öhdəliyin qoyulmasına və dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard” Kommersiya Bankı ona qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 17.08.2020-ci ildə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, həmin bankla onun arasında bağlanmış kredit müqaviləsi üzrə 569,37 manat məbləğində əsas borc, 223,21 manat məbləğində faiz borcu, 532, 67 manat məbləğində cərimə borcu, 85,36 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz dərəcəsi, ümumilikdə isə 1410,61 manat və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh kimi məndən iddiaçı bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia üzrə Yasamal Rayon Məhkəməsinin e-2(004)-4182/2020) saylı, 05.11.2020-ci il tarixli qətnaməsinə əsasən, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" KB ilə cavabdeh İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə 569,37 manat məbləğində əsas borc, 223,21 manat məbləğində faiz borcu, 532, 67 manat məbləğində cərimə borcu, 85,36 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz dərəcəsi, ümumilikdə isə 1410,61 manat və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə tutulması barədə iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan QSC «Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2248/2021 saylı, 02.03.2021-ci il tarixli Qətnaməsinə əsasən, iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hazırkı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4182/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, eyni zamanda göstərilmişdir ki, qətnamədən kassasiya şikayəti verilə bilməz. Müvafiq məhkəmə qərarlarına baxmayaraq, onun adına olan həmin borc "xxxx" MMC-nin səhifəsində hələ də aktiv öhdəlik olaraq qalmaqdadır və həmin səhifədən çıxarılmamışdır. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş 03,05.2021- ci il tarixli, 5F-6952 saylı Çıxarışdan görünür ki, “3. Borcalanın aktiv öhdəlikləri” bölməsinin 3.2-ci bəndində “Kredit - 1,000.00 AZN” (kreditin qalıq məbləği - 569.37; faiz məbləği - 889.65) məlumatı hələ də qalmaqdadır. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinə əsasən, məlumat təchizatçısı kredit bürosu ilə bağlanmış müqavilədə müəyyən olunmuş müddətdə, lakin dəyişiklikliyin baş verdiyi gündən 30 gündən gec olmayaraq borcun vəziyyəti (və ya digər hal üzrə son vəziyyət) barədə məlumatı kredit bürosuna təqdim etməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-4182/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsinin tələblərinə baxmayaraq, ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu "xxxx" MMC-nin məlumat bazasından (kredit tarixçələrinin verilənlər bazasından) çıxarılması ilə bağlı müraciət etməmiş, tədbirlər görməmişdir. Qeyd edilənləri nəzərə alaraq, "xxxx" MMC-də mənim adıma olan məlumat bazasındakı (kredit tarixçələrinin verilənlər bazasındakı) “3. Borcalanın aktiv öhdəlikləri” bölməsinin 3.2-ci bəndinin və oradakı məlumatın (“Kredit - 1,000.00 AZN”, kreditin qalıq məbləği - 569.37; faiz məbləği - 889.65) həmin bölmədən çıxarılması ilə bağlı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Həmin Fond məhkəmə qərarları ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmadığını əsas gətirərək müraciətini təmin etməmiş, "xxxx" MMC-də onun adına olan məlumat bazasındakı (kredit tarixçələrinin verilənlər bazasındakı) “3. Borcalanın aktiv öhdəlikləri” bölməsində olan 3.2-ci bəndini (həmin bölmədəki məlumatlarla birlikdə) həmin bölmədən çıxarmamış və ya çıxarılması (silinməsi) barədə tədbirlər görməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh LPO QSC "xxxx" KB ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçın yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinin 2(004)-4182/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, QSC “Bank Standart” KB ilə cavabdeh İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə 569,37 manat məbləğində əsas borc, 223,21 manat məbləğində faiz borcu, 532,67 manat məbləğində cərimə borcu, 85,36 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablamış illik faiz dərəcəsi, ümumilikdə isə 1410,61 manat və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin xeyrinə tutulması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2248/2021 saylı, 02.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4182/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. "xxxx" MMC-dən 03.05.2021-ci il tarixli SF-6952 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasının 3.2-ci bəndindən görünür ki, İddiaçı LPO "xxxx" KB QSC-yə 21.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən kreditin qalıq məbləği üzrə 569,37 manat, faiz məbləği üzrə 889,65 manat məbləğində borcu vardır. Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 23.04.2021-ci il tarixli məktubdan görünür ki, onunla QSC “Bank Standard" KB arasında bağlanmış 21 iyul 2015ci İl tarixli, 100/19/117872/15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən 1000 (bir min) manat məbləğində kredit verilmişdir. Bildirirlər ki, sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Yasamal rayon məhkəməsinin 05 noyabr 2020-ci il tarixli 2(004)-4182/2020 saylı məhkəmə qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(103)-2248/2021 saylı qətnaməsi ilə Yasamal rayon məhkəməsinin 05 noyabr 2020-ci il tarixli 2(004)-4182/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə qərarları ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. İş materiallarından göründüyü kimi, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. QSC "xxxx" KB ilə İddiaçı arasında 21.07.2015-ci il tarixdə 100/19/117872/15 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən bank borcalana 24 ay müddətinə illik 28% dərəcəsi ilə 1000 manat məbləğində kredit vermiş, borc alan isə borcu qəbul edib, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəf kredit müqaviləsi üzrə iddiaçının banka borclu olmasına baxmayaraq kredit məbləğinin qaytarılması üçün mülki prosessual qanunvericiliyə uyğun olaraq borcun tutulması üzrə müvafiq hərəkətləri vaxtında yerinə yetirmədiyindən iddia müddətini ötürmüşdür. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinin 2(004)-4182/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsinə əsasən LPO QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ümumilikdə isə 1410,61 manat və 30 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan QSC “Bank Standart” KB-nin xeyrinə tutulması barədə iddia tələbinin bu səbəbdən təmin edilməməsi qət edilmişdir. Buna baxmayaraq "xxxx" MMC-dən 03.05.2021-ci il tarixli SF-6952 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasının 3.2-ci bəndindən görünür ki, İddiaçı LPO "xxxx" KB QSC-yə 21.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borclu olduğu müəyyən edilmişdir. Beləliklə cavabdeh tərəf "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalara uyğun olaraq "xxxx" MMC-yə müvafiq məlumatı verməmiş, halbuki banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olan banklar tərəfindən fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti, həmçinin, fiziki şəxs olan borcalanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti, kredit müqaviləsi üzrə öhdəliyin olmaması haqqında məlumatı, məlumat daşıyıcısı olaraq "xxxx" MMC-yə verməlidir. Belə olan halda bank "xxxx" MMC-yə müvafiq məlumatı verməməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da İddiaçı müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmuş, hüquqlarını pozmuşdur. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, LPO "xxxx" KB QSC kredit məlumatlarının təchizatçısı kimi İddiaçı tərəf olduğu 21.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcunun olmsmsı barədə məlumatı "xxxx" MMC-yə verməli, bununla da həqiqətə uyğun olmayan məlumatlarının silinməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı LPO "xxxx" KB QSC ilə bağlanmış 21.07.2015-ci il tarixli, 100/19/117872/15 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi LPO "xxxx" KB QSC -yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4647/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4647/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver