Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-467/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «evin dam örtüyündən istifadənin qadağan edilməsi, dam örtüyünün cavabdehlərin hesabına təmir olunması və maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «evin dam örtüyündən istifadəqtq qadağan edilməsi, dam örtüyünün cavabdehlərin hesabına təmir olunması və maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, ünvan 1 ünvanla qonşuluqda yerləşən X3 küçəsi, ev 55-də yaşayan Cavabdeh1 ərazi üzrə məsul MKİS-nin rəisinin laqeydliyindən istifadə edərək qonşuluqda yaşayan qızı Cavabdeh2 yaşayış şəraitini yaxşılaşdırmaq üçün evin qarşısını genişlətmişdir. Həmin əlavə tikili iddiaçının yaşadığı evin damı ilə yaxın məsafədə olduğundan Cavabdeh2 artıq neçə ildir ki, iddiaçının damının üstündən adlayaraq öz anasına məxsus olan evin damına çıxaraq oradan məişət ehtiyaclarını ödəmək məqsədi ilə istifadə edir. Hətta Ələsgərovlar ailəsinin digər fərdləri də evinin damından istifadə etməklə Cavabdeh1 məxsus evin damına çıxmaqla orada yun qurudur, müxtəlif yerlərdən metal qırıntılarını sonradan satmaq üçün dama yığırlar. Bunlardan əlavə bu şəxslər yay vaxtı özlərinə damda yorğan döşək sərməklə gecə orada yatmaqdan da çəkinmirlər. Həmçinin bu şəxslər damda olarkən iddiaçının evinə və həyətinə də baxmaqla ailə üzvlərini narahat edirlər. İddiaçı dəfələrlə buna etiraz edərək həmin şəxslərə iradını bildirsə də, əvəzində həm Yazgül, həm də ki Cavabdeh2lar Nəsimi rayonu, 14 saylı MKİS-nin rəisi Elçin Danıyevin gözü qarşısında iddiaçını nalayiq ifadələrlə təhqir etmiş və ona qarşı zorakılıq etməkdən də çəkinməmişlər. Hazırki iddia ərizəsinə əlavə edilən fotoşəkillərə nəzərə salsalar orada qurumaq üçün Cavabdeh1 dasına sərilən yunu açıq-aydın görə bilər. Bundan əlavə, fotoşəkillərdə orada da gecə yatmaq üçün dama sərilən xalçanı və yastığı görə bilər. Bu isə bir daha sübuta yetirir ki, Ələsgərovlar həmin dama çıxmaq üçün iddiaçının evinin damından istifadə edərək yararsız hala salmışlar. Ərizəyə əlavə edilən digər fotoşəkillərdə Ələsgərovların damda rahat hərəkət etdiklərini görmək olar. Nəticədə iddiaçının evinin dam örtüyü olan şifer laylar tapdaq altında qalmaqdan qırılmış və yararsız hala düşmüşdür. Məhz bunun nəticəsidir ki, iddiaçının evinin təmiri evinə dolan yağış və qar sularının təsiri ilə yararsız olmuşdur. Dəfələrlə öz iradlarını bildirsələr də, hətta Mənzil İstismar İdarəsinin əməkdaşlarını çağırsalar da, heç bir nəticə əldə olunmamışdır. Belə ki, xx.xx.2021-ci il tarixli akt bu halı sübut edir. Bundan əlavə MKTB tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda da cavabdehlər iddiaçının evinin damından məişət məqsədləri üçün istifadə etdiyindən yararsız hala düşmüş və ziyan dəymişdir. Qeyd olunan hal MKTB əməkdaşları tərəfindən müəyyən edilmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının yaşadığı evin dam örtüyündən istifadə etmələrinin qadağan edilməsi, dam örtüyünün cavabdehlərin hesabına təmir edilməsi və iddiaçıya dəymiş 2000 manat maddi zərər, 40 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, döngə 1-də yerləşən 57 saylı fərdi yaşayış evinin dam örtüyündən istifadə etmələrinin qadağan edilməsinə, dam örtüyünün cavabdehlərə tərəf hissəsinin daş kərpiclə hörülməsinə, dam örtüyünün cavabdehlərin hesabına təmir edilməsi və vurulmuş maddi zərərə görə 2000 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Həmçinin o izahatında göstərmişdir ki, cavabdehin ərazisindən qızı xəstə olduğuna görə arada istifadə edirdilər, lakin ziyan sırf onların hərəkətləri nəticəsində yaranmamışdır.
5. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Belə ki, iş materiallarında olan 14 saylı MKİS-nin rəisi E.Dinayev, mühəndisi N.Əhmədova, s/nəzarətçisi M.Ələsgərov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Yusif Vəzirov küçəsi, döngə 1, ev 57-də yaşayan yaşayan İddiaçı Qurban qızının şikayət ərizəsinə əsasən həmin ünvanda olmuşlar. Baxış zamanı müəyyən olmuşdur ki, şikayətçi 55-ci evdə yaşayan qonşusu Cavabdeh1 ilə aralarında münaqişə yaşayır. Münaqişənin səbəbi Yazgün Ələsgərovanın ailə üzvlərinin şikayətçi İddiaçı evinin dam örtüyündən uzun müddətdir ki, məişət ehtiyacları üçün istifadə etməsi nəticəsində şiferlərin qırılması və mənzilin tavanına ziyan dəyməsidir. Qonşularla aparılan söhbətlər nəticəsində heç bir razılığa gəlmədiyi üçün problemin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur.
9. İş materiallarında Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən X2 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 14 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli aktına əsasən bildirilir ki, qonşusu vət.Y.V.Əsgərova İddiaçı məxsus evin damından məişət məqsədləri üçün istifadə etdiyindən dam örtüyünə ziyan dəymişdir (su axıntısı) və bu səbəbdən də qonşu ilə arasında mübahisə yaranmışdır. Qaldırmış olduğu məsələnin həlli mübahisəli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. 10.İş materiallarında olan 14 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Y.Vəzirov döngə, 1 küçəsi, 57 saylı ev İddiaçı məxsus fərdi evdir, göstərilən evdə ailəsi ilə birlikdə xx.xx.2003-cü ildən hal-hazıra kimi daimi pasport qeydiyyatındadır, yaşayır. 11.İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən yaşadığı ünvanda qonşusu tərəfindən mənzil şəraitinn yaxşılaşdırılması məqsədilə aparılan əlavə tikinti işləri nəticəsində mənzilinin dam örtüyünün yararsız vəziyyətə salınması ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış olduğu ərizə əsasında Nəsimi rayon İcra Hakimiyyətinə, eyni zamanda Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə daxil olmuş məktublara Nəsimi rayon Mənzil Kommunal Kommunal Təsərrüfatı Birliyində təkrar baxılmışdır. Bildirirlər ki, qonşusu İddiaçı məxsus evin damından məişət məqsədləri üçün istifadə etdiyindən, dam örtüyünə ziyan dəymişdir (su axıntısı) və bu səbəbdən də arasında mübahisə yaranmışdır. Qaldırmış olduğu məsələnin həlli mübahisəli olduğundan, məhkəməyə müraciət etməsi tövsiyyə olunur. 12.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/362 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, - 1-ci və 2-ci suallar üzrə: tədqiqat obyektinə baxış keçirilən zaman yağış yağmasına baxmayaraq tədqiq olunan fərdi yaşayış evinin tavan və divarlarında hər hansı bir su sızma işi aşkar olunmamışdır. Bu səbəbdən də su sızmanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. - 3-cü sual üzrə: su sızmanın texniki səbəbini müəyyən etmək mümkün olmadığından qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmamışdır. 13.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təkrar məhkəmə tikinti-texniki ekspertizasının 10/3800 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X3 döngəsi 1, ev 57 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış otağının tavanında qüsurların olduğu müəyyən edilmişdir. Tavanda yaranmış qüsurların üzərində susızma əlamətləri müşahidə edilmədiyindən, həmin qüsurların susızma nəticəsində əmələ gəlib-gəlməməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, qüsurlar həmin mənzilin dam hissəsinə kənar təsir nəticəsində, dam örtüyünün izolyasiya qatının zədələnməsi ilə əlaqədar əmələ gələ bilər. Yaranmış qüsurların texniki səbəbini müəyyən etmək mümkün olmadığından qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmadı. İstənilən halda iddiaçının dam örtüyünün üzərində gəzilməsi, gələcəkdə tam örtüyündə fəsadların yaranmasına səbəb ola bilər.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayon, X3 küçəsi, döngə 1, ev 57 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının, həmin ünvanda yerləşən 55 nömrəli fərdi yaşayış evi cavabdehlərin istifadəsindədir. İddiaçının irəli sürdüyü tələbdən görünür ki, cavabdehlər ona məxsus evin damından məişət məqsədləri üçün istifadə etdiyindən dam örtüyünə ziyan dəymişdir. Bu səbəbdən iddiaçı özünə məxsus fərdi yaşayış evinin dam örtüyündən istifadə etmələrinin cavabdehlərə qadağan edilməsini, dam örtüyünün cavabdehlərə tərəf hissəsinin daş kərpiclə hörülməsini, dam örtüyünün cavabdehlərin hesabına təmir edilməsini və vurulmuş maddi zərərə görə 2000 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
20. Məhkəmə tərəfindən iddiaçının yaşadığı evinin dam örtüyündən su sızmasının texniki səbəbinin, həmin ünvanda yaşayan şəxslərin dam örtüyündən istifadə etmələri ilə əlaqələrin və vurulmuş ziyanın hansı məbləğ təşkil etməsinin müəyyən edilməsi ilə bağlı ilkin və təkrar məhkəmə tikinti-texniki ekspertizalar təyin edilmiş və hər iki ekspert rəylərə əsasən mübahisəli yaşayış evinin yaşayış otağının tavanında qüsurların olduğu müəyyən edilmişdir. Tavanda yaranmış qüsurların üzərində susızma əlamətləri müşahidə edilmədiyindən, həmin qüsurların susızma nəticəsində əmələ gəlib-gəlməməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Qüsurlar həmin mənzilin dam hissəsinə kənar təsir nəticəsində, dam örtüyünün izolyasiya qatının zədələnməsi ilə əlaqədar əmələ gələ bilər. Yaranmış qüsurların texniki səbəbini müəyyən etmək mümkün olmadığından dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün tədqiqat aparılmadı. İstənilən halda iddiaçının dam örtüyünün üzərində gəzilməsi, gələcəkdə dam örtüyündə fəsadların yaranmasına səbəb ola bilər.
21. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
22. Bu səbəbdən məhkəmə hesab edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
23. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
25. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
26. Bu səbəbdən məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evin tavanında yaranmış qüsurların üzərində susızma əlamətləri müşahidə edilmədiyindən, yaranmış qüsurların sırf cavabdehlərin hərəkətləri nəticəsində yarandığını sübuta yetirə bilmədiyindən iddia tələbi vurulmuş maddi ziyanın tutulması və dam örtüyünün cavabdehlərin hesabına təmir edilməsi hissəsində əsassız hesab edilməlidir.
27. Məhkəmə iddia tələbinin mübahisəli yaşayış evinin dam örtüyündən cavabdehlərə istifadə etmələrinin qadağan edilməsi, dam örtüyünün cavabdehlərə tərəf hissəsinin daş kərpiclə hörülməsi, dam örtüyünün cavabdehlərin hesabına təmir edilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir.
28. Məhkəmə qeyd edir ki, hazırki məhkəmə iclasındakı iddiaçının izahatından görünür ki, qeyd olunan çardaq hissəsində cavabdehlər tərəfindən istifadə olunması halı hələdə mövcuddur, bunu Cavabdeh1 qismən etiraf etmiş, öz qızına lazım olduğu fikrini məhkəməyə bildirimişdir.
29. Bu səbəbdən iddia tələbi yaşayış evinin dam örtüyündən cavabdehlərə istifadə etmələrinin qadağan edilməsi hissəsində təmin edilməlidir.
30. İddianın digər hissəsi olan dam örtüyünün cavabdehlərə tərəf hissəsinin daş kərpiclə hörülməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan tələb qismən təmin edilməlidir.
31. Belə ki, iddianın yaşayış evinin dam örtüyündən cavabdehlərə istifadə etmələrinin qadağan edilməsi hissəsi təmin olunduğundan, yenidən cavabdehlərə öz hissəsinə aid hissədə daş kərpiclə hörülməsi ağlabatan deyildir və bu səbəbdən iddia yalnız iddiaçının hesabına yalnız iddiaçıya məxsus hissəsində iddiaçının öz hesabına hörülməsinə (tikilməsi) yaradılacaq maneələr cavabdehlərə qadağan edilməlidir.
32. Məhkəmə həmçinin iddiaçı tərəfindən verilmiş əlavə ekspertizanın keçilməsi barədə vəsatətə münasibətdə qeyd edir ki, vəsatət əsaslandırılmadığından, vəsatətdə qeyd olunan suallara artıq ekspertiza mərkəzi tərəfindən iki dəfə rəy verildiyindən vəsatət təmin edilməməlidir.
33. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, döngə 1-də yerləşən 57 saylı fərdi yaşayış evinin dam örtüyündən istifadəsi qadağan edilməli, iddiaçının hesabına və iddiaçıya məxsus hissədə Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, döngə 1-də yerləşən ev 55 ilə ev 57 arasından dam örtüyünə aid sərhəd hissələrinin hörülməsinə (tikilməsinə) maneələr cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməli, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
34. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir.
42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, döngə 1-də yerləşən 57 saylı fərdi yaşayış evinin dam örtüyündən istifadəsi qadağan edilsin. İddiaçının hesabına və iddiaçıya məxsus hissədə Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, döngə 1-də yerləşən ev 55 ilə ev 57 arasından dam örtüyünə aid sərhəd hissələrinin hörülməsinə (tikilməsinə) maneələr cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov