Məhkəmə qərarları › İş №2(006)-4672/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4672/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4672/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə xx xxxxxxx 2020-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 230,88 manat əsas borc, 52.3 manat faiz borcu və 21.32 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 304.5 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxxx” Bank olmayan Kredit təşkilatından illik 40 faizlə 27 ay müddətinə 349 manat kredit götürmüşdür. “xxxxxxxx” Bank olmayan Kredit təşkilatı ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 419 №-li xx xxx 2018-ci il tarixli 004 №-li müqaviləyə xx xxxxxx 2018-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “xxxxxxxx” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ “xxxxxx” İKB ASCyə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il iyunun 09-dək Cavabdeh banka xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 230.88 AZN əsas borc, 52.3 AZN faiz borcu və 21.32 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 304.5 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Yuxarıda göstərilənləri nəzərə alaraqCavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 230,88 manat əsas borc, 52.3 manat faiz borcu və 21.32 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 304.5 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “xxxxxxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 8- 1***-******* saylı kredit müqaviləsinə əsasən bank borcalana 27 ay müddətinə, illik 40% dərəcəsilə, 349 manat məbləğində kredit verməyi, borcalan isə müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.5-ci bəndinə görə gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 180% dərəcəsi ilə dəbbə pulu hesablanır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixdə bağlanmış 8-1***-******* saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0,5% cərimə hesablanaraq tutulması qeyd edilmişdir. “xxxxxxxx” BOKT MMC (hüquq sahibi) ilə “xxxxxx” İKB ASC (bank) arasında bağlanmış “Tələbetmə hüquqlarının güzəşt olunması”na dair 0004 saylı, xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, hüquq sahib (“xxxxxxxx” BOKT MMC) borc alana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən, tam həcmdə, ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını hüquq əldə edənə (“xxxxxx” İKB ASC)güzəşt etməyi, hüquq əldə edən (“xxxxxx” İKB ASC)isə qeyd edilən hüquqları qəbul etməyi öhdəsinə götürmüşlər. “Tələbetmə hüquqlarının güzəşt olunması”na dair 004 saylı xx xxx 2018-ci il tarixli müqaviləyə “Hüquqların ötürülməsi barədə” 419 saylı, xx.xx.2018-ci il tarixli sazişə əsasən Hüquq sahibi “xxxxxxxx” BOKT MMC ilə bağlanmış 8-1***-******* saylı müqavilə üzrə Borc alana qarşı bütün tələbetmə hüquqlarını, həmçinin qeyd olunan öhdəliklərin yerinə yetirilməsini təmin edən hüquqları və razılaşdırılmış müqavilələr üzrə tələbetmə hüquqları ilə bağlı digər hüquqları, o cümlədən, tam həcmdə, ödənilməmiş faizlər, həmçinin ödənilməmiş təcili və artırılmış faizlər, cərimə sanksiyaları üzərində hüquqları Hüquq əldə edənə ötürmüşdür. “Tələbetmə hüquqlarının ötürülməsi barədə” xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, tələbetmə hüquqlarının güzəşt olunmasına dair 0004 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə uyğun olaraq 8-1***-******* nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borc tələb etmək hüquqlarının otürülməsi, “xxxxxx” İKB ASC kredit müqaviləsi üzrə kreditor olması və həmin müqaviləyə əsasən borcların həmin Bankın hesablaşma hesabına ödənilməsi barədə “xxxxxxxx” BOKT MMC tərəfindən Cavabdehbildirilmişdir. xx.xx.2018-ci il tarixli 8-1***-******* saylı ödəmə tapşırığından görünür ki, Cavabdeh hesabına 349 manat pul köçürülmüşdür. Tələbetmə hüquqlarının ötürülməsi barədə xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, “xxxxxx” İKB ASC-nin kredit müqaviləsi üzrə kreditor olması və həmin müqaviləyə əsasən borcların həmin bankın hesablaşma hesabıan ödənilməsi barədə Cavabdeh “xxxxxxxx” BOKT MMC tərəfindən xəbərdar edilmişdir. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№ 654318742) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli 8-1***-******* saylı kredit müqaviləsinə və həmin müqaviləyə əlavəyə (ödəniş cədvəli) əsasən, “xxxxxxxx” BOKT MMC borcalan Cavabdeh 27 ay müddətinə illik 40% dərəcəsi ilə 349 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin göründüyü kimi, “xxxxxxxx” BOKT MMC müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini BOKT-a ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən 230,88 manat əsas, 52,3 manat faiz borcu və 21,32 manat cərimə borcu olmaqla, cəmi 304,5 manat borcu yaranmışdır.0004 saylı, xx.xx.2018-ci il “Tələbetmə hüquqlarının güzəşt olunması”na dair müqaviləyə əsasən Hüquq sahibi (“xxxxxxxx” BOKT MMC) borc alana qarşı bütün hüquqlarıHüquq əldə edənə (“xxxxxx” İKB ASC)güzəşt etmişdir. Beləliklə iddiaçı cavabdehən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 21.32 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, əsas borc üzrə 230,88 manat əsas, 52.3 manat faiz borcu və 21.32 manat cərimə borcu və dövlət rüsumu kimi ödənilmiş 20 manat, cəmi 324,50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 230,88 manat, faiz borcu üzrə 52.3 manat, 21.32 manat cərimə borcu və dövlət rüsumu kimi ödənilmiş 20 manat, cəmi 324,50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar